Nəsimi rayonunda
ümummilli lider HEYDƏR ƏLİYEVİN 90 illiyi ilə
bağlı tədbir
Nəsimi rayonunda xalqımızın
ümummilli lideri Heydər Əliyevin 90 illiyi ilə
bağlı tədbir keçirilib. Heydər Əliyev
sarayında keçirilmiş tədbiri Nəsimi Rayon İcra
Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev
açaraq məruzə ilə çıxış
etmişdir. Natiq bildirmişdir ki, bu günlər
xalqımız ulu öndər, dahi insan, müstəqil Azərbaycan
dövlətinin qurucusu və memarı Heydər Əliyevin 90
illiyini böyük təntənə ilə qeyd edir.
Hazırda Azərbaycanın mövcudluğu, inkişafı və
tərəqqisi bu dövlətin ümummilli liderimiz tərəfindən
yaradılmış özülünün möhkəmliyi ilə
əlaqədardır.
Bu dahi şəxsiyyətin Azərbaycan
xalqı qarşısında müstəsna xidmətləri
olub. O, rəhbərlik etdiyi birinci mərhələdə Azərbaycanı
geridə qalmış aqrar diyardan inkişaf etmiş sənaye
respublikasına çevirdi. Xalqımızın təkidli tələbi
ilə hakimiyyətə qayıdandan sonra isə o vətəndaş
müharibəsinin başladığı, iqtisadi xaos içərisində
boğulan, bir dövlət kimi dünya xəritəsindən
silinmək təhlükəsi ilə üzləşmiş Azərbaycanın
xilaskarı və müstəqil dövlətimizin qurucusu oldu.
O, ölkəmizin inkişafının əsasını qoyan
neft strategiyasının müəllifi oldu və Azərbaycanı
regionun iqtisadi cəhətdən lider dövlətinə
çevirdi. Ümummilli liderimiz parlaq zəkası, müdrik
siyasəti və titanik fəaliyyəti sayəsində
qüdrətli Azərbaycanı yaradıb və onu yeni
uğurlara aparan strategiyasını müəyyən edib. Azərbaycanda
demokratik, hüquqi dövlət quruculuğu, vətəndaş
cəmiyyətinin təşəkkülü, milli-mənəvi
dəyərlərə qayıdış, elmin, təhsilin, mədəniyyətin
inkişafı Heydər Əliyevin adı ilə
bağlıdır. Ümummilli liderimizin müəyyənləşdirdiyi
siyasət, formalaşdırdığı dövlət və
dəyərlər bu gün də fəaliyyətdədir və
Azərbaycan xalqına xidmət edir. Heydər
Əliyev xalqımızın milli həmrəylik
və birlik simvovlu, qürur mənbəyidir.
Əsası ümummilli liderimiz Heydər Əliyev
tərəfindən qoyulmuş və Azərbaycanın hərtərəfli
inkişafına yönəlmiş müdrik siyasət bu
gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev
tərəfindən müvəffəqiyyətlə davam
etdirilir və bizi yeni uğurlara aparır.
Sonra 23 saylı tam orta məktəbin şagirdlərinin
ifasında ümummilli liderimiz Heydər Əliyevin həyat və
fəaliyyətinə həsr olunmuş ədəbi-bədii
kompozisiya nümayiş etdirildi.
Tədbirdə Milli Məclisin deputatları Fəttah Heydərov, Məlahət İbrahimqızı, Aytən Mustafayeva, Ziyad Səmədzadə və Hadı Rəcəbli iştirak edirdilər.
Ayaz HƏMİDOĞLU
Xalq qəzeti.- 2013.- 21 aprel.- S. 5.