Göygöl: quruculuq
dinamikası yüksəkdir
Göygöl rayonunda ilin bütün fəsillərində işin ahəngi gurdur. Özü də aparılan quruculuq
işlərinin miqyası, inkişafın və yüksəlişin
dinamikası təkcə rayon mərkəzini
əhatə etmir. Tikinti-abadlıq bütün yaşayış məntəqələrində
eyni sürətlə və keyfiyyətlə
aparılır. Ancaq bu
günlər rayona səfərimiz
zamanı gördüklərimiz, şahidi
olduqlarımız və eşitdiklərimiz bizdə daha böyük təəssürat,
xoş duyğular
yaratdı. Bütün sahələrdə
yüksək mütəşəkkiliyin, böyük
ruh yüksəkliyinin və əmək coşğunluğunun şahidi
olduq. Bəli, bu gün Göygöl şəhərinin
elə bir küçə və prospekti, park və
xiyabanı yoxdur ki, orada əsaslı bərpa və yenidənqurma
işləri aparılmasın. Yeni səkilər,
yaşıllıq zolaqları salınır, qaz,
işıq, su xətləri dəyişdirilir,
müasir işıqlandırma sistemi quraşdırılır.
Göygöl
Rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidov
mövcud vəziyyəti, görüləcək işlərin
miqyasını, adamların əhval-ruhiyyəsini, mənəvi-psixoloji
mühiti qiymətləndirərək dedi:
-
İndi rayonumuzda elə bir əmək kollektivi, idarə,
müəssisə və təşkilat yoxdur ki,
xalqımızın böyük oğlu ulu öndər Heydər
Əliyevin anadan olmasının 90 illik yubileyini bu böyük
şəxsiyyətin adına, əməl və ideyalarına
layiq nailiyyətlərlə qarşılamağa
çalışmasın. Bu gün bütünlüklə
rayonumuzda, ayrı-ayrı kollektivlərdə müşahidə
olunan fəallığın, ruh yüksəkliyinin və
mütəşəkkilliyin kökünü məhz burada
axtarmaq lazımdır.
Göygöl
şəhərinin küçə və prospektləri ilə
addımlayırıq. Hər yerdə abadlıq, gözəllik
və yeniliklə rastlaşırıq. Həqiqətən,
son illər Göygöl
şəhəri də yaraşıqlı olmuşdur.
Ümumiyyətlə, ötən müddət ərzində rayonda istehsal və xidmət
sahələrinin genişləndirilməsi, sosial
obyektlərin tikilməsi, abadlıq və quruculuq
işlərinin aparılması istiqamətində həyata
keçirilən tədbirlər davam
etdirilmiş, iqtisadiyyatın dinamik inkişafı təmin olunmuşdur.
Hazırda Gölgöl şəhərində
7 mərkəzi küçə abadlaşdırılır.
Binaların fasadlarına üzlük piltələr çəkilir, evlərin
dam örtükləri dəyişdirilərək
əsaslı təmir olunur. Göygöl şəhər mədəniyyət
və istirahət parkı genişləndirilərək yenidən
qurulur, Dövlət Bayrağı
meydanı və muzeyi tikilir,
ətrafında abadlıq işləri aparılır.
Ötən
yay güclü leysan yağışı nəticəsində
əmələ gələn sel suları yaşayış evlərinin
zirzəmilərinə, bir sıra obyektlərə və həyətyanı
sahələrə dolmuşdu. Sel sularının təsirindən
Göygöl-Toğana magistral
avtomobil yolunun Göygöl şəhərindən
çıxan hissəsi dağılmış, Köşkü və Topalhəsənli kənd
yolları daş və
çınqılla bağlanmışdı. Gələcəkdə
sel sularının vura
biləcəyi ziyanın qarşısını almaq üçün
bütün zəruri tədbirlər görülmüşdür. Belə
ki, dağlardan əmələ
gələn sel sularının Göygöl şəhərinə daxil olmasının qarşısını almaq məqsədilə yeni
tikilməkdə olan idman
kompleksinin üst tərəfində
eni 7 metr, dərinliyi
2,5 metr olan 1 km uzunluğunda kanal qazılmışdır. Rayonda ekoloji vəziyyəti
yaxşılaşdırmaq məqsədilə bu
il də ağacəkmə kampaniyası davam etdirilmişdir. Şəhər,
qəsəbə və kəndlərdə, park
və xiyabanlarda, yol kənarlarında
7 mindən çox ağac
və bəzək kolları əkilmişdir.
