Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli Azərbaycan xarici siyasətinin prioriteti olaraq qalmaqdadır

 

Dağlıq Qarabağ əzəli və tarixi Azərbaycan torpağıdır. Həmişə belə olubdur. Bu gün də belədir, gələcəkdə də belə olacaqdır. Ərazi bütövlüyü məsələlərində Azərbaycan tərəfindən zərrə qədər güzəşt olmayacaqdır və ola da bilməz.

 

İlham ƏLİYEV

 

Azərbaycan Respublikasının Prezidenti

 

Bu gün ədalət prinsipini özünün əsas qayəsi hesab edən və beynəlxalq hüquq normalarının real həyatda tətbiqini məqsəd kimi qarşıya qoyan istənilən dövlət və ya beynəlxalq təşkilat Ermənistan — Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin tezləşdirilməsi məsələsində qətiyyət nümayiş etdirir, problemin yoluna qoyulması ilə bağlı rəsmi Bakının mövqeyini dəstəkləyir.

 Mütərəqqi Avropa siyasətçiləri belə hesab edirlər ki, Cənubi Qafqaz regionunun dünyaya inteqrasiyası, bölgədə sülhün, təhlükəsizliyin təmin edilməsi üçün münaqişənin qısa zamanda həlli artıq zərurətə çevrilib. Çünki bu gün Azərbaycan  Qərb ölkələrinin enerji təhlükəsizliyi baxımından mühüm əhəmiyyət kəsb edironun ərazi bütövlüyünün bərpası həll edilmədiyi müddət ərzində ümumavropa maraqlarının regiondakı təminatı tam mümkün deyil.  Ona görə də problemin hansısa bir formada həlli yox, məhz respublikamızın ərazi bütövlüyünün bərpa edilməsi şərtiylə həll edilməsi vacib amil kimi gündəmdədir.

Azərbaycan Prezidenti İlham Əliyevin bu məsələdə nümayiş etdirdiyi  qətiyyətli mövqe beynəlxalq ictimai rəydə rəğbətlə qarşılanır. Dövlətimizin problemin həllinə dair mövqeyini həm vasitəçi ölkələrin rəhbərləri, həm də işğalçı dövlətin lideri ilə, eyni zamanda, beynəlxalq təşkilatlardakı müzakirələrdə çox konkret şəkildə ifadə edir: “Bu münaqişə ancaq Azərbaycanın ərazi bütövlüyünün bərpası şərtiylə həll olunacaqdır”.  Xarici ekspertlər Azərbaycan Prezidentinin bu qətiyyəti barədə söz açarkən daha çox bir arqumenti əsas kimi önə çəkirlər: “O, təkcə dövlət başçısının deyil, 50 milyonluq bir xalqın ürək sözlərini dilə gətirdiyinə görə qətiyyətli və güclüdür”. Tamamilə haqlı yanaşmadır. Çünki bugünkü Azərbaycan iqtidarı, sözün həqiqi mənasında, Azərbaycan xalqının mənafelərini və mövqeyini ifadə edir. Özü də təkcə Dağlıq Qarabağ münaqişəsinin həlli üçün aparılan danışıqlarda deyil, bütün məsələlərdə. Ona görə də Prezident İlham Əliyevin problemin həlli barədə söylədiyi fikirlər həmişə cəmiyyətimizdə böyük məmnunluq hissləri yaradır.

Bu gün artıq dünya ictimaiyyəti də yaxşı bilir ki, Ermənistan beynəlxalq hüquq normalarına məhəl qoymamaqla yanaşı, münaqişə zonasındakı status-kvonu mümkün qədər çox saxlamaq üçün əlindən gələn bütün fitnəkarlıqlara əl atır.  Təcavüzkar ölkənin rəhbərliyi məsələnin həlli ilə bağlı aparılan müzakirələrdə əvvəldən razılaşdırılmış məsələlərə yenidən qayıdaraq danışıqlar prosesini pozmağa çalışır. Buna görə də ədalətli mövqedən çıxış edən Azərbaycanın çoxsaylı səyləri cavabsız qalır. Bu məsələlərə diqqət çəkən dövlət başçımız demişdir: “Dağlıq Qarabağ münaqişəsinin həlli bizim üçün ən vacib məsələdir. Bu, həm xarici, həm də daxili siyasət məsələsidir. Bu, ədalət, beynəlxalq hüquq məsələsidir. Əfsuslar olsun ki, bu istiqamətdə irəliləyiş yoxdurbunun əsas səbəbi ondan ibarətdir ki, Ermənistan beynəlxalq hüquq normalarına məhəl qoymur, Minsk qrupunun həmsədr ölkələrinin dövlət başçılarının bəyanatlarına əməl etmir, status-kvonu mümkün qədər çox saxlamaq, dəyişməz olaraq saxlamaq istəyir. Danışıqlarda özünü səmimi aparmır, yalan bəyanatlarla, riyakar davranışla fərqlənir. Beynəlxalq ictimaiyyəti çaşdırmaq istəyir və məsələ ilə bağlı olan vasitəçi qurumların tələblərinə əməl etmir”.

