Həmkarlar
ittifaqları işçilərinə “Azərbaycan Həmkarlar
İttifaqları Konfederasiyasının 20 illik yubileyi
döş nişanı” təqdim edilmişdir
Aprelin 24-də “Azərbaycan Həmkarlar
İttifaqları Konfederasiyasının 20 illik yubileyi
döş nişanı”na layiq görülmüş həmkarlar
ittifaqları işçilərinə mükafatların təqdim
edilməsi mərasimi keçirilmişdir.
AzərTAc xəbər verir ki, tədbiri
açan Azərbaycan Həmkarlar İttifaqları
Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin
deputatı Səttar Mehbalıyev dövlətimizin
başçısının həmkarlar ittifaqına göstərdiyi
diqqət və qayğıdan danışmışdır.
Bildirmişdir ki, qanunvericiliyimizdə işçilərin
hüquqlarının qorunması istiqamətində bir
sıra mühüm dəyişikliklər edilmişdir.
Səttar Mehbalıyev
vurğulamışdır ki, AHİK-in İcraiyyə Komitəsinin
qərarına əsasən, həmkarlar ittifaqının 132 nəfər
üzvü sosial-iqtisadi hüquq və mənafelərin təmin
olunması istiqamətində gördükləri işlərə
və həmkarlar ittifaqının fəaliyyətində
yaxından iştiraklarına görə “Azərbaycan Həmkarlar
İttifaqları Konfederasiyasının 20 illik yubileyi
döş nişanı”na layiq görülmüşdür.
Sonra döş nişanları sahiblərinə
təqdim edilmişdir.
Yubiley döş nişanına AzərTAc-ın
Həmkarlar İttifaqı Komitəsinin sədri Ağaqulu Niftəliyev
də layiq görülmüşdür.
Mükafat alanlar çıxış edərək
həmkarlar ittifaqları işçilərinə göstərdiyi
diqqət və qayğıya görə Azərbaycan Prezidenti
İlham Əliyevə minnətdarlıqlarını
bildirmişlər.
Xalq qəzeti.- 2013.- 25 aprel.- S. 11.