Suraxanıda akademik Zərifə xanım Əliyevanın
90 illik yubileyi qeyd edilmişdir
Suraxanı rayonu
Heydər Əliyev Mərkəzinin və rayon
icra hakimiyyətinin təşkilatçılığı
ilə görkəmli oftalmoloq alim, ictimai xadim,
əməkdar elm xadimi,
AMEA-nın ilk qadın həqiqi üzvlərindən
biri, tibb elmləri doktoru, professor Zərifə
xanım Əliyevanın anadan
olmasının 90 illik yubileyinə həsr
olunmuş konfrans keçirilmişdir.
Konfrans
iştirakçıları əvvəlcə ulu öndərin
Heydər Əliyev parkında ucalan abidəsini ziyarət
etmiş, önünə tər güllər
düzmüşlər. Sonra Heydər Əliyev Mərkəzində görkəmli oftalmoloq alim Zərifə
xanım Əliyevanın 90 illik yubileyi münasibəti ilə
yaradılmış guşədə
qoyulmuş büstü önünə tər güllər
düzmüş, foto, kitab sərgisinə
baxmışlar.
Tədbir
Mərkəzin elektron lektoriya zalında davam etdirilmişdir.
Konftans iştirakçıları bir dəqiqəlik
sükutla akademik Zərifə xanım Əliyevanın əziz
xatirəsini yad etmiş, ömür yolu haqqında filmə
baxmışlar.
Konfransı rayon icra hakimiyyətinin
başçıs İlqar Abbasov giriş sözü ilə
açaraq qeyd etmişdir ki, görkəmli elm xadimi, dünya
şöhrətli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın
90 illik yubileyi həm ölkəmizdə, həm də onun
hüdudlarından kənarda geniş qeyd edilir, əziz xatirəsi
sonsuz məhəbbətlə anılır. Akademik Zərifə
Əliyevanın alim kimi qazandığı böyük
uğurlar Azərbaycan tibb elmi tarixində ayrıca bir mərhələ
təşkil edir, elmi fəaliyyəti çox zəngin və
əhatəli olmuşdur.
Rayon
rəhbəri akademik Zərifə Əliyevanın SSRİ-də
gözün zədələnməsinin öyrənilməsi və
profilaktikası sahəsindəki bir sıra orijinal kəşflərinə
görə SSRİ Tibb Elmləri Akademiyasının akademik
M.İ.Averbax adına mükafatına layiq
görülmüş ilk qadın olduğunu xüsusi
vurğulamışdır. Qeyd etmişdir ki, gözəl ana,
vəfalı ömür-gün yoldaşı, intellektual
keyfiyyətləri özündə birləşdirən
ziyalı, dünya tibb elminə əvəzolunmaz töhfələr
vermiş böyük oftalmoloq alim Zərifə xanım Əliyevanın
həyatı, elmi və yaradıcılıq fəaliyyəti
ilə daha yaxından tanış olduqca, haqqında xatirələri
oxuduqca yaddaşımızda ulu Tanrının bu ən
yüksək mənəvi xüsusiyyətləri bəxş
etdiyi böyük insanın obrazı canlanır, gözlərimiz
önündə onun portreti yaranır.
Konfransda
YAP Suraxanı rayon qadınlar şurasının sədri, 97
saylı məktəbin direktoru Solmaz Səfərova, 24
saylı şəhər poliklinikasının baş həkimi
Rəsul Abbasov, həkimlər Cəbrayıl Paşayev, Aynurə
Ələsgərova, müəllimə Cəmilə
Allahverdiyeva və başqaları çıxış edərək
akademik Zərifə Əliyevanın oftalmologiya elminin
inkişafı istiqamətində apardığı tədqiqat
işlərinin verdiyi bəhrələrdən
danışmışlar.
V.BİNYƏTOĞLU
Xalq qəzeti.- 2013.- 28 aprel.- S. 11.