Azərbaycanda əhaliyə göstərilən sosial xidmətlərin səviyyəsi yüksəlir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə respublika öz iqtisadi inkişaf tempinə görə, əvvəlki illərdə olduğu kimi, bu ilöncül mövqeyini qoruyub saxlamış, ölkə vətəndaşlarının yaşayış səviyyəsi xeyli yüksəlmiş, əhalinin sosial müdafiəsi sahəsində islahat tədbirləri ardıcıl davam etdirilmişdir. Bu ilin 6 ayı ərzində ölkədə bütün istiqamətlər üzrə cənab Prezidentin qəbul etdiyi konkret proqramlar icra edilmiş, eyni zamanda sosial sahədə nəzərəçarpacaq qədər irəliləyiş olmuş, əhalinin pul gəlirləri əhəmiyyətli dərəcədə artmış, yoxsulluğun səviyyəsi azalmışdır.

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin birinci yarısının sosial iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılması məqsədilə sosial problemlərin həlli istiqamətində aparılan məqsədyönlü işlərə toxunan ölkə başçısı maaşların, pensiyaların artması, bir sözlə, əhalinin rifah halının yüksəlməsi ilə əldə edilən nəticələrlə kifayətlənməyəcəklərini, bu işlərin davamlı olaraq aparılacağını xüsusi vurğulayaraq demişdir:Sosial məsələlərə gəldikdə, bu altı ayda maaşlar artıb. Bu gün Azərbaycanda orta aylıq əməkhaqqı 520 dollar səviyyəsindədir. Orta pensiya 200 dollar səviyyəsindədir. Gələn illərdə də bu rəqəmlər artacaqdır. Bu rübdə vətəndaşların pensiyaları da, əməkhaqları da artırılacaqdır. Gələn illərdə də eyni siyasət aparılacaqdır. Bir daha demək istəyirəm ki, iqtisadi islahatlar çox güclü sosial siyasətlə dəstəklənməlidir. Hesab edirəm ki, ölkəmizin bu sahədə əldə etdiyi uğurlar nümunə ola bilər”.

2013-cü ilin ötən dövrü ərzində makroiqtisadi sabitlik və iqtisadiyyatın dinamik artımı ölkəmizin sosial-iqtisadi həyatının bütün sahələrinin, o cümlədən sığorta-pensiya sisteminin davamlı inkişafını təmin etmişdir. Bu əsasda Dövlət Sosial Müdafiə Fondunun gəlir və xərclərinin icrası, sığorta-pensiya sistemində beynəlxalq standartların tətbiqi və əmək pensiyaçılarının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri 2013-cü ildə də uğurla davam etdirilmişdir. Statistik məlumatlara əsasən deyə bilərik ki, 2013-cü ilin birinci yarısında fondun gəlirləri proqnozun 101,9 faizini, yəni 1306,6 milyon manat təşkil etmişdir ki, bu da 2012-ci ilin birinci yarısına nisbətən 34,2 milyon manatya 2,7 faiz  çox olmuşdur. Cari ilin birinci yarısında məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 2012-ci ilin birinci yarısına nisbətən 11,9 faizya 77,0 milyon manat artaraq 723,8 milyon manat təşkil etmiş, proqnoz 103,1 faiz icra olunmuşdur. Həmin dövr ərzində sosial sığorta haqlarının 63,9 faiziya 462,8 milyon manatı qeyri-büdcə sektorundan daxil olmuşdur. Bu da onu göstərir ki, əvvəlki ilin müvafiq dövrünə nisbətən sosial-sığorta haqları 19,8 faizya 76,7 milyon manat artmış, proqnoz 121,4 faiz icra edilmişdir.

 Həmin müddət ərzində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin və torpaq pay mülkiyyətçilərinin sosial sığortaya cəlb edilməsi işi gücləndirilmişdir ki, bunun da nəticəsində, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən daxilolmalar 47,9 faiz, torpaq pay mülkiyyətçilərindən daxilolmalar isə 55,1 faiz artmışdır. Bu dövrdə büdcədən maliyyələşən təşkilatlardan daxil olmuş sosial sığorta haqqının məbləği 261,0 milyon manat təşkil etmişdir.

