Qazaxda 2013-cü ilin birinci
rübünə yekun
vurulmuşdur
Qazax rayonunda 2013-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafına
həsr olunmuş yığıncaq keçirilmişdir. Tədbir ulu öndər
Heydər Əliyevin xatirəsinin anılması
və abidəsi önünə əklil qoyulması ilə başlamışdır. Yığıncaqda
rayon icra hakimiyyətinin
başçısı Ayaz
Əsgərov hesabat məruzəsi ilə çıxış etmişdir.
Məruzədə Nazirlər Kabinetinin
birinci rübün sosial-iqtisadi inkişafına və qarşıda duran vəzifələrə
həsr olunmuş geniş iclasında dövlət başçısının nitqində öz ifadəsini tapan sosial-iqtisadi göstəricilər bir daha xatırladılmışdır.
Bildirilmişdir ki, cari ilin üç
ayı ərzində ölkədə ÜDM 3,1
faiz, qeyri -neft sektoru 11, 4 faiz artmışdır. İnflyasiya cəmi 1,2 faiz olmuş, əhalinin pul gəlirləri təxminən
6 faiz artmış, kənd təsərrüfatında
4 faizdən çox artım olmuş, 30 min yeni iş yeri
yaradılmışdır.
Hesabat dövrü Qazax rayonu üçün də uğurlu olmuşdur. Yerli daxilolmalar 110,1 faiz yerinə yetirilərək büdcəyə
107,350 manat çox vəsait mədaxil olmuşdur. Sahibkarlığa Kömək Milli
Fondu tərəfindən
əhaliyə 37 min manat
kredit verilmişdir.
Dövlət Sosial Müdafiə
Fondunun rayon şöbəsi
tərəfindən ödəniş
müəssisələrinə keçən ilin müvafiq dövrünə
nisbətən 81,800 manat
çox vəsait köürülmüşdür. Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzi
tərəfindən 1330 ailəyə
sosial yardım təyin
edilmiş, 571,470 manat
vəsait ödənilmişdir.
Əhali fasiləsiz və keyfiyyətli qaz, elektrik enerjisi ilə təmin edilmişdir. Satılan qazın, elektrik enerjisinin dəyəri tam yığılaraq
müvafiq təşkilatların
bank hesabına köçürülmüşdür.
Əhaliyə göstərilən səhiyyə, mədəni
xidmətin və təhsilin səviyyəsi
daha da yaxşılaşmışdır.
İdman sahəsində həyata
keçirilən tədbirlərdə
gənclərin bütün
təbəqələri təmsil
olunmuşdur. Gənclər beynəlxalq və respublika yarışlarında
mükafata layiq yerlər tutmuşlar.
2013-cü
ilin birinci rübündə əsas kapitala yönəldilən
investisiyaların həcmi
4 milyon 952 min 800 manat,
ümumi məhsul buraxılışının həcmi
24 milyon 250 min manat olmuşdur ki, bu da ötən
ilin müvafiq dövrü ilə müqayisədə 1,1 faiz çoxdur. Sənaye məhsulunun ümumi həcmi 1 milyon 970 min manat, kənd təsərrüfatı
məhsullarının həcmi
7 milyon 87 min 800 manat olmuşdur. Adambaşına
düşən ümumi məhsulun
həcmi 266 manat və orta aylıq
əmək haqqı
226 manat təşkil etmişdir. Dövlət Proqramına uyğun
olaraq təmir-tikinti, abadlıq, bərpa və quruculuq işləri 2013-cü ilin
birinci rübündə
də uğurla davam etmişdir.
İllik gücü 1 milyon ton, ərazisi 56 hektar olan Qazax sement
zavodunun birinci hissəsində tikinti işləri davam etdirilmiş və yaxın vaxtlarda istifadəyə verilməsi
nəzərdə tutulur. Azadlıq küçəsi,
108 ünvanda yerləşən,
qəza vəziyyətində
olan kommunal binanın sakinlərinin yerləşdirilməsi üçün
24 mənzilli yeni yaşayış binasının
tikintisi yekunlaşdırılır.
Uzunluğu 30 kilometr olan
Yuxarı Salahlı-Kəmərli
avtomobil yolunda əsaslı tikinti işləri başa çatmaq üzrədir.
Qazax şəhərinin prospekt
və küçələrində
186 ədəd yeni işıq dayaqları quraşdırılmışdır. Rayon polis şöbəsinin yeni inzibati binasının
tikintisində isə
son tamamlama işləri
görülür.
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin 1 iyun 2012-ci il tarixli sərəncamı ilə Qazax şəhərində “Ədəbiyyat
Muzeyi”nin tikintisi üçün Azərbaycan
Respublikasının 2012-ci il
dövlət büdcəsində
nəzərdə tutulmuş
Azərbaycan Respublikası
Prezidentinin ehtiyat fondundan Qazax Rayon İcra Hakimiyyətinə 5 milyon manat vəsait
ayrılmışdır. Hazırda “Ədəbiyyat
muzeyinin” tikintisində
işlər davam etdirilir. Muzeyin ətrafında sahəsi
2 hektar olan parklarda yenidənqurma və abadlıq işlərinin aparılması
nəzərdə tutulmuşdur.
Azərbaycan Respublikası Prezidentinin
18 fevral 2013-cü il tarixli sərəncamı ilə 26 min nəfər əhalinin yaşadığı
15 yaşayış məntəqəsini
birləşdirən Qazax-Quşçu
Ayrım avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan
Respublikası Prezidentinin
ehtiyat fondundan rayon icra hakimiyyətinə 6,9 milyon manat vəsait
ayrılmışdır. Hazırda yolun
layihə-smeta sənədləri
yekunlaşmaq üzrədir.
Yaxın
günlərdə yolun
tikintisinə başlanacaqdır.
Prezidentin
məlum sərəncamına
uyğun olaraq Məcburi Köçkünlərin
Sosial-İnkişaf Fondunun
xətti ilə Qazax rayonunun Qarapapaq kəndi ərazisində 300 məcburi
köçkün ailəsi
üçün 5 mərtəbəli
yaşayış binalarının
tikintisinə 5 hektar sahə ayrılmışdır.
Hazırda layihə institutu
tərəfindən yeni
salınacaq qəsəbənin
layihə-smeta sənədləri
hazırlanır.
Məruzədə hesabat dövründə
aqrar sahədə əldə edilən uğurlara toxunulmuş,
RİH başçısı tərəfindən keçirilən səyyar görüş-qəbullarda əhalinin problem və təkliflərinə həssaslıqla
yanaşılmasından ətraflı
danışılmışdır.
Axırda Ayaz Əsgərov
Dövlət Proqramında
nəzərdə tutulmuş
vəzifələrin, eləcə
də cari tapşırıqların həllində
rayonda bundan sonra da böyük
uğurlar əldə
ediləcəyinə əmin
olduğunu bildirmişdir.
Sonda məruzə
ətrafında çıxışlar
olmuşdur. Tədbirdə Azərbaycan Respublikası
Prezidenti Administrasiyasının
məsul işçisi
Habil Əzənmədov
çıxış etmiş,
görülmüş işlərə
münasibətini bildirmiş
və qarşıda duran vəzifələrdən
danışmışdır.
Hamlet QASIMOV
Xalq qəzeti.- 2013.- 30 aprel.- S. 6.