LERİK: yüksəlişin
etibarlı təməli
Dağlar diyarı Lerikin inkişafına dövlət qayğısı bu rayonun daha abad və
gözəl bir məkana çevrilməsində əhəmiyyətli rol oynayır.
İlbəil burada həyat
şəraiti
yaxşılaşır, adamların doğma yurda bağlılığı daha da güclənir.
Rayon
icra hakimiyyəti başçısı
yanında Şuranın 2013-cü ilin birinci rübündə Lerik
rayonunda görülmüş
işlərə və qarşıda duran
vəzifələrə həsr olunmuş
iclasında bu barədə ətraflı
danışılmışdır.
Lerik
Rayon İcra Hakimiyyətinin başçısı
Rövşən Bağırov hesabat məruzəsində
bildirmişdir ki, “Azərbaycan Respublikası
regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi
inkişafı Dövlət Proqramı” rayonda uğurla icra
edilir. Ötən vaxt ərzində rayonda 3451, o cümlədən
cari ildə 270 yeni iş yeri, ümumilikdə isə
2004-2012-ci illər ərzində 8197 yeni iş yeri
açılmışdır ki, bunun da 40 faizdən çoxu daimi
xarakterlidir.
Lerik
şəhəri və 14 yaşayış məntəqəsi
mavi yanacaqla təmin edilmişdir. Hazırda rayonun 25 kəndinə qaz
xətləri çəkilir.
Şəhərin
küçə və yollarına asfalt örtüyü
salınmış, yeni müasir işıqlandırma sistemləri
qurulmuşdur. İ.Yaqubov, E.Qarayev küçələrində,
Lənkəran-Lerik, Lerik-Kəlvəz yollarında yenidənqurma
işləri aparılır, istinad divarları
hörülür, səkilər quraşdırılır.
Şəhərdə eyni vaxtda 300 qonağı qəbul edə
biləcək xeyir-şər evinin inşasında son tamamlama
işləri aparılır.
Rayon
baytarlıq idarəsi üçün yeni inzibati bina, Rvarud kəndində
sahə baytarlıq məntəqəsi, Lerik şəhərində
6 saylı vergilər idarəsi üçün kompyuter
terminalı, statistika idarəsi üçün inzibati bina,
Yaponiya dövlətinin maliyyə dəstəyi ilə Şingədulan
kəndində həkim məntəqəsi inşa edilərək
istifadəyə verilmiş, icra hakimiyyətinin daxili
imkanları hesabına Lerik şəhər uşaq
bağçasının əsaslı təmirində işlər
tamamlama mərhələsinə çatmışdır.
Rayon
üzrə bütün ATS-lər elektron tipli ATS-lərlə əvəzlənmişdir.
Elektronlaşma rayon əhalisinin sürətli internet xidmətindən
istifadəsini asanlaşdırmışdır.
Rayonda
18 ümumtəhsil məktəbi əsaslı təmir
edilmiş, 7 məktəb inşa olunmuş, 8 məktəbin
tikintisində işlər davam etdirilir. 2013-cü il
üçün rayonda daha altı məktəbin tikintisi, iki
məktəbin isə əsaslı təmiri üçün
texniki işlər həyata keçirilir.
Lerik-Qosmalian-Kəlvəz
avtomobil yolunun tikintisində işlər sürətlə
aparılır. Prezident Administrasiyasının
tapşırığına əsasən, əhalinin daha
çox istifadə etdiyi və sıx yaşadığı ərazidən
keçən Xanagah yolu barədə də ilkin məlumatlar
toplanmış, smeta sənədləri
hazırlanmışdır.
Rayon
icra hakimiyyətinin təşəbbüsü və kənd
sakinlərinin köməyi ilə Lərmərud-Masallı, Əliabad-Ağcay,
Piran-Bürsülüm, Piran-Hamarat, Hamarat-Vıjaker, 27-ci
kilometr Tikəband yolları təmir edilmişdir.
Bürsülüm ərazisində əhalinin çoxsaylı
müraciətləri nəzərə alınaraq çay
üzərində iki istiqamətdə körpü inşa
edilmişdir.
Lənkəran-Lerik
yolu boyunca, Qosmalian, Kələxan və Bilnə kəndlərində
yeni turizm-istirahət mərkəzləri, Lerik şəhərində,
ərazilərdə, magistral yol boyunca ticarət mərkəzləri,
iaşə obyektləri tikilmişdir.
Magistral
yolun 37-ci kilometrində çörək sexi tikilib istifadəyə
verilmiş, müəssisədə ilkin olaraq 6 nəfər
daimi işlə təmin edilmiş, 4 adda keyfiyyətli
çörək məhsulları
istehsalına
başlanmışdır. Ərazidə süfrə suyu
və şirə sexi istehsal edən müəssisənin
tikintisində iş davam etdirilir. Lerik şəhərində
iş adamları tərəfindən yeni bazar inşa
edilmişdir.
Qarabağ
müharibəsi əlilləri və şəhid ailələrinin
mənzil şəraitinin
yaxşılaşdırılması, digər sosial problemlərinin
həllini rayon rəhbərliyi nəzarətdə saxlayır.
Molalan kəndində Qarabağ müharibəsi əlili
üçün yaşayış evinin tikintisi sona
çatır. Mənzil şəraitinin
yaxşılaşdırılmasına ehtiyacı olan daha 6
Qarabağ müharibəsi əlili üçün fərdi
yaşayış evlərinin tikintisinə tələb olunan sənədlər
hazırlanaraq Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinə təqdim olunmuşdur.
Lerik
şəhərində inşası 2011-ci ildə başlanan
17 meqavatlıq elektrik stansiyasının tikintisində işlər
sürətlə davam etdirilir. Lerik-Yardımlı yüksək
gərginlikli elektrik hava xətti inşa edilmiş, Lerik-Lənkəran
elektrik hava xəttinin tikintisi üçün texniki işlər
həyata keçirilir.
Daxili
imkanlar hesabına 8 kənddə, “Azərsu”ASC tərəfindən
isə 2011-ci ildə Gürdəsər, Soru və Zenoni kəndlərində
artezian quyuları qazılmışdır. Qosmalian-Lerik su xəttinin
çəkilişində qızğın işlər
aparılır, şəhərdaxili su xətləri çəkilir,
kanalizasiya sistemi qurulur, su anbarları inşa edilir.
Lənkəran-Lerik
magistral yolu boyunca və digər yol kənarlarında 10 mindən
çox müxtəlif növ ağac və kollar, rayon meşə
mühafizəsi və bərpası idarəsi tərəfindən
isə minlərlə ağac əkilmiş, yeni meşə
zolaqlarında əkin işləri aparılmışdır.
İclasda
rayon mərkəzi xəstəxanasının baş həkimi
Mübariz Ağayev, “Kapital Bank”ın rayon filialının
müdiri İlham Dadiyev, rayon su-kanal sahəsinin rəisi Asif
İmanov çıxış edərək təmsil etdikləri sahələrdə
görülmüş işlər haqqında məlumat
vermişlər.
Sonda
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə
müraciət qəbul olunmuşdur.
Ə.ƏLİYEV
Xalq qəzeti.- 2013.- 28 aprel.- S. 11.