İMİŞLİ:
uğurlu nəticələr inkişafdan xəbər verir
İmişli rayonunda 2013-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına
və qarşıda duran vəzifələrə
həsr olunmuş iclas
keçirildi. Rayon icra
hakimiyyətinin başçısı Vilyam
Hacıyev məruzə edərək bildirdi
ki, 2013-cü ilin birinci rübündə İmişli
rayonunun sosial-iqtisadi
inkişafında bir sıra uğurlu nəticələr əldə olunmuşdur. İqtisadiyyatın əsas sahələri
üzrə 70 milyon manatlıq məhsul istehsal edilmiş və ya xidmət göstərilmişdir.
Ümumi daxili məhsul
istehsalı ötən ilin müvafiq dövrü ilə
müqayisədə 2,1 faiz artmış,
həmin artım ticarətdə 42,4 faiz,
kənd təsərrüfatında 28 faiz,
rabitədə 6,9 faiz, nəqliyyatda isə
4,1 faiz təşkil etmişdir.
Rüb
ərzində ümumi daxili məhsul istehsalı struktur tərkibinə
görə, sənaye üzrə 37 faiz, kənd təsərrüfatı
üzrə 23,9 faiz, tikinti üzrə 18,6 faiz, ticarət
üzrə 18 faiz, nəqliyyat üzrə 2,3 faiz, rabitə
üzrə isə 0,2 faiz təşkil etmiş, rayon
iqtisadiyyatında əsas yeri sənaye və kənd təsərrüfatı
məhsullarının istehsalı tutmuşdur.
“Azərbaycan
Respublikası regionlarının 2009-2013-cü illərdə
sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın
icrası ilə bağlı 2013-cü ilin birinci rübündə
dövlət vəsaiti hesabına inşa olunan 180 şagird
yerlik Hacıbabalı kənd ümumi orta məktəbinin yeni
binasının tikintisi davam etdirilmiş, Cavadxanlı, Buludlu kənd
tam orta, Cəfərli 1 saylı tam orta məktəblərində
bərpa-gücləndirmə, həmçinin,
Sarıxanlı 1 saylı kənd tam orta məktəbində bərpa-gücləndirmə
və əlavə sinif otaqlarının tikintisinə, 960
şagird yerlik şəhər 5 saylı məktəb-liseyin
isə əsaslı təmir olunmasına
başlanılmışdır. İmişli Regional Ədliyyə
şöbəsi üçün dördmərtəbəli
inzibati binanın tikintisi davam etdirilmiş, tikinti işlərinin
avqust ayına kimi başa çatdırılması nəzərdə
tutulmuşdur.
İmişli
şəhərində inşa olunan “Gənclər Mərkəzi”nin
də tikintisi başa çatmışdır.
Rayon
Tarix-Diyarşünaslıq muzeyinin əsaslı təmir
işləri nəticəsində dam örtüyü dəyişdirilmiş,
bina ağ layla üzlənmişdir. Sahəsi 200 kv.m, 2 zaldan
ibarət olan muzeyin daxili tərtibatı yenidən qurulmuş,
eksponatların sayı 4 min ədədə
çatdırılmışdır.
V.Hacıyev
qeyd etdi ki, Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan
ayrılmış vəsait hesabına Rayon Mərkəzi Xəstəxanasının
əsaslı təmiri başa çatmış, xəstəxana
müasir tibbi avadanlıqlarla təchiz olunmuşdur. Burada
martın 28-dən “Dializ” şöbəsi fəaliyyətə
başlamışdır.
İmişli
şəhərinin su təchizatının yenidən
qurulması və kanalizasiya sisteminin yaradılması ilə əlaqədar
“Milli su təchizatı və kanalizasiya xidmətləri
üzrə ikinci layihə” çərçivəsində
tikinti işləri davam etdirilir. Hazırda Beyləqan rayonunun
Aşıqlılar kəndi ərazisində qazılması nəzərdə
tutulmuş 5 ədəd artezian quyusundan 1 ədəd kəşfiyyat
quyusu qazılıb istismara tam hazır vəziyyətdədir,
4 ədəd quyuda isə qazma işləri aparılır. 630
mm-lik polietilen boru ilə 29,5 km-lik Beyləqan-İmişli
magistral su xəttinin tikintisi başa çatmış,
magistral su xətti üzərində yerləşən
Şahverdili, Göbəktala, Məhəmmədli və Rəsullu
kəndlərini içməli su ilə təmin etmək
üçün 100 mm-lik borular vasitəsilə
çıxışlar qoyulmuşdur. Magistral xətt üzərində
nəzərdə tutulan müxtəlif təyinatlı
bütün quyuların və suqəbuledici kameranın
tikintisi başa çatdırılmışdır. Layihədə
nəzərdə tutulmuş 1 ədəd 1500 kubmetrlik və 2
ədəd 2500 kubmetrlik su anbarının tikintisi başa
çatdırılmış, 630 mm-lik polietilen boru ilə
4039,4 p/m kanalizasiya kollektor xətti çəkilmişdir.
