Ulu öndərin ideya
və əməlləri Yevlaxı müasir,
gözəl bir şəhərə çevirmişdir
Son 10 ildə Yevlaxda həyata keçirilmiş əsaslı tədbirlər, genişmiqyaslı quruculuq işləri hər yaz gələndə ulu
təbiətin aynasında daha aydın,
baxımlı görünür. Yeni salınmış park
və xiyabanların, çinar, sərv
agaclarının sıralandığı küçə və
prospektlərin yaşıl donu
qalınlaşdıqca Yevlax daha təravətlə, cazibədarlıqla cilvələnir. Əvvəllər də
yazdığımız kimi, şəhərin yeni memarlıq
görkəmini tamamlayan yaşıllıqlar bu aran şəhərinə mülayimləşmiş bir iqlim gətirmişdir.
Ulu
öndər Heydər Əliyev
respublikamızın iqtisadi coğrafiyasında mərkəzi mövqeyi
olan bu bölgənin
regional sənaye-nəqliyyat
xidmət qovşağı
kimi inkişafını Azərbaycana rəhbərliyinin hər iki dövründə diqqətdə saxlamış, mühüm tədbirlər həyata keçirmişdir. Prezident
İlham Əliyev də Yevlaxın
inkişafına verilən bu tələbləri şəxsi nəzarətində saxlamaqla
şəhərin və
rayonun sosial-iqtisadi və mədəni yönlərdən yeniləşməsi və
tərəqqisi
üçün zəruri məsələlərin həllinə ən yüksək köməyi təmin
etmişdir.
Yevlaxlılar bu böyük qayğıdan maksimum yararlanmaqla
respublikamızda öncül mövqeyə
çıxmışlar. Dövlət başçısının Yevlaxı
Avropanın ən gözəl
şəhərlərindən biri
kimi qiymətləndirməsi
onun qurucularına yeni ruh və
qüvvət gətirmiş
sonrakı dövrdə
işlər daha sürətlə,
zövqlə aparılmışdır. Bunu
ötən ilin və
bu ilin birinci
rübünün
sosial-iqtisadi göstəriciləri bir
daha təsdiqləyir.
Yevlax
Şəhər İcra Hakimiyyətinin
başçısı Qoca Səmədov bildirdi ki, bölgənin sosial-iqtisadi həyatında son dövrdə əldə edilmiş
uğurlar ümummilli
lider Heydər Əliyevin anadan
olmasının 90 illiyinə yevlaxlıların əməli töhfəsidir. Ulu öndərin xatirəsinə ən böyük ehtiram onun
əməllərini davam
etdirmək, ideyalarına sədaqət göstərməkdir.
Ümummilli
lider Heydər Əliyev tərəfindən müəyyən
edilmiş inkişaf strategiyası möhtərəm
Prezidentimiz İlham Əliyev tərəfindən yeni
dövrün tələblərinə uyğun olaraq Yevlaxda da
uğurla davam etdirilir.
Dövlət
başçısının daimi diqqət və
qayğısına cavab olaraq yevlaxlılar son bir ildə də
şəhərimizin hərtərəfli inkişafı
üçün bütün qüvvələri səfərbərliyə
almışlar. Quruculuq, abadlıq, tikinti işləri
aparılması davam etdirilmişdir. İnfrastrukturun
yaxşılaşdırılmasına, adamları narahat edən
çətinliklərin, problemlərin aradan
qaldırılmasına xüsusi fikir verilmişdir.
Möhtərəm
Prezidentin 2012-ci ilin 7 oktyabrında şəhərimizə
növbəti səfəri və görülən işlərə
yüksək qiymət verməsi bizi bir daha yüksək
nailiyyətlər qazanmağa ruhlandırmış, məsuliyyətimizi
qat-qat artırmışdır.
Keçən
il ümumdaxili məhsulun həcmi 383,1 milyon manat olmuşdur.
