Ümummilli lider Heydər
Əliyev və Azərbaycanda Paralimpiya hərəkatı
Xalqlar dahiləri ilə
tanınır. Sübuta ehtiyacı olmayan başqa bir fikir də söylənilir:
böyük şəxsiyyətlər bütün dünyaya məxsusdur.
Dünya miqyaslı siyasətçi, Azərbaycan
xalqının ümummilli lideri
səviyyəsinə yüksəlmiş görkəmli
dövlət xadimi Heydər Əliyev tək
ölkəmizdə deyil, dünya
miqyasında sözünün keçəri
olan şəxsiyyət idi. O, bəşəri
düşüncə sahibi olduğundan qlobal təhlillər
aparmağı bacarırdı.
Bu dahi insan xalqımızın yaddaşında qurucu və xilaskar dövlət
xadimi kimi qalıb. Bu da həqiqətdir ki, Heydər Əliyev fenomeni
ilə bağlı söz demək, onun titanik fəaliyyətinin
möhtəşəmliyi haqqında fikir
söyləmək o qədər də asan deyil. Ulu
öndər Azərbaycanı çox
çətinliklərdən, bəlalardan çıxartdı,
onu təzədən qurdu,
dirçəltdi, dünyanın nümunə gətirilən
ölkələri sırasına yüksəltdi. Bu gün dünya
Azərbaycanı ümummilli liderimizin timsalında tanıyır, böyük azərbaycanlını minnətdarlıqla
xatırlayır. Biz qürur
duyuruq ki,
xalqımızın dünyada bu səviyyədə sevilən ümummilli lideri olub.
1993-cü
ildən başlayaraq Azərbaycanda sosial müdafiə tədbirləri
son dərəcə çevik xarakter alaraq, pensiya təminatı,
əlillərin reabilitasiyası, qeyri-məşğul əhalinin
məşğulluğunun təminatı və s. istiqamətlərdə
ardıcıl, məqsədyönlü tədbirlər həyata
keçirilmişdir. Əlillərin, xüsusən Azərbaycanın
ərazi bütövlüyü uğrunda savaşlarda fiziki
sağlamlıqlarını itirmiş vətəndaşların
və şəhid ailələrinin mənzil-məişət
şəraitinin yaxşılaşdırılması, onlar
üçün yeni mənzillərin tikilib istifadəyə
verilməsi işlərinə məhz böyük öndərimizin
ölkəyə yenidən rəhbərliyə
qayıdışından sonra başlanmış, ötən
illərdə bu təbəqədən olan xeyli sayda insan
dövlət hesabına yeni mənzillərlə, minik
avtomobilləri ilə, reabilitasiya vasitələri ilə təmin
edilmiş, sosial cəhətdən həssas əhali
qruplarının rifahı xeyli
yaxşılaşmışdır. Həmin ildən əlillərin
bərpa-müalicəsi sahəsində dövlət tədbirlərinə
başlanılmış, ölkənin ayrı-ayrı
bölgələrində müasir tibbi-bərpa
avadanlıqları ilə təchiz edilmiş regional reabilitasiya
müəssisələri yaradılmış, əlillərin
xaricə müalicəyə göndərilməsi, onlar
üçün yaradıcılıq müsabiqələrinin
keçirilməsi və s. kimi tədbirlər ənənəyə
çevrilmişdir.
Azərbaycan
xalqının tarixində və taleyüklü məsələlərin
həllində müstəsna xidmətləri olan Heydər Əliyevin
çoxşaxəli fəaliyyəti içərisində
idman sahəsində gördüyü işlər də bu
ölkənin vətəndaşlarını
qürurlandırır. Ulu öndər idman sahəsinin
inkişafına böyük diqqət və qayğı
göstərirdi. O deyirdi: “İdman hər bir ölkənin
inkişafı üçün çox vacib olan sahədir. Bu
elə bir sahədir ki, idmançılarımız müxtəlif
ölkələrdə yarışlarda iştirak edir, qələbələr
qazanırlar və hər dəfə müstəqil Azərbaycanın
adını ucaldırlar. Müstəqil Azərbaycanın
himni çalınır, bayrağı qaldırılır və
Vətənimiz dünyanın müxtəlif ölkələrində
tanınır. Demək olar ki, idman kimi Azərbaycanın
müstəqilliyinin rəmzlərini nümayiş etdirən
ikinci bir vasitə yoxdur”.