“Azərbaycan
Respublikası regionlarının 2009-2013-cü illərdə
sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda
Göygöl rayonu üzrə 15 tədbir nəzərdə
tutulmuşdur. Onlardan 2-si yerinə yetirilmiş, 15-nin
icrası davam etdirilir.
2012-ci ildə Göygöl şəhərinin
Turan Qurbanov, Xəlil Rza, Əlyağa Şıxlınski, Mola Pənah Vaqif və Hüseyn Cavid küçələrinə
və Bayraq meydanına gedən yola 32 min 309 kvadratmetr asfalt örtük salınmış və səki
daşı düzülmüşdür.
Qarabağ
müharibəsi əlilləri və şəhid ailələri
üçün 36 mənzilli yaşayış evi, Dövlət
Sosial Müdafiə Fondunun və Milli Təhlükəsizlik
Nazirliyinin Göygöl rayon şöbələri
üçün inzibati binalar, Olimpiya İdman Kompleksi, Heydər
Əliyev Mərkəzi, Gənclər Mərkəzi, Uşaq Əyləncə
Mərkəzi üçün binalar, “Göygöl” şərabının
istehsal sahəsini genişləndirmək üçün
spirt zavodu tikilir.
2012-ci ildə 58,2 milyon manat əsas kapitala investisiya qoyulmuş, bunun 56 milyon 556,3 min manatı tikinti-quraşdırma işlərinə yönəldilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ayırdığı vəsait hesabına səkkiz min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən, 10,5 kilometr uzunluğunda Xaqani-Cümşüdlü-Haçaqaya avtomobil yoluna asfalt örtük salınmışdır. Yolun mühafizə zolağına düşən elektrik və rabitə dayaqlarının yeri dəyişdirilmiş, yol kənarında olan görkəmsiz ticarət obyektləri əsaslı təmir olunmuşdur.
Ölkədə
avtomobil yolları şəbəkəsinin yenidən
qurulması və bərpası istiqamətində həyata
keçirilən iri layihələr sırasında
investisiyalar hesabına hazırda tikintisi davam edən
Bakı-Qazax avtomobil yolunun rayon ərazisindən keçən
36 kilometr hissəsində yenidənqurma və bərpa işləri
davam etdirilir. Ümumiyyətlə, son doqquz il
ərzində 7379 yeni iş
yeri açılmışdır ki, onun da
5068-i daimidir. Sahibkarlıq subyektlərinin
yaradılmasına və fəaliyyət göstərməsinə,
kiçik və orta
sahibkarlığın inkişafına əlverişli şərait
yaradılmış, nəticədə 2012-ci ilin
yekunlarına görə rayonda
sahibkarların sayı 2467-yə çatmışdır.
Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə sahibkarlıqla məşğul
olan 68 hüquqi və
fiziki şəxsə 1065 min
manat güzəştli kredit
verilmişdir.
2012-ci
ildə iqtisadiyyatın əsas sahələrində istehsal
olunmuş məhsul və xidmətlərin ümumi həcmi
faktiki qiymətlərlə 143 milyon 191,5 min manata
çatmışdır. Bunun 110,1 milyon manatı istehsal sahələrini,
33,4 milyon manatı xidmət sahələrini
təşkil etmişdir. Rayonda fəaliyyət
göstərən 25 sənaye müəssisəsi
bütövlükdə 12 milyon 284,5 min manat dəyərində
məhsul istehsal etmiş,
qeyri-dövlət sektorunun xüsusi
çəkisi 54,6 faiz olmuşdur.
2012-ci ildə 2050 nəfər kənd təsərrüfatı
məhsulları istehsalçılarına yanacaq
və motor yağlarına, buğda əkininə, toxum
istehsalına və mineral gübrələrə
görə dövlət büdcəsindən 1,1 milyon manat yardım verilmişdir. Kənd təsərrüfatı məhsulları
istehsalçılarına dövlət dəstəyinin nəticəsi
olaraq kənd təsərrüfatı məhsullarının
istehsalı 7,6 faiz
artmışdır. Əvvəlki
illə müqayisədə 2012-ci ildə 1756,1 min manat çox
olmaqla, 41306,7 min manat dəyərində kənd təsərrüfatı
məhsulları istehsal edilmişdir,
bunun da 99,3 faizi qeyri-dövlət sektorunun
payına düşür.
İlin bu çağlarında təbiət Göygölə özgə gözəllik, əlvan bir büsat gətirir. İnsan əlinin vurduğu təkrarsız naxışlar isə bu gözəlliyi bir az da artırır.
Ziyəddin SULTANOV
Xalq qəzeti.- 2013.- 25 aprel.- S. 10.