Azərbaycanda seçkilərin azad, demokratik və şəffaf keçirilməsi üçün hər cür şərait yaradılmışdır

 

 Xəbər verdiyimiz kimi, avqustun 5-də Mərkəzi Seçki Komissiyası (MSK) Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında” 28 dekabr 2006-cı il tarixli və “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının təsdiq edilməsi haqqında” 27 dekabr 2011-ci il tarixli sərəncamlarının icrası ilə əlaqədar regionlarda seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslara başlamışdır.

  AzərTAc xəbər verir ki, 105 saylı Tovuz seçki dairəsi dairə seçki komissiyasında üç gün davam edəcək seçki hüquqları üzrə ixtisaslaşdırılmış kurslarda dairə seçki komissiyasının üzvləri və dairənin əhatə etdiyi məntəqə seçki komissiyalarının sədrləri iştirak edirlər.

 Kursun birinci günündə müdavimlər rayon icra hakimiyyətinin səlahiyyətli nümayəndəsi Fərman QurbanovunSeçici siyahıları ilə işin aparılması, seçkiqabağı təşviqatın aparılmasına şərait yaradılması, bildirişlərin seçicilərə çatdırılması və sair bu kimi istiqamətlərdə yerli icra və bələdiyyə qurumlarının rolu və onların seçki komissiyaları ilə səmərəli qarşılıqlı əlaqələrinin qurulması”, rayon məhkəməsinin sədri  Könül Məmmədovun “Seçki hüququonun təminatının qanunvericilik əsasları, aşağı seçki komissiyaları və məhkəmələr tərəfindən seçki hüquqlarının qorunması mexanizmləri”, 105 saylı Tovuz seçki dairəsi dairə seçki komissiyasının sədri Əhməd İbrahimovunSeçici siyahıları ilə qaydası” mövzularında məruzələrini dinləmişlər.

  Həmin gün 106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsi dairə seçki komissiyasında keçirilən kursda Tovuz Rayon İcra Hakimiyyətinin səlahiyyətli nümayəndəsi Fərman QurbanovSeçici siyahıları ilə işin aparılması, seçkiqabağı təşviqatın aparılmasına şərait yaradılması, bildirişlərin seçicilərə çatdırılması və sair bu kimi istiqamətlərdə yerli icra və bələdiyyə qurumlarının rolu və onların seçki komissiyaları ilə səmərəli qarşılıqlı əlaqələrinin qurulması”, rayon məhkəməsinin sədri  Könül Məmmədov “Seçki hüququonun təminatının qanunvericilik əsasları, aşağı seçki komissiyaları və məhkəmələr tərəfindən seçki hüquqlarının qorunması mexanizmləri”, 106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsi dairə seçki komissiyasının sədri Xəqani Vəliyev “Seçici siyahıları ilə qaydası” mövzularında məruzələrlə çıxış etmiş, iştirakçıları maraqlandıran sualları cavablandırmışlar.

  108 saylı Ağstafa seçki dairəsi dairə seçki komissiyasında keçirilən kursun birinci günündə müdavimlər rayon icra hakimiyyətinin səlahiyyətli nümayəndəsi Ramiz TatarovunSeçici siyahıları ilə işin aparılması, seçkiqabağı təşviqatın aparılmasına şərait yaradılması, bildirişlərin seçicilərə çatdırılması və sair bu kimi istiqamətlərdə yerli icra və bələdiyyə qurumlarının rolu və onların seçki komissiyaları ilə səmərəli qarşılıqlı əlaqələrinin qurulması”, rayon məhkəməsinin hakimi Kamil RzayevinSeçki hüququonun təminatının qanunvericilik əsasları, aşağı seçki komissiyaları və məhkəmələr tərəfindən seçki hüquqlarının qorunması mexanizmləri”, 108 saylı Ağstafa seçki dairəsi dairə seçki komissiyasının sədri Tamerlan EyyubovunSeçici siyahıları ilə qaydası” mövzularında məruzələrini  dinləmişlər.

 Məruzələrdə və çıxışlarda 2013-cü ilin prezident seçkilərinə hazırlıq məsələlərinə geniş yer ayrılmış, seçkilərin azad, demokratik və şəffaf keçirilməsi məqsədi ilə bütün şəhər və rayonlarda dairə seçki komissiyaları üçün hər cür şəraitin yaradıldığı bildirilmişdir.

 

Xalq qəzeti.- 2013.- 6 avqust.- S. 6.