İstanbulda ermənilərin türklərə və azərbaycanlılara qarşı törətdikləri soyqırımları ilə bağlı konfrans keçirilmişdir

 

İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin təşkilatçılığı ilə ermənilərin türklərə və azərbaycanlılara qarşı törətdikləri soyqırımları ilə bağlı konfrans keçirilmişdir.

Tədbirdə şəhər ictimaiyyətinin nümayəndələri, Azərbaycanın İstanbuldakı konsulu Ceyhun Məmmədov, tarixçi alimlər iştirak etmişlər.

Konfransda İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin sədri Səfər Karakoyunlu, Sakarya Universitetinin professoru Ələddin Yalçınkaya, araşdırmaçı Şükrü Sərvər Aya çıxış edərək qondarma “erməni soyqırımı” təbliğatını ifşa edən, ermənilərin Anadoluda və Azərbaycanda törətdikləri qətliamları əks etdirən konkret faktlar və sənədlər təqdim etmişlər.

Qeyd olunmuşdur ki, ermənilər tarixdə türklərə qarşı beş dəfə soyqırımı törətmişlər. 1905-ci ildə başlayan və Xocalı soyqırımı ilə davam edən bu vəhşi qətliamlara qarşı biganə qalan Qərbin müəyyən dairələri öz siyasi maraqları üçün olmayan “erməni soyqırımı”nı təbliğ edirlər.

Konfransın sonunda ermənilərin törətdikləri qətliamlardan bəhs edən sənədli film göstərilmişdir.

 

 

Oqtay BAYRAMOV

 

Xalq qəzeti.- 2013.- 24 aprel.- S. 8.