Ümummilli liderə
ümumxalq ehtiramı
Zərdablılar
ulu öndərin ölməz xatirəsini silsilə tədbirlərlə yad edirlər
Bu yaz
zərdablılara əvvəlki illərdəkindən
artıq bolluq, bərəkət vəd edir.
Qışın nisbətən mülayim,
mart-aprel
aylarının əkin-səpin üçün əlverişli keçməsi kənd adamlarına hər işi
vaxtında görməyə
imkan yaratmışdır. Lakin
2013-cü ilin yazı Zərdab camaatı üçün daha çox ümummilli lider Heydər Əliyevin
anadan olmasının 90
illiyinə geniş hazırlıqla, bu yubileyin
ölkəmizdə ümumxalq bayramı kimi
keçirilməsinə
öz töhfələrini verməklə əlamətdardır.
Onlar ulu öndərin ölməz xatirəsinə sonsuz ehtiramlarını böyük rəhbərin ideya
və əməllərinə
dərin sədaqətlə ifadə
etmək üçün
silsilə tədbirlər keçirirlər.
Bütövlükdə, ili ümummilli liderin
arzu və istəklərinə
layiq başa vurmaq
üçün həyatın bütün sahələrində daha
böyük uğurlara təməl yaradılmışdır. Zərdab
Rayon İcra Hakimiyyətinin ulu öndər Heydər Əliyevin 90 illik
yubileyinin keçirilməsi ilə
bağlı ilin əvvəlində təsdiq olunmuş rəngarəng tədbirlər planının hazırlıq bəndləri artıq
başa
çatdırılmışdır. Yubiley
şənliklərinin əsas məkanı kimi müəyyən
olunmuş Zərdab şəhərindəki Heydər Əliyev Meydanı, Heydər Parkı və
burada
yaradılmış Heydər
Əliyev Mərkəzi yenidən
qurulmuş,
abadlaşdırılmış, xüsusi
tərtibatlarla
bayramsayağı görkəmə gətirilmişdir. Heydər Əliyev prospektində abadlıq-quruculuq işləri davam etdirilmişdir.
Heydər Parkının kommunikasiya
və avadanlığın
yeniləşdirilmiş,
konsert meydançasında
yeni işıq sistemi
qurulmuş, fəvvarələr
sazlanmışdır. Burada
xeyli yeni bəzək ağacları və
gül kolları əkilmişdir.
Ümumiyyətlə, yubileylə
bağlı bu yaz
rayonun bütün yaşayış məntəqələrində və
yol kənarlarında geniş yaşıllaşdırma,
yubileyə həsr
olunmuş 90 min ağac əkmək kampaniyası aparılmış, iməciliklər keçirilmişdir.
Zərdab Rayon İcra Hakimiyyəti başçısının
birinci müavini Allahverdi
Səfərov yubiley tədbirləri barədə bildirdi:
—
Novruz bayramı şənlikləri ulu öndər
Heydər Əliyevin xatirəsinə dərin ehtiramla
keçirilmişdir. Aprelin əvvəlindən məktəblilərin və ayrı-ayrı kollektivlərin Heydər
Əliyev Mərkəzinə
ekskursiyaları
keçirilir, burada müxtəlif nəsillərin nümayəndələri ulu öndərin doğma
xalqına xidmətdə
keçmiş həyatı, soydaşlarımıza örnək olan mübarizə
yolu barədə zəngin
materiallarla tanış
olurlar. Mərkəzdə ümummilli lider Heydər Əliyevin
və Prezident İlham Əliyevin Zərdaba
tarixi səfərlərini
əks etdirən foto-stendlər qurulmuş, gənc heydərçilər məktəbinin yubileyə
həsr olunmuş sərgisi
təşkil olunmuşdur. Rayon
məktəblilərinin
inşa müsabiqəsində
yeniyetmə və gənclər böyük rəhbərin sözlə rəsm
edilmiş obrazını yaratmışlar.
Rayon Gənclər və İdman İdarəsinin Heydər Əliyev Mərkəzində “Heydər Əliyev
və Azərbaycanda dövlət
gənclər siyasəti” mövzusunda dəyirmi masa keçirilmişdir. Rayon icra hakimiyyətinin rəhbərliyi ilə təşkil olunmuş “Heydər Əliyev
və Azərbaycanda sahibkarlığın inkişafı” mövzusunda dəyirmi
masada, “Ümummilli lider Heydər Əliyev və Azərbaycanda təhsil,
səhiyyə və mədəniyyətin inkişafı” mövzusunda konfransda
xalqımızın
böyük oğlunun müstəqil dövlət quruculuğundakı xidmətləri, bu sahədə arzu, tövsiyə və vəsiyyətləri diqqət mərkəzində olmuşdur. Bu
silsilədən, dəyirmi masa və konfranslar, idman
yarışları davam
etdirilir.
