General-leytenant Əliağa
ŞIXLİNSKİNİN anım mərasimi
Bu günlərdə general-leytenant Əliağa
Şıxlinskinin
anadan olmasının 150-ci ildönümü ilə əlaqədar
anım mərasimi keçirilib. Tədbirdə Azərbaycan Qızıl Aypara
Cəmiyyətinin
rəhbərliyi və kollektivi, cəmiyyətin
könüllüləri iştirak ediblər.
Anım mərasimində
çıxış edən
Qızıl Aypara Cəmiyyətinin vitse-prezidenti Qafar Əsgərzadə
bildirdi ki, Əliağa Şıxlinski Azərbaycan ordusunun
formalaşmasında böyük rol oynayıb. General-leytenant görkəmli hərbi
xadim olmaqla yanaşı, Xalq Cümhuriyyəti dövründə
ölkə ərazisində baş verən kütləvi,
insan həyatı üçün təhlükə yaradan xəstəliklərin
qarşısının alınması məqsədilə zəruri
tibbi-sanitar dəstələrin yaradılması
üçün dövlət qarşısında məsələ
qaldıraraq, onun həllinə nail olmuşdur. Onun xanımı Nigar
Şıxlinski
Qırmızı Xaç Hərbi Xəstəxanasına
Başçılıq Edən Komitənin sədri
seçilmiş, yüzlərlə xəstənin müalicə
edilməsində yaxından
köməklik göstərmişdir.
Tədbirdə
cəmiyyətin rayon bölmələrinin sədrləri və
digər iştirakçılar general-leytenant Ə.Şıxlinski haqqında
söz açdılar. Natiqlər Ə.Şıxlinskinin gördüyü işlərdən, onun gərgin əməyi nəticəsində
Qızıl Aypara Cəmiyyətinin təşkilat kimi
formalaşmasından və
bugünkü fəaliyyətindən
danışdılar. Sonda tədbir
iştirakçıları Ə.Şıxlinskinin
barelyefi üzərinə
gül dəstəsi qoydular.
Ülviyyə
VAHİDQIZI
Xalq qəzeti.- 2013.- 24 aprel.- S. 8.