Bu
gün Azərbaycanda idman uğurla inkişaf edir, Azərbaycan
dünyada idman ölkəsi kimi tanınır və
idmançılarımızın qələbələri
xalqımızı ürəkdən sevindirir. Əminliklə
deyə bilərik ki, Azərbaycanın idman şöhrəti
yüksək səviyyədədir. Təsadüfi deyil ki, son
illər ərzində ölkəmizdə müxtəlif beynəlxalq
idman yarışları keçirilir, Vətənimiz dünya
və Avropa çempionatlarına ev sahibliyi edir. İdman sahəsində
ən böyük nailiyyətlərimizdən biri ölkəmizin
Olimpiya və Paralimpiya oyunlarında iştrakıdır.
Olimpiya və Paralimpiya oyunları dünyanın nəinki ən
mötəbər idman yarışıdır, hətta bəlkə
də, dünyanın diqqətini cəlb edən birinci dərəcəli
tədbirdir. Azərbaycan paralimpiyaçıları bu
yarışlara ilk dəfə ümummilli lider Heydər Əliyevin
xeyir-duası ilə 1996-cı ildə Atlanta Yay Paralimpiya
Oyunlarına yola düşmüşlər. Ulu öndərimizin
dəyərli tövsiyələri həmişə
idmançılarımızın qələbə əzmini
yüksəltmiş, onlarda nikbin əhval-ruhiyyə
yaratmış və nəticədə Paralimpiya Oyunlarında
qələbələrimizin əsası qoyulmuşdur. Növbəti
dəfə komandamız 2000-ci ildə Sidney Yay Paralimpiya
oyunlarında 3 növdə 7 idmançı ilə təmsil
olunaraq, bir qızıl və bir gümüş medal
qazanmışdır. Ümummilli lider 2000-ci ilin 15 noyabrında XI Sidney Yay
Paralimpiya Oyunlarından uğurlu nəticələrlə
qayıtmış paralimpiyaçılarımızla
ğörüşdə deyirdi: “Fiziki cəhətdən
çatışmazlığı, qüsuru olan insanların
idmanla məşğul olması və idman
yarışlarında belə yüksək nailiyyətlər əldə
etməsi çox təqdirəlayiq haldır. Bu bir tərəfdən
sizin nə qədər iradəli olduğunuzu, digər tərəfdən
fiziki çatışmazlığınıza baxmayaraq həm
öz səhhətinizi daha da möhkəmləndirmək, həm
də cəmiyyətdə öz fəaliyyətinizi göstərmək
üçün nə qədər əzmkar olduğunuzu
göstərir. Hesab edirəm ki, biz sizin bu fəaliyyətinizi
yüksək qimətləndirməliyik. Təəccüblənmək
olar ki, insan bir az xəstə, yaxud bir az
çatışmazlığı olanda onda bədbinlik əmələ
gəlir, özünü əl ala bilmir. Amma siz müəyyən
fiziki çatışmazlığınızı öz əzmkarlığınızla,
iradənizlə və bacarığınızla aradan
qaldırmısınız. Siz və sizin kimi insanlar cəmiyyətimizdə
böyük hörmətə layiqdirlər. Ölkəmizin
olimpiyaçılarının, o cümlədən
paralimpiyaçılarımızın keçdiyi bu imtahan onu
göstərir ki, Azərbaycan gəncləri,
idmançıları böyük potensiala malikdir.”
Ölkədə
idmanın inkişafı, həmçinin
paralimpiyaçıların öz potensiallarını ortaya
qoyması üçün bu yöndə qəbul olunan
Dövlət proqramı, verilən sərəncamlar ulu öndərin
qayğısının daha bir bariz nümunəsidir. Ulu
öndərin imzaladığı sərəncamlar, “Əlilliyin
qarşısının alınması və əlillərin
reabilitasiyası üzrə 1999-2002 -ci illər
üçün xüsusi Dövlət Proqramı” fiziki cəhətdən
qüsurlu insanların cəmiyyətə inteqrasiyasında
müstəsna rol oynadı. O da qeyd edilməlidir ki,
paralimpiyaçıların nüfuzlu idman
yarışlarına və olimpiadalara hazırlaşması
üçün idman qurğularının inşası Heydər
Əliyev tərəfindən prioritet məsələ kimi
qoyuldu.