Bu, 2011-ci ilə nisbətən 42,1 milyon manat və yaxud, 12,3 faiz çoxdur. Ümumdaxili məhsulun 98,5 faizi
qeyri-dövlət sektorunda istehsal olunmuşdur. Artım əsasən
məhsul istehsalının, tikinti işlərinin və xidmətlərin
həcminin artması hesabına olmuşdur. Ümumdaxili məhsulun
11,6 milyon manatını sənaye, 75,9 milyon manatını kənd
təsərrüfatı, 32 milyon manatını tikinti, 215,1
milyon manatını ticarət, 5 milyon manatını nəqliyyat,
1 milyon manatını rabitə, 42,5 milyon manatını digər
xidmətlər təşkil etmişdir. İstehsal olunmuş
3,5 milyon manatlıq sənaye məhsulu xaricə ixrac
olunmuşdur. Bu, satılmış sənaye məhsulunun 29,9
faizini təşkil edir. Ötən il hər nəfərə
3122 manat ümumdaxili məhsul istehsal olunmuşdur ki, bu da
2011-ci ilə nisbətən 313,2 manat və yaxud 11,2 faiz
çoxdur.
Rayon
üzrə orta aylıq əmək haqqı 180,3 manat, əhalinin
pul gəliri 210,7 milyon manat olmuşdur. Bu, 2011-ci ilə nisbətən
23,1 milyon manat və yaxud, 12,3 faiz çoxdur.
Adambaşına pul gəlirləri 1717,1 manat olmuşdur. Bu isə
2011-ci ilə nisbətən 172,3 manat və ya 11,2 faiz
çoxdur. Pərakəndə əmtəə dövriyyəsi
və pullu xidmətlərin ümumi həcmi 257,6 milyon manat
olmuşdur. Bu da 2011-ci illə müqayisədə 9 faiz və
yaxud 22,7 milyon manat yüksəkdir.
2012-ci ildə 12 ticarət və xidmət obyekti istifadəyə
verilmişdir. Yeni ticarət və xidmət obyektləri
müasir dizaynla tikilərək şəhərin ümumi
görkəminə uyğunlaşdırılmışdır. Hazırda rayonda mindən çox
ticarət, iaşə və
xidmət təşkilatı, 570 hüquqi, 5735 fiziki şəxs
fəaliyyət göstərir.
Keçən
mövsümdə 75,9 milyon manatlıq kənd təsərrüfatı
məhsulları istehsal olunmuşdur.
2012-ci
ildə 8948 nəfərə 1 milyon 395,1 min manat, 2013-cü
ilin məhsulu üçün isə 2486 nəfər
buğda istehsalçısına 582,6 min manat, cəmi 1 milyon
977,7 min manat dövlət yardımı verilmişdir. Torpaq
mülkiyyətçilərinə 1573 tondan çox mineral
gübrə güzəştli şərtlərlə
satılmışdır. Ötən il 16655 hektarda taxıl əkilmiş
və 51,2 min ton məhsul istehsal edilmişdir. Bu da 2011-ci ilə
nisbətən 8,8 min ton çox olur.
Əvvəlki
illə müqayisədə 206 ton ət, 669 ton süd, 91 min ədəd
yumurta, 15 ton yun, 509 ton pambıq çox istehsal edilmişdir.
Ötən
ildə şəhərin büdcə xərcləri 19 milyon
679,3 min manat olmuşdur ki, bu da 2011-ci illə müqayisədə
94,7 min manat çoxdur. Rayonda 10
bank filialı fəaliyyət
göstərir. 2012-ci ildə
sahibkarlara, iş adamlarına 21 miylon 355,1 min manat kredit
verilmiş, əhalidən 4 milyon 882 min manat əmanət qəbul
edilmişdir. Əhalinin Sosial Müdafiə Mərkəzi tərəfindən
2012-ci ildə 6473 sosial müavinət alanlara 3 milyon 320 min
manat vəsait ödənmişdir. 2700 ailəyə isə 2
milyon 871,8 min manat ünvanlı sosial yardım verilmişdir.
Bütün
maliyyə mənbələri hesabına şəhərdə
və rayon ərazisində kapital qoyuluşunun həcmi 189,9
milyon manat olmuşdur ki, bu 2011-ci ilə nisbətən 24,5
milyon manat və ya 15,4 faiz çoxdur. Bunun 4,3 milyon manatı
istehsal sahəsinə, 185,6 milyon manatı qeyri-istehsal sahəsinə
yönəldilmişdir. 136,3 milyon manatlıq əsas fondlar
istifadəyə verilmişdir.
Keçən il Maliyyə İdarəsinin, Məhdud
fiziki imkanlı insanlar üçün Regional İnformasiya Mərkəzinin
binaları, Avtovağzal
kompleksi, “Azərtoxum” MMC Toxum emalı müəssisəsində
saatda 15 ton yem istehsal edən sex tikilib istifadəyə
verilmişdir. “Yevlax-Beton” ASC-də
beton sexi əsaslı surətdə yenidən qurularaq
istismara buraxılmışdır. Bu istehsalın həcminin 2
dəfə artırılmasını təmin etmişdir.
