Ərgünəşdən
bir az bəri...
Cəbhə xəttində
...Maşınımız Əhmədbəyli —
Horadiz yolundan sağa burulur. Yastı
təpələrin arası ilə
uzanan asfalt Kərimbəyli kəndinə gedir. Əvvəllər
bu yol Füzuli şəhərinə
aparardı. İndi
isə Şükürbəylidə qurtarır. Ot-ələf, kol-kos yolu basıb. Nabələd adam yolu itirər.
Ancaq yerli sakinlər
istiqaməti, dönüm-döngəni dəqiq bilirlər.
Qarşıda görünən Ərgünəş
dağlarıdır. Burdan baxanada adama elə gəlir ki, dağlar lap yaxındır, hətta
əl uzatsan çatar. Ancaq Qarabağ
düzlərini üzük qaşı kimi dövrəyə alan dağlar çox uzaqdır.
Ordan əsən küləklər alışıb-yanan ürəyimizə təsəlli-təskinlik gətirsə
də, gecələr yuxumuza girsə
də uzaqdır. Yollar bağlıdır. Artıq
20 ildir
ki,
yağı düşmən əlindədir. Qarşıdakı dağların vüqar və
əzəməti nə qədər məftunedici olsa da, kəndə
yaxınlaşdıqca
görünən dəhşətli mənzərələr bu romantikadan zövq almağa imkan vermir: indi Şükürbəyli kəndində
salamat
qalmış ocaq, yararlı
yaşayış binası tapmaq asan deyil.
Xarabazara
çevrilmiş kənd, evlər
və yollar burada çox
da uzaq olmayan keçmişdə amansız
döyüşlərin
getdiyindən xəbər
verir.
Kəndin icra
nümayəndəsi Ədalət Həsənovun dediyinə
görə,
Şükürbəyli
camaatı müharibə dövründə də
hərbçilərə yaxından kömək edir, kişilər döyüşçülərimizlə
çiyin-çiyinə
düşmənə
qarşı
vuruşur, qadınlar səngərlərə ərzaq-yemək daşıyırdılar. O qanlı-qadalı illərdə kəndin
11 sakini şəhid olub.
İndi burada sağ qalan
ailə üzvləri ilə yaşayan
Məhliqa Vəliyeva həmin döyüşlərdə həyat
yoldaşını və
oğlunu, Xəyalə Namazova
isə ərini və
qayınatasını itiriblər.
Ümumiyyətlə, burada
380 ailə yaşayır, 27
fermer təsərrüfatı fəaliyyət göstərir. Sakinlərin məişət şəraitini yaxşılaşdırmaq üçün son iki
ildə kəndə
qaz çəkilib,
işıq və su təminatı problemləri həll
olunub. Əvvəllər ordunun tərkibində erməni
işğalçılarına
qarşı
döyüşmüş
Çingiz Həsənov hazırda
kəndin bələdiyyə sədridir.
Rayonun Qazaxlar, Əhmədalılar və Mirzənağılı kəndləri də
cəbhə bölgəsinə yaxın
ərazilərdə yerləşir.
Bu kəndlərin sakinləri 2012 — 2013-cü illərdə qaz,
işıq, içməli
su ilə təmin
olunublar, kəndlərarası yollar
təmir olunub. Mirzənağılıda
72, Qazaxlar kəndində isə 64 ev bərpa olunub. Müharibə dövründə bu kəndlərin 7 sakini
şəhid olub, 2 azyaşlı uşaq isə minaya
düşərək həlak olub.
Kəndlərin ekstremal
şəraitdə
olmasına baxmayaraq,
son 2
ildə vaxtilə müxtəlif səbəblərə görə buradan
getmiş 7 ailə
yenidən doğma evlərinə qayıdıb. Onlardan Tofiq Məhərrəmov və Hidayət Qasımovla söhbət etdik. Bildirdilər ki, indiyədək Bakı
şəhərində
qalsalar da, burada sakinlər
üçün
yaradılan şərait onları
doğma ocağa qayıtmağa sövq
edir.
Alıxanlı kəndi
ermənilərin atəş mövqeyindən təxminən 500
metr məsafədədir. Ərazisi 4007 hektar,
qeydiyyatda olan əhalinin
sayı isə 3550 nəfərdir. Daim
atəş altında olan
bu kənddə hazırda
1600 nəfər, o cümlədən 16
qaçqın ailəsi yaşayır. Qaz, işıq, su
problemləri həll
edilib, 22 artezian quyusu
vurulub, elektrik dirəkləri və
naqillər dəyişdirilib.
Kəndin 16
şəhidindən
7-si hərbi əməliyyat zamanı, 9-u isə atəşkəs
dövründə həlak olub.
