Azərbaycanda investisiya layihələri uğurla həyata keçirilir

 

Bu ilin ilk yarısı ölkəmizin hərtərəfli inkişafı istiqamətində görülən genişmiqyaslı işlərlə, qazanılmış böyük nailiyyətlərlə Azərbaycanın çağdaş tarixinə uğurlu dövr kimi həkk olunmuşdur. Nazirlər Kabinetinin 2013-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında da qeyd edildiyi kimi, ölkəmizin beynəlxalq aləmdə müsbət imicinin daha da möhkəmlənməsi, iqtisadi inkişafın davamlılığı və diversifikasiyasının sürətləndirilməsi, yeni müəssisələrin yaradılması, minlərlə yerinin açılması, səhiyyə, təhsil və digər sahələrdə qazanılmış nailiyyətlər, əhalinin həyat səviyyəsinin daha da yüksəlməsi cari ilin birinci yarısının səciyyəvi cəhətləridir.

Ölkəmizdəki davamlı inkişaf, iri regional və beynəlxalq layihələrin həyata keçirilməsi, müxtəlif infrastruktur layihələrinin icrası Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu üçün əlverişli şərait yaratmış, ölkəmizi investorlar üçün daha cəlbedici etmişdir. Təsadüfi deyildir ki, artıq Azərbaycan sərmayədar ölkə kimi tanınır. Hazırda Azərbaycanın dövlət və özəl şirkətləri xarici ölkələrdə neft-kimya, qaz, yol və digər layihələrdə uğurla iştirak edir, xaricdə yatırılan investisiyaların dinamikasında müsbət irəliləyiş müşahidə olunur.

Xatırladaq ki, modernləşmə istiqamətində davamlı tədbirlər həyata keçirən respublikamızın bütövlükdə regionun ən aparıcı dövlətlərindən birinə çevrilməsi ilk növbədə elmi əsaslar üzərində gerçəkləşdirilən milli iqtisadi inkişaf modelinə əsaslanır. Beynəlxalq maliyyə qurumlarında da maraqla qarşılanaraq ciddi elmi müzakirələrə səbəb olan bu model özünəməxsus cəhətləri ilə əlverişli coğrafigeoiqtisadi məkanda yerləşən Azərbaycanı yeni iqtisadi fenomenə çevirmiş, sabit inkişaf yoluna çıxarmışdır.

2003-cü ildən ölkəyə inamla rəhbərik edən dövlət başçısı İlham Əliyevin elmi təmələ əsaslanan iqtisadi siyasəti respublikanın inkişafı prosesində dinamizmi və məqsədyönlülüyü təmin etmiş, qarşıda duran vəzifələrin həllinə real imkanlar açmış, cəmiyyətin ümumi potensialının milli məqsədlər naminə səfərbər olunmasına etibarlı zəmin formalaşdırmışdır.

Son illərdə olduğu kimi, cari ilin 6 ayında da Azərbaycan iqtisadiyyatında  makroiqtisadi dayanıqlıq və yüksək artım potensialı nəzərə çarpmışdır. İqtisadiyyatın qeyri-neft sektoru ötən dövr ərzində 10,9 faiz səviyyəsində artmışdır ki, bu,  bütövlükdə ölkə iqtisadiyyatı üzrə 5 faizlik artımı təmin etmişdir.

2013-cü ilin ilk 6 ayında bütün dövlət proqramlarının uğurla icrasına, sosial layihələrin, elektrik enerjisi və təbii qaz təchizatı, içməli sukanalizasiya sistemlərinin yaradılması, magistral yolların çəkilişi, kənd yollarının yenidən qurulması, habelə  yeni yolların inşaası, meliorasiyairriqasiya tədbirlərinin genişləndirilməsi işlərinin ahəngdar maliyyələşdirilməsinə nail olunmuşdur. Sosial sahəyə ayrılan vəsaitlərin həcmi əvvəlki ilin eyni dövrünə nisbətən artımla icra edilmişdir, əmanətlər üzrə fərdi birdəfəlik ödəmələrin reallaşdırılması, yararsız və qəzalı vəziyyətdə olan, müasir tələblərə cavab verməyən təhsil, səhiyyə, mədəniyyət ocaqlarının, məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı sosial təyinatlı müəssisələrin bərpası, yenidən qurulması və onlar üçün yeni yaşayış evlərinin inşasına dövlət və icmal büdcələrdən vəsait ayrılmışdır.