4 mərtəbəli 20 mənzilli yaşayış
binasında, Kür çayı sahilində 5 ulduzlu hoteldə,
“Azərbaycan Beynəlxalq Bank”
ASC -nin Yevlax filialının binasında, Uşaq Gənclər
İdman Məktəbinin
üzgüçülük hovuzunda işlər davam
etdirilmişdir. Səfərbərlik və Hərbi Xidmətə
Çağırış üzrə Dövlət Komitəsinin
Yevlax şöbəsinin,
“Delfin” MMC-də istehsalat sexinin,
Sənaye və Energetika
Nazirliyinin Yevlax Rayon Regional Qaz Nəzarəti İdarəsinin,
Yevlax Qaz İstismar Sahəsinin, 11 saylı Vergilər İdarəsinin,
Regional referens toksikologiya və karantin ekspertiza laboratoriyasının,
İqtisadi İnkişaf Nazirliyinin
Aran regional idarəsinin
binalarında tikinti aparılır. Polis şöbəsinin
inzibati binasının da tikintisinə başlanacaqdır.
Kolanı
kəndi ərazisində 188 hektar torpaq sahəsində kənd
təsərrüfatı məhsulları istehsal edəcək
müəssisənin tikintisi davam etdirilmişdir. Bu obyekt 61
istixanadan, heyvandarlıq üçün yem sexindən, anbarlardan, 2
qazanxanadan, inzibati və köməkçi binalardan ibarətdir.
Yevlax
şəhərinin Səməd Vurğun küçəsində
Səməd Vurğun parkı tikilib istifadəyə verilmiş,
burada şairin abidəsi ucaldılmış, əhalinin
istirahəti üçün
lazım olan bütün şərait
yaradılmışdır. Kür çayının sağ
sahili boyunca 2500 metr uzunluğunda
Bulvar istirahət mərkəzi
salınmışdır. Burada 22 ədəd fontan, 1 ədəd
şəlalə tikilmiş və müasir işıqlandırma sistemi
quraşdırılmışdır. Bulvarda 3 xidmət obyekti,
ana və uşaq otağı, uşaq əyləncə mərkəzi,
4 ədəd böyük ölçüdə karusellər,
idman meydançaları
yaradılmış, 1 ədəd monitor
quraşdırılmış, çimərlik
salınmışdır.
İstirahət
zonasına gedən avtomobil yolu genişləndirilərək
iki tərəfli yol çəkilmiş, yolda
işıqlandırma dayaqları
quraşdırılmış, nəqliyyat vasitələrinin
dayanması üçün meydança
salınmışdır.
Ötən
ilin ilk dərs günündə
şəhərdə 960 şagird
yerlik 2 ¹-li tam orta məktəb, Salamabad kəndində
180 şagird yerlik tam orta məktəb,
Dünya Azərbaycanlılarının Həmrəyliyi
Günü ərəfəsində isə 360 şagird yerlik
Aran qəsəbə 2 ¹-li
tam orta məktəb istifadəyə
verilmişdir. Hazırda şəhər
10¹-li tam orta məktəb üçün 240,
Balçılı kənd tam orta məktəb
üçün 180, Aran qəsəbə 3¹-li ümumi orta məktəb
üçün 180 şagird yerlik məktəb
binalarının, Təhsil Şöbəsi üçün
inzibati binanın tikintisi aparılır. Heydər Əliyev
Fondu tərəfindən Kövər kənd tam orta məktəbi əsaslı təmir
olunur.
Hazırda
şəhərdə 180 çarpayılıq Mərkəzi
şəhər və 50 çarpayılıq Ağ ciyər
xəstəlikləri xəstəxanasının tikintisi davam
edir.
Başçı daha sonra bu
ilin əvvəlindən
görülən işlər
barədə söz
açdı:
–
Prezident İlham Əliyevin daimi diqqət və
qayğısından güc alan yevlaxlılar 2013-cü ilin birinci
rübündə də şəhərimizin
hərtərəfli inkişafını davam etdirmişlər.
