“Heydər Əliyev: müasir əmlak idarəçiliyi və əmlak hüquqlarının səmərəli təminatı” mövzusunda seminar keçirilmişdir

 

Əmlak Məsələləri Dövlət Komitəsində “Heydər Əliyev: müasir əmlak idarəçiliyi və əmlak hüquqlarının səmərəli təminatı” mövzusunda seminar keçirilmişdir.

Seminarda Heydər Əliyevin rəhbərliyi ilə müasir dövrdə bələdiyyə, dövlət və xüsusi mülkiyyət növlərinin qarşılıqlı fəaliyyəti, əmlak münasibətlərinin inkişafı, daşınmaz əmlak idarəçiliyinin təkmilləşdirilməsi və əmlak hüquqlarının səmərəli təminatı sahəsində qəbul edilən qərarlar, hüquqiinstitusional mexanizmlər, həyata keçirilən islahatlar barədə fikir mübadiləsi aparılmışdır.  Tədbirdə “Heydər Əliyev və daşınmaz əmlakın dövlət qeydiyyatı sistemi”, “Heydər Əliyev və idarəçilik”, “Əmlak hüquqlarının səmərəli təminatı sahəsində qəbul edilən qərarlar, hüquqiinstitusional mexanizmlər” və s. mövzularda çıxışlar dinlənilmişdir. Qeyd edilmişdir ki, Heydər Əliyevin rəhbərliyi ilə ölkənin digər əhəmiyyətli sahələri kimi, daşınmaz əmlak sahəsində də vəziyyətin müsbətə doğru dəyişərək mühüm yeniliklərə start verilmiş,  özəlləşdirmə, mülkiyyət münasibətlərinin tənzimlənməsi sahəsində real imkanlarainkişaf etmiş ölkələrin təcrübəsinə əsaslanan mühüm dövlət tədbirləri görülmüşdür. 

Tədbirdə vurğulanmışdır ki, 1996-cı ildən etibarən MDB məkanında ilk dəfə olaraq torpaqların dövlət, bələdiyyə və xüsusi mülkiyyətə verilməsi prosesi məhz Azərbaycanda başlanıb. Ölkəmizdə həyata keçirilən özəlləşdirilmə, torpaq islahatları kimi geniş miqyaslı islahatlar nəticəsində mənzil fondutorpaq sahələri də daxil olmaqla yüz minlərlə dövlət əmlakı xüsusi mülkiyyətə verilib. Son bir neçə ildə görülmüş işlərin nəticəsidir ki, Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyasının  dərc etdiyiDoing Business-2013" hesabatına əsasən daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı sahəsində Azərbaycan ən yaxşı vəziyyətin olduğu on ölkə sırasındadır. Bu göstərici üzrə 183 ölkə arasında 9-cu yerdədir.

 

 

Vaqif BAYRAMOV

 

Xalq qəzeti.- 2013.- 20 aprel.- S. 4.