Uğurlarla başlayan il yüksək nailiyyətlər vəd edir
2013-cü ilin
birinci rübündə Xətai rayonunun sosial-iqtisadi
inkişafının yekunları ilə əlaqədar
keçirilən geniş
yığıncağı rayon icra hakimiyyətinin başçısı Razim Məmmədov açaraq
bildirdi ki, Prezident İlham Əliyevin
həyata keçirdiyi iqtisadi
inkişaf strategiyasının
uğurları bu il də
davam etməkdədir. Bunu bu ilin I rübünün
sosial-iqtisadi inkişafının
yekunları ilə əlaqədar Nazirlər Kabinetinin
oktyabrın 10-da keçirilmiş
iclasında Prezident İlham
Əliyevin çıxışından da
aydın gördük. Dövlət
başçısının bu müddətdə
əldə olunan nailiyyətlərdən
danışarkən qeyd etdiyi kimi, “bu ilin birinci rübündə
ümumi daxili məhsul
3,1 faiz artmışdır”.
Bunu
müsbət nəticə kimi dəyərləndirən
dövlət başçısı hesab edir ki, bu
artımın qeyri-neft sektorunun hesabına əldə
olunması xüsusilə sevindiricidir. Çünki bu ilin
birinci rübündə qeyri-neft sektorunun inkişafı 11,4
faiz olmuşdur. Makroiqtisadi göstəricilərin çox
müsbət olduğu ölkə iqtisadiyyatında inflyasiya cəmi
1,2 faiz təşkil etmiş, əhalinin pul gəlirləri isə
təxminən 6 faiz artmışdır. Kənd təsərrüfatında
4 faizdən çox artımın müşahidə
olunması, valyuta
ehtiyatlarımızın artması və digər uğurlar
bir daha onu göstərir ki, cənab
İlham Əliyevin həyata keçirdiyi inkişaf strategiyası
respublikanın sosial-iqtisadi inkişafına öz müstəsna
töhfələrini verməkdə davam edir.
R.Məmmədov
ölkənin davamlı inkişaf prosesində paytaxtın iri
rayonlarından biri kimi Xətai rayonunun da bir çox
uğurlara imza atdığını, ölkənin, o cümlədən
Bakının ümumi sosial-iqtisadi inkişaf tempində,
öz mövqeyini qoruyub saxladığını konkret rəqəmlərlə
diqqətə çatdırmışdır:
-
2013-cü ilin birinci rübünün makroiqtisadi göstəricilərinin
təhlili, bu il də rayon
iqtisadiyyatının dinamik
inkişaf etdiyini və sosial məsələlərin
uğurla həll olunduğunu göstərir. Bu müddətdə rayonun sanaye müəssisələri
321,2 milyon manatlıq və
ya əvvəlki ilin
müvafiq dövrü ilə
müqayisədə 127,8
faiz sənaye məhsulu
istehsal etmişlər.
Rayonun tikinti
kompleksində iqtisadi və
sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələri
hesabına 81 milyon 437 min
manat məbləğində investisiyadan istifadə edilmişdir ki, bu vəsaitin
12 milyon 215 min manatı tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə
sərf olunmuşdur.
Ticarət şəbəkəsindən məhsulların 32,6 faizi hüquqi
şəxs kimi fəaliyyət göstərən ticarət
təşkilatları, 5,3
faizi yarmarkalar, 62,1
faizi isə hüquqi
şəxs yaratmadan fəaliyyət göstərən fiziki
şəxslər tərəfindən satılmışdır. Əmtəə dövriyyəsinin 98,3 faizi, pullu
xidmətlərin 80,7 faizi
özəl bölmə tərəfindən həyata
keçirilmişdir. Bu da onu göstərir ki, rayonda
sahibkarlığın inkişafına qayğı yüksək
səviyyədədir.
Natiq
həmçinin qeyd etmişdir ki, dövlət
başçısının ölkədə işsizliyin
tamamilə aradan qaldırılması və əhalinin pul gəlirlərinin
artması istiqamətində qarşıya qoyduğu vəzifələrə
uyğun olaraq, iş yerlərinin açılması
üçün mövcud imkanlardan maksimum istifadə
olunmuş, əmək ehtiyatlarından səmərəli
istifadəyə diqqət artırılmış, vakant iş
yerləri haqqında məlumatlar toplanmışdır.
Ümumiyyətlə,
2003-cü il oktyabrın 1-dən 2013-cü ilin yanvar
ayının 1-nə rayonda
30117, o cümlədən 29911 daimi yeni iş yeri
açılmışdır. Bu
ilin 3 ayında açılmış 1425 iş
yerinin 526-sı yeni yaradılan
müəssisələrdə, 1065-i mövcud müəssisələrdə,
48-i fəaliyyətini bərpa etmiş müəssisələrdə,
568-i isə fiziki şəxslər
tərəfindən yaradılmışdır.
İşsizliyin aradan qaldırılması heç
şübhəsiz, rayonda əhalinin maddi-rifah halının
davamlı olaraq yüksəlməsinə, vətəndaşların
etibarlı sosial müdafiəsinin təşkilinə geniş
imkan yaratmış, nəticədə rayonun iqtisadi
və sosial sahələrində muzdla
işləyənlərin
orta aylıq nominal əmək haqqı əvvəlki
ilin müvafiq dövrü ilə müqayisədə 5,4 faiz
artaraq 561,2 manata çatmışdır.