Dövlət Sosial Müdafiə Fondu tərəfindən pensiyaçıları, eləcə də pensiya yaşına çatmayan ölkə vətəndaşlarını maraqlandıran suallar, sənədlərin hazırlanması zamanı yaranan çətinliklər, anlaşılmazlıqlarla tanış olmaq və onların problemlərini yerindəcə həll etmək məqsədi ilə qəbulların  keçirilməsi də Azərbaycan Prezidentinin ölkə vətəndaşlarına qayğısının bariz nümunəsidir. Bu görüşlərin fərqi onda idi ki, sakinləri düşündürən məsələlərin həlli ilə bağlı müzakirələrin aparılacağı bu qəbulların əhalinin yaşayış məskənlərinə yaxın ortaq bölgələrdə keçirilməsi qərara alınmışdı. Ölkə rəhbərinin göstəriş və tövsiyyələri ilə əhalinin azimkanlı təbəqələrinə edilən bu diqqət bütün bölgələrdə cənab Prezidentə xüsusi rəğbət və minnətdarlıqla qarşılanmışdı.

Ölkə başçısının apardığı sosial siyasətin uğurlu nəticəsidir ki, 2013-cü ilin birinci yarısında Dövlət Sosial Müdafiə Fondunun xərcləri 1241,9 milyon manat olmuşdur. Həmin dövrdə pensiya və müavinətlərin maliyyələşdirilməsi üçün  fond tərəfindən 1219,0 milyon manat vəsait yönəldilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 41,3 milyon manatya 3,5 faiz  çoxdur. Fondun məlumatına əsasən demək olar ki, bu ilin 6 ayı ərzindəki pensiya xərcləri 2012-ci ilin birinci yarısına nisbətən 3,5 faizya 39,9 milyon manat artaraq 1190,6 milyon manat təşkil etmişdir. Xüsusi vurğulamaq yerinə düşər ki, məhz bunun nəticəsində 2013-cü ilin yanvariyun aylarında əhaliyə 28,4 milyon manat məbləğində müavinət ödənilmişdir.  Ölkə üzrə əmək pensiyaçılarının sayı 2013-cü ilin əvvəlinə 1272,1 min nəfər olmuşilkin məlumatlara görə, ilin birinci yarısında 2,0 min  nəfər və ya 0,2 faiz azalaraq 1 iyul tarixinə 1270,1 min nəfər təşkil etmişdir. 2013-cü ilin 1 iyul tarixinə əmək pensiyalarının orta aylıq məbləği 153,6 manat, o cümlədən yaşa görə əmək pensiyasının orta aylıq məbləği 170,1 manat olmuşdur. Rəsmi məlumata görə gəlirlərin səviyyəsi fond tərəfindən pensiya və müavinətlərin vaxtında maliyyələşdirilməsinə imkan vermişdir.

Bu ilin birinci yarısında Azərbaycan Respublikası Prezidentinin “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 23 may 2011-ci il tarixli fərmanının icrası ilə əlaqədar olaraq tədbirlər davam etdirilmişdir. Sığorta-pensiya sistemində aparılan islahatlara uyğun olaraq fond tərəfindən əhaliyə təqdim olunan elektron xidmətlərin sayının 8-dən 25-ə çatdırılması məhz müraciət edən əhalinin daha çox hissəsinin işinin asanlaşdırılmasına yönəlmişdir. Altı ayın statistikası onu deməyə imkan verir ki, Dövlət Sosial Müdafiə Fondunda göstərilən elektron xidmətlər əhalinin ən çox müraciət etdiyi elektron xidmətlərdir. Belə ki, fondun göstərdiyi  “Məcburi dövlət sosial sığortasına  cəlb olunan gəlirlər və ödənilmiş məcburi dövlət sosial sığorta haqqı barədə məlumatın əldə edilməsi”,  Pensiya kapitalı barədə məlumat”, “Pensiyaçı tərəfindən məlumatların əldə edilməsi” və digər elektron xidmətlər  Elektron hökumət” portalı vasitəsilə ən çox istifadə olunan elektron xidmətlər sırasında yer almışdır.

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 30 dekabr 2008-ci il tarixli sərəncamla təsdiq etdiyi “2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı”nda əksini tapmış mühüm vəzifələrdən birimüasir standartlara uyğun avtomatlaşdırılmış pensiya təyinatıdır. Bu sığorta-pensiya sistemində aparılan davamlı islahat tədbirlərinin məntiqi nəticəsidir. Artıq pensiya yaşına çatmış hər bir vətəndaş hər hansı sənəd toplamadanvaxt itirmədən “Çağrı mərkəzi”nə (190-0) zəng vurub, şəxsiyyət vəsiqəsinin nömrəsi barədə məlumat verməklə real vaxt rejimində dərhal pensiya təyinatı hüququnu reallaşdıra bilər. Zəng vuran vətəndaşdan tələb olunan məlumat isə yalnız şəxsiyyət vəsiqəsinin nömrəsidir. Bu məlumat dərhal sistemə daxil edilir, təsdiqləndiyi halda Fondun fərdi məlumatlar bazasına inteqrə edilərək avtomatlaşdırılımış qaydada əmək pensiyası təyinatı aparılır və vətəndaşa ona təyin olunan pensiyanın məbləği bildirilir.

