Azərbaycan
qadını mədəni və siyasi quruculuğun fəal
iştirakçısıdır
Azərbaycan qadınlarının IV
qurultayına hazırlıq çərçivəsində
Binəqədi rayon qadınlarının
konfransı keçirildi. Rayon ictimaiyyəti nümayəndələrinin
də iştirak etdiyi
konfransı təbrik sözü ilə rayon icra hakimiyyəti
başçısının müavini Vüsal İsmayılov açaraq
bildirdi ki,
xalqımızın bütün tarixi boyu Azərbaycan
qadını öz iradəsi və mərdliyi,
saflığı və sədaqəti ilə cəmiyyətimizin
həyatında, xalqımızın milli-mənəvi dəyərlər
sisteminin formalaşmasında müstəsna
rol oynamışdır. Dünən məhdud
hüquqları olan Azərbaycan
qadını bu gün
ölkədə mədəni və siyasi
quruculuğun fəal
iştirakçısıdır.
Natiq
daha sonra demişdir ki, bütün bunların və Heydər Əliyev
siyasətinin Prezident İlham Əliyev tərəfindən
uğurla davam etdirilməsi nəticəsində ölkəmizdə
qadın hüquqlarının təmin olunması sahəsində
ölçüyə gəlməyən işlər
görülmüşdür. İndi müasir Azərbaycanda
elə bir sahə yoxdur ki, orada qadınlar iştirak etməsin.
Tədbirdə
çıxış edən Ailə, Qadın və Uşaq
Problemləri üzrə Dövlət Komitəsinin sədr
müavini Aynur Sofiyeva, 83 saylı məktəb-liseyin direktoru
Yaqut Sadıqova, 20 saylı şəhər
poliklinikasının baş həkimi Xuraman Hüseynova, Binəqədi
Mərkəzi Mədəniyyət Evinin direktoru Zivər Abbasova və rayon qeydiyyat
şöbəsinin rəisi
Tavat İsmayılova qeyd etdilər ki, Azərbaycan cəmiyyətində
qadının ictimai-siyasi, sosial-iqtisadi və mədəni sahələrdə
rolu ildən-ilə artır. Bütün bunlar ölkədə
demokratik dövlət quruculuğunun, ulu öndər Heydər
Əliyev tərəfindən əsası qoyulan və Prezident
İlham Əliyev tərəfindən uğurla davam etdirilən
siyasətin əməli nəticəsidir. İndi müstəqil
Azərbaycanda gender bərabərliyinin təmin olunması
üçün möhkəm hüquqi baza var. Bu gün
qadının sosial vəziyyətinin yüksəlməsi daha
parlaq surətdə cəmiyyətin bütün fəaliyyət
sahələrində özünü büruzə verir.
Konfrans
Binəqədi rayonundan respublika qadınlarının ali məclisinə
nümayəndələrin seçkisi ilə işini başa
vurdu.
Vaqif BAYRAMOV
Xalq qəzeti.- 2013.- 25 aprel.- S. 13.