Yubiley tədbirləri ümummilli lider Heydər Əliyevin
doğum günündə Zərdab
şəhərində
respublikanın
tanınmış
ziyalı və rəsmilərinin, rayon
ictimaiyyətinin
iştirakı ilə
keçirilən möhtəşəm şənliklə başa çatacaq. Yerdə
qalan aylarda da ulu öndərin müqəddəs xatirəsi sosial-iqtisadi sahələrdə həyata keçiriləcək tədbirlərlə, ilin
uğurlarının xoş sorağı ilə yad
olunacaq.
Rayonda
olarkən zərdablıların son
dövrdə əldə etdikləri sosial-iqtisadi nailiyyətlərlə də
maraqlandıq.
Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi əsaslı islahatlar,
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən tərəqqi və yeniləşmə xətti, gerçəkləşdirilən
mühüm dövlət proqramları nəticəsində Zərdab
bu gün
respublikanın öndə gedən
bölgələri
sırasına çıxmışdır. Adamlar ulu öndərin hakimiyyətinin hər iki
dövründə rayonun
problemlərinin həllinə
göstərdiyi diqqəti, dövlət başçısı İlham Əliyevin Zərdabın sürətli inkişafına himayədarlığını
böyük qədirbilənliklə
dəyərləndirir,
bütün bunları əməli işlərlə cavablandırmağa çalışırlar.
Son bir ildə rayon iqtisadiyyatının əsas sahələrində 98 milyon 246
min manatlıq məhsul və xidmətlər istehsal
edilmiş, əvvəlki ilə
nisbətən artım 8,5 faiz olmuşdur. Məhsul
və xidmətlərin, 43,4
faiz kənd təsərrüfatının, 16,3 faizi
ticarət və xidmətin, 37,3 faizi tikintinin, 1,7
faizi sənayenin, 9 faizi
nəqliyyatın, 4 faizi
poçt və rabitə
sahələrinin
payına
düşmüşdür.
Məhsul istehsalı sənayedə 16,8
faiz, kənd təsərrüfatında 4,2
faiz, nəqliyyatda 1,8 faiz,
tikintidə 15,2 faiz, rabitədə 37,1 faiz,
ticarət üzrə isə 4,8
faiz artmışdır.
Orta aylıq əmək haqqı
211,8 manat olmuşdur
ki, bu da 2011-ci ilə
nisbətən 22,8 faiz
çoxdur. Məhsul istehsalı ötən ilə nisbətən
15,5 faiz artaraq
1776,6 manat təşkil etmişdir. Rayon üzrə
bütünlükdə investisiya qoyuluşu 36,7 milyon manat olmaqla, əvvəlki ildəkindən 3,5
milyon manat və ya
10,4 faiz çoxdur.
Aqrar
sektorun inkişafı xüsusi
diqqət mərkəzində
saxlanılmış, əkin dövriyyəsinə cəlb
olunmuş
torpaqların sahəsi genişləndirilmiş, məhsulu
yığılmış 33186
hektar əkin sahəsinin 45,7 faizini
dənli, 49,8 faizini
yem, 2,3 faizini texniki, qalanını isə bostan və tərəvəz bitkiləri təşkli etmişdir.
Son
vaxtlarda sahibkarlığın
inkişafına dövlət dəstəyinin daha
da gücləndirilməsi
məqsədilə bir neçə mühüm tədbir
keçirilmişdir. Güzəştli kreditlər hesabına
pambıqçılığın inkişaf
etdirilməsini və
nar bağları salınmasını nəzərə alaraq müvəkkil kredit təşkilatları vasitəsilə Zərdabda
və ətraf rayonlarda
fəaliyyət göstərən 49
sahibkarlıq subyektinə 546
min manat güzəştli
kredit verilmişdir. Rayon ərazisində geniş
tikinti-quruculuq işləri həyata keçirilmişdir.
