HEYDƏR ƏLİYEV
və Azərbaycanda sahibkarlığın inkişafı
Azərbaycan Respubilkası
müstəqillik əldə etdikdən sonra
ölkənin iqtisadi yüksəlişi
istiqamətində məqsədyönlü tədbirlər həyata
keçirilmişdir. 1993-cü ildən başlayaraq ölkəmizdə aparılan
ardıcıl siyasi- iqtisadi
islahatlar nəticəsində Azərbaycan
sürətli inkişaf yoluna
qədəm qoymuş, bu sahədə regionun
lider dövləti səviyyəsinə
yüksəlmişdir. Əldə edilən uğurlar
beynəlxalq iqtisadi təşkilatların
diqqətini ölkəmizə yönəltmiş, bir sira nüfuzlu
ekspertlər Cənubi Qafqaz regionunda inkişafın Azərbaycan modelinin yaradıldığını qeyd etmişlər.
Məhz ümummilli lider Heydər Əliyevin
müəyyənləşdirdiyi və Prezident
İlham Əliyev tərəfindən daha da zənginləşdirilərək
davam etdirilən iqdisadi
siyasətin uğurları ölkəmizə böyük
gələcək vəd edir. Bütün dünya
dövlətlərində sərbəst bazar
iqtisadiyyatının əsas tələblərindən biri də sahibkarlığın inkişaf etdirilməsidir.
Azərbaycanda
sahibkarlığın inkişafı və təşəkkül
tapması ulu
öndər Heydər Əliyevin adı ilə
bağlıdır. Bu sahədə
1993-cü ildə təsdiq edilmiş ‘’Azərbaycanda
sahibkarlığın inkişafı (1993-1995)’’ Dövlət
Proqramını qeyd etmək olar. Sahibkarlıq sektorunda həyata keçirilən islahatlar ölkədə fəaliyyət
göstərən kiçik və orta sahibakarların sayını
artırdı, onların xarici iqtisadi fəaliyyəti genişləndi və bu sahədə nisbi
uğurların əldə olunmasına şərait
yarandı. Azad sahibkarlığın
inkişafı ümummilli lider
Heyder Əliyevin daim
diqqət mərkəzində olmuşdur. Təsadüfü deyil ki, ulu öndərimiz
ölkəmizin sosial-iqtisadi
inkişafını bilavasitə sahibkarlıqla, onun tərəqqisi ilə əlaqələndirmiş,
bu istiqamətdə dövlət
qayğısının artırılmasına və ən əsası
mövcud potensialın
reallaşdırılmasına yönəlmişdir. Məhz sahibkarlığın inkişafına zəmin
yaradacaq qanunvericilik
bazasının formalaşması, maliyyə dəstəyinin
göstərilməsi bürokratik maneələrin
aradan qaldırılması və s. sahələrdə mühüm
əhəmiyyət kəsb edən tədbirlər keçirilmişdir.
Sahibkarlıq
fəaliyyətinin tənzimlənməsi ilə bağlı
qanunvericilikdə bazar münasibətləri şəraitində
iqtisadiyyatın inkişaf etdirilməsi, ona hüquqi təminatın
verilməsi öz əksini tapmışdır. Həmçinin
bu qanunvericilikdə rəqabət mexanizminin formalaşması
və onun qorunması ilə bağlı müddəlar yer
almışdır. Bu sənəd iqtisadiyyatın dinamik
inkişafına, sürətli yüksəlişinə xidmət
etmişdir. İqtisadiyatın inkişafı üçün
dövlətin sahibkarlara maliyyə dəstəyi sistemi təşkil
olunmuşdur. Sahibkarlığın inkişafına nail olmaq,
ölkədə işgüzar fəaliyyətin əlverişli
mühitini təmin etmək əsas məqsədlərindən
idi. Bu sahənin tərəqqisinə yönəldilmiş tədbirlər
zəruri iqtisadi mühitin formalaşması üçün
xüsusi sistem çərçivəsində
reallaşması vacib sayılırdı. Sürətli
inkişaf göstəricilərinin səviyyəsini
qaldırmaq, maliyyə və istehsalat sahəsində yüksəlişə
nail olmaq, infliyasiyanın minimal səviyyə endirmək
qarşıda duran əsas məqsədlərdən idi. Bazar
iqtisadiyyatına keçid dövründə
sahibkarlığın bazar infrastrukturunun əsas ünsürlərini-
reklam, audit və informasiya xidmətlərini xüsusi
vurğulamaq lazımdır.
