Beynəlxalq
terrorizmdə Ermənistan aktorluğu
Monte Melkonyan 1980-ci ildə
ASALA-ya üzv olmuşdur. Sonradan ASALA-nın rəhbərlərindən
birinə çevrilən
Monte ASALA-P adlı müstəqil
terror təşkilatını yaratmış və dəfələrlə türk
diplomatlarına və
müxtəlif dövlətlərin
vətəndaşlarına qarşı qətllər
və partlayışlar
həyata keçirmişdir.
Roma, Afina və
digər şəhərlərdə
keçirilən əməliyyatlarda
fəal iştirak etmişdir. 1981-ci ildə
Parisdə Türkiyə
səfirliyinin binasının
tutulması əməliyyatının
planlanması və həyata keçirilməsinə
yardım etdiyi üçün həbs edilmiş, lakin həmin il
azadlığa buraxılmışdır.
1985-ci
ildə terrorçuluq fəaliyyətinə və qanunsuz silah
saxlanılmasına görə Parisdə 6 il həbs cəzasına
məhkum edilmiş, 1989-cu ildən həbsdən azad
edilmişdir. 1990-cı ildə Ermənistana gəlmiş və
təntənə ilə
qarşılanmışdır.Qarabağ müharibəsində
Ermənistan ordusunun silahlı birliklərindən birinə
komandanlıq etmişdir. Dinc Azərbaycan sakinlərinə
qarşı qəddarlığı ilə fərqlənən
M.Melkonyan 1996-cı ildə Ermənistanın Milli Qəhrəmanı
adına layiq görülmüş, ölkənin müxtəlif
şəhərlərində onun abidələri qoyulmuş, təhsil
müəssisələrinə adı verilmişdir.
Vazgen
Sislyan - 1981-ci ildə Parisdəki Türkiyə səfirliyinə
qarşı “Van əməliyyatı” adlı terror
aktının təşkilatçısı, Budapeştdə
60 nəfəri girov götürməsi və Türkiyə səfiri
Bədrəddin Günabaşaya qəsd planında iştirak
etməsi ilə tanınmışdır. Tezliklə o həbs
olunmuş, lakin 1986-cı ildə onunla hücumda iştirak edən
digər 2 erməni terrorçu Akop Culfayan, Qevorq Gözəlyan
ilə birlikdə həbsdən azad olunmuşdur. Hər
üçü əvvəlcə Livana, sonra daimi
yaşayış üçün Ermənistana
köçmüşdür. Bu barədə 15 mart 1992-ci il
tarixli “Moskovskiye novosti” qəzetində müxbir İosif
Verdiyan öz həmsöhbətinin – iki il bundan öncə
“turist” kimi Livandan gəldiyi fikrini nümunə gətirir.
Vazgen Sislyan və Qevorq Gözəlyan 1992-ci ildən
Qarabağ müharibəsində Ermənistan ordusu tərkibində
vuruşmuşlar. Gevorq Gözəlyan “Metsn Murad” dəstəsinin
komandiri olmuşdur. Vazgen Sislyan “Qarabağ müharibəsi qəhrəmanı”
fəxri adına layiq görülmüşdür. Hazırda
Vazgen Sislyan və Akop Culfayan keçmiş ASALA
terrorçularından ibarət “Uxt Ararati” təşkilatının
üzvüdürlər.
Samvel
Babayan 13 avqust 1991-ci il tarixində dinc azərbaycanlı əhaliyə
qarşı terrorçuluq aksiyaları keçirməkdə
ittiham olunaraq həbs edilmiş, 29 noyabr 1991-ci il tarixində Azərbaycana
qarşı hərbi əməliyyatlarda iştirak etməmək
şərtilə girov götürülmüş azərəbaycanlı
əsirlə dəyişdirilmişdir. Lakin Qarabağ
müharibəsində hərbi hissə komandiri qismində Azərbaycan
ordusuna qarşı döyüşmüş, Şuşa əməliyyatının
hazırlanmasında iştirak etmiş, qondarma Dağlıq
Qarabağ Respublikasının müdafiə naziri olmuşdur.
Azərbaycan
təhlükəsizlik orqanları tərəfindən həyata
keçirilən əks-kəşfiyyat və anti-terror tədbirləri
nəticəsində erməni terror təşkilatlarının
ölkəmizin ərazisində fəaliyyətinin
qarşısı alınsa da, terrorçuluğu dövlət
siyasətinə çevirən Ermənistanın dinc Azərbaycan
əhalisinə qarşı fəaliyyəti hərbi vasitələrlə
davam etdirilir. Belə ki, 1994-cü ildən Ermənistanla atəşkəs
əldə olunmasına baxmayaraq, bu ölkənin silahlı
qüvvələri tərəfindən müntəzəm
olaraq atəşkəs rejimi pozulur. Bu zaman Azərbaycan
Respublikası Silahlı Qüvvələrinin hərbi
qulluqçuları ilə yanaşı, cəbhə bölgəsində
yaşayan dinc əhali əsas hədəfə çevrilir.
