Azərbaycanlı yazıçının əsəri “Avropada ilin kitabı” müsabiqəsinin qalibi oldu

 

Soydaşımız  “Taclı Böyük Ulduzordeni ilə təltif olunmuşdur

 

Ölkəmizin adını beynəlxalq aləmdə uca tutan, milli mədəniyyətimizin dünya miqyasında təbliğinə xüsusi töhfələr verən  istənilən şəxs həmişə yüksək dəyərləndirilib.

 Bu tendensiya son iyirmi  ildə daha böyük vüsət alır. Sevindirici haldır ki,  bu qəbildən olan insanlar fərdi yaradıcılığın bütün sahələrində  vardır. Bu günlərdə həmin nümunələrdən  daha biri ilə tanış olduq.  Qərargahı Almaniyanın  Hannover  şəhərində olan Avropa Təbiyyat Elmləri Akademiyasının internet saytında (www.eanw.org ttp://www.eanw.org)  azərbaycanlı yazıçı-filosof Hacı Fərhad Mirzəyə ünvanlanan  təbriknamə yayılmışdır. Sənəddə deyilir:

Avropa Təbiyyat Elmləri Akademiyasının akademiki, müasir kəlam məktəbinin banisi, azərbaycanlı yazıçı-filosof Hacı Fərhad Mirzənin Almaniyada alman ingilis dillərində nəşr olunanKəlamlar" kitabı beynəlxalq  Avropada ilin kitabı  müsabiqəsinin qalibi elan olunmuş Hacı Fərhad MirzəTaclı Böyük Ulduzordeni ilə təltif edilmişdir. Dünyanın müxtəlif dillərinə tərcümə olunmuşKəlamlarkitabında müasir insanı düşündürən bütün məsələlərə aid çoxsaylı kəlamlar toplanmışdır". ATEA ekspertlərinin sorğu mütəxəssislərinin fikrincə,  Hacı Fərhad Mirzə Avropa elminin, təhsilinin, mədəniyyətinin xüsusən, fəlsəfəsinin inkişafına mühüm töhfələr vermiş ünlü Şərq ziyalısıdır. Onun yaradıcılığı öz ölkəsi ilə yanaşı, dünyanın bir çox ölkələrində böyük maraq diqqətlə qarşılanır.

 Qeyd edək ki, bu kitabın Ankarada - Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası tərəfindən Anadolu türkcəsində nəşr olunan variantı Türkiyə Cümhuriyyəti Səhiyyə Nazirliyi mütəxəssisləri tərəfindən seçilmişRuha ilac kitablarseriyasına qəbul edilmiş xəstəxanalara paylanmışdır. Kitabın Rusiya Federasiyası Yazıçılar Birliyi Moskva Şəhər Təşkilatının xəttiylə Rusiya paytaxtında rusca nəşr olunan variantı isə  Ottava (Kanada) Lvovda (Ukrayna) keçirilən beynəlxalq kitab sərgi-yarmarkalarında böyük uğurla nümayiş etdirilmişdir. Azərbaycanlı mütəkəllimin təkcə elmi - dini mövzulara deyil, ümumiyyətlə, bəşəri dəyərlərin hamısına aid olan kəlamları respublikamızla bərabər bir neçə xarici ölkədə böyük maraqla qarşılanmış, oxucuların sevimli kitabına çevrilmişdir. Müəllifə gələn məktublarda məlumat verilir ki, “Kəlamlarkitabının rusca nəşr olunan variantı Latviya, Belarus, Ukrayna  Gürcüstan Tacikistanda dövlət başçılarının kitabxanasına qəbul edilmişdir.

 Avropa Təbiyyat Elmləri Akademiyasının saytında soydaşımız haqqında verilən məlumatda bildirilir ki,  1951-ci ildə Bakıda dünyaya gəlmiş, ixtisasca inşaatçı mühəndis olan  Hacı Fərhad Mirzə Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə Hüquq İnstitutu Elmi Şurasının qərarı ilə ədəbi-bədii sahədəki uğurlu yaradıcılığına görə dini-fəlsəfi elmlər doktoru fəxri adına layiq görülüb. O, Azərbaycan, Rusiya Federasiyası Türkiyə Yazıçılar birliklərinin üzvüdür. Müəllif  2008-ci ildə Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının akademiki fəxri professoru seçilmiş, bu akademiyanınQızıl medal”ı ilə təltif olunmuşdur.

Yazıçı-filosof  Hacı Fərhad Mirzə 2009-cu ildə Rusiya  Dilşünaslıq  Akademiyasının   Puşkin adına medalına Avropa elmi qarşısındakı böyük xidmətlərinə görə Beynəlxalq Təltiflər ŞurasınınŞərəfordeninə layiq görülmüşdür.

 Kəlamlarmüəllifi 2009-cu ilin aprelində  Avropa Təbiyyat Elmləri Akademiyasının akademiki seçilmiş “Senator Ulduzu”ordeni ilə təltif olunmuşdur. Həmin il yazıçı- filosof həmçininBöyük Qızıl Rıtsarordeninə, eləcə Qotfrid Leybnis Fridrix Şiller medallarına layiq görülmüşdür. Həmin il Avropa Təbiyyat Elmləri Akademiyasının zəmanəti ilə Almaniya Fransa  mərkəzi poçtları Hacı Fərhad Mirzənin adına məxsusi poçt zərfləri fərdi poçt markaları buraxmışlar. Ötən ilin iyun ayında Türkiyə mətbuatı yazırdı ki,  İstanbulun Lütvi Kirdar Sarayında  böyük filosof-şair Osman Hülusi Darendevinin yaradıcılığına həsr olunmuş Beynəlxalq Simpoziumda Azərbaycanlı alim Hacı Fərhad Mirzənin çıxışını mindən artıq iştirakçı ayaq üstdə dinləmişdir.

Azərbaycanlı müəllif  2010-cu ildə İtaliya İqtisadi Sosial Elmlər Akademiyasının akademik üzvü  Roma şəhərinin fəxri alimi seçilmişdir. OnunKəlamlarkitabı Azərbaycan, rus, türk, ingilis, alman dillərində ümumilikdə 50 min tirajdan çox çap olunaraq təmənnasız şəkildə  oxuculara paylanmışdır. Hacı Fərhad Mirzənin yaradıcılığı ölkəmizdə ziyalılar böyük oxucu kütləsi tərəfindən maraqla qarşılanır qiymətləndirilir. Belə ki, onun yaradıcılığına xeyriyyəçiliyinə  həsr olunmuş poema şeirlər,  eləcə Dərsliknaməadlı dərin məzmunlu elmi kitab yazılmışdır. Dünya şöhrətli bəstəkar, Bakı Musiqi Akademiyasının professoru Tofiq Bakıxanovun “Min bir kəlamKəlam gəzir dünyanıadlı mahnıları  bu ünlü sənətkarın digər mahnıları ilə birlikdə məcmuə şəklində çap olunmuş diski buraxılmışdır.

Sonda qeyd edək ki,  adı çəkilən akademiyanın Rəyasət Heyətinin Türk Dünyası Şöbəsinin adından soydaşımızın ünvanına göndərilən təbriki Avropa Təbiyyat Elmləri Akademiyasının prezidenti, akademik  Vladimir Tıminski imzalamışdır.

 

 

 Nadir ŞAHSUVARLI

 

Xalq qəzeti.- 2013.- 24 aprel.- S. 10.