Əhalinin sosial şəraiti qənaətbəxşdir. Kənddə 8 fermer
təsərrüfatı fəaliyyət göstərir. İcra nümayəndəsi Vaqif Hacıyev bildirdi ki,
indiyədək vaxtilə evlərini tərk etmiş 50 ailə kəndə qayıtmaq
niyyətində
olduğunu bildirib. Onlar, sadəcə, evlərinin təmir
edilərək,
yaşayış
üçün yararlı
hala salınmasını gözləyirlər. Qeyd
edək ki, burada artıq
təmir işləri başa
çatmış evlərdə 180
ailə yaşayır.
Ümumiyyətlə, Füzuli
rayonunun işğaldan əvvəlki ərazisi 1382
kvadrat kilometr, əhalisinin
sayı 94 min 470 nəfər
idi. Qeyd etmək
lazımdır ki,
işğaldan sonra ərazidə ölkə başçısının sərəncamı ilə
2107 ailəlik 11
“Qayıdış”, 1 fin evləri,
2104 ailəlik “Zobucuq”
qəsəbələri
salınıb. Rayonun yerdə
qalan əhalisi isə respublikanın 50-dən çox şəhər
və rayonunda müvəqqəti
məskunlaşıb.
Füzuli
Rayon İcra Hakimiyyətinin başçısı Alı
Alıyev bütün bunlar barədə söhbəti
davam etdirərək dedi:
—
İlk növbədə qeyd
etmək lazımdır
ki, 1993-cü ilin
oktyabrında Füzuli
rayonunun bütün ərazisi
işğal altına düşmüşdü. Yalnız
ulu öndər Heydər Əliyevin
hakimiyyətə
qayıdışından,
başıpozuq dəstələr ləğv edilərək vahid komandanlığa tabe olan nizami ordu yaradılandan sonra qoşunlarımızın döyüş qabiliyyətinə və
gələcək qələbələrə
ümid yarandı. Məhz bundan sonra
o vaxtkı Prezidentimiz və Ali Baş Komandan Heydər
Əliyevin bilavasitə rəhbərliyi ilə Qarabağ müharibəsi tarixində erməni işğalçılarına qarşı güclü əks-hücum planı
hazırlandı. Bu, həm
də silahlı qarşıdurmanın davam etdiyi
illər ərzində ordumuzun
uğurla nəticələnən ilk və yeganə əks
hücum idi. Bütün əsgərlərimizdə qələbəyə və
ümummilli liderə sonsuz
inam əhval-ruhiyyəsi
hökm sürürdü.
Nəticədə 1994-cü
il yanvarın 5-də
və 6-da ordumuzun zəfərli yürüşü ilə Füzuli rayonunun Horadiz
şəhəri və
21 kəndi işğaldan tamamilə azad edildi. Şəxsən mən
Füzuli rayonunu Qarabağ müharibəsində Azərbaycanın
Stalinqradı
adlandırardım. Belə
ki, məhz bu döyüşdən sonra
bütün xalqımızda ordumuzun gücünə və onun Ali Baş Komandanına, eləcə də, gələcəkdə işğal
altında olan bütün torpaqlarımızın azad
ediləcəyinə, ərazi
bütövlüyümüzün bərpa
olunacağına dərin inam
yarandı. Bu qələbə yürüşündə füzulili
döyüşçülər də əsil
hünər nümunələri göstəriblər. Bütövlükdə, Qarabağ
müharibəsində
Füzuli rayonundan olan 736
döyüşçü
şəhid, 1240 nəfər əlil olub,
181 nəfər itkin və ya girov
düşüb. 6 nəfər
isə Azərbaycanın Milli
Qəhrəmanı
adına layiq
görülüb.
Füzuli
istiqamətindəki bu qələbədən sonra
Azərəbaycanda daha
güclü, müasir səviyyəli ordunun
qurulması prosesinə
start verildi, ölkədə
nizami ordu quruculuğu formalaşmağa başladı.
Bu sahədə əldə olunan nailiyyətlər hazırda ölkə Prezidenti
İlham Əliyev tərəfindən
böyük müvəffəqiyyətlə davam etdirilir.
Qeyd etmək istərdim ki, respublika
Prezidenti İlham Əliyevin
Füzuli rayonuna hər gəlişi sakinlərimizi ürəkdən sevindirir.
