SƏBAİL: birinci rübün
yekunları uğurludur
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının
yekunlarına və
qarşıda duran vəzifələrə
həsr olunmuş iclasındakı nitqindən
irəli gələn vəzifələr Səbail Rayon İcra Hakimiyyəti
başçısı yanında şuranın
iclasında ətraflı müzakirə olunmuşdur.
İclası
giriş sözü ilə açan Səbail Rayon İcra
Hakimiyyətinin başçısı Asif Əsgərov
2013-cü ilin birinci rübündə rayonda görülən
işlərdən danışaraq bildirmişdir ki, ötən
üç ay ərzində sənaye müəssisələri
tərəfindən 5,97 milyon manatlıq məhsul istehsal
edilmişdir. Əhaliyə nəqliyyat müəssisələri
tərəfindən 153,4 milyon manatlıq, rabitə müəssisələri
tərəfindən isə 144,5
milyon manatlıq xidmət göstərilmişdir.
Bütün maliyyə mənbələri hesabına əsas kapitala 899,6 milyon manatlıq
investisiya yönəldilmişdir ki, bu da keçən ilin
müvafiq dövrünə nisbətən 36,7 faiz çoxdur.
İlin
əvvəlindən əhaliyə 61,1 milyon manatlıq istehlak
malları satılmış və ya pullu xidmətlər
göstərilmişdir. Bu da ötən illə müqayisədə
22,5 faiz çoxdur. Həmin dövr ərzində xidmət
müəssisələri tərəfindən əhaliyə 73,1 milyon manatlıq, yaxud 2012-ci
ilin yanvar-mart aylarındakından 22,5 faiz çox əmtəə
satılmışdır.
Cari
ilin birinci rübündə rayonda 536 daimi yeni iş yeri
açılmışdır. Ümumiyyətlə, 2009-cu ildən
2013-cü ilin mart ayına kimi Səbail rayonunda 9030 daimi iş yeri
açılmışdır.
“2011-2013-cü
illərdə Bakı şəhərinin və onun qəsəbələrinin
sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na
uyğun olaraq 2013-cü ilin ilk 3 ayı ərzində 3 saylı vərəm əleyhinə
dispanserdə, C.Hacıyev
adına 3 saylı uşaq musiqi məktəbində və
A.Kazımov adına 1 saylı şəhər
poliklinikasında, 44 saylı uşaq bağçasında
aparılan əsaslı təmir-yenidənqurma işləri
başa çatdırılmış, 20-ci yaşayış
sahəsində 102 və 118 saylı 35 kilovoltluq 2 yeni
yarımstansiya şəbəkəyə qoşulmuş,
Bibiheybət qəsəbəsində post məntəqəsi
açılmışdır. Proqramın icrasına uyğun
olaraq Badamdar qəsəbəsində yeni su anbarlarının
tikintisi, Bibiheybət qəsəbəsində
Mədəniyyət evi və qəsəbə
kitabxanasının əsaslı təmir və yenidən
qurulması işləri, qəsəbədəki 70 saylı
uşaq bağçası üçün 2 mərtəbəli
əlavə korpusun tikintisi, bağçanın köhnə binasının
və 33 saylı poliklinikanın əsaslı təmiri davam
edir.
Hazırda rayon ərazisində Azərbaycan
Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət
Muzeyi üçün yeni binanın, “Alov qüllələri”
kompleksinin, Badamdar qəsəbəsində Oksford məktəbi
üçün yeni tədris korpusunun, “Azadlıq”
meydanında yeraltı və Fəvvarələr meydanında
yerüstü maşın dayanacaqlarının, Əhəd
Yaqubov küçəsində kütləvi informasiya vasitələri
işçiləri üçün
yeni binanın və Müasir İstedadlar Məktəbinin, “Cənub” mehmanxanasının yerində
7 mərtəbəli yeni mehmanxananın, Qurban Abbasov
küçəsində yeni iş mərkəzinin tikintisi,
Dağüstü parkın ərazisinin bir hissəsində əsaslı təmir-yenidənqurma
işləri və “İstiqlal” muzeyinin tikintisi, Dənizkənarı Milli
Bulvarın Bayraq meydanı istiqamətində genişləndirilməsi
“Qız qalası”nda bərpa və
konservasiya işləri davam edir. Bu işlər çərçivəsində
Azadlıq meydanı ərazisi tam şəkildə təmir
edilmiş, yola yeni asfalt örtüyü çəkilmişdir.
RİH
tərəfindən Dağüstü parkda rayonun ictimai təşkilatları
və “Şəhidlər Xiyabanı” kompleksində
çalışan texniki xidmət işçiləri
üçün yeni binanın, Badamdar qəsəbəsində
texniki xidmət işçiləri üçün 2 mərtəbəli
yaşayış binasının inşası başa
çatdırılmış, oradakı mənzillər
lazımı mebel və avadanlıqla təmin olunmuşdur.
Hazırda
Badamdar şosesi boyunca mağaza, ofis və iaşə obyektlərinin
üzlənməsi, yol kənarlarının təmizlənməsi,
hasarların rənglənməsi və ərazinin
abadlaşdırılması istiqamətində işlər
aparılır. Rayonun Mənzil Kommunal Təsərrüfatı
Birliyi tərəfindən bir sıra binalara gedən istilik xətlərində, 7 binanın dam örtüyündə təmir işləri
aparılmış, su və kanalizasiya xətləri dəyişdirilmiş,
mərkəzdəki bir sıra binaların fasadı təmir
olunmuş, rəngləmə və abadlıq-təmizlik
işləri görülmüşdür. Badamdar qəsəbəsində
hər həftənin şənbə günləri kənd təsərrüfatı
məhsulları yarmarkası təşkil edilmişdir.
Cari
ilin ilk 3 ayı ərzində Səbail Rayon Əhalinin Sosial
Müdafiəsi Mərkəzinə Ünvanlı Sosial
Yardım almaq üçün 417 ailə (1689 ailə
üzvü) müraciət etmiş, onların sənədlərinə
müavfiq qaydada baxılaraq orta hesabla hər ailəyə
115,49 manat sosial yardım təyin olunmuşdur.
Dövlət
Sosial Müdafiə Fondu Səbail rayon şöbəsində
qeydiyyatda olan 13081 nəfər təqaüdçüyə 3
ay ərzində 8.522.890,25 manat təqaüd və müavinət
ödənilmişdir.
İclasda
Səbail rayon MKTB-nin rəisi Elbrus Əhmədov, 1 saylı
şəhər poliklinikasının baş həkimi Kübra
Cabbarova, Səbail rayon Gigiyena və Epidemiologiya Mərkəzinin
direktoru Sara Həsənova, Milli Məclisin üzvü Fuad
Muradov və başqaları
çıxış etmişlər.
Tədbirdə “Yeni Azərbaycan” qəzetinin 20 illik
yubileyi ilə əlaqədar qəzetin kollektivinə Səbail
RİH-in təbrikləri çatıdırılmış və
qiymətli hədiyyə təqdim olunmuşdur.
İclasda
əldə olunmuş nailiyyətlərlə yanaşı, həm
də həllini gözləyən problemlər,
çatışmazlıqlar və onların aradan
qaldırılması yolları, rayonda aparılması nəzərdə
tutulan abadlıq işləri və vətəndaşların
müraciətləri ilə bağlı görülən
işlər də müzakirə olunmuşdur.
Ə.BAYRAMOV
Xalq qəzeti.- 2013.- 19 aprel.- S. 6.