Nəsimi rayonunda bu ilin birinci rübü
uğurlu olmuşdur
Nəsimi rayonunda 2013-cü ilin I rübünün sosial-iqtisadi
inkişafının yekunlarına
və qarşıda duran vəzifələrə
həsr edilmiş iclas keçirilmişdir.
Tədbiri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı
Nəsib Məhəməliyev
açaraq bildirmişdir
ki, bu ilin
birinci rübü respublikamız üçün
uğurlu olmuş, sosial-iqtisadi sahədə önəmli nəticələrə
nail olunmuşdur. Bütün bu uğurlar və sosial-iqtisadi sahədə qarşıda
duran vəzifələr Nazirlər
Kabinetinin aprelin 14-də keçirilmiş
iclasında Azərbaycan
Respublikasının Prezidenti
cənab İlham Əliyevin giriş və yekun nitqlərində
geniş təhlil edilmiş və sonrakı mərhələlər
üçün vəzifələr
müəyyənləşdirilmişdir.
Cari ilin birinci rübündə
ölkəmizdə ümumi
daxili məhsul 3,1 faiz artmış
və bu yüksəliş əsasən
qeyri-neft sektorunun hesabına əldə olunmuşdur. Bu dövrdə
əhalinin pul gəlirləri 6 faiz artmış, ölkəmizdə
30 min yeni iş yerləri yaradılmışdır.
Sosial məsələlərin həlli,
əhalinin rifah halının daha da yaxşılaşdırılması
dövlətimizin daim
diqqət mərkəzində
olan məsələlərdəndir.
Bu gün 123 min ailə ünvanlı sosial yardım alır və 6 faizə düşmüş
yoxsulluq səviyyəsinin
ləğv edilməsi
istiqamətində ölkəmizdə
zəruri işlər
görülür. Bütün
bunlar əsası ümummilli liderimiz, xalqımızın xilaskarı,
müstəqil dövlətimizin
qurucusu və banisi Heydər Əliyev tərəfindən
qoyulmuş və Azərbaycanın hərtərəfli
inkişafına yönəlmiş
siyasətin bu gün dövlət başçımız cənab
İlham Əliyev tərəfindən uğurla
davam etdirilməsinin bariz nümunəsidir.
2013-cü ilin I rübü Nəsimi rayonunda da bir
sıra uğurlarla yadda qalmışdır. Yanvar-mart ayları ərzində rayonda 97 milyon 966 min manatlıq sənaye məhsulu istehsal edilmiş və xidmətlər göstərilmişdir.
Bu, keçən ilin eyni dövrü ilə müqayisədə
24,6 faiz çoxdur. İlin birinci rübündə rayonda 501 yeni iş yeri yaradılmışdır.
Sonra Nəsimi
Rayon İcra Hakimiyyəti
başçısının müavini Anar Tağıyev məruzə
ilə çıxış
etdi. O bildirdi ki, bu ilin birinci
rübündə istehlak
bazarında dinamik inkişaf davam etmiş və əhaliyə 269 milyon
774,6 min manatlıq istehlak
malları satılmış
və pullu xidmətlər göstərilmişdir.
Bu dövrdə rabitə
müəssisələri tərəfindən
göstərilən xidmətlərin
həcmi keçən
ilin eyni dövrü ilə müqayisədə 1,8 dəfə
artaraq 9 milyon 195 min manat təşkil etmişdir. Nəqliyyat sektorundakı müəssisələrin
gördükləri iş
və xidmətlərin
həcmi isə 18 faiz artaraq 109 milyon 236 min manata çatmışdır.
Hesabat dövründə
Nəsimi Rayon Əhalinin
Sosial Müdafiəsi Mərkəzi tərəfindən
2245 ailəyə ünvanlı
dövlət sosial yardımı verilmişdir. Mərkəzin əməkdaşları tərəfindən
360 tənha, əlil və ahıla evlərdə sosial məişət xidməti
göstərilmişdir.
