Bakıda türk yeməkləri festivalı
“Hilton-Baku”
mehmanxanasının banket zalında Türk Yeməkləri
Festivalının rəsmi açılışı olmuşdur.
Tədbirin
məqsədi Azərbaycanı dünyaca məşhur
Türkiyə mətbəxi və onun zənginlikləri ilə
daha yaxından tanış etmək, ölkənin ayrı-ayrı bölgələrinin süfrə mədəniyyətini
tanıtmaq idi. Egey dənizi bölgəsinin məşhur
sevketli bostan, cənub qərbdən künefe və çiy
köftə və şimal bölgəsinin hamsili plovu və bir sıra
başqa dadlı təamlar qonaqlara təqdim olunmuşdu.
Tədbir
çərçivəsində səthi əl işləri
olar ebru sənətinin nümunələri də
nümayiş olunmuşdur. Ebru əslində
miniatür, xəttatlıq, sulu rəngli boya və mərmərlə
dekorasiya sənətinin ahəngidir. Bakıya məhz bu sərgi
üçün təşrif buyurmuş Hulya Ərdəm və
Əsilhan İsgəndərə məxsus sənət əsərləri
“Hilton-Baku” otelinin foyesində həftəsonuna
qədər sərgilənəcəkdir.
İzmir bölgəsinin məşhur
müğənnisi Sevinc xanım Yurdemin və onun musiqi
qrupunun ifası tədbirə xüsusi bir ahəng verdi. Hər
kəsi səsi ilə məftun edən Sevinc xanım
bütün həftə boyunca Türk Yeməkləri
festivalında iştirak etdirəcəkdir.
Festival 20 aprel tarixinə kimi canlı musiqi və ləziz təamlarla davam edəcəkdir.
Milli Məclis üzvülərinin,
dövlət təşkilatı
nümayəndələrinin, səfirlər və bir sıra mötəbər
qonaqlarların da iştirak etdiyi festivalın təşkilatı
dəstəyi “Türk Hava Yolları” şirkətinə
və şəxsən
Türkiyənin Azərbaycandakı
səfiri cənab Alper Coşkuna aiddir.
Xalq qəzeti.- 2013.- 20 aprel.- S. 6.