Binəqədi
rayonunda “Heydər Əliyev və azərbaycançılıq
ideologiyası” mövzusunda elmi-praktik konfrans
Binəqədi Rayon İcra Hakimiyyəti
Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma
İnstitutu ilə birgə “Heydər Əliyev və azərbaycançılıq
ideologiyası” mövzusunda elmi-praktik konfrans
keçirmişdir.
Heydər Əliyev muzey-lektoriyası ilə
tanışlıqla başlayan konfransda rayon icra hakimiyyəti
başçısının müavini Vüsal
İsmayılov çıxışında demişdir ki, azərbaycançılıq
ideyasının təbliği və formalaşması
dünya azərbaycanlıları arasında milli həmrəyliyin
əsasını təşkil edir. Heydər Əliyevin bu
istiqamətdəki siyasəti danılmaz və əvəzolunmazdır.
O, həmişə xarici ölkələrə gedəndə
Azərbaycan icmaları ilə görüşməyə də
vaxt tapırdı. Dahi öndər bunu çox önəmli
hesab edir, bizi bir ideya-azərbaycançılıq
ideologiyası ətrafında birləşdirməyə
çalışırdı. Həmişə bunun vacib
olduğunu söyləyirdi. Həmçinin bildirirdi ki, kim
harada yaşamasından asılı olmayaraq öz ana dilini
unutmamalıdır. Bunu xüsusi qeyd etməliyik ki, Heydər Əliyevin
sayəsində Azərbaycan diasporu mütəşəkkil
formaya düşmüş və milli həmrəylik
yaranmışdır.
Azərbaycan Milli Elmlər Akademiyasının
müxbir üzvü, Milli Məclisin deputatı Nizami Cəfərov,
Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma
İnstitutun rektoru, professor Asəf Zamanov, Azərbaycan Dövlət
Mədəniyyət və İncəsənət Universitetinin
professoru Nizaməddin Şəmsizadə qeyd etmişlər ki,
Heydər Əliyev nəinki müstəqil Azərbaycan
dövlətinin yaradılması konsepsiyasını həyata
keçirmiş, eyni zamanda, Azərbaycan vətəndaşlarını
birləşdirən, xalqımızı beynəlxalq aləmdə
vahid amal, əqidə, məqsəd və məram ətrafında
səfərbər edən milli təlim-azərbaycançılıq
ideologiyasını da yaratmışdır.
Azərbaycançılıq ideyası ölkəmizin müstəqilliyinin bərpası ilə bilavasitə bağlı olmuşdur. 1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa edəndən sonra azərbaycançılıq ideyasında yeni istiqamətlər, yeni təşəbbüslər, qayğılar özünü büruzə vermişdir. Bu mənada azərbaycançılıq ideologiyasının inkişafında, bir Heydər Əliyev mərhələsi var. Heydər Əliyev mərhələsində sözügedən ideologiya öz məzmununu bir az da genişləndirmiş, bir sıra ciddi addımlar atılmışdır.
Vaqif BAYRAMOV
Xalq qəzeti.- 2013.- 20 aprel.- S. 4.