Ağsu: Bu il uğurlar ili olacaq
Son vaxtlar Ağsuya
yolunuz düşübmü? Aşırımlardan
baxanda ovuc içi kimi görünən bu gözəl diyarın indi az qala hər bir
küçəsində iş
gedir, - desək, yanılmarıq. Ağsulularda olan bu quruculuq işlərinə
baxırsan, ürəyin
dağa dönür.
Bu günlərdə
2013-cü ilin birinci rübündə rayonun sosial-iqtisadi yekunlarına həsr olunmuş yığıncaqda da bu barədə ətraflı söhbət
getdi.
Rayon icra
hakimiyyətinin başçısı
Ənvər Seyidəliyev
hesabat məruzəsi ilə çıxış
etdi. Ölkəmizin qazandığı uğurları sadaladı.
Bildirdi ki, 2013-cü ilin I rübündə də Dövlət Proqramında nəzərdə tutulan tədbirlər çərçivəsində, eləcə də rayon iqtisadiyyatının
bir sıra sahələrində
müvəffəqiyyətlər əldə edilib.
Kənd təsərrüfatı
məhsullarının istehsalının
və emalının dəstəklənməsi davam etdirilib. Ərzaq təhlükəsizliyinin təmin olunması, əhalinin ərzaq məhsulları ilə təminatının yaxşılaşdırılması
məqsədilə kənd
təsərrüfatının ayrı-ayrı sahələrinin
inkişaf etdirilməsi
diqqət mərkəzində saxlanılıb.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə mal-qaranın sayı və heyvandarlıq məhsulları
istehsalı
artıb.
İribuynuzlu mal - qaranın baş sayı 40525, qoyun-keçilərin baş
sayı isə 157034 olub. 1106 ton ət (diri çəkidə),
6410 ton süd, 1968 min ədəd ədəd yumurta istehsal edilib.
Hesabat rübündə rayonda fəaliyyət göstərən emal müəssisələrinin
istehsal prosesi, istehsalı, eləcə də istehsal olunan məhsulların
çeşidini artırmaq, daxili və xarici bazarlara keyfiyyətli məhsul çıxarmaq üçün yeni texnologiyaların
tətbiqi
istiqamətində işlər davam etdirilib.
2013-cü ilin birinci
rübündə sahibkarlığa
xüsusi dəstək
verilib. “Aqrolizinq” ASC -nin Ağsu rayon “Aqroservis” filialı üçün
istehsalat
bazasının, Ağsu şəhərində, eləcə də kəndlərdə onlarla ticarət, iaşə, məişət və servis xidməti obyektləri, plastik qapı-pəncərə hazırlayan sexlər, həmçinin digər xidmət və istehsal obyektləri tikilib istifadəyə verilib, Ağsu şəhərində 1 ədəd dövlət fondu yaşayış
binasının dam örtüyü
əsaslı təmir edilib. Şəhərin mərkəzi küçələrinin
tamamilə yenidən qurulması istiqamətində
böyük işlər
həyata keçirilir.
Vətəndaşlara məxsus fərdi evlərin, yardımçı
tikililərin, ticarət, iaşə, məişət və digər xidmət obyektlərinin, ictimai və inzibati binaların görkəmi yaxşılaşdırılır, piyada səkiləri salınır, həyətyanı sahələrin küçələrə yaxın hissəsində mişar daşı ilə hasar tikilir, mövcud hasarlar eyni vəziyyətə gətirilərək üzlük daşlarla üzlənir. Yaşıllıq zolaqlarının salınması, ağac, gül və bəzək kollarının əkiliməsi istiqamətində işlər davam etdirilir. Rayonun Pirhəsənli
kəndində 500
ton kənd təsərrüfatı məhsulları saxlanılması üçün soyuducu anbarın, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağsu rayon şöbəsi,
Dövlət Miqrasiya Xidmətinin regional
idarəsi
üçün inzibati binanın, Ağsu şəhəri
ilə Pirhəsənli kəndinin sərhədində yeni parkın, Kənd investisiya layihəsi çərçivəsində
Pirhəsənli
və
Qaraqaşlı kənd qəbiristanlıqlarının ətrafına dəmir tordan hasar çəkilişi,
İlxıçı və Qaraqoyunlu kəndlərində kəndarası yolların, Çaparlı kəndində feldşer mama məntəqəsinin
təmir
olunması, onlarla ticarət, iaşə, məişət və servis xidməti obyektlərinin tikintisi, eləcə də rayon
mərkəzində və kəndlərdə abadlıq, quruculuq, tikinti, sosial obyektlərin təmiri və bərpası istiqamətdə əsaslı işlər davam etdirilir.
