Ulu öndər Heydər Əliyev və akademik Zərifə Əliyevanın 90 illik yubileylərinə həsr olunmuş sərgi

 

 Dünən Səttar Bəhlulzadə  adına sərgi  salonunda  ulu öndər Heydər  Əliyev    akademik Zərifə  xanım Əliyevanın  90 illik yubileylərinə  həsr olunmuş  “Azərbaycan  qadını rəsm əsərlərində” adlı sərginin açılışı olmuşdur. Sərgini  Mədəniyyət  Turizm Nazirliyi  və Bakı   Şəhər Səbail Rayon  İcra Hakimiyyəti birgə təşkil etmişdilər.  Tədbir  başlamazdan əvvəl  sərgi salonunun direktoru, əməkdar mədəniyyət işçisi Elçin Orucovla  görüşdük.

 Elçin Orucov bildirdi ki, hazırda  ölkəmizin  hər yerində  bu  böyük şəxsiyyətlərin  90 illik yubileyləri  ilə bağlı tədbirlər  geniş vüsət  almışdır.  Bu, bir daha xalqımızın   onlara olan hədsiz hörmət və məhəbbətinin ifadəsidir. Heydər Əliyev   rəssamlıq sənətini həmişə yüksək qiymətləndirir    rəssamlara böyük qayğı ilə yanaşırdı. Amma bizim bugünkü sərgimiz  qadın  obrazlarının bu sənətdə  əks olunan  nümunələrinə həsr olunmuşdur. Burada  çox məşhur rəssamlarımızın əsərləri sərgilənib.  Altay Məmmədov, Ömər Eldarov, Oqtay Sadıqzadə, Sakit Məmmədov və başqalarının  əsərləri  tamaşaçılara təqdim olunur.

Bu əsərlər arasında Zərifə xanımın  portreti    heykəli daha çox diqqət  çəkir. Ümumiyyətlə, Zərifə xanım  yüksək duyumu olan insan idi.   Professor N.Şulpina Zərifə xanım Əliyevanı belə xarakterizə etmişdir: “Biz onu sevmişik, sevirikömrümüzün sonuna qədər sevəcəyik. Zərifə xanımın bədii duyumu, bədii istedadı bənzərsiz idi. Zərifə xanım necə böyük məharətlə ifa edir, nəğmələr oxuyurdu. Onun incə barmaqları sürətlə pianonun dilləri üstündə gəzir, toplaşdığımız otağı bəzən gur, bəzən də həzin musiqi sədaları bürüyürdü. Bir qadın kimi də Zərifə Əziz qızı haqqında bir neçə kəlmə deməyə bilmərəm. Təbiət ona qeyri-adi qadın cazibədarlığı bəxş etmişdi. Zərifə Əziz qızının bütün varlığı hərəkətlərindən və üzünün mimikasından oxunurdu. Mən onu heç zaman əsəbi, qəzəbli görməmişəm. O, həmişə gülərüz, xeyirxah idi”. Sərgidə  nümayiş etdirilən  portreti  bu  gözəl insanın xarakterini  əks etdirən   qiymətli sənət əsəridir.

Sonra  sərgilənən əsərlərə  baxdıq. Bu əsərlərin hər birində   Azərbaycan  qadınının   daxili zənginliyi, mənəvi saflığı  əks olunmuşdur.

Elçin Orucov onu da bildirdi ki,  ulu öndərin portretini yaratmaq üçün gənc rəssamlar arasında müsabiqə elan etmişik. May ayının 11-də müsabiqəyə  yekun vurulacaq və qaliblər müəyyənləşəcək.

Sonra  açılış mərasimi oldu. Mərasimdə Mədəniyyət və Turizm Nazirliyi  və Səbail  Rayon İcra Hakimiyyətinin nümayəndələri iştirak edirdilər. Açılış mərasimindən sonra iştirakçılar sərgi ilə tanış oldular.

 

 

 M.MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2013.- 30 aprel.- S. 5.