Azərbaycan
jurnalistləri Şimali Kiprdə
Kütləvi İnformasiya
Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu ardıcıl olaraq
jurnalistlərin beynəlxalq təcrübəni öyrənməsi
sahəsində layihə həyata keçirir.
Layihə çərçivəsində növbəti səfər
Şimali Kipr Türk Cümhuriyyətinə təşkil olunub.
Nümayəndə
heyətinə KİVDF-nin icraçı direktoru Vüqar Səfərli,
Milli Televiziya ve Radio Şurasının sədri Nuşirəvan
Məhərrəmli, Mətbuat Şurasının sədri Əflatun
Amaşov, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri
Umud Mirzəyev, millət vəkili, “Ədalət” qəzetinin
təsisçisi Aqil Abbas, “Zerkalo” qəzetinin baş redaktoru
Elçin Şıxlı, “525-ci qəzet”in baş redaktoru Rəşad
Məcid, “Bakı Xəbər” qəzetinin baş redaktoru
Aydın Quliyev, “Palitra” qəzetinin baş redaktoru Namiq Əliyev, “Olaylar” qəzetinin
baş redaktoru Yunus Oğuz, “Azadlıq” qəzetinin məsul
katibi Elşən Şirinov, “Dialoq Avrasiya” jurnalının Azərbaycan
üzrə kordinatoru Mustafa Saatçı daxil idilər.
Nümayəndə
heyətinin ilk görüşü Şimali Kipr Türk
Cümhuriyyətinin Baş naziri cənab İrsen
Küçüklə olub. Görüşdə KİVDF-nin
icraçı direktoru Vüqar Səfərli bildirib ki, rəhbərlik
etdiyi qurum Azərbaycanda mətbuatın inkişafına
dövlətin dəstəyi məqsədilə
yaradılıb. Azərbaycan media təmsilçilərinin
beynəlxalq təcrübəni öyrənməsi də bu
sahədə atılan addımlardan biridir. Baş nazir
İrsen Küçük Azərbaycandan belə bir nümayəndə
heyətinin gəlməsindən məmnunluğunu bildirib və
bu cür görüşlərin, qarşılıqlı əlaqələrin
daha da güclənməsinə xidmət etdiyini söyləyib.
Növbəti görüş Şimali Kipr Türk
Cümhuriyyətinin Prezidenti cənab Derviş Eroğlu ilə
olub. Derviş Eroğlu bildirib ki, qardaş xalqlar arasında səfərlərin
çoxalması onların bir-birini tanımasına, təcrübələrini
bölüşməsinə imkan yaradır. KİVDF-nin
icraçı direktoru Vüqar Səfərli Azərbaycanla
ŞKTC arasında turizm və təhsil sahəsində əlaqələrin
daha da gücləndiyini qeyd edib: “Ümidvarıq ki, bu cür
görüşlər əlaqələrimizi daha da gücləndirəcək”.
Səfər çərçivəsində ŞKTC-nin xarici
işlər naziri cənab Hüseyn Özgürgün ilə
də görüş keçirilib. Nümayəndə heyəti
keçirdiyi bütün görüşlərdə
qarşı tərəfə xatirə hədiyələri təqdim
edib.
Nümayəndə
heyətinin növbəti görüşü isə
“Kıbrıs” Media Qrupunun İdarə Heyətinin sədri Rəşad
Akarla keçirilib. Belə bir geniş nümayəndə heyətinin
gəlişindən razılığını bildirən Rəşad
Akar qeyd etdi ki, ŞKTC-nin ən böyük media qrupu olan
“Kıbrıs” Media Qrupunun eyniadlı qəzeti, televiziyası
və radiosu var. Bundan başqa qrupun “Cyprus Today” adı ilə
həftədə iki dəfə olmaqla ingilis dilində qəzeti
də nəşr olunur. “Kıbrıs”ın tirajı 13 minə
çatır ki, bu da ŞKTC-nin ən böyük tirajlı
qəzeti deməkdir. Qəzetin reklam gəliri ayda 1 milyon
türk lirəsinə çatır. Görüşə
görə təşəkkür edən Vüqar Səfərli
bildirib ki, beynəlxalq təcrübənin öyrənilməsi
Azərbaycan mətbuatı üçün mühüm əhəmiyyət
kəsb edir: “Sizin reklam sahəsindəki təcrübəniz
bizim üçün də maraqlı ola bilər. Biz artıq
bu sahədə Türkiyə təcrübəsini öyrənmişik
və bunu Azərbaycanda tətbiq etmək fikrimiz var”.
Görüşdə gələcəkdə əlaqələrin
daha da möhkəmləndirilməsi qərara alınıb.
Daha
bir görüş Kıbrıs Türk Qəzetçilər
Birliyinin üzvləri ilə baş tutdu. Birliyin rəhbəri
Hüseyn Güvən qurumun yaranma tarixi və fəaliyyəti
haqqında danışıb, Azərbaycanın müvafiq
qurumları ilə əlaqələrinin kifayət qədər
olmamasından təəssüfləndiyini vurğulayıb:
“Bizim təşkilatın 300 nəfərə yaxın
üzvü üçün sizin gəlişiniz çox
xoş oldu. Ümid edirik ki, bundan sonra əməkdaşlığımız
güclənəcək və bir-birimizdən çox şey
öyrənəcəyik”.