Son 10 ildə, yəni 2003-2012-ci illərdə ölkə üzrə ümumi daxili məhsulun nominal həcmi 7,6 dəfə artmışdır, ayrı-ayrı illərdə real artım 34,5 faizədək yüksəlmişdir. Bazar iqtisadiyyatı prinsiplərinə əməl edilməsi, iqtisadiyyatın liberallaşdırılması və qeyri-neft sektorunun inkişafının stimullaşdırılması nəticəsində ümumi daxili məhsulun strukturunda özəl sektorun xüsusi çəkisi 73,3 faizdən 83,5 faizə qalxmışdır.  Ölkə iqtisadiyyatına bütün mənbələr hesabına 100 milyard ABŞ dolları məbləğində investisiya qoyulmuşdur. Son 10 ildə ölkənin icmal büdcəsinin xərcləri 13 dəfə, adambaşına düşən xərci isə 11,6 dəfə artmışdır. Dövlət büdcəsinin xərcləri 14,1 dəfə artaraq 1,2 milyard  manatdan 17,4 milyard manata çatmışdır. Xərclərin ümumi daxili məhsulda xüsusi çəkisi 32,3 faiz təşkil etməklə 15 faiz artmışdır. On  il ərzində ölkə əhalisinin gəlirləri nominal ifadədə 29 milyard manatyaxud 6,1 dəfə artaraq 2012-ci ildə 34,7 milyard  manat olmuşdur.

Mütəxəssislərin fikrincə, bütün bu uğurlar dövlətin maliyyə resurslarının dövlət və icmal büdcə vəsaiti ilə idarə olunması istiqamətində aparılmış məqsədyönlü siyasətin növbəti illərdə də davam etdirilməsinə əminlik yaratmışdır.

Nazirlər Kabinetinin 2013-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası Avratlantik məkana inteqrasiya kursunu uğurla davam etdirən, transmilli enerjikommunikasiya layihələrinin lokomotivinə çevrilən, demokratikləşmə yolunda atdığı ardıcıl addımlarla Cənubi Qafqazın ən nüfuzlu ölkəsi kimi tanınan respublikamızın bütün sahələrdə dinamik inkişaf etdiyini təsdiqləmişdir. Bu dövrdə makroiqtisadi sabitliyin qorunub saxlanılması, qeyri-neft sektorunun nəzərəçarpacaq dərəcədə artması, inflyasiyanın optimal həddə saxlanılması hökumətin həyata keçirdiyi inkişaf kursunun səmərəliliyinin əyani göstəricisidir.

Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2013-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında demişdir: Hesab edirəm ki, 12,6 milyard dollar səviyyəsində qoyulan sərmayə çox gözəl göstəricidir. Əgər biz bu tempi saxlaya bilsək, ilin sonuna qədər sərmayələrin səviyyəsi təqribən 25 milyard dollara çatacaqdır. İlin əvvəlində mən qarşıya vəzifə qoymuşdum ki, bu il Azərbaycana qoyulacaq sərmayə keçən ildən az olmamalıdır. Keçən il 20 milyard dollardan çox vəsait qoyulmuşdur. Ancaq biz artıq görürük ki, keçən ildən daha çox sərmayə qoyulacaqdır. Qoyulan vəsait - hər manatya dollar, avro ölkə iqtisadiyyatına xidmət göstərir, yeni yerlərinin açılmasına şərait yaradır, Azərbaycanın iqtisadi qüdrətini artırır”.

Göründüyü kimi, Azərbaycanda kapital qoyuluşu artan temp üzrə davam edir. Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin birinci yarısında ölkənin iqtisadisosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 7361,8 milyon manat vəsait yönəldilmiş və onun 64,9 faizi tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilmişdir.  Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əsas kapitala yönəldilən vəsaitin həcmi 22,9, tkinti-quraşdırma işlərinə sərf edilən vəsaitin həcmi 39,6 faiz artmışdır.  Dövlət mülkiyyətli müəssisə və təşkilatlar əsas kapitala 4482,6, qeyri-dövlət müəssisələri isə 2879,2 milyon manat vəsait sərf etmişlər. Statistik rəqəmlərdən göründüyü kimi, dövlət müəssisələri kapital qoyuluşunda üstünlük təşkil edir. Digər maraqlı məqam da odur ki, kapital qoyuluşu daha çox istehsal obyektlərinin inşasına sərf olunur.