Bundan əlavə, atəşkəs müqaviləsindən uzun
müddət keçməsinə baxmayaraq, dinc Azərbaycan vətəndaşları
məhz erməni hərbiçilərin bu müqaviləyə
əməl etməmələri ucbatından hələ də
həyatlarını itirirlər. Təkcə, son beş il ərzində
(2007 - 2012-ci illər) cəbhəboyu ərazilərdə 11
dinc sakin həlak olmuş, 3 nəfər isə müxtəlif
dərəcəli bədən xəsarətləri
almışdır. Bir azərbaycanlı zabitin öz şərəf
və ləyaqətinin, xalqının, bayrağının təhqir
olunduğuna görə bir erməni zabiti öldürməsinə
hay-küy qaldıran Ermənistan, bundan əlavə,
Macarıstan və Azərbaycan hökumətini ekstradisiyada və
zabitimizin azad edilməsində ittiham edən bəzi Qərb
dövlətləri ermənilərin bu ləkəli
keçmişini və bu gününü nə
üçün görmək istəmir? Onu da qeyd edək
ki, Azərbaycan
Respublikasının vətəndaşı Ramil Səfərovun
ekstradisiya olunması və əfv edilməsi beynəlxalq
hüququn tələblərinə müvafiq şəkildə
icra edilmiş, “Məhkum olunmuş şəxslərin verilməsi
haqqında” Avropa Konvensiyasının tələb olunan prinsiplərinə
riayət edilmişdir. Təəsüf ki, terrora qarşı
koalisiyalar yaradıldığı, anti-terror əməliyyatlarının
keçirildiyi bir zamanda kütləvi insan
qırğınları ilə nəticələnən erməni
cinayətlərinə göz yumulur, onlardan kimsə ittiham
olunmur, ittiham olunanlar isə sərbəst buraxılır.
Ermənistan-PKK əməkdaşlığı
Ermənistanın terror əməlləri bununla bitmir. Bildiyimiz kimi, dünyada əsas terror təşkilatlarından
biri sayılan və Türkiyə əhalisini və dövlətçilik maraqlarını
özünə başlıca
hədəf seçən
PKK terror təşkilatı ilə Ermənistan xüsusi xidmət orqanlarının isti münasibətlərin mövcudluğu
çoxdan təsdiqlənib.
Kürd separatçıları
ilə erməni separatçıların iş
birliyi PKK-ASALA, PKK-Daşnaksütyun,
PKK-Ermənistan kimi xarakterizə edilməlidir.
1980-ci illərin sonu,1990-cı illərin əvvəllərində
ASALA terror təşkilatının başda Akop Akopyan olmaqla əsas üzvləri Türkiyə xüsusi xidmət orqanları əməkdaşları tərəfindən
məhv edildikdən sonra, bu təşkilat
müxtəlif adlarla fəaliyyət göstərir
və əsasən
PKK-nın tərkibində iştirak
edir. Bunu Türkiyə rəsmiləri
də dəfələrlə
təsdiqləmişdir ki,
öldürülən PKK-çıların
arasında xeyli sünnətsiz terrorçular
vardır. Türkiyə hərbi kəşfiyyatı
da müəyyən etmişdir ki, Ermənistan hazırda PKK-nın əsas logistik mərkəzlərindən
birinə çevrilib.
PKK ilə Ermənistan
arasında gizli müqavilələr mövcuddur.
Ermənistan PKK-ya hər
ay istifadə olunmaq şərtilə müəyyən
sayda viza haqqı verib. Yəni terrorçular hər ay ayrılmış viza sayına uyğun olaraq pasportu işğalçı dövlətin
Parisdəki səfirliyinə
təqdim edir və oradan viza alıb istədikləri ölkəyə
gedirlər. Həmçinin Ermənistan PKK-ya silah, pul və
digər yardımlar edir. Yaralanan və xəstələnən
terrorçular da sərbəst şəkildə
Ermənistan xəstəxanalarında
müalicə olunur.
Göründüyü kimi, ermənilər
ideoloji ortaq nöqtələri bir o qədər uzlaşmayan, əksinə, bir çox məsələlərdə
onlara qarşı hədəfləri ilə
seçilən PKK-ilə
də dialoqa getməyə hazırdırlar
və bunu həyata keçirirlər
(çünki PKK və
erməni terror təşkilatları
Türkiyə ərazisinin
qərb hissəsində
özlərinə aid dövlət
qurmaq istəyirlər.
PKK Kürdüstan, ASALA və
Daşnaksütyun isə
böyük Ermənistan
qurmaq planlaşdırır.
Burada maraqlar toqquşsa da Ermənistan PKK-nın bu sahədə
neytrallaşdırmağı hələ ki bacarmışdır).
PKK üzvlərinə Ermənistanın Milli Təhlükəsizlik Nazirliyinin
və polisinin yardım göstərməsinə
dair kifayət qədər informasiya verilmişdir. PKK-çılara
Ermənistan ordusunun zabitləri və ya Qarabağ müharibəsinin veteranları
hərbi təlimlər
keçir və onları silahlandırır.