Ulu
öndər Heydər Əliyevin 17 iyun 1996-cı il tarixli
“İstehsal, xidmət, maliyyə-kredit fəaliyyətinə
dövlət nəzarətinin qaydaya salınması və əsassız
yoxlamaların qadağan edilməsi barədə”
imzaladığı fərman bazar münasibətlərinin
inkişafına mənfi təsir göstərəcək
halların aradan qaldırılmasına yönəlmişdi.
Bununla yanaşı nəzarətin təkmilləşdirilməsi
istiqamətində dövlət əhəmiyyətli tədbirlər
həyata keçirilmişdir.
Sahibkarların
fəaliyyətini təşkil etmək üçün vacib
olan dövlət strukturları yaradılmışdır. Buna
misal olaraq Sahibkarlığa Kömək Milli Fondunu, Kiçik
və Orta Sahibkarlığın İnkişafı Agentliyini,
Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa
Kömək Komitəsini, həmçinin Xarici
İnvestisiyalar Mərkəzini və digərlərini misal
göstərmək olar. Sahibkarlığı inkişaf etdirmək
üçün dövlət öz üzərinə
müvafiq öhdəliklər götürür, onların
firmaları dövlət qeydiyyatından keçirilir,
sahibkarlara elmi-texniki, hüquqi və başqa köməkliklər
göstərilirdi. 1997-ci ildə
“Reklam haqqında ”qanunun qəbul olunması ilə ölkədə
reklam işinin formalaşması prosesi başladı. Reklamdan əldə
olunan gəlirlər 1996-cı ildə 5 milyon dollar idisə,
1997-ci ildə bu rəqəm 6,5 milyon dollar təşkil
etmişdir.
Sahibkarlar
üçün kadr hazırlığı, işgüzar
informasiyaların yayılması olduqca vacibdir. Bu məsələnin
vacibliyi nəzərə alınaraq dövlət kompleks proqramlar
həyata keçirmişdir və bu istiqamətdə işlər
bu gün də davam etdirilir. Sahibkarlığın
inkişafının və formalaşmasının zəruri
şərtlərindən biri ölkədə özəlləşdirmənin
həyata keçirilməsi olmuşdur. Özəlləşdirmənin
aparılmasının məqsədlərindən biri dövlət
mülkiyyətinin hökmran rol oynamasına son qoymaq idi. Bu
proses çoxsaylı sahibkarların yaranmasına səbəb
oldu. Respublikada özəlləşdirmənin həyata
keçirilməsində əsas məqsəd büdcə kəsirinin
aşağı salınması və büdcəyə daxil
olan vəsaitin artırılmasına nail olmaq idi.
Hər kəsə yaxşı məlumdur
ki, ölkəmiz əlverişli coğrafi mövqeyə, zəngin
təbii sərvətlərə, fauna və floraya, gözəl
iqlim şəraitinə malikdir. Bu da iqtisadiyyatın
inkişafında əsas amil sayılır. Bəzi dünya
ölkələrinin təcrübəsindən də görmək
olar ki, bazar iqtisadiyyatına keçmək üçün,
ilk növbədə, dövlət mülkiyyətini özəlləşdirmək
lazımdır. Bununla da azad sahibkarlığın
inkişafına nail olmaq olar. Bu da bazarda sahibkarlar arasında rəqabətin
yaranmasına, istehlak bazarında mövcud
qıtlığın aradan qaldırılmasına, əhalinin
məşğulluğunun artmasına səbəb olur. Azərbaycan
Respublikasının “Sahibkarlıq haqqında”(1996) , “Torpaq
islahatı haqqında ” (1996) qanunlarının qəbul
olunması bir daha göstərir ki, azad sahibkarlığın
inkişafına dövlət hər cür dəstək olur.
