Ədalətə və humanizmə əsaslanan mütərəqqi islahatların müəllifi

Hər  bir xalqın  tarixi şans    milli  iradə  əsasında müstəqil dövlət  qurmaq istəyini gerçəkləşdirməsi  ilk növbədə  lider  fenomeni ilə bağlı olub, onun  yaradıcı  təfəkkürünün,  siyasi  əzminin, yüksək  intellektinin,  qətiyyətinin və dövlətçilik  səriştəsinin  məhsulu  olan  dövlətçilik  modelinə əsaslanır.  Bəşər övladının  əsrlər boyu  ədalətli,  sivil    hüquqi  dövlətdə yaşamaq  idealının  gerçəkliyə çevrildiyi  ictimai-iqtisadi  formasiya  kimi  üstün  mövqelərini  bu  gün də qoruyan  demokratiya  belə,  lider  fenomeninin müasir  fəlsəfi-siyasi  fikirdəki yerini və mövqeyini  qətiyyən zəiflətmir.

Ümummilli lider  Heydər  Əliyev    məhz elə  fenomen  liderlərdən  biri olaraq  Azərbaycanın  həqiqi  mənada  demokratik  və hüquqi dövlətə  çevrilməsi  üçün  bütün  zəruri  tədbirləri  həyata  keçirmiş, insan  hüquq və azadlıqlarına sadiqlik nümayiş etdirmişdir. İnsan  hüquqlarını  müxtəlif  iqtisadi  sistemlərin, ideologiyaların və mədəniyyətlərin mövcud  olduğu  müasir dünyada  toplumları,  xalqları, cəmiyyətləri birləşdirən, onlara humanist  dəyərlər  aşılayan  əsas  meyar kimi dəyərləndirmişdir.  Heydər  Əliyevin bu sahədəki fəaliyyəti  təkcə ayrı-ayrı  fərdlərin, kütlələrin deyil,  bütöv  bir  xalqın  hüquq və  azadlıqlarının  müdafiəsinə   yönəlmişdir.  Məhz bu   zəngin  mənəvi  keyfiyyətləri  sayəsində  ulu öndər ictimai fikirdə  xilaskarlıq  mücəssəməsinə  çevrilmişdir.  1993-cü  ilin  iyununda canı,  qanı  bahasına  əldə  etdiyi   müstəqilliyin  itirilməsi təhlükəsi,  vətəndaş  qarşıdurması, xaos  və anarxiya  burulğanına  sürüklənən  müdrik xalqımız çıxış yolunu  məhz ulu öndər Heydər Əliyevin  Azərbaycanda rəhbərliyə  qayıtmasında  görmüşdür.  Ümummilli  lider xalqın  təkidli  çağırışına  cavab verərək  Azərbaycanın  idarəçilik  sükanı  arxasına  keçmiş,  qısa  müddətdə  vətəndaş  sülhünə    həmrəyliyinə,  respublikamızın başı  üstünü  almış  digər ciddi  təhlükələrin aradan  qaldırılmasına nail olmuşdur. Ümummilli  lider  Heydər Əliyev  sabitliyin bərpası ilə yanaşı, hüquqi dövlət quruculuğunu  ilk gündən  həyata keçirdiyi  siyasətin  üstün  istiqaməti  kimi önə  çəkmişdir.  Məhz bunun  nəticəsində  ulu öndərimizin Azərbaycan polisi haqqında  dediyi  kəlamlar  buna sübutdur.  “Mən  Azərbaycan  Prezidenti kimi,  Ali Baş Komandan kimi, Azərbaycan  polisinə etibar  edirəm,  sizə inanıram, sizə  arxalanıram. Biz  Azərbaycanda  demokratik respublika   quraraq, sivilizasiyalararası  cəmiyyət  uğrunda  mübarizə  apararaq,  ümumi  dünyəvi,  bəşəri  dəyərlərin hamısından  istifadə  etməliyik. Biz çalışmalıyıq  ki,  Azərbaycan  uzun illərdən  sonra,  ilk dəfə  müstəqilliyini  aldıqdan  sonra bütün  dünyada  öz tarixi  nailiyyətlərini,  milli  ənənələrini  nümayiş  etdirə bilsin. Güman  edirəm ki, Azərbaycan xalqının  bu barədə həm tarixi,  həm  müasir  potensialı  olduqca  böyükdür.  Bunların  hamısından  istifadə  olunarsa,  Azərbaycan  həm tam müstəqil dövlət  olacaq,  həm də  bizim  cəmiyyətimizin  tam demokratik, hüquqi,  ümumbəşəri  dəyərlərin  əsasında  qurulan demokratik bir  cəmiyyət olacaq”.