“Azərbaycan Respublikası
regionlarının 2011-2013-cü illərdə sosial-iqtisadi
inkişafı Dövlət
Proqramı”nın icrası rayonda uğurla davam etdirilir. Hazırda 1 və 5 saylı tam orta məktəblərdə
yeni korpusların tikintisi davam etdirilir, 19 və 159 saylı tam orta məktəblərdə əsaslı
təmir işlərinə
başlanılmış, 92 saylı körpələr
evi-uşaq bağçasında
əsaslı təmir
işləri başa çatdırılmış, 45 saylı körpələr
evi-uşaq bağçası
isə əsaslı təmirdən sonra istifadəyə verilmişdir.
Hazırda Elmi-Tədqiqat Hematologiya
və Transfiziologiya İnstitutunda əsaslı
təmir işləri,
Tibb Universitetinin Tədris-Cərrahiyyə korpusunda
tikinti-quraşdırma işləri
davam etdirilir.
2013-cü
ilin I rübü ərzində Nəsimi
Rayon Qaz İstismarı
İdarəsi tərəfindən
istehlakçılara 4 milyon
122 min 150 manatlıq təbii
qaz satılıb. Ümumi satışın
86,8, əhaliyə satışın isə
100,2 faizi ödənilmişdir. Rüb
ərzində Nəsimi
Rayon Enerji Təchizatı
və Satışı
İdarəsinin
satdığı elektrik
enerjisi dəyərinin
96,1 faizi istehlakçılar tərəfindən
ödənilib. Bu dövr
ərzində idarə
tərəfindən, ümumilikdə
5 min 238 metr kabel və naqillər dəyişdirilmiş, 2 ədəd
elektrik dayağı quraşdırılmışdır.
Ölkəmizin hər yerində
olduğu kimi, Nəsimi rayonunda da genişmiqyaslı abadlıq və yenidənqurma işləri
davam etdirilir. Hazırda Cavadxan küçəsində
yeni park salınır,
Hüseynbala Əliyev
və Rəşid Məmmədov küçələrinin
kəsişməsində yerləşən
“Heydər parkı”nda
əsaslı təmir
işləri görülür
və 14 ünvanda binaların fasadlarında təmir aparılır.
Rayon ərazisində istehsal
olunan və satılan istehlak mallarının keyfiyyətinə
nəzarəti gücləndirmək
məqsədilə rayon icra
hakimiyyəti başçısının
sərəncamı ilə
komissiya yaradılmış
və bu istiqamətdə aparılan
işlər daim diqqət mərkəzindədir. Rayondakı
“Təzə Bazar” və
3-cü mikrorayondakı “Kəndli
yarmarkası” ərazilərində
hər həftə bazar qiymətlərindən aşağı
40-50 ton kənd təsərrüfatı
məhsullarının satışı
təşkil edilir. Əhalinin rifah halının yüksəlməsinə,
süni qiymət artımının qarşısının
alınmasına xidmət
edən bu iş rayon rəhbərliyi
tərəfindən nəzarətdə
saxlanılır.
Sonra Nəsimi Rayon Mənzil Kommunal Təsərrüfatı
Birliyinin rəisi Laçın Mustafayev,
rayon enerji təchizatı
və satışı
idarəsinin rəisi Ramil Yusifov və
başqaları çıxış
etdilər. Onlar görülmüş işlərdən və qarşıda duran vəzifələrdən danışdılar.
Nəsimi
Rayon İcra Hakimiyyətinin
başçısı Nəsib
Məhəməliyev iclasda
yekun çıxışı
etdi. O, qarşıda duran vəzifələrdən
danışdı və
bütün əlaqədar
qurumların rəhbərlərinə
vətəndaşların müraciətlərinə
daha diqqətlə yanaşmağı və onların qaldırdıqları
məsələləri operativ
həll etməyi tapşırdı.
Ayaz HƏMİDOĞLU
Xalq qəzeti.- 2013.- 25 aprel.- S. 13.