Məqsəd yalnız anti-türk
fəaliyyət və
Azərbaycan və Türkiyə işbirliyini
pozmaq, regionda Ermənistanın təhlükəsizliyini
təmin etmək və siyasi hədəflərə nail olmaqdır.
Həqiqət
Qərbin hələ də Azərbaycana ikilistandart siyasət sərgiləməsinə
baxmayaraq, fakt odur ki, Ermənistan
terrorun və eyni zamanda, qaçaqmalçılığın
əsas mərkəzlərindən
biridir. Bu dövlət
narkotik biznesinin əsas idxalatçısı
və etibarlı tranzitinə çevrilmişdir.
Bu yaxınlarda WikiLeaksin
narko-ticarətlə bağlı
yaydığı məlumatlarda
işğal altında
olan Azərbaycan torpaqları daxil olmaqla Ermənistan ərazisinin narkotik maddələrin daşınmasının
əsas platformasına
çevrildiyi qeyd olundu. Saytın ABŞ diplomatlarının Dövlət
Departamentinə göndərdiyi
hesabatlarına əsaslanan
məlumatında o da vurğulanırdı ki, həmin narkotik alverindən Ermənistanın
hazırkı hakimiyyətində
təmsil olunan məmurlarla yanaşı,
müxalifətdə dayanan
eks-prezident Levon Ter-Petrosyanın
da payı var. Ermənistanın güc strukturlarının da birbaşa narkobizneslə məşğul olduğu
və qazancın xeyli hissəsinin silah-sursat alqısında istifadə olunduğu inkarolunmaz həqiqətdir.
Ermənistanın özü barədə qaçaqmalçılıq üçün
münasib dövlət
imici formalaşdırması
tək bununla bitmir. Hətta İran İslam
Resublikasında hazırlanan
nüvə texnologiyalarına
gərəkli olan uranın da məhz Ermənistan vasitəsilə keçirilə
biləcəyi ehtimalı
artıq bütün dünyada qəbul edilmiş fikirdir. Amerika hətta bu məsələyə
aid narahatçılığını bir neçə dəfə dolayısıyla
səsləndirmişdir. Bir sözlə, beynəlxalq terrorizm və qaçaqmalçılıq Ermənistan
siyasətinin əsas devizidir.
Azərbaycan torpaqlarının qeyd-şərtsiz
azad edilməsi üçün Qərbin
bu məsələdə
susması və qəti tədbirlər görməməsi bir yana, üstəlik, qondarma erməni soyqırımı iddialarının
qəbul edilməsinə
cəhd terrorçu xristian ölkənin təəsübünü çəkmək
və erməni lobbisinin maliyyə gücü qarşısında
həqiqətin “qulaqardına”
vurulmasından başqa
bir şey deyil. Hazırda erməni terrorçuların
və onlara əsas mənəvi dəstəyini əsirgəməyən
Ermənistan Respublikasının
əsas təbliğat
sahəsi ictimai fikir və informasiya
vasitələri olmuşdur.
Erməni diaspor və
lobbi təşkilatları
bu sahəyə külli miqdarda vəsait xərcləyərək
hadisələri təhrif
edir, Azərbaycanı
ümumilikdə Türk
dünyasını heç
bir səbəb olmadan ittiham edir və ağlasığmaz
tələblər irəli
sürürlər. İstər
ötən əsrin əvvəllərində istərsə
də sonlarında Türkiyə və Azərbaycan vətəndaşlarına
qarşı kütləvi
terror hadisələri həyata
keçirmiş ermənilər
lobbilərinin maliyyə
dəstəyi sayəsində
Qərbdəki konqresmenlərə,
lordlara, senatorların
bəzilərinə təsir
edir, bu siyasi xadimlər tərəfindən “məzlum
erməni” imicini formalaşdırmağa nail olurlar.
Onlar bu əməlləri ilə Azərbaycan ətrafında informasiya blokadası yaratmağa müvəffəq olmuş
və dünya ictimaiyyətinin bir qismini çaşdırmışlar.
Bu da tam hüquqi
dövlət olmaqla, dünya anti-terror hərəkatına
əsas dəstək verən Azərbaycan Respublikasına qarşı
ikili standartların yaranması baxımından
bəhanə olmuşdur.
Lakin müstəqil Azərbaycan
həmişə olduğu
kimi, bundan sonra da vətəndaşlarının
pozulmuş hüquqlarını
müdafiə edəcək
və hadisələrin
necə cərəyan
edəcəyindən asılı
olmayaraq hər zaman ədalətin tərəfində olacaqdır.
Azərbaycan dövləti qanunun
aliliyinə hər zaman hörmətlə yanaşmış və bu yüksək dəyərləri təcavüzkar
Ermənistan kimi heç bir milli təəsübkeşliyə
dəyişməmişdir.
Anar TURAN
Xalq qəzeti.- 2013.- 24 aprel.- S. 8.