Ümummilli  lider Azərbaycanın  perspektiv  inkişaf  prioritetlərini  düzgün  müəyyənləşdirərək  sivil  Qərb  dəyərlərinin  cəmiyyətdə  tam mənimsənilməsinə,  demokratik dəyərlərin  daha  möhkəm  inkişaf  tapmasına,  insan  və vətəndaş  hüquq   və azadlıqlarının  etibarlı  təminatına  hər zaman  xüsusi diqqətlə  yanaşmışdır.  Heydər  Əliyevin “Cinayətkarlığa  qarşı  mübarizənin  gücləndirilməsi, qanunçuluğun  və hüquq  qaydasının  möhkəmləndirilməsi   haqqında” 9  avqust 1994-cü  il tarixli  fərmanı ilə   cinayətkarlığa  qarşı  mübarizə  tədbirləri daha da gücləndirilmiş,  hüquq-mühafizə  orqanlarının  bu  istiqamətdə  uzunmüddətli dövr  üçün fəaliyyət  proqramı  müəyyənləşmişdir. Fərmanda  cəmiyyətdə  ciddi  sosial bəlaya  çevrilmiş  rüşvətxorluq    korrupsiya  kimi  cinayətlərin  geniş  yayılmasının  xüsusi narahatlıq  doğurduğu vurğulanmış, bu  kimi  neqativ  təzahürlərə  qarşı mübarizənin gücləndirilməsi  üçün konkret  mexanizmlər  əksini  tapmışdır.

Heydər  Əliyevin  təşəbbüsü    rəhbərliyi ilə hazırlanaraq  1995-ci  ilin  12  noyabrında  ümumxalq səsverməsi  yolu ilə   qəbul  edilmiş  müstəqil  Azərbaycanın ilk Konstitusiyası ölkənin gələcək inkişaf prioritetlərini  müəyyənləşdirməklə  yanaşı,  insan  hüquq və azadlıqlarının  təminatını  dövlətin  məqsədi  kimi ön  plana  çıxarmışdır.  Konstitusiyada  hakimiyyət bölgüsü  prinsipləri  dəqiq  əksini  tapmış,  zamanın  tələbi ilə   səsləşən  məhkəmə-hüquq  islahatlarının həyata keçirilməsinə fundamental  hüquqi  zəmin  yaradılmışdır. Konstitusiyanın  keçid  müddəalarında  Azərbaycan dövlətinin  demokratik cəmiyyətə  inteqrasiyası ilə  əlaqədar  olaraq bir sıra  demokratik  hüquqi  islahatların  həyata keçirilməsi  öhdəlik  kimi qəbul edilmiş,  bu öhdəliyin  yerinə yetirilməsi  yönündə  bir sıra mühüm  addımlar atılmışdır. Məhkəmə-hüquq  islahatları   istiqamətində aparılan  tədbirlər sırasında 21  fevral  1996-cı  il tarixdə  hüquq-islahat   komissiyasının  yaradılmasını,   “Məhkəmələr  və hakimlər  haqqında” 10 iyun  1997-ci  il, “Konstitusiya  məhkəməsi  haqqında”  21 oktyabr 1997-ci  il  tarixli  Azərbaycan Respublikası qanunlarını, həmçinin,  “Azərbaycan Respublikası  Konstitusiyası  Məhkəməsinin  fəaliyyətinin  təmin  edilməsi haqqında”  Azərbaycan Respublikası   Prezidentinin  18 iyul  1998-ci  il  tarixli    “Məhkəmələr  və Hakimlər haqqında  Azərbaycan Respublikası qanununun  tətbiq  edilməsi və  məhkəmə  islahatlarının  həyata  keçirilməsinə dair tədbirlər  barədə”  Azərbaycan Respublikası  Prezidentinin  1 dekabr  1998-ci il tarixli fərmanları,  həmçinin 2000-ci  ildə demokratik  əsaslarla   keçirilmiş  hakim seçkilərini  xüsusilə  qeyd etmək   lazımdır.