DSMF-də ötən 6 ay ərzində fərdi uçot sisteminin tətbiq dairəsinin daha da genişləndirilməsi məqsədilə davam etdirilən tədbirlər də öz nəticəsini göstərmişdir. Belə ki, fərdi şəxsi hesaba malik  sığortaolunanların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,2 faiz artmışdır. Bu ilin iyulun 1-i tarixinə olan statistikaya əsasən, fərdi şəxsi hesaba malik  sığortaolunanların sayı  2581586 nəfərə yüksəlmişdir. Fondda ayrı-ayrı vaxtlarda “2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı” və “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının 7.3-cü “Sosial müdafiə sisteminin təkmilləşdirilməsi” bəndinin 2013-cü ilin ikinci yarısında icrası üzrə DSMF orqanlarının qarşısında duran vəzifələrlə bağlı müzakirələr aparılmışdır.

Qeyd etmək yerinə düşər ki, 2006-cı ilin yanvarın 1-dən Azərbaycan Respublikası mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığorta haqqına cəlb olunan digər gəlirləri əldə edən əcnəbilərin məcburi dövlət sosial sığortası ilə əhatə olunması prosesinə başlanılmışdır. Bu sahədə də ciddi irəliləyişlər əldə edilmiş  və ardıcıl olaraq fərdi uçota alınanların sayı hər ay artmışdır. 2013-cü ilin 6 ayı ərzində Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 13,1 faiz artmışdır. İyulun 1-i tarixinə olan statistikaya əsasən, bu artımdan sonra fərdi uçot sistemindəki əcnəbilərin sayı 15824  nəfərə yüksəlmişdir. Ümumilikdə 6 ay ərzində 97 ölkənin vətəndaşlarını əhatə edən əcnəbilər arasında ən yüksək say göstəricisinin Türkiyə (9621 nəfər), Gürcüstan (1723 nəfər) və Rusiya (799 nəfər) vətəndaşlarına məxsus olduğu aydın olmuşdur.

2013-cü ilin 6 ayı ərzində Dövlət Sosial Müdafiə Fonduna xarici ölkələrin sığorta-pensiya qurumları, əcnəbi vətəndaşlar və xaricdə yaşayan Azərbaycan Respublikası vətəndaşları tərəfindən daxil olan müraciətlərin sayı da çoxalmışdır. Belə ki, ötən 2012-ci ilin analoji dövrü ilə müqayisədə bu qəbildən olan müraciətlər 35 faiz artmışdır. Cari ilin ilk 6 ayı ərzində DSMF-yə daxil olan 1620 müraciət arasında MDB ölkələrindən ünvanlananlar üstünlük təşkil edib. Qeyd olunan dövr ərzində MDB ölkələrindən fonda 1148 müraciət göndərilmişdir.

Fonda ünvanlanan bu müraciətlərin mövzusu vətəndaşların pensiya hüququnun təmin edilməsi ilə bağlı zəruri hesab olunan müvafiq rəsmi sənədlərin hazırlanaraq təqdim olunması, konkret hallar üçün zəruri ikitərəfli münasibətlərin tənzimlənməsindən ibarətdir. Bütün hallarda DSMF-ə  ünvanlanan müraciətlərə mütəxəssislər tərəfindən diqqətlə yanaşılır və hər müraciətin arxasında canlı insan faktorunun olduğu xüsusi diqqətdə saxlanılır.

Sadaladığımız faktların hər biri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkə vətəndaşlarına qayğı və diqqəti sayəsində əhalinin sosial problemlərinin həllinə yönəlmiş məqsədyönlü tədbirlərin uğurla həyata keçirilməsi nəticəsində  əldə edilmişdir. Bu görülən işlər, aparılan islahatlar nəticəsində qazanılan uğurlu nəticələr, əhalinin rifah halının getdikcə yaxşılaşdırılması məqsədilə pensiyaların, maaşların artırılması isə həqiqətən də ölkə başçısının “Mən hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağamfikrinin təkzibedilməz təsdiqidir. 

 

Zərifə BƏŞİRQIZI

 

Xalq qəzeti.- 2013.- 2 avqust.- S. 3.