Ulu öndərin
xatirəsi anıldı
Nəsimi Rayon
İcra Hakimiyyətinin təşkilatçılığı
ilə Bakı şəhər 1 saylı orta məktəbdə ulu
öndər Heydər Əliyevin 90 illik yubileyi ilə
bağlı tədbir keçirilmişdir. Məktəbdə ulu öndərin ömür yolunu əks
etdirən foto materiallardan ibarət stendlər düzəldilmişdir.
Akt zalında keçirilən tədbirə rayon icra hakimiyyətinin nümayəndələri,
məktəb şagirdləri, müəllimlər
toplaşmışdılar. Tədbiri giriş sözü ilə Nəsimi Rayon İcra Hakimiyyəti başçısının müavini
Zahid Xəlilov
açdı. Bildirdi ki, Azərbaycan
xalqı bu günlər
özünün ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyini qeyd edir. Nəsimi
rayonunda da bu dahi siyasət nəhənginin yubileyi böyük təntənə
ilə yad edilir.
Sonra Zahid Xəlilov Heydər Əliyevin Azərbaycan xalqı
qarşısındkı əvəzsiz xidmətlərindən
danışdı. Bildirdi ki, hakimiyyətdə olduğu illərdə Heydər Əliyev Azərbaycan xalqını bəlalardan qorumuş, müstəqilliyimizin
möhkəmlənməsi üçün böyük siyasi uzaqgörənlik göstərərək onu inkişafın hamar yoluna
çıxarmışdır.
Bu gün Azərbaycan
xalqı əldə
etdiyi nailiyyətlərə
görə ulu öndərə
minnətdardır. Ulu öndərin milli təhsilimizin
inkişafındakı xidmətləri də olduqca
böyükdür. Azərbaycan təhsilində gedən
davamlı islahatlar bu böyük
siyasət xadiminin adı
ilə bağlıdır. Müstəqil respublikamızın ilk təhsil islahat proqramı
məhz ulu öndər tərəfindən xüsusi sərəncamla 1999-cu ildə
qəbul olunmuşdur.
Möhtərəm Prezidentimiz İlham Əliyev ulu öndərin
başladığı islahatları uğurla davam etdirmiş,
ölkəmiz artıq Cənubi
Qafqazda lider dövlətə çevrilmişdir. İndi Azərbaycanı beynəlxalq
aləmdə yaxşı tanıyır və onunla
hesablaşırlar. Elə təhsil sahəsində də
uğurlarımız göz qabağındadır. Təhsillə
bağlı 20-yə yaxın Dövlət Proqramı qəbul olunmuşdur. Neçə-neçə yeni məktəb inşa olunmuş, köhnə məktəblər
əsaslı təmir edilmişdir. Ulu öndərin adını
daşıyan fondun prezidenti, Azərbaycanın
birinci xanımı Mehriban Əliyevanın da milli təhsilimizin
inkişafında böyük
xidmətləri olmuşdur.
Tədbirdə 1 saylı məktəbin şagirdlərinin hazırladığı bədii proqram da nümayiş olundu.
M.Mehtiyev
Xalq qəzeti.- 2013.- 30 aprel.- S. 5.