Şəhərdaxili 5,6 km kanalizasiya xəttində, 148,5 km
içməli su xəttində tikinti işləri başa
çatmış, kanalizasiya xətti çəkilərkən
230 ədəd dəmir-beton quyular, su xətti çəkilərkən
428 ədəd yanğın hidrantı və 24 ədəd su
kameraları inşa olunmuş, 2691 evə su xətti birləşdirilmiş,
595 ədəd “SMART – kart” tipli sayğaclar
quraşdırılmışdır.
Ötən
dövr ərzində heyvandarlıq və quşçuluq sahələrinin
inkişaf etdiyini diqqətə çatdıran natiq
vurğuladı ki, rayon üzrə
mal-qaranın sayı 89504 başa, qoyunların sayı 240464
başa, quşların sayı isə 1304662 başa
çatmış, ötən ilin müvafiq dövrü ilə
müqayisədə iribuynuzlu mal-qara 1712 baş, qoyunlar 5575
baş, quşlar isə 32741 baş artmışdır. Ət
istehsalı (diri çəkidə) 2739,2 ton, süd
istehsalı 11267,5 ton, yumurta istehsalı isə 26563,2 min ədəd
olmuş, ötən ilin müvafiq dövrü ilə
müqayisədə bütün heyvandarlıq məhsullarının
istehsalı artmışdır. 1 aprel 2013-cü il tarixə
kimi 10757 hektar sahədə buğda, 5199 hektar sahədə
arpa, 191 hektar sahədə kartof, 11 hektar sahədə bostan,
139 hektar sahədə tərəvəz, 1 hektar sahədə dən
qarğıdalı, 420 hektar sahədə isə şəkər
çuğunduru əkilmişdir. Bu sahədə işlər
davam etdirilir.
Qarabağ
müharibəsi əlilləri və şəhid ailələrinin
mənzil şəraitinin
yaxşılaşdırılması məqsədilə Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən
İmişli şəhərində 6 mərtəbəli 54 mənzilli
ictimai yaşayış binasının tikintisi nəzərdə
tutulmuş, bunun üçün torpaq sahəsi ayrılmışdır.
Rayon ərazisində məskunlaşmış məcburi
köçkün ailələrinin mənzil şəraitinin
yaxşılaşdırılması üçün 550 məcburi
köçkün ailəsinə fərdi yaşayış
evlərinin tikintisi üçün Bəhrəmtəpə qəsəbəsində
100 hektar torpaq sahəsi ayrılmış, hazırda 325 məcburi
köçkün ailəsi üçün fərdi
yaşayış evlərinin və 360 şagird yerlik 2 mərtəbəli
yeni məktəb binasının tikintisi başa
çatmış, 50 yerlik uşaq bağçası, inzibati
bina, klub, feldşer-mama məntəqələrində isə
tikinti işləri davam edir.
Son
illər rayonda emal sənayesinin inkişafı
üçün bir sıra işlər
görülmüş, “Azərbaycan Şəkər
İstehsalat Birliyi” MMC-nin Kəllə qənd,
Qarışıq Yem, Bitki Yağları, Spirt emalı,
Çuğundur yem qurutma zavodları, Bəhrəmtəpə
qəsəbəsində 50 min tonluq taxıl anbarı,
Qaragüvəndikli kəndində damazlıq yumurta istehsal edən
“Araz Damazlıq quşçuluq” MMC istifadəyə
verilmişdir.
