Azad sözün tarixi zəfəri

 

Təqvim yada salır

 

Azərbaycan jurnalistikası 15 ildir ki, senzurasız fəaliyyət göstərir

 

Azərbaycanda azad, demokratik sözün inkişafı yolunda sonuncu tarixi maneənin – kütləvi informasiya vasitələri üzərində dövlət senzurasının ləğv edilməsindən 15 il ötür. Ümummilli lider, Prezident Heydər Əliyevin “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” 6 avqust 1998-ci il tarixli fərmanı ilə milli jurnalistikamızın 123-cü, dövlət müstəqilliyimizin isə 7-ci ilində xalqımızın tarixi nailiyyəti olan söz azadlığı yeni - ən yüksək mərhələyə daxil olmuşdur. Ulu öndərin həmin tarixi addımı Azərbaycanı KİV-ə senzura tətbiq etməyən demokratik ölkələr sırasına çıxartmışdır.

6 avqust 1998-ci il tarixli Prezident fərmanında Azərbaycanda söz, fikir və məlumat azadlığı sahəsində uğurlar qeyd olunmaqla yanaşı, yeni demokratik cəmiyyətdə söz azadlığı prinsiplərinin tam bərqərar olması, KİV-in maddi-texniki bazasının möhkəmləndirilməsinə dövlət qayğısı ilə bağlı əlavə tədbirlər də əksini tapmışdır. Sənəddə yeni silsilə tədbirlərin Azərbaycan Respublikasında mediaya dövlət qayğısını artırmaq, KİV-in inkişafını, vətəndaşların fikir, söz və məlumat azadlığını təmin etmək məqsədilə həyata keçirildiyi vurğulanırdı.

Daha sonra fərmanda BMT-nin insan hüquqlarına dair 1948-ci il 10 dekabr tarixli ümumi bəyannaməsində, mülkisiyasi hüquqlar haqqında 1966-cı il 16 dekabr tarixli paktında, insan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında 1950-ci il 4 noyabr tarixli Avropa konvensiyasında, Azərbaycan Konstitusiyasının 47-ci, 50-ci və 71-ci maddələrində elan edilmiş prinsiplərin inkişaf etdirilməsinin tarixi zərurət olduğu, ölkəmizdə demokratiyanın inkişafı sahəsində qazanılmış uğurların davam etdirilməsinin vacibliyi bildirilirdi.

Fərmanda ən çox diqqəti cəlb edən ölkədə senzuranı həyata keçirən Nazirlər Kabineti yanında Mətbuatda və digər KİV-lərdə Dövlət Sirlərini Mühafizə edən Baş İdarənin ləğv edilməsi, senzuranın tarixin arxivinə verilməsi, medianın demokratik inkişafını təmin edən hüquqi dəyişikliklərinin həyata keçirilməsi, KİV-lərin maddi-texniki bazasının möhkəmləndirilməsinə dövlət qayğısının davam etdirilməsi ilə bağlı silsilə tədbirlərin müəyyənləşdirilməsi idi.

Bütün bu müddəalar ötən 15 ildə azad jurnalistikamızın inkişafı üçün fundamental bazanın yaradılması ilə nəticələnmişdir. Azərbaycan jurnalistlərinin bu yaxınlarda keçirilmiş VI qurultayında, milli mətbuatımızın 138-ci ildönümü şənliklərində mediamızın tarixi uğurlarını təmin edən tədbirlər sırasında 6 avqust 1998-ci il tarixli Prezident fərmanının əhəmiyyəti də dönə-dönə yada salındı, qədirbilənliklə qeyd olundu.