2012-ci il dekabrın 15-də Prezident kimi dördüncü dəfə rayonumuzda olan dövlət
başçısı son bir
il yarım ərzində Horadiz
şəhərində və ərazidə tikilmiş
10 yeni obyektin — Heydər Əliyev Parkının, Heydər
Əliyev Mərkəzinin, Yeni Azərbaycan Partiyası
rayon təşkilatı üçün inzibati binanın, Gənclər Mərkəzinin, Rayon Mədəniyyət Sarayının, Şahmat Mərkəzinin, 240
şagird yerlik Horadiz
şəhər 3 nömrəli tam
orta məktəbin, Əhmədbəyli kənd ərazisində tikilmiş
5 min tonluq soyuducu anbar binasının, Yuxarı Qarabağ kanalının Bala Bəhmənli
kəndinin ərazisindən keçən hissəsində 25 meqavat
gücü olan
Füzuli Su Elektrik
Stansiyasının
birinci növbəsinin açılışında iştirak etdi və
görülmüş
işləri yüksək
qiymətləndirirdi. Həmin
tarixi səfər və
keçirilən
unudulmaz görüşlər hər
bir Füzuli sakininin qəlbində sonsuz
sevinc və iftixar
hissi doğurmuş, sabaha
olan inam və ümidi daha da
artırmış,
xoş, unudulmaz xatirələrə
çevrilmişdir.
Azərəbaycan Prezidentinin
17 dekabr 2012-ci il tarixli
sərəncamı ilə
Füzuli rayonunun sosial-iqtisadi
inkişafının
sürətləndirilməsi
məqsədilə 2 milyon
manat vəsait
ayrılmışdır. Həmin
vəsaitlə Horadiz
şəhərində,
rayonun kənd və
qəsəbələrində
abadlıq, quruculuq işləri davam etdirilir. Dövlət Bayrağı Meydanı,
Milli Qəhrəmanların Xatirə-Abidə Kompleksi, Tarix-Diyarşünaslıq
Muzeyi, Mərkəzi Kitabxana
sistemi üçün binalar, şübhəsiz ki, Horadiz
şəhərinin gözəlliyini daha
da artıracaq.
Yaxın günlərdə isə 140
çarpayılıq Mərkəzi Xəstəxana binasının, 320 şagird yerlik gimnaziyanın, Qazaxlar,
Molla-Məhərrəmli, Araz — Zərgər kəndlərində orta məktəb
binalarının tikintisinə başlanacaq. Bundan başqa,
bir sıra kəndlərdə uşaq
bağçalarının tikintisi, məktəblərin, mədəniyyət və səhiyyə müəssisələrinin bərpa
işləri də aparılacaq.
Dövlət Proqramında Füzuli rayonunda
bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Buna
uyğun olaraq Horadizdə yeni
Aqroservis filialı tikilmiş və 70 nəfər burada
işlə təmin olunmuşdur. Rayonun 39 yaşayış məntəqəsindən 19-na qaz
çəkilişi başa çatıb. Hazırda Horadiz
şəhəri,
Arayatlı, Babı, Mollaməhərrəmli,
Şükürbəyli, Kərimbəyli, Böyük Bəhmənli, Bala Bəhmənli, Əhmədbəyli,
II Mahmudlu, Qarabağ, Alıxanlı, Əhmədalılar, Qazaxlar, Aşağı və Yuxarı Kürdmahmudlu kəndlərinin sakinləri təbii qazdan istifadə edirlər.
“Zobucuq”,
“Qayıdış” qəsəbələrinə qaz
çəkilişi isə davam edir. Bu ilin
sonunadək
bütün rayon ərazisinin mavi
yanacaqla təmin olunması
planlaşdırılıb.
Rayonun bütün yaşayış məntəqələrində telefonlaşma işi
artıq başa çatıb. Telefona ehtiyacı olan hər
kəsin telekommunikasiya qovşağına müraciət etməsi
kifayətdir ki, evlərinə telefon çəkilsin.
Füzulidə
suvarma suyu və içməli su təminatı problemləri uzun
müddət
narahatlıq
doğururdu. Son illər bu sahədə də əsaslı işlər həyata
keçirilib. “Azərsu”
ASC tərəfindən Horadiz
şəhərində,
Araz — Dilağarda, Aşağı Yağlıvənd və Arayatlı kəndlərində içməli su məqsədilə 10 artezian
quyusu vurulub, 8 yaşayış məntəqəsində isə suvarma
üçün 20 artezian
quyusu istifadəyə
verilib. Bu istiqmətdə işlər davam etdirilir.
Yaxın vaxtlarda dövlət
investisiya qoyuluşu
hesabına daha 26
yerdə içməli və
suvarma suyu məqsədilə artezian quyuları qazılacaq.
Ötən
il iqtisadiyyatın bütün sahələrində, o
cümlədən kənd təsərrüfatında
böyük uğurlar əldə
edilmişdir. Belə ki, 36 min
hektar sahədən 103
min tona qədər taxıl
götürülüb. Füzuli
respublikada 100 min ton həddini keçən rayonlardan
biri olub. Həmçinin ötən il 2200 ton ət, 11612
ton süd, 6 milyon
240 min ədəd yumurta, 151
ton yun, 400 ton
pambıq, 230 ton
üzüm, 110 ton
meyvə istehsal olunub ki, bu
da əvvəlki illərlə müqayisədə irəliləyiş deməkdir.