Azərbaycan Respublikasının  Prezidenti yanında  Əfv  Komissiyasının  yardılması  və əfvetmə  institutunun  bərpası  da  ulu öndər  Heydər  Əliyevin  necə  böyük  qəlb  və mənəviyyat  sahibi  olduğunu,  şəxsiyyətcə  böyüklüyünü  təsdiqləyir. Bu humanizmin  nəticəsidir ki,  son  10 ildə  respublikada  əfv fərmanlarının  imzalanması,   məhkumların  bağışlanması  müsbət ənənəyə çevrilmişdir.   Heydər  Əliyevin  1993-cü  ildən  tətbiqinə  moratorium  qoyduğu  ölüm hökmü  1998-ci  il  fevralın 10-da  tamamilə ləğv  edilmiş,  Azərbaycan  bütövlükdə  Şərqdə  bu qətiyyətli  və tarixi   qərarı  verən   ilk ölkə  olmuşdur.   Müqayisə üçün bildirək ki, o vaxt hətta  Avropa Şurasının  üzvü  olan  bir sıra dövlətlər də  analoji  addımı hələ atmamışdı.  Yüksək  humanizmin  və insanpərvərlik  örnəyinin  bariz  ifadəsinə  çevrilən  bu addım  Azərbaycanın  beynəlxalq  nüfuzunu  yüksəltmiş, 2001-ci  ilin  25  yanvarında  müstəqil  respublikamız  Avropa Şurası  kimi  mötəbər  beynəlxalq  təşkilata  tamhüquqlu  üzv  qəbul  edilmişdir.   Təşkilatla  səmərəli  əməkdaşlıq  Azərbaycanın  milli  qanunvericiliyinin Avropa  standartlarına uyğunlaşdırılmasına,  mütərəqqi məhkəmə-hüquq islahatlarının  aparılmasına  ciddi təkan vermişdir.

1998-ci ilin 22  fevralında  ümummilli  lider  Heydər  Əliyev “İnsan    vətəndaş  hüquqlarının  və azadlıqlarının  təmin  edilməsi  sahəsində  tədbirlər haqqında”  fərman  imzalamış, insan  hüquqları  sahəsində  həyata keçirilən  tədbirlərin  istiqaməti və  konsepsiyası  səhih  şəkildə  müəyyən  edilmişdir.   İnsan  hüquqları  sahəsində  proqram  rolunu oynayan  bu  sənədlə  insan  hüquqları  məsələsi  ümumdövlət  səviyyəsinə  qaldırılmışdır.  1998-ci  il  18 iyul  tarixdə  isə  Azərbaycan Respublikası  Prezidentinin  fərmanı ilə  “İnsan  hüquqlarının  müdafiəsinə dair Dövlət Proqramı”  təsdiq  olunmuşdur.   Azərbaycan Respublikasının  insan  hüquqlarının  qorunması  sahəsində   əldə etdiyi  ən  mühüm  nailiyyətlərdən biri də   BMT    Azərbaycan  hökuməti  arasında  1998-ci ilin  avqustunda  imzalanmış “İnsan hüquqları    demokratiyanın  dəstəklənməsi  sahəsində  birgə layihə  haqqında”  memorandum  olmuşdur.   Bu memoranduma  əsasən,  BMT  insan hüquqlarını  dəstəkləmək  və müdafiə  etmək  sahəsində  ümumi  biliklərin və  potensialın   Avropa  standartlarına  uyğunlaşdırılması,  prosedur     hesabatlar  sisteminin  təkmilləşdirilməsi,  mülki   cəmiyyətin   inkişafı    digər  məsələlər  sahəsində  Azərbaycan  hökuməti   ilə birgə   tədbirlər  həyata  keçirmişdir.

28 dekabr  2001-ci  il  tarixdə “Azərbaycan Respublikası  İnsan Hüquqları  üzrə  Müvəkkili  (ombudsman) haqqında”  Azərbaycan  Respublikasının  Konstitusiya  Qanununun  qəbulu da respublikamızda  insan hüquq və azadlıqlarının  etibarlı  təminatına  xidmət etmişdir. 2 iyul 2002-ci  il tarixdə  Azərbaycan Respublikasının  ilk Ombudsmanı  seçilmiş,  28  oktyabr  2002-ci  il tarixdən insan  hüquqları     azadlıqlarının  bərpası istiqamətində fəaliyyətə  başlanmışdır.