R.Məmmədov
son illər Xətai rayonunda ulu öndər Heydər Əliyevin
“Qara şəhəri ağ şəhərə çevirək”
arzusunun gerçəkləşməsi istiqamətində
aparılan işlərin də
bir an belə səngimədiyini, rayonun tikinti
kompleksinə
bütün maliyyə mənbələri hesabına əvvəlki ilin
müvafiq dövründəkindən çox investisiya yönəldildiyini
diqqətə çatdırmışdır:
–
Sürətlə inkişaf edən Bakının Xətai
rayonundan son illərdə həyata keçirilən yenidənqurma
və abadlaşdırma işləri həm də
özünün geniş miqyası ilə seçilir.
Xocalı
prospektindəki İş Mərkəzində, Nobel prospektindəki
“Yeni həyat ” yaşayış kompleksində işlər
başa çatdırılmışdır. Nəcəfqulu Rəfiyev
küçəsində Belarus səfirliyinin
binasının tikintisi davam
etdirilmiş və hazırda tikintidə tamamlanma işləri
görülür. Görülən işlərdən daha
çox diqqət çəkən “Ağ şəhər
layihəsi”dir ki, bu ilin 3 ayında
layihə əsasında işlər çox
böyük sürətlə həyata keçirilməkdədir.
“2011-2013-cü
illərdə Bakı şəhərinin və onun qəsəbələrinin
sosial-iqtisadi inkişafına dair Dövlət
Proqramı”nın Xətai
rayonunda icrası bu ilin birinci rübündə də
uğurla davam etdirilmişdir. Dövlət Proqramı və
ona edilmiş əlavəyə uyğun olaraq rayonumuzda 88 tədbirin həyata
keçirilməsi nəzərdə tutulmuşdur. Ötən
ilin yekununa görə 30 tədbirin
icrası təmin olunmuş, 18 tədbir üzrə işlər
rüb ərzində davam etdirilmiş və artıq 4 bağçadan məcburi
köçkünlər başqa binalara
köçürülərək
orada təmirə başlanılmış, digər 6
bağçada isə təmir üçün inşaat
materialları gətirilərək
məcburi köçkünlərə maneə yaratmadan
ətraf daş hasarın tikilməsinə
və binanın dam örtüyünün yenidən
qurulmasına başlanmışdır.
Bu
dövrdə Heydər Əliyev Fondu tərəfindən
rayonumuzun Neapol küçəsi 11 ünvanında akademik Zərifə
xanım Əliyeva adına uşaq bağçası inşa
olunur. Rayonumuzdakı məktəblərin təmirinə də
ciddi hazırlıq görülür və bu ilin sonunadək Dövlət Proqramı çərçivəsində
38 məktəbdən 29-da əsaslı təmir işləri
aparılacaqdır.
Natiq
onu da qeyd etdi ki, rayondakı mənzil-kommunal obyektlərinin
istismarındakı vəziyyətin
yaxşılaşdırılması da icra olunan layihələr
çərçivəsində həyata keçirilir.
Bakı şəhərində mövcud olan liftlərin 40 faizə
qədəri Xətai rayonundadır. Artıq rayonumuzda istismar
müddəti başa çatmış liftlərin yeniləri
ilə əvəz olunması istiqamətində çox ciddi
işlər aparılır. Hesabat dövründə 20 liftdə
demontaj işləri aparılmış, 26 liftin
quraşdırılmasına başlanmışdır.
Rayon
icra hakimiyyətinin başçısı Razim Məmmədov
hesabat məruzəsində Xətai rayonun yol infrastrukturunun,
su-kanalizasiya sisteminin yenidənqurulması, əhalinin enerji
daşıyıcıları ilə fasiləsiz təminatı
və bir sıra digər vacib məsələlərlə
bağlı da ətraflı məlumat verdi. Uğurlarla
başlayan ili yüksək nailiyyətlərlə başa
vurmaq üçün qarşıda daha mühüm vəzifələr
olduğunu bildirən natiq rayon təsərrüfatlarının
bütün rəhbərlərini öz vəzifələrinə
ciddi yanaşmağa və tapşırılan işi yüksək
məsuliyyətlə yerinə yetirməyə
çağırdı.
Məruzədə
xüsusi qeyd olundu ki, cari ildə ulu öndər Heydər Əliyevin
və görkəmli oftalmoloq alim, akademik Zərifə
xanım Əliyevanın 90 illik yubileyləri qeyd olunur. Rayon
icra hakimiyyəti başçısının müvafiq sərəncamları
ilə bu yubileylərin yüksək
səviyyədə keçirilməsini təmin etmək məqsədi
ilə tədbirlər planı təsdiq olunmuşdur. Həmin
tədbirlərin icrası ilə əlaqədar bütün
müəssisə və təşkilatlarda, təhsil və səhiyyə
ocaqlarında müxtəlif tədbirlər
keçirilir. Tədbirlər proqramına isə may ayının 7-də Heydər
parkında çox möhtəşəm bayram konserti ilə
yekun vurulacaqdır.
Məruzə
ətrafında çıxış edən Milli Məclisin
deputatı Hüseynbala Mirələmov və digər natiqlər
hesabat dövründə görülən işləri qənaətbəxş
hesab etdilər və tapşırıqların yerinə
yetirilməsində qüvvə və bacarıqlarını əsirgəməyəcəklərini
bildirdilər.
İlqar RÜSTƏMOV
Xalq qəzeti.- 2013.- 27 aprel.- S. 8.