Son illər
təhsil, səhiyyə və
mədəniyyət müəssisələrinin
fəaliyyətinə diqqət daha da artırılmış, intizam
və nəzarət
gücləndirilmişdir. Xüsusilə bu sahələrin maddi- texniki bazasının möhkəmləndirilməsi üçün əsaslı tədbirlər işlənib həyata
keçirilmişdir. Təkcə belə bir faktı
xatırlatmaq kifayətdir
ki, ərazidəki 45
ümumtəhsil müəssisələrinin hamısı, tibb və
mədəniyyət müəssisələrinin
əksəriyyəti yenidən tikilmiş, yaxud əsaslı təmir
olunmuş binalarda yerləşir.
Füzuli rayonunun
yaşayış məntəqələrində bərpa olunan və yenidən tikilən
evlər haqqında danışarkən deməliyik ki, bu sahədə “Dövlətqaçqınkom” (4211
ev) və Respublika Bərpa
Agentliyi (1024 ev) ilə yanaşı, Almaniya Texniki
Əməkdaşlıq Cəmiyyəti
(496 ev), Beynəlxalq Xilasetmə
Komitəsi (1038 ev), Beynəlxalq Qırmızı Xaç
və Qırmızı
Aypara Cəmiyyəti (318 ev)
və Norveç Ali
Komissarlığı (276
ev) kimi təşkilatlar
da fəaliyyət göstərirlər. 2012-ci ilin
statistik məlumatına görə, vaxtilə öz ocaqlarından ayrı
düşmüş 65 min 992 nəfər işğaldan sonra
geri qayıdaraq
Füzuli rayonunun azad
edilmiş ərazilərində məskunlaşıblar. Başqa
işğal olunmuş
rayonlardan burada məskunlaşan məcburi
köçkünlərin sayı isə 670 nəfərə çatır.
Füzulili məcburi köçkünlərə
dövlətin qayğısı
sayəsində hər il
40 milyon manata
qədər təmənnasız yardım
göstərilir.
Prezident İlham Əliyev Füzuli
rayonuna son səfəri zamanı
Su Elektrik
Stansiyasının
açılışı
mərasimində rayon
ictimaiyyəti
qarşısında demişdi: “Mən çox şadam ki, son
iki il ərzində rayonda
böyük dəyişikliklər baş vermişdir. Mən
yenə qeyd edirəm ki, Prezident kimi dördüncü dəfədir Füzuliyə səfər edirəm.
Son səfərimdən sonra
keçən dövr,
doğrudan da, Füzuli rayonu
üçün uğurlarla zəngin olmuşdur. Qısa müddət ərzində
çox böyük işlər görülmüş, parklar
salınmış, yeni sənaye
müəssisələri yaradılmışdır.
Abadlıq işləri
görülmüş və bu,
məni çox sevindirir. Çünki Füzuli
rayonu ölkəmiz
üçün çox böyük əhəmiyyətə malik
olan bir diyardır. Füzulililər bütün dövrlərdə Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsində öz rolunu oynamışdır. Müharibə
dövründə
böyük qəhrəmanlıqlar göstərmişdir”.
Son illər
Horadiz şəhərinə hər
gəlişimiz bizdə xoş
bir maraq və
heyrət hissi doğurur.
Gördüklərimiz,
sahidi olduqlarımız qəlbimizdə sevinc
və minnətdarlıq duyğuları yaradır. Ona
görə ki, hər dəfə yeniliklə, gözəllik və
abadlıqla
rastlaşırıq. Bu dəfə
də belə oldu.
Horadiz dairəsinin sağ
tərəfindəki
hündür təpənin üstündə Dövlət Bayrağı Meydanı
salınır. Bir qədər aşağıda isə
Qəhrəmanlar
parkı tikilir.
Bunlar, əlbəttə, şəhərin ümumi mənzərəsinə
yeni bir görkəm, əzəmət
və gözəllik gətirəcəkdir. Buna, necə deyərlər, sözümüz yoxdur.
Ancaq burda daha
vacib olan başqa
bir məqam da var:
Coğrafi baxımdan çox
uğurlu seçilmiş və Qarabağın hər yerindən görünəcək üçrəngli bayrağımız gecə-gündüz əzəmətlə
dalğalanacaqdır. Bu mənzərə bizə sonsuz
ümid, inam və
qürur verəcək, o tərəfdə
isə göz dağı,
qorxu və vahimə yaradacaq!
Ziyəddin SULTANOV
Xalq qəzeti.- 2013.- 28 aprel.- S. 8.