İlk
uğurlarını qazanmış
paralimpiyaçılarımızla görüşdə ulu
öndər əlil idmançılar üçün xüsusi
kompleksin tikintisi barədə ğöstəriş
vermişdi. Səkkiz ildən sonra, yəni 2008-ci il avqustun 28-də
Sumqayıtda inşa edilmiş Paralimpiya İdman Kompleksinin
açılış mərasimi keçirildi. Xüsusi qeyd
etmək lazımdır ki, MDB məkanında ilk dəfə
olaraq, paralimpiyaçılar üçün xüsusi və
çox yüksək səviyyədə, dünya standartlarına uyğun
şəkildə idman mərkəzi tikilib istifadəyə
verildi. Tədbirdə möhtərəm Prezidentimiz İlham Əliyev
və Azərbaycanın birinci xanımı Mehriban Əliyeva
iştirak etmişlər. Dövlətimizin
başçısı öz çıxışında
demişdir: “Paralimpiyaçıların idmana olan sədaqəti
və xüsusilə Azərbaycan
paralimpiyaçılarının uğurları və beynəlxalq
yarışlarda iştirakı böyük qəhrəmanlıqdır.
Azərbaycan dövləti sizin bu səylərinizi çox
yüksək qiymətləndirir və qiymətləndirməlidir.
Məhz buna görə maksimum dərəcədə
çalışırıq ki, sizin üçün
lazımi şəraiti yaradaq. O cümlədən belə
gözəl idman mərkəzinin tikintisi bunu bir daha sübut
edir. Mən çox şadam ki, Azərbaycanda Paralimpiya Komitəsi
fəaliyyətini genişləndirir və ümumiyyətlə,
paralimpiya oyunlarında iştirak edən
idmançıların sayı artır. Bizim paralimpiya
oyunlarında nəticələrimiz də hər dəfə
daha da böyük olur. Azərbaycan dövləti
paralimpiyaçıların mükafatlandırılması
üçün lazımi tədbirlər görür və
görəcəkdir. Bir də demək istəyirəm ki,
paralimpiyaçılar, sözün əsl mənasında, fədakar
insanlardır. Onlar zədələrdən, yaralardan, bəzən
sağalmayan yaralardan əziyyət çəkirlər. Ancaq
buna baxmayaraq, öz fədakarlığını göstərərək,
idmanla məşğul olur, Azərbaycanı təbliğ
edirlər. Beynəlxalq yarışlarda Azərbaycanın
bayrağını qaldırırlar və Azərbaycan
xalqı bunu çox yüksək qiymətləndirir. Azərbaycan
dövləti də çalışır ki, əlindən gələni
etsin ki, sizin şəraitiniz, həyatınız daha da
yaxşı olsun”.
Biz
idman ictimayyətinin bəxti onda gətirib ki, ölkə
başçısı, cənab İlham Əliyev eyni zamanda
Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin
prezidentidir. Paralimpiyaçılarımız daim öz üzərlərində
ölkə başçısının qayğıkeş
münasibətini hiss ediblər. Müntəzəm olaraq, qələbə
qazanmış paralimpiyaçılarımız, məşqçilərimiz
Prezidentin sərəncamları ilə orden və medallarla təltif
olunurlar. Paralimpiyaçımızın maddi rifahı
yaxşılaşdırılır,
idmançılarımız mənzil və minik
avtomobilləri ilə təmin olunurlar. Ümumilikdə ölkə
vətəndaşlarının sosial vəziyyətinin
yaxşılaşdırılması həmişə dövlət
başçısının prioritet məsələlərindən
biri olmuşdur.
Paralimpiyaçılarımızın
sosial rifahının yaxşılaşdırılması
öz bəhrəsini verməkdədir. Belə ki, 2004-cü
ildə Afinada keçirilən mötəbər
yarışdan komandamız Vətənə 2 qızıl, 1 gümüş
və 1 bürünc olmaqla, cəmi 4 medalla
dönmüşdü. Ölkəmizdə geniş vüsat
alan Paralimpiya hərəkatı özünü 2008-ci il Pekin
Yay Paralimpiya Oyunlarında da yaxşı tərəfdən
göstərmişdir. Bu mötəbər yarışda
paralimpiyaçılarımız 10 medal (2 qızıl, 3
gümüş, 5 bürünc) qazanmış və
komandamız 146 ölkə arasında 38-ci yeri tutmuşdur.
Paralimpiyaçılarımız 2012-ci il London Yay Paralimpiya
Oyunlarında da yüksək nəticə əldə
etmişlər. Altı idman növü üzrə
yarışlara qatılan 21 idamçımız 12 medal (4
qızıl, 5 gümüş, 3 bürünc) qazanmış,
166 ölkə arasında 27-ci yeri tutmuşlar. Bu nəticə
paralimpiyaçılarımızın iştirak etdiyi 5
Paralimpiya Oyunlarında ən yüksək uğurudur.
