Vergi dostları” layihəsinin iştirakçıları ilə görüşlər keçirilmişdir

 

Avqust ayının 2-də Şirvan şəhərində “Vergi dostları” layihəsinin Sabirabad, Saatlı, Salyan, Hacıqabul, NeftçalaŞirvan rayonlarının ümumtəhsil orta məktəblərinin müəllimlərindən seçilmiş iştirakçıları ilə görüş keçirilmişdir.

Tədbir iştirakçıları qarşısında çıxış edən vergilər nazirinin müşaviri Ələkbər Məmmədov ölkənin sosial-iqtisadi sahədə davamlı inkişafının təmin olunmasında həyata keçirilən vergi siyasəti, həmçinin 2013-2020-ci illərdə vergi sisteminin inkişaf strategiyası və modernləşdirilməsi, o cümlədən, vergi ödəyicilərinə göstərilən xidmətlər və bu sahədə həyata keçirilən layihələr haqqında danışmışdır.

Vergi inzibatçılığının təkmilləşdirilməsində müasir informasiya texnologiyalarından geniş istifadə olunduğunu qeyd edən Ə.Məmmədov hazırda vergi orqanları tərəfindən vergi ödəyicilərinə 49 növ xidmətin göstərildiyini, yaxın gələcəkdə isə bu rəqəmin 57-yə çatdırılacağını bildirmişdir.

Tədbir iştirakçılarına ərazi vergilər idarələrinin və vergi ödəyicilərinə xidmət mərkəzlərinin yerləşdiyi şəhər və rayon mərkəzləri istisna olmaqla, digər kənd və qəsəbələrdə “Vergi dostları” şəbəkəsinin yaradılması barədə geniş məlumat verilmişdir.  Qeyd  olunmuşdur ki, “vergi dostuolan şəxs yaşadığı ərazidə əhali arasında vergilərə dair məlumatlandırma, maarifləndirmə və təbliğat işlərini həyata keçirir, vergi sistemində tətbiq olunan elektron xidmətlər barədə vergi ödəyicilərini məlumatlandırır, uşaq və gənclərə vergilərin əhəmiyyətini izah edir. İndiyədək 700-dək “vergi dostu” təlim keçərək müvafiq sertifikatlar almışdır. Gələcəkdə onların sayının 2000-ə çatdırılması nəzərdə tutulur.

Sonra 164 nəfər “vergi dostuvergi orqanları ilə əməkdaşlıq barədə öhdəlik vərəqəsi imzalamış, onlara üzvlük sertifikatı, “vergi dostunun yaddaş kitabçası, kompyuterlər və data-kartlar təqdim edilmişdir.

Tədbirdə Sabirabad, Saatlı, Salyan, Hacıqabul, NeftçalaŞirvan rayon icra hakimiyyətləri və təhsil şöbələrinin, sahibkarların ictimai təşkilatları və həmkarlar ittifaqlarının nümayəndələri, Vergilər Nazirliyinin və 5 saylı ƏVİ-nin rəhbər vəzifəli şəxsləri, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişdir.

 

Vaqif BAYRAMOV

 

Xalq qəzeti.- 2013.- 3 avqust.- S. 5.