Xüsusi
qeyd edək ki, 2013-cü ilin I rübündə
rayonda
fəaliyyətə başlayan yeni və bərpa edilmiş müəssisələrdə, aparılan abadlıq-quruculuq işlərində və digər mövsümi işlərdə 114 nəfər işlə təmin olunub ki, onların hamısı daimidir.
Hesabat rübündə rayonun ümumi məhsul buraxılışının həcmi 30 milyon 542 min
manat, adambaşına
düşən ümumi məhsul buraxılışı 411 manat
olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə müvafiq olaraq 11,8 milyon manat və 157 manat çoxdur.
Ümumi məhsul buraxılışının 44,9 faizi tikintidə, 26,9 faizi ticarətdə, 21,7 faizi kənd təsərrüfatında, 3,8 faizi sənayedə,
2,4 faizi nəqliyyatda
və 0,3 faizi rabitədə yaranıb.
Ümumi məhsul buraxılışında sənaye məhsulunun həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,3 dəfə və ya 649,8
min manat artaraq 1159,7
min manat, sənaye məhsulunun qeyri-dövlət bölməsində həcmi isə 2,7 dəfə və ya 474,1 min manat artaraq 747,3 min manat olmaqla, sənaye məhsullarının istehsalında qeyri-dövlət sektorunun xüsusi çəkisi 64,4 faiz təşkil edib. Hesabat dövründə
pərakəndə əmtəə dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,3 faiz və yaxud 67,6
min manat çox olmaqla adambaşına düşən əmtəə dövriyyəsi 304,7
manat olmuşdur.
Tikinti-quraşdırma işlərinin həcmi
13721,4 min manat, əsas kapitala yönəldilən investisiyalar
13823,7 min manat olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə
tikinti-quraşdırma işlərinin həcmi və əsas kapitala yönəldilən
investisiyaların məbləği
2,9 dəfə
artmışdır.
Daha sonra məruzəçi əhaliyə göstərilən
pullu xidmətlərin
səviyyəsindən, Sahibkarlığa
Kömək Milli Fondunun xətti ilə 37 sahibkara 291 min manat güzəştli kreditin verilməsindən,
rayonun qaz və elektrik təsərrüfatlarının işindən söhbət
açıb, qazanılan
uğurları sadaladı.
İcra hakimiyyətinin başçısı
Ağsu şəhərinin
su təchizatının
yenidən qurulması
və kanalizasiya sisteminin yaradılması istiqamətində işlərin
icrasından, yeni xəstəxana binasında
işlərin gedişindən
danışdı. Əlavə
etdi ki, 180 şagird yerlik Qəşəd və Rəhimli kənd tam orta, hər biri 80 şagird yerlik olan Keşdiməz kənd ümumi orta, Dilman və Muradlı kənd tam orta məktəb binalarının
tikintisi, Ağsu-Çaparlı-Bağırlı
avtomobil yolunun əsaslı təmir işləri başa çatdırılacaq.
Məruzə ətrafında müzakirələrdə
çıxış edən
digər natiqlər də Ağsu rayonunda son illər qazanılmış uğurları
xüsusilə qeyd etdilər. Bildirdilər ki, 2013-cü ildə
ağsulular da uğurlu nəticələr
əldə edəcəklər.
İlqar HƏSƏNOV
Xalq qəzeti.- 2013.-
28 aprel.- S. 9.