Daxili mənbələrdən əsas kapitala yönəldilən vəsaitin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 18,1 faiz artaraq ümumi sərmayənin 74,9 faizinə çatmışdır. Bunun 76,7 faizi dövlət, 23,3 faizi qeyri-dövlət mülkiyyətli müəssisə və təşkilatların payına düşmüşdür.

Qeyri-neft sektorunun inkişafı üçün qoyulan sərmayənin səmərəsini görmək üçün təkcə ilin əvvəlindən istifadəyə verilən müxtəlif təyinatlı obyektlərin siyahısına nəzər salmaq kifayətdir: cari ilin 6 ayında Bakıda Gəmi Təmiri və Gəmiqayırma İstehsalat Birliyi, Heydər Əliyev Beynəlxalq Aeroportunda anqar kompleksi və Beynəlxalq Logistika Mərkəzi, “Alov qüllələri” kompleksindəki “Farimont Bakuhoteli, Buzovna-Mərdəkan-Qala avtomobil yolu, Sumqayıtda “Gilantekstil parkı, Abşeronda birdəfəlik plastik qablar və priforminqlər istehsalı, eləcə də “Millasüd məhsulları və dondurma istehsalı zavodları, Qəbərayonunda üzüm emalı zavodu, heyvandarlıq-südçülük kompleksi, Qobustanda idman kompleksi, Hacıqabul rayonunda seramik plitələr istehsalı zavodu, ümumi sahəsi 917,9 min kvadratmetr olan yaşayış evləri, növbədə 130 nəfəri qəbul edən ambulatoriya-poliklinika, 4654 şagirdlik ümumtəhsil məktəbləri, 737 yerlik məktəbəqədər təhsil müəssisələri, 864 yerlik klubs. obyektlər istifadəyə verilmişdir.

Mənzil tikintisinə yatırılan investisiyanın həcmi də artmışdır. Azərbaycanda 2013-cü ilin ilk yarısında istifadəyə verilən yaşayış evlərinin ümumi sahəsi 917,9 min kvadratmetr təşkil etmişdir. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, istifadəyə verilən yaşayış evlərinin ümumi sahəsi  15,2 faiz artmışdır. Məlumatda o da bildirilir ki, ölkədə bu dövr üzrə mənzil tikintisinə müxtəlif mənbələrdən 659,4 milyon manat vəsait yönəldilmişdir  ki, bu da keçən ilin eyni dövrünə nisbətən 6,9 faiz çoxdur.

Dövlət Statistika Komitəsinin məlumatında o da bildirilir ki, hesabat dövründə investisiya sahəsində əsas xarici portnyorlarımız Böyük Britaniya, ABŞ, Yaponiya, Norveç və Çexiyadır. Həmin ölkələr iqtisadiyyatımıza qoyulan kapitalın 86,4 faizinə sahibdirlər.

Hazırda ölkəmizdə dövlətin investisiyası hesabına nəhəng layihələr icra edilir. Taxtakörpü və Şəmkirçay su anbarlarını buna misal göstərmək olar. Hər iki obyekt istifadəyə verildikdən sonra ölkəmizdə aqrar sektorun inkişafında böyük dönüş yaranacaq. Bundan başqa, Azərbaycanda güclü ixracyönümlü sənaye potensialı yaradılır. Bakı, Sumqayıt, Gəncə və Mingəçevir şəhərlərində bu məqsədlə dünya standartlarına cavab verən texnoparklar tikilir. Yeri gəlmişkən xatırladaq ki, Sumqayıtda fəaliyyət göstərən texnoparkda istehsal olunan məhsullar dünya standartlarına cavab verir və rəqabətqabiliyyətlidir.

 

Vaqif  BAYRAMOV

 

Xalq qəzeti.- 2013.- 2 avqust.- S. 1.