1996-cı ildə iki idman növü ilə başlayan
Paralimpiya Hərəkatı hazırkı inkişaf mərhələsində
11 idman növündə yüzlərlə
idmançını ətrafında toplamağa müvəffəq
olmuşdur. Artıq bu idman növlərinə də maraq
artmaqdadır ki, bu da ölkəmizdə Paralimpiya Hərəkatının
daha da güclənməsinə səbəb olur.
Prezident
İlham Əliyev çıxışlarının birində
demişdir: “İdmançılarımızın əsas təkanverici
stimulu Vətən sevgisidir. Bütün başqa amillərlə
yanaşı, birinci sırada dayanan Vətənə, xalqa olan
bağlılıqdır. Azərbaycan idmançıları
istər Olimpiya oyunlarında, istərsə də Avropa,
dünya çempionatlarında medallar qazananda, Azərbaycanın
milli himni səslənəndə hər bir vətənpərvər
Azərbaycan vətəndaşı sevinir. Hər bir
insanın, hər bir vətənpərvər vətəndaşın
ürəyi fərəhlə dolur. Bu unudulmaz anları bizə
idmançılar bəxş edirlər”.
Ümummillli
lider haqqında danışarkən onun adını
daşıyan Heydər Əliyev Fondunun fəaliyyəti də
diqqət çəkir. Azərbaycanın birinci xanımı,
millət vəkili, YUNESKO və İSESKO-nun xoşməramlı
səfiri Mehriban xanım Əliyevanın təşəbbüsüylə
yaradılan fondun onun rəhbərliyi ilə son illər həyata
keçirdiyi irimiqyaslı humanitar layihələr, o cümlədən
fiziki qüsurlu insanlara, valideyn himayəsindən məhrum
olmuş, müxtəlif xəstəliklərdən əziyyət
çəkən, həmçinin əlil uşaqlara göstərilən
qayğı təbii ki, paralimpiyaçılarımızdan da
yan keçməyib. Məlumat üçün qeyd edilməlidir
ki, Heydər Əliyev Fondu tərəfindən ikiqat paralimpiya
çempionu İlham Zəkiyev “Qızıl çinar”
mükafatına, 15 nəfər paralimpayaçımız isə
fondun fərdi təqaüdünə layiq görülüb.
Yuxarıda qeyd olunan bütün bu uğurlara görə
paralimpiyaçılarımız ölkə idmanının əvəzolunmaz
dostuna minnətdardılar. Təsadüfi deyil ki,
çıxışlarının birində İlham Əliyev
özünü paralimpiyaçıların dostu hesab etdiyini fəxrlə
bildirmişdi. Ancaq onu təkcə
paralimpiyaçıların dostu kimi qəbul etmək ədalətsizlik
olardı və birmənalı olaraq möhtərəm
prezidentimizi ölkə idmanının, bu idmanın
bayraqdarlarının timsalında millətin dostu hesab edə
bilərik. Elə buna görə də Milli Paralimpiya Komitəsinin
4-cü konqresinin 8 aprel 2013-cü il tarixli qərarıyla
“2013-cü il prezident seçkilərində cənab İlham Əliyevin
namizədliyinin irəli sürülməsi barədə” Azərbaycan
Həmkarlar İttifaqları Konfederasiyasının 4-cü
qurultay nümayəndələrinin təşəbbüsünün
dəstəklənməsi haqqındakı qərarı
yekdilliklə bəyənmiş, ölkədə fəaliyyət
göstərən bütün qeyri hökümət təşkilatlarına
müraciət edərək bu təşəbbüsə
qoşulmağa çağırmışdır.
Beləliklə,
bir neçə gündən sonra millətimiz öz
xilaskarının 90 illik yubileyini böyük təntənə
ilə qeyd edəcək. Bu böyük şəxsiyyət
öz ideyaları ilə xalqımızın qəlbində
daim yaşayacaq, əziz xatirəsi hər zaman yüksək
ehtiramla anılacaq.
İlqar RƏHİMOV,
Azərbaycan Respublikası Əmək
və
Əhalinin Sosial Müdafiəsi
nazirinin müavini,
Milli Paralimpiya Komitəsinin
prezidenti
Xalq qəzeti.- 2013.- 28 aprel.- S. 6.