2013-cü
ilin birinci rübü ərzində Ağsu-Kürdəmir-Bəhrəmtəpə,
İmişliyə giriş və Hacıqabul-Bəhrəmtəpə-Mincivan
avtomobil yolunun bəzi yerlərində təmir işlərinin
aparıldığını deyən rayon rəhbərinin məlumatına
əsasən 36 saylı yol istismarı idarəsi tərəfindən
110 min manat məbləğində iş həcmi yerinə
yetirilmiş, Hacıqabul-Bəhrəmtəpə və
İmişli-Biləsuvar avtomobil yolu, müvafiq olaraq Türkiyənin
“Kolin” və Azərbaycanın “AzərStar” şirkətləri
tərəfindən əsaslı təmir olunur. Hazırda
Hacıqabul-Bəhrəmtəpə avtomobil yolunun 101-103-cü
km-də torpaq yatağının və əsasın tikilməsi
işləri aparılır.
Rüb ərzində rayon ərazisindəki
magistral avtomobil yollarının ətrafına 19,5 min ədəd
müxtəlif növ ağaclar əkilmişdir. Həmçinin,
36 saylı Yol İstismar İdarəsi tərəfindən Xəlfəli-Hacalmuradlı
avtomobil yolu avtoqreyderlə hamarlanmışdır.
2013-cü
ildə şəhərin 20 Yanvar küçəsi, rayonun
Çahar, Bəcirəvan və Cəfərli kəndlərinə
giriş yolları üçün 22949 kv.m həcmində, 790
min manat məbləğində əsaslı təmir işlərinin
aparılması nəzərdə tutulmuş, I rüb ərzində
layihə-smeta sənədləri hazırlanmışdır.
Rüb ərzində şəhərin 20 Yanvar, Bayraq
meydanı, Mərkəzi Rayon Xəstəxanasının qabaq
hissəsi, Həsənoğlu və A.Ələsgər
küçəsində yerləşən məhəllələrdə,
M.Əsədov küçəsindəki 13 və 14 saylı binaların ətrafında
260,9 min manat məbləğində abadlıq işləri
görülmüşdür. Həmçinin ötən
müddət ərzində şəhərin Heydər Əliyev
prospekti, 20 Yanvar, M.Əzizbəyov, H.Aslanov və
S.Ağamalıoğlu küçələrində yenidənqurma
işləri aparılmış, müasir tipli elektrik dirəkləri
və işıqforlar quraşdırılmış, park və
meydanlar abadlaşdırılmışdır.
İmişli
şəhərində 0,4 kv-luq elektrik veriliş xətlərinin
SİP kabeli ilə əvəz olunması, qabaqcadan ödənişli
SMARTkart tipli sayğacların və elektrik dirəklərinin
quraşdırılması işləri başa
çatmış, 2013-cü ilin birinci rübü ərzində
rayon ərazisində 2715 metr məsafəyə SİP kabeli,
12110 metr məsafəyə isə naqil xətləri çəkilmiş,
956 ədəd elektron tipli enerqomer sayğaclar
quraşdırılmışdır. Rüb ərzində 22 ədəd
müxtəlif gücdə olan transformatorlar təmir
edilmiş, 28 ədəd istismara yararsız ağac dayaqlar
yeniləri ilə əvəz olunmuş, 35 ədəd dəmir-beton
dayaqlar basdırılmışdır. Həmçinin, 9 ədəd
istismara yararsız dayaqlar, 15 ədəd metal dayaqlarla əvəz
olunmuş, çürümüş ağac dayaqların
dibinə 5 ədəd ağac dayaq, 4 ədəd dəmir beton
kötüklər basdırılmışdır.
Sonda məruzəçi dedi: –
2013-cü ilin birinci rübünün sosial-iqtisadi
inkişafının yekunlarının təhlili göstərir
ki, rayonda iqtisadiyyatın bir çox sahələrinin
inkişafı təmin edilmiş, İmişli şəhərində
abadlıq-quruculuq işləri həyata keçirilmiş,
qarşıya qoyulan vəzifələrin icrası istiqamətində
yaxşı nəticələr əldə olunmuşdur.
Biz
bundan sonra da ümummilli liderimiz Heydər Əliyev siyasi kursunun
layiqli davamçısı, möhtərəm Prezidentimiz cənab
İlham Əliyevin qarşımıza qoyduğu vəzifələrin
öhdəsindən ləyaqətlə gəlməyə
çalışacaq, dövlətçiliyimizin möhkəmləndirilməsi,
iqtisadiyyatımızın gücləndirilməsi istiqamətində
bütün qüvvəmizi sərf edəcəyik.
Səməd HÜSEYNOĞLU
Xalq qəzeti.- 2013.- 21 aprel.- S. 6.