Abadlıq işləri və
küçələrin təmiri işləri davam etdirilmişdir. Yerli büdcədən ayrılan 551 min
manat vəsait hesabına
11,2 kilometr
uzunluğunda küçə və
yollarda təmir, 275 min
manat vəsait
hesabına müxtəlif abadlıq işləri görülmüşdür.
Prezident
İlham Əliyevin 19 iyun 2012-ci
il tarixli sərəncamı
ilə 9,5 min nəfər əhalinin
yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən Zərdab —
Yuxarı Seyidlər — Siləyli
avtomobil yolunun tikintisi üçün ilkin olaraq
ayrılmış 5,4
milyon manat vəsait hesabına 10,5 kilometr uzunluğunda yolun
tikintisi başa
çatdırılmışdır.
2013-cü ildə yol tikintisini davam etdirmək üçün yenidən 6,45 milyon
manat vəsait
ayrılmış və bu işlər hazırda davam etdirilir.
Dövlət başçısı ötən il oktyabrın 7-də rayona səfəri başa çatdıqdan sonra “Zərdab rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair
əlavə tədbirlər
haqqında” 15 oktyabr 2012-ci il tarixli sərəncam imzalamış və tikinti-abadlıq işlərini davam etdirmək
üçün rayon icra hakimiyyətinə 2 milyon
manat vəsait ayırmışdır. Bu vəsaitlə Ağcabədi — Zərdab, Kürdəmir
— Zərdab yollarında sərhəd nöqtəsinin qurulması, şəhər 3 nömrəli körpələr evi — uşaq bağçasının əsaslı təmir edilməsi, şəhərin yeni 9
küçəsinin
çınqıl
daşla örtülməsi işləri görülür. Şəhərin Azərbaycan küçəsində və
Fəhlə qəsəbəsində yerləşən 14 kommunal
evin əsaslı təmiri davam
etdirilir. Şəhidlərin
xatirə parkında təmir abadlıq
işləri
görülür, Fəhlə
qəsəbəsində
ictimai hamam binasının tikintisində son tamamlama
işləri aparılır.
Ötən
il rayon baytarlıq idarəsi üçün yeni
inzibati bina tikilmişdir. Rayon
polis şöbəsi və “Aqrolizinq”
ASC-nin rayon filialı
üçün tikilən
yeni inzibati binalar da tamamlanmışdır.
Ölkə Prezidentinin
tapşırığına
əsasən 2012-ci ildə
şəhərin və
şəhərətrafı kəndləri su təchizatının yenidən
qurulması və kanalizasiya
sisteminin
yaradılması istiqamətində tikinti-quraşdırma işləri davam etedirilmişdir.
Müxtəlif ölçülü boru xətləri ilə 14 kilometr kanalizasiya
xətti, 51,2 kilometr şəhərdaxili su xətti çəkilmişdir. Zərdab — Kürdəmir rayonlararası 72
kilometrlik magistral su xəttinin
çəkilişi ilə başa
çatdırılmışdır. 1000-ə qədər ailə Ağsu
rayonundan gələn təmiz
içməli su ilə təmin
olunur.
Rayonda əhali
və digər istehlakçıların elektrik
enerjisi, təbii qaz və
içməli su ilə təchizatının
yaxşılaşdırılması
üçün xeyli işlər görülmüş, hava xətlərində və digər avadanlıqlarda təmir-bərpa işləri aparılmışdır.
Rayon mərkəzi Qaravəlli, Təzəkənd,
Qoşaoba, Gəlmə,
Salahlı, Xanməmmədli, Hüseynxanlı kəndləri qazlaşdırılıb. Təbii qaz təminatı sisteminin
yaxşılaşdırılması
və kəndlərin qazlaşdırılması sahəsində işlər hazırda
davam etdirilir. Rayonun 32 hektar
adlanan ərazisində
salınmış yeni yaşayış massivinə də qaz xətti çəkilmişdir.
Rayonda 43
ümumtəhsil məktəbi, o cümlədən 28 tam orta, 9
ümumi orta, 6 ibtidai, 19
məktəbəqədər
və 5 məktəbdənkənar təhsil
müəssisəsi fəaliyyət
göstərir, 43 ümumtəhçsil məktəbində 6859 nəfər şagird təhsilə cəlb olunmuşdur.
Məktəbəqədər
müəssisələrdə 790 nəfər uşaq təlim-tərbiyə ilə əhatə olunmuş, 5 məktəbdənkənar
müəssisədə 934 nəfər
şagirdə xüsusi istedad
və bacarıqlarını
inkişaf etdirmək üçün lazımi
şərait yaradılmışdır. Hazırda
rayonun ümumtəhsil məktəblərində 978 nəfər pedaqoji
işçi çalışır ki,
onlardan 636 nəfər ali təhsillidir.