Müsahibimiz – “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev Azərbaycan jurnalistikasının inkişafına dövlət qayğısının xronikasına nəzər salaraq bildirdi:

– Bu gün hərtərəfli inkişafı ilə diqqəti cəlb edən Azərbaycan dünyada iqtisadi güc kimi tanınmaqla yanaşı, eyni zamanda, demokratik dəyərləri ardıcıl tətbiq edən və möhkəmləndirən ölkə kimi qəbul edilir. Media sahəsində görülən işlər bunun əyani sübutudur. Azərbaycanda azad sözfikir azadlığının təminatı, KİV sektorunun sürətli inkişafı ilə bağlı görülən işlər hələ 1993-cü ildə xalqın təkidli tələbilə ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlişindən sonra başlayıb. Heydər Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycan Respublikasının Konstitusiyası qəbul edilib. Həmin konstitusiyanın 50-ci maddəsində deyilir ki, hər kəsin qanuni yolla istədiyi məlumatı axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı var, kütləvi informasiya vasitələrində, o cümlədən, mətbuatda dövlət senzurası qadağandır.

Bununla hüquqidemokratik dövlət quruculuğunu bazasını formalaşdıran Heydər Əliyev 1998-ci ildə daha irəli gedərək, media üzərindəki senzuranın ləğvini nəzərdə tutan sənədi imzaladı. Bundan sonra müstəqil mətbuatın inkişafı yolunda maneələr aradan qaldırıldı. Ümummilli lider Heydər Əliyev bütün bu addımlarla KİV-lərin maddi-texniki bazasının möhkəmləndirilməsini, onlara dövlət qayğısının artırılmasını, söz, məlumat azadlığının qorunmasını, siyasi plüralizm prinsiplərinə dönmədən əməl edilməsini təmin edən tədbirlər proqramını həyata keçirdi. Mətbuata dövlət nəzarəti olan senzuranın aradan qaldırılmasından sonra beynəlxalq standartlara cavab verən “Kütləvi informasiya vasitələri haqqında”, “Məlumat azadlığı haqqında” qanunların qəbulu, Mətbuat və İnformasiya Nazirliyinin ləğvi və s. kimi biri-birindən əhəmiyyətli addımlar KİV-in sürətli inkişafını təmin etdi.

Ümummilli lider Heydər Əliyev söz və mətbuat azadlığı sahəsində məhdudiyyətlərin aradan qaldırılmasını təmin etməklə, cəmiyyətdə qarşılıqlı anlaşmanın, səmimiyyətin dərinləşməsini, insanların öz fikir və mülahizələrini azad, maneəsiz çatdırma imkanlarının genişləndirilməsini başlıca məqsəd kimi qarşıya qoymuşdu. “Kütləvi informasiya vasitələri haqqında” Qanunda da bu fikirlər öz əksini tapır ki, KİV-in təsis olunması, onun idarə edilməsi qanunvericilikdə nəzərdə tutulan hallardan əlavə məhdudlaşdırıla bilməz. Mətbuat azadlığı vətəndaşların qanuni yolla informasiya əldə etmək, hazırlamaq, ötürmək və yaymaq hüququna dövlət tərəfindən təminat verilməsinə əsaslanır.

Ulu öndər Heydər Əliyevin 11 may 2002-ci il tarixli “Kütləvi informasiya vasitələri haqqında” Qanuna əlavə və dəyişikliklər edilməsi haqqında” fərmanı isə yazılı mətbuatın təsis edilməsini və ondan istifadə imkanlarını asanlaşdırmaqla, mətbu nəşrlərin dövlət qeydiyyatı ilə bağlı icazə sistemini aradan götürmüşdür.

2003-cü ilin martın 15-də isə Azərbaycan jurnalistlərinin I qurultayında media-ictimaiyyət, media–hakimiyyət münasibətlərini tənzimləyən qurum–Azərbaycan Mətbuat Şurasının yaradılması ilə mətbuat sektorunda ictimai idarəetmə sistemi quruldu. Bütün bunlarla müstəqil mətbuatın formalaşmasına, azad sözünfikrin qorunmasına, ümumilikdə, vətəndaş cəmiyyətinin bərqərar olmasına təkan verən ulu öndər Heydər Əliyev Azərbaycanın demokratik inkişafına mühüm töhfələr vermişdir.