Azərbaycan 2009-cu ilin sonunda Minsk qrupu tərəfindən irəli sürülmüş yenilənmiş Madrid prinsiplərinə öz razılığını vermiş, bu prinsiplərin böyük sülh müqaviləsi üçün əsas olacağı qənaətini bildirmişdir. Ölkəmiz təklif etmişdir ki, yubanmadan, vaxt itirmədən böyük sülh müqaviləsi üzərində aparılmalıdır. Ancaq hər zaman olduğu kimi,  bu dəfə də Ermənistan həmin təklifləri rədd etmişdir. İşğalçı ölkənin rəhbərliyi həmin ildən keçən  dövr ərzində danışıqlarda durğunluq vəziyyətinin yaranması və prosesin tamamilə iflasa uğraması üçün bütün imkanlarını səfərbər etmişdir.  Təbii ki, Azərbaycan tərəfi bununla barışa bilməz. Çünki rəsmi Bakı danışıqların aparılması və böyük sülh razılaşmasının əldə olunmasında maraqlıdır. Ermənistan  sadəcə çalışır ki, vaxtı uzatsın. Azərbaycan Prezidentinin qeyd etdiyi kimi, bu vəziyyət dözülməzdir, qəbuledilməzdir, dəyişdirilməlidir. Əgər danışıqlar aparılacaqsa mahiyyət üzrə aparılmalıdır. Mahiyyət isə ondan ibarətdir ki, beynəlxalq birlik tərəfindən tanınmış ərazi bütövlüyümüz bərpa edilməli, işğalçı qüvvələr işğal edilmiş torpaqlardan çıxmalı və Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməlidir.

Ermənistan rəhbərliyi öz ölkəsinin maraqlarını düşünürsə, onda anlamalıdır ki,  onların bu iyrənc siyasəti forpost dövlət üçün çox ağır nəticələrə gətirib çıxaracaqdır.

Ölkədə iqtisadi böhran daha da dərinlişəcək, insanların yaşayış vəziyyəti daha da ağırlaşacaqdır. Bu mənada erməni xalqı humanizm prinsiplərini özünün əsas meyarı hesab edən Azərbaycandan yox, qaniçən, gözü doymayan, korrupsiyaya uğramış, kriminal Ermənistan hakimiyyətindən qorxmalıdır. Çünki məhz Serj Sarkisyan hakimiyyətinin əməlləri nəticəsində hər il 100 minə qədər erməni öz ölkəsini həmişəlik tərk edir. Belə getsə 5-6 ildən sonra orada 1 milyondan az əhali qalacaqdır. Bu gün Azərbaycan əhalisi 9 milyon 500 minə yaxınlaşır. Əgər bizim əhalimiz bu templərlə artsa, Ermənistan əhalisi azalsa, təqribən 5-7 ildən sonra bizim əhalimiz on dəfə çox olacaqdır. Bu da özlüyündə bir güc mənbəyidir.