Ölkəmizdə istər yerli, istərsə də xarici vətəndaşlar,
bir sözlə, sahibkarlıq fəaliyyəti ilə məşğul
olan hər bir kəs qanunvericilikdə qadağan olunmayan
bütün təsərrüfat formaları ilə məşğul
ola bilərlər.
Sahibkarlığın
bazar infrastrukturunda qiymətli kağızlar bazarının
müstəsna rolu var. Bu sahədə vacib sayılan müstəqil
fond birjasının olması əhəmiyyətli idi. Qiymətli
kağızlarla bağlı əməliyyatı Bakı
Banklararası Valyuta Birjasının müvafiq şöbəsi
tərəfindən yerinə yetirilir. Bakı Banklararası
Valyuta Birjasının fond əməliyyatları arasında əsas
yeri qısa müddətli qiymətli kağızların yerləşdirməsi
ilə bağlı işlər tutur. Bu barədə ilk
hüquqi sənəd 1996-cı il 17 sentyabrda “Dövlət
qısamüddətli istiqrazlarının buraxılması
haqqında” sərəncamda öz əksini tapdı. Bu dönəmlərdə
fond bazarı bir sıra problemlərlə üzləşdi.
Problemin həllinin əsas yollarından biri də fond
bazarının fəaliyyətinin dövlət tərəfindən
tənzimlənməsi idi.1998-ci il 30 dekabrda “Qiymətli
Kağızlar üzrə Dövlət Komitəsi”nin
yaradılması sözügedən sahənin
inkişafına bir situmul oldu. Sonralar (1999-cu ilin fevral
ayında) bu bazara Milli Bankın qısamüddətli (90
günlük) istiqrazları da daxil edildi.
Bazar iqtisadiyyatı şəraitində
sahibkarlığın bazar infrasturukturunun əsas elemetlərindən
biri də sığorta şirkətləridir. Onu da qeyd edək
ki, sığorta bazarı maliyyə- pul münasibətlərinin
xüsusi bölməsidir. Burada vurğulamaq lazımdır ki,
dünya dövlətlərində dövlət, səhmdar və
özəl sığorta şirkətləri bazar
iqtisadiyyatının normal fəaliyyətini təmin edirlər.
Bu şirkətlərin əsas məqsədi təsərrüfat
subyektlərinə dəyən zərəri qismən və ya
tam ödəməkdir. Bazar iqtisadiyyatında iqtisadiyyatın
inkişafını təmin etmək üçün
sahibkarlıq riskinin sığortalanması vacib
sayılır.
1999-cu
il yanvarın 7-də
imzalanmış “Dövlət nəzarəti sisteminin təkmilləşdirilməsi
və sahibkarlığın inkişafı sahəsində
süni maneələrin aradan qaldırılması
haqqında” fərmanda sahibkarlığın inkişaf etdirilməsi,
iş adamlarının fəaliyyətinə yersiz müdaxilələrin
qarşısının alınması, korrupsiya, rüşvətxorluğun
aradan qaldırılması və vəzifədən sui-istifadə
halları ilə mübarizənin gücləndirilməsi və
s. məsələlər öz əksini tapmışdır.
Sahibkarlığın inkişafı üçün
ümummilli lider Heydər Əliyev tərəfindən
imzalanmış sənədlər bu sahənin daha da irəliləməsinə
təkan verdi. Sahibkarlığın inkişafında
lazımi infrastrukturun formalaşdırılması sahəsində
bir çox işlər görüldü, bu sahəyə zəruri
texniki yardım göstərildi.
