Qlobal Liderlər
Alyansı yaradılmışdır
İsgəndəriyyə
Kitabxanası, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi,
Foundation for Peace, End Human Trafficking, Diasporla İş üzrə
Dövlət Komitəsi və dünyanın bir sıra
nüfuzlu qurumlarının dəstəyi ilə Qlobal Liderlər
Alyansının təsis olunması qərara
alınmışdır.
Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumatda deyilir ki, Alyansın əsas məqsədi qloballaşan dünyada nüfuzlu alimlər, sabiq ölkə və hökumət başçılarından ibarət Ali Qrupun sivilizasiyalararası siyasi, mədəni, dini anlaşmanın yaradılmasında aktiv iştiraklarıdır. Ali Qrupa Latviyanın sabiq Prezidenti Vayra Vike-Freyberqa, Finlandiyanın sabiq Prezidenti Tarya Halonen, YUNESKO-nun sabiq baş direktoru Federiko Mayor, İsgəndəriyyə Kitabxanasının direktoru İsmayıl Seragəldin, BMT Baş Katibinin müşaviri Nafis Sadik və əlahəzrət kraliça Nur daxildirlər. Alyansın ilk toplantısı mayın 7-8-də Bakı şəhərində keçiriləcək. Mərkəz rolunda isə Vaşinqton, Cenevrə, İsgəndəriyyə və Bakı şəhərləri qəbul edilmişlər.
Samirə ƏLİYEVA
Xalq qəzeti.- 2013.- 13 aprel.- S. 6.