Bakı Ali Neft Məktəbində
tələbələrin birinci elmi-texniki konfransı keçirilmişdir
Bakı Ali Neft
Məktəbində tələbələrin
ümummilli lider Heydər
Əliyevin anadan olmasının 90-cı
ildönümünə həsr olunmuş
“İnformasiya-kommunikasiya
texnologiyalarının neft-qaz və kimya mühəndisliyində tətbiqi”mövzusunda
elmi-texniki konfrans keçirilmişdir.
Konfransın
plenar iclasını açan rektor Elmar Qasımov bu ali məktəbin
tələbələrinin ilk konfransının ulu öndər
Heydər Əliyevin anadan olmasının 90-cı
ildönümünə həsr edilməsinin dahi rəhbərin
şəxsiyyətinə böyük hörmət və
ehtiramın təzahürü olduğunu diqqətə
çatdırmışdır.
Rektor
Bakı Ali Neft Məktəbində cəmi 7 ay ərzində təhsil
alan tələbələrin elmi işlərə belə həvəs
göstərmələrini həm onların yüksək
biliklərə malik olmaları, həm də bu tədris
ocağında elmi fəaliyyətin dəstəklənməsi
ilə əlaqələndirmişdir.
Tədbirdə
iştirak edən ARDNŞ-nin kadr, rejim və informasiya
texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov,
AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun
direktoru, AMEA-nın müxbir üzvü, professor Rasim Əliquliyev
və AMEA-nın Neft-Kimya Prosesləri
İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü,
professor Vaqif Abbasov tələbələri ilk konfransın
keçirilməsi münasibətilə təbrik etmiş,
onların kompyuter və informasiya-kommunikasiya
texnologiyalarını dərindən mənimsəmələrinin
təqdirəlayiq olduğunu xatırlatmışlar.
Daha
sonra 20 məruzə konfrans iştirakçılarına
multimedia vasitələrilə təqdim olunmuş və
böyük maraqla qarşılanmışdır.
Xatırladaq
ki, münsiflər heyəti tərəfindən ən yüksək
qiymətə layiq görülmüş məruzələrin
müəllifləri konfransın yekun iclasında
mükafatlandırılacaqlar.
Vaqif BAYRAMOV
Xalq qəzeti.- 2013.- 16 aprel.- S. 10.