Müəllimlərdən 7 nəfəri “Əməkdar müəllim” fəxri adına layiq görülmüş, 4 nəfəri “Tərəqqi”
medalı ilə təltif edilmiş,
3 nəfəri Təhsil Nazirliyinin
“Qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif
edilmişdir. Əvvəlki
illərin məzunları ilə birlikdə ötən il 102 nəfər ali məktəblərə qəbul olmuşdur. 2011-ci ildə bu
göstərici 93 nəfər olmuşdur.
Təhsil müəssisələrinin maddi-texniki
bazasının möhkəmləndirilməsi istiqamətində xeyli iş
görülmüş, Pərvanlı kəndində 180 yerlik,
Lələağacı kəndində
80 yerlik, “32 hektar” adlanan ərazidə 132 yerlik
yeni məktəb
binaları tikilib istifadəyə
verilmişdir.
Çallı kəndində 360,
İsaqbağı kəndində
220, Aşağı Seyidlər
kəndində 80 şagird
yerlik yeni məktəb binalarının tikintisi
aparılır.
Rayon ərahisinə 1509
çarpayılıq, o cümlədən 105 çarpayılıq Mərkəzi Xəstəxana, hər biri 15
çarpayılıq
olmaqla 3 kənd sahə
xəstəxanası, 11 kənd həkim
və 12 kənd tibb məntəqəsi, birinci növbədə 200 nəfər xəstə qəbul
edən poliklinika,
Gigiyena və Epidemiologiya Mərkəzi tibbi
xidmət göstərir.
Tibb müəssisələrində 64 nəfər həkim,
270 nəfər orta
tibb işçisi çalışır. Ötən il Fövqəladə Hallar
Nazirliyi tərəfindən
Çallı kəndində doğuşa yardım evi,
Şəftəhal kəndində
tibb məntəqəsi
üçün bina tikilib istifadəyə verilmişdir.
Akademik M.Mirqasımov adına
Respublika Kliniki Xəstəxanasının cərrahi
həkim briqadası kömək məqsədilə rayonda olmuş, min nəfərdən çox
xəstəni müayinə
etmiş, 11nəfər xəstəni
cərrahi əməliyyat etmişdir. Oftalmoloq
alim, professor
Çingiz Cərullazadənin rəhbərlik etdiyi “Ofko” tibb mərkəzinin həkim
briqadası rayon mərkəzi
xəstəxanasında 200 xəstəni müayinə, 30 nəfər xəstəni, o cümlədən 4 nəfər şəhid ailəsinin üzvünü pulsuz
cərrahi əməliyyat etmişdir. M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərəkəzindən
akademik Böyükkişi
Ağayevin rəhbərliyi ilə həkim
briqadası da rayonda
olmuş, 500 nəfər xəstəni pulsuz
müayinə, 5 əfər xəstəni cərrahi əməliyyat etimişdir.
Rayonda 68 mədəni-maarif müəssisəsi, o cümlədən 21 mədəniyyət evi, 2
klub, mərkəzlləşdirilmiş
kitabxana sistemi tərkibində mərkəzi kitabxana
və 40 kitabxana filialı, 2 muzey, Heydər Əliyev
Mərkəzi və
Uşaq İncəsənət Məktəbi əhaliyə xidmət göstərir. Bu
müəssisələrdə
378 nəfər işçi çalışır ki, onlardan
312 nəfəri mədəni-maarif,
66 nəfəri texniki işçidir.
Əhaliyə
göstərilən mədəni xidmətin səviyyəsinin yüksəldilməsi üçün ciddi iş
aparılır, tədbirlərin rəngarəngliyi və məzmun baxımından müasirliyə cavab
verməsi diqqət mərkəzində
saxlanılır.
Vaxtaşırı
olaraq baxış müsabiqələr, festivallar,
əyləncəli
proqramlar keçirilir, əhalinin asudə
vaxtlarının səmərəli təşkili üçün konsert
proqramarı, bayram və tarixi
günlərdə, şənbə və bazar
günlərində Heydər
Əliyev parkında
böyük konsert proqramları və diskotekalar təşkil edilir.
