“Beynəlxalq Yer Günü” çərçivəsində
gənclərlə görüş keçirilmişdir
22 aprel “Beynəlxalq
Yer Günü”nün qeyd olunması ilə
əlaqədar Ekologiya və Təbii Sərvətlər
Nazirliyində ali təhsil müəssisələrinin
tələbələrinin iştirakı ilə “Ətraf mühitin indiki və gələcək
nəsillər naminə mühafizəsi” mövzusunda
tədbir keçirilmişdir.
Görüşdə
Bakı Dövlət Universitetinin, Memarlıq və
İnşaat Universitetinin, Texniki Universitetin, Azərbaycan
Dövlət Pedaqoji Universitetinin və Azərbaycan Dövlət
Neft Akademiyasının ətraf mühitin mühafizəsi sahəsində
təhsil alan tələbələr
iştirak etmişlər.
Tədbir
iştirakçıları ətraf mühitin mühafizəsi
sahəsində həyata keçirilən ardıcıl tədbirlər
nəticəsində qazanılmış uğurların əhalinin
ekoloji dünyagörüşündə müsbət dəyişikliklərə
səbəb olması ilə yanaşı, ekoloji durumun
yaxşılaşdırılmasına yönəldilmiş tədbirlərdə
ölkə vətəndaşlarının fəal
iştirakına zəmin yaradıldığını qeyd
etmişlər.
Görüşdə
həmçinin, ekoloji təhlükəsizliyin təmin
olunmasını əsas götürərək, ətraf
mühitin çirklənməsinin minimuma endirilməsi və
mühafizəsinin tənzimlənməsi məqsədilə
davamlı inkişaf prinsipləri üzrə mütərəqqi
üsulların tətbiq edilməsi, indiki və gələcək
nəsillərin tələbatını ödəmək məqsədilə
təbii sərvətlərdən səmərəli istifadə
etmək, alternativ metodlar vasitəsilə tükənməyən
enerji mənbələrindən yararlanmaq və enerji
effektivliyinə nail olunması istiqamətində ölkədə
həyata keçirilən fəaliyyətdə gənc nəslin
iştirakı müzakirə edilmişdir.
İctimai
müzakirədə ətraf mühitin mühafizəsi sahəsində
gənc nəslin rolunun əhəmiyyəti xüsusi
vurğulanmış, dövlət orqanları ilə
yanaşı ictimaiyyətin bu sahədə aktiv
iştirakının, əhali arasında maarifləndirmə
işlərinin aparılmasının vacibliyi diqqətə
çatdırılmışdır.
Samirə ƏLİYEVA
Xalq qəzeti.- 2013.- 19 aprel.- S. 7.