Beynəlxalq ticarətin həyata keçirilməsində etibarlılığın və səmərəliliyin artırılması məsələləri müzakirə olunmuşdur

 

Aprelin 12-də Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun üzvləri ilə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin (DGK) rəhbərliyi arasında “Xarici ticarətin inkişafının dəstəklənməsinə yönəldilmiş gömrük tənzimləməsinə müasir yanaşmamövzusunda görüş keçirilmişdir.

AzərTAc xəbər verir ki, DGK-nın sədri Aydın Əliyev tədbir iştirakçılarına gömrük xidmətində və qanunvericiliyində olan dəyişikliklər barədə məlumat vermiş, iş adamlarının gömrüklə bağlı qarşılaşdıqları problemləri müzakirə etmiş, beynəlxalq ticarətdə etibarlılığın və səmərəliliyin artırılması məsələlərindən danışmışdır.

Komitə sədri qeyd etmişdir ki, gömrük xidmətinin təkmilləşdirilməsi eyni zamanda xarici ticarət dövriyyəsinin sürətləndirilməsinə xidmət etməlidir və iş adamlarının təklifləri bu istiqamətdə nəzərə alınacaqdır.

Tədbirdə dövlət və özəl sektor arasında əməkdaşlıq məsələlərinə də toxunulmuşdur.

 

 

Xalq qəzeti.- 2013.- 13 aprel.- S. 4.