Zərdabda
1 şəhər, 1 qəsəbə və 26
kənd olmaqla 28
inzibati ərazi dairəsi üzrə nümayəndəlik fəaliyyət göstərir. Şahhüseynli, Məlikumudlu, Gəlmə, Otmanoba,
İsaqbağı kənd
inzibati ərazi dairələri üzrə nümayəndəliklərin
yerləşdiyi binalarda təmir işləri aparılmış,
bütün nümayəndəliklərin
normal işləməsi üçün onlara lazımi iş şəraiti
yaradılmışdır.
27 bələdiyyə
orqanının əksəriyyəti rayonun
sosial-iqtisadi inkişafında,
yerli əhəmiyyətli işlərin həyata keçirilməsində fəallıqlarını artırmışdır.
Son 10 ilin uğurları daha diqqətəlayiqdir.
2003 — 2012-ci illərdə Sahibkarlığa Kömək Milli
Fondu 17 sahibkara 87
min manat kredit
ayırmışdır.
2007-2012-ci
illərdə kənd təsərrüfatı məhsulları istehsalçılarına 11,1 min manat
subsidiya verilmişdir. 2009
— 2013-cü illər üzrə Dövlət Proqramında nəzərdə tutulmuş 13 bənd
üzrə tədbirlərdən 4-ü qismən
icra edilmiş, 6-sının icrası davam etdirilir. 23500 nəfər əhalisi olan 17 yaşayış məntəqəsində modul tipli
su təmizləyici quruğular quraşdırılmış,
şəhərin
su-kanalizasiya sisteminin yenidən
qurulması layihəsinin ixracı
hazırda davam etdirilir.
2010-cu ildə baş vermiş
təbii fəlakət nəticəsində zərər çəkmiş 1727
ailəyə 1438,6 min manat dəyərində maddi
yardım verilmişdir.
2 ümumtəhsil məktəb binası, 1 uşaq
bağçası, 1
tibb məntəqəsi,
1 kənd xəstəxanası və
75 fərdi ev tikilmiş, 43
ev bərpa edilmişdir. 35 evin
inşası və 76
evin bərpası nəzərdə tutulmuşdur. Əlil
və şəhid ailələri üçün
16 mənzilli 1 yaşayış evi, Bayraq
meydanı, rayon icra hakimiyyəti üçün inzibati bina
və 200 yerlik uşaq İncəsənət Məktəbi, YAP
rayon təşkilatının
yeni inzibati binası, Veteranlar
Evi, Gənclər Mərkəzi, Yaradıcılıq Mərkəzi
və Süd məhsulları emalı
müəssisəsi
inşa edilmişdir.
Problemlər də unudulmamışdır. Rayonda
qazlaşmanın səviyyəsi
cəmi 26,1 faizi təşkil
edir. 42 yaşayış məntəqəsindən 32-də qazlaşma
aparılmamışdır. 43 məktəbdən 15-i
uyğunlaşdırılmış binalarda
yerləşir, onlardan
5-i qəzalı vəziyyətdədir. 7 məktəbin əsaslı təmirə ehtiyacı vardır. 105 çarpayılıq Mərkəzi Xəstəxananın əsaslı təmiri, olimpiya idman
kompleksinin tikintisi vacibdir. 8000 hektar şoranlaşmaya məruz
qalmış torpaq sahəsində meliorativ
tədbirlərin
aparılması zəruridir.
Təbii fəlakət nəticəsində qəzalı vəziyyətə
düşmüş 200-ə yaxın evə Fövqəladə Hallar Nazirliyinin komissiyaları tərəfindən təkrar baxış keçirilməli, 1200
hektara qədər əkin sahəsinə görə sakinlərə kompensasiya verilməlidir. Zərdab şəhərində kollektor-drenaj şəbəkəsinin olmaması səbəbindən yağış və ya qar
yağması nəticəsində şəhərin əksər ərazilərində fərdi
yaşayış evlərinin həyətlərini, ictimai obyektlərin zirzəmilərini və həyətlərini su basır.
Zərdablılar qarşıda duran vəzifələri vaxtında
yerinə yetirmək,
çətinlikləri və
ehtiyacları aradan qaldırmaq üçün ulu öndərin anadan olmasının 90 illiyi qarşısında ikiqat
səylə
çalışaraq, yubiley
ilinin yüksək əhval-ruhiyyəsini əməli işlərə çevirmək əzmindədirlər.
Ziyəddin SULTANOV
Xalq qəzeti.- 2013.- 16 aprel.- S. 9.