İnformasiya cəmiyyəti quruculuğu dövrün tələbidir

 

İnformasiya cəmiyyəti” anlayışı 1960-cı illərin əvvəllərində Yaponiyada gündəmə gəlib.   50 ildən çoxdur ki, elmi-nəzəri tədqiqat obyektinə çevrilib.

 Ümumiyyətlə, informasiya cəmiyyətinin əsas fəlsəfi mənası bütün insanların informasiya, bilik tələbatını ödəməkdən, onların arasında sosial kommunikasiya mühiti yaratmaqdan, bilik və düşüncələrini, istədikləri məlumatı ictimaiyyətə çatdırmaqdan ibarətdir. Onun əsas məqsədi informasiya bolluğunun yaradılması və bu prosesin köməyi ilə bir tərəfdən bəşəriyyətin qarşısında duran problemləri həll etmək, digər tərəfdən isə cəmiyyətin inkişafını təmin etməkdir.

Yəni informasiya cəmiyyəti elə bir cəmiyyətdir ki, burada əhalinin böyük hissəsi müasir informasiya texnologiyalarından istifadə etməklə informasiyanın, ən əsası isə onun ali forması olan biliyin istehsalı, saxlanması, emalı və ötürülməsi ilə məşğul olur. Son dövrlər Azərbaycanda informasiya texnologiyalarının kütləviləşməsi, bu sahənin inkişafı üçün nəzərəçarpacaq addımlar atılıb, dövlətin ciddi dəstək və qayğısı nəticəsində uğurlar əldə olunub.

 Ölkəmizdə informasiya-kommunikasiya texnologiyalarının (İKT) inkişafı yeni mərhələyə qədəm qoyub. Son zamanlar ölkəmizdə dövlət orqanları, biznes qurumları və vətəndaşların qarşılıqlı fəaliyyətində İKT-nin imkanlarından geniş şəkildə istifadə olunur. İKT sektoru neftdən sonra ölkə iqtisadiyyatında ikinci prioritet sahə hesab olunur. Təsadüfi deyil ki, İKT-nin ölkə iqtisadiyyatı üçün nə qədər əhəmiyyətli olduğu Prezident İlham Əliyev tərəfindən də dəfələrlə bəyan edilib. Ölkə prezidenti  2013-cü ili  İnformasiya Texnologiyaları İlielan etmişdir.

  İnformasiya cəmiyyətinin inkişafı, İKT-nin cəmiyyətdə tətbiqi və əhalinin İKT biliklərinin artırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. “2013-2015-ci illərdə dövlət orqanlarında elektron xidmətlərin genişləndirilməsi və “elektron hökumət”in inkişafına dair Dövlət Proqramı”, “Elektron hökumət” portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı” və “İnformasiya sistemlərinin və ehtiyatlarının, elektron xidmətlərin ”Elektron hökumət" portalına qoşulması üçün texniki tələblər"in layihələri hazırlanmış, aidiyyəti qurumlarla razılaşdırılmış və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim olunmuşdur.

Hazırda ictimai şüurda İKT-dən biznesdə, siyasətdə, idarəetmədə, səhiyyədə, mədəniyyətdə, elmdə, təhsildə, sənayedə və digər sahələrdə istifadə məsələlərinin aktuallığı və zəruriliyi tam qəbul olunmuşdur. Müasir dövrdə məlumat almaq imkanı güclü olan vətəndaş cəmiyyətinin qurulması gələcək bəşər sivilizasiyasına doğru mühüm addımdır. Hazırda İKT-dən geniş istifadə hər bir ölkənin sosial-iqtisadi inkişafına kömək ediryoxsulluğun azaldılmasında səmərəli vasitə rolunu oynayır. Azərbaycanda informasiyalaşmış cəmiyyətin əsas xüsusiyyətlərinə qlobal informasiya mühitinin yaradılması, sosialiqtisadi fəaliyyətin yeni formalarının (distant təhsil, elektron ticarət, tele , elektron demokratiya, elektron hökumət və s.) meydana gəlməsi, informasiyabilik bazarının yaradılması, müxtəlif səviyyədə informasiya mübadiləsi sistemlərinin inkişafı, vətəndaş və təşkilatların istənilən məlumatı almaq, onu yaymaqondan istifadə etmək kimi hüquqlarının tam təmin edilməsi və s. aiddir.  Cəmiyyətin informasiyalaşdırılması ölkə iqtisadiyyatının bütün sahələrində səmərəliliyin artırılmasına, qiymətlərin endirilməsinə, dövlət orqanlarında elektron sənəd mübadiləsinin, elektron ticarət sistemlərinin tətbiqinə, məhsul və xidmətlərin keyfiyyətinin yüksəldilməsinə köməklik göstərəcəkdir.

 

Mehdi MEHDİYEV

 

Xalq qəzeti.- 2013.- 21 avqust.- S. 6.