Azərbaycanın həyata keçirdiyi möhtəşəm xarici siyasət Ermənistanı dalana dirəyib. Ermənistan rəhbərliyinin işğalçı və yırtıcı siyasəti, onların qaniçən, gözü doymayan mahiyyəti ölkəni fəlakətlə üz-üzə qoyub.  Biz təcavüzkar dövləti  bütün regional layihələrdən təcrid etmişik, bundan sonra da onları təcrid olunmuş vəziyyətdə saxlayacağıq. Qeyd etdiyimiz kimi, bu taktikabu siyasət öz bəhrəsini verir, ölkədə depopulyasiya meyilləri güclənir, demoqrafik böhran yaşanır. Bu böhran getdikcə dərinləşəcəkdir. Çünki nə qədər çox əmək qabiliyyətli  insan ölkəni tərk edirsə, iqtisadiyyatın dirçəlməsi imkanları da o qədər azalır. İqtisadiyyatın inkişafı məsələsinə gəlincə isə, ümumiyyətlə, belə perspektiv yoxdur. Orada tamamilə staqnasiya dövrü yaşanır.

Biz isə gündən-günə güclənirik, gücümüz getdikcə artır. Fakt budur ki, son on il ərzində iqtisadi sahədə Azərbaycan kimi inkişaf edən ikinci dövlət yoxdur. Ölkəmiz dünya miqyasında çox etibarlı tərəfdaş kimi tanınır. İyunun 26-da paytaxtımız Bakı şəhərində keçirilən hərbi parad Azərbaycan Ordusunun gücünü göstərdi. Paradda  nümayiş etdirilmiş istər helikopterlər, istər tanklar, zirehli maşınlar, artilleriya, hava hücumundan müdafiə qurğuları, digər texnikalar bir daha göstərdi ki, Silahlı Qüvvələrimiz artıq Cənubi Qafqaz regionunun ən güclü ordusuna çevrilmişdir. Dünya birliyində böyük rezonans doğuran bu hərbi paradı izləyən hər bir azərbaycanlı böyük qürur hissləri keçirdi,  Ermənistanda isə əksinə, ciddi narahatlığa səbəb oldu. Həmin gündən sonra təcavüzkar ölkədə yaşanan isterika, panikaqorxu hissi bu gün də qalmaqdadır. Bu da təbiidir, çünki düşmən Azərbaycanın qüdrətini öz gözü ilə gördübir daha bildi ki, biz istənilən varianta hazırıq. Biz əldə etdiyimiz texnika ilə düşmənin istənilən nöqtəsini məhv etməyə qadirik. Bütün siyasidiplomatik səylərlə yanaşı, bizim hərbi gücümüz Dağlıq Qarabağ məsələsinin həllində həlledici rol oynayacaqdır. Dövlət başçımız qətiyyətlə vurğulamışdır ki, Azərbaycan öz ordusunu daha da gücləndirməkdə qərarlıdır, biz bundan sonra da hərbi qüdrətimizi artıracağıq, bundan sonra da ən müasir texnikanı alacağıq.

Bizim xarici siyasətimiz öz bəhrəsini verir. Son on il ərzində Azərbaycan Prezidenti İlham Əliyevin  bir sıra xarici ölkələrin dövlət başçıları ilə ikitərəfli formatda keçirdiyi görüşlərdə və imzalanmış yekun bəyannamələrində ölkəmizin ərazi bütövlüyü prinsipi öz əksini tapmışdır. Bu ilin iyun ayında ATƏT-in Minsk qrupunun həmsədr ölkələri olan ABŞ, Rusiya və Fransanın prezidentləri “Böyük səkkizlər”in sammiti çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı birgə bəyanatla çıxış ediblər. Bu, çox böyük əhəmiyyətə malikdir. Bu məqamda, bir daha xatırladaq ki, bir sıra beynəlxalq təşkilatlar Ermənistanı işğalçı dövlət kimi tanıdıqları barədə rəsmi açıqlama veriblər, hətta  işğal altındakı Azərbaycan  ərazilərinin qeyd-şərtsiz azad edilməsi barədə qətnamələr də qəbul edilib. Məsələn, ATƏT-in qərarlarında, Avropa Parlamenti, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatının, Qoşulmama Hərəkatının və digər beynəlxalq təşkilatların qətnamələrində Ermənistanın işğalçılıq siyasəti kəskin şəkildə pislənilir. Ən əsası isə  BMT kimi mötəbər beynəlxalq  qurumun Təhlükəsizlik Şurası sədrinin 6 bəyanatında, eləcə də BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrində Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığının zəruriliyi vurğulanıb. Həmçinin qeyd edilib ki, Ermənistan silahlı qüvvələri işğal etdikləri əraziləri dərhal azad etməlidirlər. Lakin bu qətnamələrin qəbul olunmasından 20 ildən çox vaxt keçsə də, onlar hələ də icra olunmayıb. Üstəlik, demək olar ki, işğalçı dövlət tərəfindən atəşkəs rejimi hər gün pozulur, Azərbaycan vətəndaşları gah girov götürülür, öldürülür, gah da yaralanırlar. Beynəlxalq birlik isə bu ədalətsizliyə göz yumur.