Vüqar
Səfərli fondun fəaliyyəti haqqında, xüsusilə
də jurnalistlərə və qəzetlərə dövlət
dəstəyi layihələri barədə geniş məlumat
verib: “Fond Azərbaycanda söz və fikir azadlığına
dəstək vermək üçün yaradılıb. Azərbaycan
Prezidenti hər il bizim fonda kifayət qədər vəsait
ayırır və bu, jurnalistlərin sosial vəziyyətinin
daha da yaxşılaşmasında mühüm rol oynayır.
Prezident jurnalistlər üçün mənzil tikintisinə
də vəsait ayırıb, artıq binanın tikintisi
başa çatıb və bir neçə aydan sonra 156 mənzil
jurnalistlərin istifadəsinə veriləcək.
Görüşdə Mətbuat
Şurasının sədri Əflatun Amaşov və dəgər
nümayəndələr də çıxış edərək
rəhbərlik etdikləri qurumlar haqqında kiprli həmkarlarına
məlumat veriblər, fikir mübadilələri
aparılıb, hər iki tərəfdən meydana
çıxan suallara geniş izahlar verilib.
Kipr
Türk Qəzetçilər Cəmiyyətinin üzvləri
ilə keçirilən görüş də yaddaqalan olub.
Çıxışına “Sevinciniz sevincimiz, kədəriniz
kədərimizdir” ifadəsi ilə başlayan qurumun rəhbəri
Akay Camal Azərbaycanı çox sevdiklərini, hər il
Xocalı faciəsinin ildönümü ilə bağlı
böyük tədbir keçirdiklərini deyib: “Azərbaycandan
olan Kiprdəki universitet tələbələri də bu tədbirlərdə
fəal iştirak edirlər. Sizin gəlişiniz göstərdi
ki, bundan sonra əlaqələrimiz daha sıx olacaq”.
Azərbaycan
nümayəndə heyətinin üzvləri isə ölkəmizdə
mətbuatın hazırkı vəziyyəti, inkişaf
tendensiyaları, dövlətin bu sahəyə göstərdiyi
diqqət, qarşıda duran vəzifələr haqqında ətraflı
məlumat veriblər.
Ən
maraqlı görüşlərdən biri Birinci Media Qurumunun
İdarə Heyətinin rəhbəri Ertan Birinci ilə oldu.
Kiprdə ilk özəl televiziya yayımını həyata
keçirən bu qurumun nəzdində üç telekanal və
iki radio fəaliyyət göstərir. Telekanalların xarici əlaqələri
çox güclüdür, hətta Londonda da studiyaları var
və oradan verilişlər hazırlanıb yayımlanır.
Müzakirələr zamanı telekörpülərin təşkil
olunması, qarşılıqlı səfərlər, Azərbaycanın
klassik filmlərinin Kipr televiziyalarında nümayiş etdirilməsi,
hər iki tərəfdə nümayəndəliklərin
yaranması kimi maraqlı təkliflər səslənib.
Səfər
çərçivəsində min nəfərdən
artıq azərbaycanlı tələbənin təhsil
aldığı Yaxın Doğu Universiteti, Girnə Amerikan
Universiteti və Doğu Akdeniz universitetlərinin rəhbərləri
ilə də səmərəli görüşlər
keçirildi.
Universitet
rektorları ilə keçirilən geniş tərkibli
görüşlərdə həmin universitetlərin nəzdindəki
media quruluşları ilə Azərbaycan mediasının
sıx təcrübə mübadiləsi və əməkdaşlığına
nail olmaqdan tutmuş orada təhsil alan azərbaycanlı tələbələrin
məqbul davranış və təhsil fəaliyyətinə
qədər geniş məsələlər ətrafında
fikir mübadiləsi aparılıb. Yaxın Doğu, Doğu
Akdeniz universiteti rəhbərlərinin Azərbaycan
mediasının inkişafı barədə xoş sözləri
məmnunluqla qarşılanıb.
Azərbaycan
Media Qrupunun rəsmi səfəri proqramında Kiprin tarixi, mədəniyyət
abidələri ilə tanışlığa da yer
ayrılmışdı. Ziyarətlər zamanı qrupu
müşayiət edən ŞKTC-nin Azərbaycandakı sabiq
nümayəndəsi Zəki Qazıoğlu və ŞKTC-nin Xarici İşlər
Nazirliyinin nümayəndəsi İbrahim Taksamançı
ölkəsinin tarixi, mədəniyyəti, mətbuatı,
xalqın öz sərvətlərinə və dəyərlərinə
möhkəm bağlılığı barədə geniş
məlumatlar veriblər.
KİVDF-nin
icraçı direktoru Kipr mətbuat orqanlarının böyük
marağını nəzərə alaraq bütün
görüşlərdə ölkənin media nümayəndələrini
Azərbaycanın mətbuat sahəsində dövlət siyasətilə
daha yaxından tanış olmaq üçün Azərbaycana
səfərə dəvət edib. Azərbaycanın təcrübəsinə
maraqlarını gizlətməyən Kipr media mənsubları
dəvəti qəbul ediblər.
Bununla
da Azərbaycan nümayəndə heyətinin Şimali Kipr
Türk Cümhuriyyətinə səfəri başa
çatıb.
Tahir AYDINOĞLU
Xalq qəzeti.- 2013.- 27 aprel.- S. 10.