Azərbaycan Respublikasında  insan hüquq və  azadlıqlarının  təmin  edilməsi istiqamətində həyata keçirilən  hüquqi  islahatların  və milli  qanunvericiliyin  beynəlxalq,   Avropa   standartlarına uyğunlaşdırılması  prosesinin  məntiqi davamı  kimi  24 dekabr  2002-ci  il tarixdə  qəbul edilmiş   “Azərbaycan  Respublikasında   insan  hüquq və azadlıqlarının  həyata  keçirilməsinin  tənzimlənməsi haqqında”  Azərbaycan Respublikasının  Konstitusiya  qanunu  da  tənzim etdiyi  məsələlərin dairəsinə  görə çox mühüm  əhəmiyyət  kəsb edir.  Bu qanun Azərbaycan  Respublikasında  insan hüquq və  azadlıqlarının  həyata keçirilməsi  vəziyyətini “İnsan  hüquqlarının    əsas  azadlıqlarının  müdafiəsi  haqqında” Avropa Konvensiyasına  uyğunlaşdırılması  məqsədi  daşımışdır.

Ulu öndər  Heydər Əliyevin  humanizmə  və yüksək  insanpərvərliyə əsaslanan hüquqi  islahatlarını  son   beş ildə  uğurla davam  etdirən   Azərbaycan Prezidenti  İlham Əliyev cəmiyyətin  təkamül  sistemini,  dövlət  idarəçilik mexanizmlərinin  səmərəli  fəaliyyətini  tənzimləyən   qanunların  müasirləşdirilməsi və təkmilləşdirilməsini davamlı  prosesə  çevirməyə nail olmuşdur.  Bu  istiqamətdə  həyata  keçirilən  islahatlar,  tətbiq  olunan  mütərəqqi yeniliklər  zamanın  tələbi ilə səsləşmiş, cəmiyyətin  inkişaf  ahənginə  adekvat olmuş,  ən  başlıcası, insan  və vətəndaş  hüquq    azadlıqlarının  təmini məsələlərini özündə  maksimum ehtiva  etmişdir.  Ötən  müddətdə  respublikamızda  uğurla  həyata keçirilən  məhkəmə-hüquq  islahatlarının  əsnasında  insanpərvərlik, humanizm,  şəxsiyyətə  hörmət,  vətəndaşa  həssas  münasibət  kimi ali dəyərlər  dayanmışdır.

Azərbaycan  Prezidenti  cənab İlham Əliyevin fəaliyyəti  həm də  daxili  işlər  orqanlarına  qayğı və   diqqət  nümunələri ilə zəngindir.  Dövlət  başçısının  30 iyun  2004-cü  il tarixli  “Azərbaycan Respublikasında  polis orqanlarının  fəaliyyətinin  təkmilləşdirilməsinə dair  dövlət proqramının  təsdiq  edilməsi haqqında”, “Azərbaycan Respublikasında  daxili işlər  orqanları  işçilərinin  vəzifə  maaşlarının  artırılması  haqqında”, “Azərbaycan Respublikası Daxili  İşlər  Nazirliyinin  bir qrup  əməkdaşının  təltif  edilməsi  haqqında”  sərəncamları,  eləcə  də “Azərbaycan  Respublikası Daxili İşlər  Nazirliyinin  strukturunda  dəyişikliklər  edilməsi  haqqında” fərmanı  daxili  işlər  orqanlarının  şəxsi  heyəti tərəfindən böyük rəğbətlə qarşılanmışdır.  DİN-in  bütün  strukturları  fəaliyyətlərini  müasir  dövrün tələblərinə  uyğun qurmaqla,  dövlət başçısı  İlham Əliyevin   fərmanlarından, tövsiyə    tapşırıqlarından  irəli gələn  məsələləri  əzmlə,  qətiyyətlə  yerinə yetirməyə çalışırlar.

Vüqar SƏRDAROVƏdalətə və humanizmə əsaslanan mütərəqqi islahatların  müəllifi

Vüqar SƏRDAROV

Xalq qəzeti.- 2013.- 24 aprel.- S. 4.