Bəhruz Quliyev daha sonra dedi:

– 2003-cü ildə xalqın böyük əksəriyyətinin səsini qazanan Prezident İlham Əliyev bütün sahələrdə olduğu kimi media sektorunda da ciddi dəyişikliklərə inkişafa gətirib çıxaran addımlar atdı. 2005-ci ildəƏməkdar jurnalistadının bərpa olunması, “Azərbaycan mətbuat işçilərinin təltif edilməsi haqqında”, “Azərbaycan mətbuat işçilərinə fəxri adların verilməsi haqqında”, “Kütləvi informasiya vasitələrinə maliyyə yardımı göstərilməsi haqqındasərəncamlar imzalanması, həmin ildə mətbuatın 130 illik yubileyinin respublikanın bütün bölgələrində yüksək səviyyədə qeyd olunması, jurnalistlərə fəxri adlar verilməsi, bir neçə peşəkar jurnalistin Prezident təqaüdünə layiq görülməsi atılan ilk mühüm addımlar sırasındandır.

Prezident İlham Əliyevin 2008-ci il 31 iyul tarixliAzərbaycan Respublikasında kütləvi informasiya vasitələrinə birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında”, eləcə Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası”nın təsdiq edilməsi konsepsiyaya uyğun olaraq, möhtərəm Prezidentimiz İlham Əliyevin 3 aprel 2009-cu il tarixli sərəncamı əsasında Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması haqqında qərarlar verməsi mətbuat sahəsinə göstərilən böyük diqqət qayğının bariz nümunələrindəndir.

Azərbaycanın mətbuat işçilərinin daha çox sevincinə səbəb olmuş daha bir tarix 2010-cu ildə yaşandı. Atdığı addımları ilə bütün cəmiyyətin rəğbətini qazanmış Prezident İlham Əliyev, əvvəla, media sektoruna verdiyi hərtərəfli dəstəyinə görə 2010-cu ildəJurnalistlərin dostumükafatına layiq görüldü. İkincisi, Azərbaycan milli mətbuatının 135 illik yubileyi dövlət başçısının bir-birindən əhəmiyyətli sərəncamları ilə yadda qaldı.

Prezident İlham Əliyev kütləvi informasiya vasitələrinə birdəfəlik yardımın göstərilməsi, bir qrup jurnalistin fəxri adlar Tərəqqimedalı ilə təltif edilməsi barədə sərəncamlar imzalamaqla yanaşı, dünyada ilk dəfə olaraq, mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı sərəncam verdi. Ölkə ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılanan həmin sərəncama uyğun olaraq, mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması onlar üçün yaşayış evlərinin tikilməsi məqsədilə 2010-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 5 milyon manat vəsait ayrıldı.

Ötən 3 il ərzində bütün media işçiləri həmin binanın açılışı mərasimini səbirsizliklə gözlədi. Nəhayət, bu il 22 iyuldamilli mətbuatın 138 illiyi günündə binanın açılışı oldu. Həmin gün 156 jurnalistə mənzil verildi. Onların içərisindəSəsqəzetinin Səsİnformasiya Agentliyinin 6 əməkdaşı da var idi.

Həmkarımız sonda bildirdi:

Fürsətdən istifadə edərək, bir daha jurnalist əməyinə yüksək qiymət verən möhtərəm Prezident İlham Əliyevə öz minnətdarlığımızı bildiririk. Düşünürük ki, Azərbaycan Prezidenti media təmsilçilərinin mənzil probleminin həllinin yeni modelini formalaşdırdı. Şübhəsiz, dünyada ilk dəfə olaraq, ölkəmizdə jurnalistlər üçün inşa olunmuş bina azad sözün müstəqil fikrin qorunmasının, inkişaf etdirilməsinin rəmzinə çevriləcək.

 

Tahir AYDINOĞLU

 

Xalq qəzeti.- 2013.- 6 avqust.- S. 4.