Proseslərin gedişi bir daha  təsdiqləyir ki, Dağlıq Qarabağda Ermənistan Respublikasının hərbi birləşmələrinin işğalı ilə birlikdə yaradılan separatçı hərbi quldur rejimi beynəlxalq terrorçu təşkilatlarla və beynəlxalq narkomafiya ilə  sıx işbirliyi qurub. Bu gün Dağlıq Qarabağda terrorçuların hərbi düşərgələrinin, onlara məxsus xəstəxanaların və narkotik bitkilərin plantasiyalarının olması, narkotikasilah ticarətinin mövcudluğu da bunu təsdiq edir.  Operativ məlumatlar və sübuta yetirilmiş faktlar göstərir ki, Dağlıq Qarabağ ərazisi, o cümlədən Azərbaycan — İran sərhədinin faktiki olaraq Ermənistan tərəfindən nəzarət edilən 132 kilometrlik hissəsi aktiv şəkildə narkotik maddələrin istehsalı, tranziti və ticarəti, silahinsan alveri, qeyri-leqal miqrasiya, terrorçular üçün sığınacaq, çirkli pulların yuyulması və transmilli cinayətkarlığın digər təhlükəli növləri üçün istifadə olunur. Sonuncu belə bir fakt bu ilin iyun ayında Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin apardığı növbəti uğurlu əməliyyat nəticəsində aşkara çıxarılmışdır. Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə qanunsuz olaraq narkotik vasitələrin daşınması ilə məşğul olan 12 nəfər ifşa edilmiş, onlardan ümumilikdə 40 kiloqram 500 qrama yaxın narkotik vasitə aşkarlanaraq götürülmüşdür. Qanunsuz dövriyyədən çıxarılmış həmin narkotik vasitələrin bir hissəsinin kultivasiyası, yəni əkilməsi, yetişdirilməsi və toplanmasının Azərbaycanın Ermənistan  tərəfindən işğal olunmuş ərazilərində təşkil edilməsi və sonradan həmin narkotik vasitələrin İrana, oradan isə Azərbaycana gətirildiyi müəyyən edilmişdir. Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həyata keçirilmiş əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Azərbaycan Respublikasının vətəndaşları — Babək Bağırov, Ramil Məhərrəmov və İran İslam Respublikasının vətəndaşı Əsgər İbrahimi yaxalanmış və bu məlumatları da məhz onlar istintaqa açıqlamışlar.

Bütün bunlar göstərir ki, Azərbaycanın münaqişənin həlli istiqamətində göstərdiyi təşəbbüslər həm də bəşəriyyətin gələcəyi, cəmiyyətlərin qorunması, beynəlxalq terrorizmə, narkomafiyaya qarşı mübarizə baxımından böyük əhəmiyyət kəsb edir. Dağlıq Qarabağ münaqişəsinin həllində iki yol var: Ya hərb, ya sülh yolu! Biz hər iki varianta hazırıq. Hərb yolunu heç vaxt istisna etməmişik. Biz özünümüdafiəyə dair beynəlxalq hüququnBMT-nin Nizamnaməsinin verdiyi imkanlardan istifadə edərək beynəlxalq birlik tərəfindən tanınan ərazilərimizdə istənilən vaxt hərbi əməliyyatlara başlaya bilərik.  Sadəcə olaraq, hələlik çalışırıq ki, bu məsələ sülh yolu ilə həll olunsun. Bu mümkün olmadıqda isə, torpaqlarımızı hərbi yolla azad edəcəyik. Azərbaycan heç vaxt imkan verməyəcək ki, onun topraqları üzərində ikinci bir erməni dövləti yaradılsın.

 

Rauf  KƏNGƏRLİ

 

Xalq qəzeti.- 2013.- 21 avqust.- S. 1; 2.