Birinci rübdə ümumdaxili məhsulun həcmi 115,7 milyon
manat olmuş, məhsulun 98,5 faizi qeyri-dövlət sektorunda
istehsal edilmişdir. Pərakəndə əmtəə
dövriyyəsi və pullu xidmətlərin ümumi həcmi
79 milyon manat olmuşdur. Bu, ötən ilin birinci rübü
ilə müqayisədə 6,4 faiz və yaxud 4,8 milyon manat çoxdur. Ümumilikdə
11,2 milyon manatlıq kənd təsərrüfatı məhsulları
istehsal olunmuşdur ki, bu da əvvəlki illə müqayisədə
faktiki qiymətlərlə 2,3 faiz çoxdur.
2013-cü
ilin məhsulu üçün
210 hektarda kartof, 300 hektarda tərəvəz, 3540 hektarda təzə
yonca, 18 min 729 hektarda taxıl əkilmiş, 2486 nəfər
buğda istehsalçılarına 582,6 min manat dövlət
yardımı verilmişdir. Bu ilin məhsulu üçün
keçən illə müqayisədə 1624 hektar
taxıl çox əkilmişdir.
2012- ci ilin birinci rübü ilə müqayisədə 3 ton ət,
18 ton süd, 6 min ədəd
yumurta çox istehsal edilmişdir.
Öyrəndik
ki, birinci rübdə bütün maliyyə mənbələri
hesabına şəhərdə və rayon ərazisində
kapital qoyuluşunun həcmi 25 milyon manat olmuşdur. Yevlax
şəhəri üçün mühüm əhəmiyyəti
olan Hava limanının yenidən
qurulması işlərinə
başlanılmışdır.
Yuxarı Bucaq, Əcəmi kəndlərində 180
şagird yerlik, Bünyadabad və Dəlləklər kəndlərində
80 şagird yerlik məktəb binalarının tikintisi
üçün layihə-smeta sənədləri
hazırlanır.
İlin
əvvəlində şəhərdə abadlıq işləri
davam etdirilmişdir. Dədə Qorqud parkı genişləndirilmişdir.
Heydər Əliyev xiyabanında yeni, müasir
işıqlandırma sistemi
quraşdırılmışdır. Parkın ərazisinə
aqlay üzlük daşı döşənmişdir. Nizami
parkında fontan təmir olunmuşdur. Parkın ərazisinə
tomet daşları döşənir.
Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Yuxarı Qarxun va
Aşağı Qarxun kəndləri
arasındakı 4,2 km hissəsində tikinti işləri
davam etdirilir.
Aran
qəsəbəsində əhalini ekoloji cəhətdən
içməli su ilə təmin
etmək məqsədi ilə təmizləyici qurğu
quraşdırılmış, qəsəbədaxili su xətləri
çəkilmiş və bulaqlar
tikilmişdir. Kövər, Kolanı, Cırdaxan, Nemətabad
kəndlərində də modul tipli içməli su təmizləyici
qurğularının quraşdırılması və kəndarası
su xətlərinin çəkilməsi nəzərdə
tutulur.
Əvvəldə
dediyimiz kimi, yevlaxlılar ulu
öndər Heydər Əliyevin
90 illik yubileyini həyatın
bütün sahələrində layiqli uğurlar qazanmaqla əlamətdar etmək üçün ilin əvvəlindən ikiqat
səy və qüvvə ilə
çalışırlar.
Yevlax şəhəri, bütün yaşayış məntəqələri
ümumxalq bayramı kimi
yaxınlaşan yubileyi təntənəli şəkildə keçirmək
üçün ən yüksək səliqə-sahman və
tərtibatlarla bəzədilmişdir. Şənliklərin mərkəzi
olacaq Heydər Əliyev prospekti,
Heydər Əliyev Mərkəzi, baş meydan əsaslı təmir
edilmiş,
abadlaşdırılmışdır. Rayonun
bütün kollektivləri,
ayrı-ayrı sosial qruplar
yubileylə
bağlı tədbirlər hazırlayıb həyata keçirirlər.
Ümummilli
liderin şah əsəri olan müstəqil Azərbaycanın ən
abad, inkişaf
etmiş bölgələrindən olan Yevlax
ölməz liderin 90 illik
yubileyini onun adına, əməl və ideyalarına layiq nailiyyətlərlə, ümumrayon sevgisi
ilə
qarşılamağa
hazırdır.
Ziyəddin SULTANOV
Xalq qəzeti.- 2013.- 21 aprel.- S. 6.