Ölkəmizin yerləşdiyi
mühüm strateji mövqedən bəhrələnərək
uğurlu beynəlxalq iqtisadi layihələrin həyata
keçirilməsi vacib idi. Ulu öndər Heydər Əliyevin
uzaqgörən siyasəti sayəsində xarici
investisiyanın ölkəmizə cəlb olunmasında
mühüm işlər görülmüşdü. Bu sahədə
Azərbaycanla müxtəlif ölkələr arasında
sazişlər imzalanmışdı. Ölkədə
sahibkarlığın inkişafında xarici sərmayəçilərin
iştirakının da mühüm rolu vardır. Xarici
investorların hesabına Azərbaycana böyük həcmdə
sərmayə qoyulmuşdur.
Ulu öndər Heydər Əliyev
yerli sahibkarlarla görüşündə (2002-ci il 25 aprel)
demişdir: “Azərbaycan dövlətinin iqtisadi siyasəti Azərbaycanın
iqtisadiyyatını bazar iqtisadiyyatı yolu ilə inkişaf
etdirməkdən ibarətdir. Bunun üçün biz 1995-ci
ildən başlayaraq ardıcıl surətdə lazım olan
iqtisadi islahatları həyata keçiririk. Biz bu gün məmnuniyyət
hissi ilə deyə bilərik ki, artıq bizim iqtisadi siyasətimiz,
həyata keçirdiyimiz tədbirlər öz müsbət nəticəsini
verir və verməkdədir”. Həqiqətən də
ümummilli lider Heydər Əliyevin məqsədyönlü
siyasəti nəticəsində Azərbaycan bu gün tam əminliklə demək olar ki,
inkişaf etmiş ölkələrlə rəqabət aparmaq
iqtidarındadır. Ölkəmizdə sahibkarlıq sürətlə
inkişaf edir. Sahibkarlığa Kömək Milli Fondu hər
il təsərrüfat fəaliyyəti ilə məşğul
olan sahibkarlara güzəşli kreditlər verir. Bu isə yeni iş yerlərinin
açılmasına və əhalinin həyat şəraitinin
yaxşılaşdırılmasına təkan verir.
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev sahibkarlığın inkişaf
etdirilməsini daim diqqət mərkəzində saxlayır.
2008-ci il 25 avqust tarixli “2008-2015-ci illərdə Azərbaycan
Respublikasında əhalinin ərzaq məhsulları ilə
etibarlı təminatına dair Dövlət Proqramı”nın
qəbulu qarşıdakı illərdə ölkənin ərzaq
təhlükəsizliyinin təmin edilməsi baxımından
müstəsna əhəmiyyətə malikdir. Bu da aqrar sahənin
daha da inkişaf etməsinə səbəb olacaq. Əvvəllər
kənd təsərrüfatı məhsullarını xarici
ölkələrdən alırdıqsa, indi ölkəmiz özü bu məhsulları
ixrac edir. Prezident İlham Əliyev sahibkarlığın
inkişafına xüsusi önəm verərək
demişdir: “Mənim sahibkarlardan tələblərim bundan ibarətdir
ki, yaşadıqları bölgələrdə və fəaliyyət
göstərdikləri sahələrdə yaxşı işləsinlər,
vergiləri vaxtında versinlər. Dövlət
qarşısında onların heç bir borcu olmasın.
İş yerləri yaratsınlar, bizneslərini daha da
genişləndirsinlər, daha da yaxşı yaşasınlar,
daha da zəngin olsunlar. Mən hesab edirəm ki, bu fikirlə
sahibkarların fikirləri arasında heç bir fərq ola
bilməz”.
Bu gün ölkəmizdə
iqtisadiyyatın bütün sahələrinin, eləcə də,
sahibkarlığın inkişafı göz önündədir.
Dünya ölkələri ilə geniş miqyaslı əməkdaşlıq,
onların təcrübəsindən istifadə bazar iqtisadiyyatının
daha da irəliləməsinə səbəb olacaq.
Ülviyyə VAHİDQIZI
Xalq qəzeti.- 2013.- 21 aprel.- S. 4.