Suraxanı rayonunda bu ilin birinci rübünə yekun vurulmuşdur

 

Suraxanı Rayon İcra Hakimiyyəti başçısı yanında şuranın 2013-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclası keçirilmişdir.

İclasda məruzə ilə çıxış edən rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov  Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına qarşıda duran vəzifələrə həsr olunmuş iclasında  dövlət başçısının nitqinin bəzi məqamlarına toxunmuş, ölkəmizin sosial-iqtisadi mənzərəsini əks etdirən rəqəmləri bir daha iclas iştirakçılarının diqqətinə çatdırmışdır. Bildirmişdir ki, ölkə başçısının respublikamızın sosial-iqtisadi inkişafının bütün sahələrində əldə olunmuş nailiyyətlər qarşıda duran vəzifələrlə bağlı  dəyərli tapşırıq tövsiyələri yerlərdə əsl fəaliyyət proqramı kimi  qəbul olunmuşdur.

Natiq qeyd etmişdir ki, Prezident İlham Əliyevin diqqət qayğısı sayəsində Suraxanı rayonunda da ötən dövr ərzində dövlət yerli proqramların yerinə yetirilməsi işləri uğurla davam etdirilmişdir. Hesabat dövründə rayonun sənaye müəssisələri tərəfindən 75,9 milyon manat, tikintidə 9,1 milyon manat , nəqliyyatda 3,2 milyon manat  həcmində  görülmüş, əsas kapitala 5,1 milyon manat investisiya yönəldilmiş, pərakəndə ticarət dövriyyəsi 61,7 milyon manat təşkil etmiş, 683 yeni yeri yaradılmış, orta aylıq əmək haqqı 561 manata  çatdırılmışdır.

İ.Abbasov  2013-cü ilin birinci rübünündə rayonda reallaşdırılan tikinti-quruculuq, abadlıq işlərindən ətraflı bəhs etmişdir. Vurğulamışdır ki, bu ilin mart ayının 29-da Azərbaycan Prezidenti  İlham Əliyev Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva  rayondakıAtəşgah məbədiDövlət Tarix Memarlıq Qoruğuna gəlmişlər. Burada 2012-ci ilin sentyabrından başlayaraq Heydər Əliyev Fondunun dəstəyi ilə məbədətrafı ərazilərin abadlaşdırılması, yardımçı binaların tikinti işlərinin aparılması 7 ay ərzində başa çatdırılması  dövlət başçısının diqqətinə çatdırılmışdır. Ölkə rəhbəri aparılan bərpa yenidənqurma işləri ilə yaxından tanış olmuş müvafiq tapşırıqlarını vermişdir.

Məruzə ətrafında çıxışlar olmuşdur.

Hesabat yığıncağına yekun vuran İlqar Abbasov bildirmişdir ki,  Suraxanı rayonunun sosial-iqtisadi inkişafı, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması, geniş abadlıq-quruculuq işlərinin aparılması, kommunal digər xidmətlərin səviyyəsinin yüksəldilməsi istiqamətində işlər ilin qalan dövrü  ərzində davam etdiriləcək, dövlət başçısı İlham Əliyevin Nazirlər Kabinetinin məlum iclasında qarşıya qoyduğu vəzifələrin icrası naminə bütün imkanlar səfərbər olunacaqdır.

Sonda rayona göstərilən diqqət qayğıya görə İlqar Abbasov dövlətimizin başçısını əmin etmişdir ki, əmək kollektivləri sakinlər həmişə olduğu kimi, bundan sonra da  ölkəmizin iqtisadi qüdrətinin gündən-günə möhkəmləndirilməsi üçün əzmlə çalışacaqlar.

İclasda Milli Məclisin deputatlarından Ağacan Əbiyev Fərəc Quliyev iştirak etmişlər.

 

 

Vaqif BAYRAMOV

 

Xalq qəzeti.- 2013.- 27 aprel.- S. 9.