Azərbaycan musiqi sənətinin əbədiyaşar
nümayəndəsi
Maestro Niyazi Azərbaycan musiqi sənətində böyük əsərlər yaradan dahi simalardandır. O, bəstəkarlarımızın bir çox simfonik və musiqili səhnə əsərlərinin, kantata və oratoriyalarının ilk ifaçısı olmuşdur. Niyazi əsərlərinin təqdimatında özünəməxsus orijinal ifaçılıq üslubu yaratmışdır. İfa etdiyi əsərlər insanı sanki nağıllar aləminə aparır.
Azərbaycan milli dirijorluq məktəbinin formalaşması dahi maestronun adı ilə bağlıdır. Onun traktovkasında Üzeyir Hacıbəyovun “Koroğlu” operası Azərbaycan musiqisinin qızıl fonduna daxil edilmişdir. Maestronun Azərbaycan Opera və Balet Teatrının səhnəsində hazırladığı Müslüm Maqomayevin “Nərgiz”, Qara Qarayevin “Vətən” operaları və “Yeddi gözəl” baleti böyük uğur qazanmışdır. Həmçinin Niyazi Ankara Opera və Balet Teatrında Pyotr Çaykovskinin “Qaratoxmaq qadın”, Cüzeppe Verdinin “Aida” operalarına dirijorluq etmişdir.
Avqustun
20-si dahi maestronun doğum günüdür.
Həmin
günlə əlaqədar
sənətkarın mənzil-muzeyində
“Açıq qapı”
günü elan olunmuşdu. Öncə
muzeyin kollektivi Fəxri Xiyabanda unudulmaz maestronun xatirəsini yad etdi və məzarı
önünə əklil
qoydu. Gün ərzində mənzil-muzeydə
Niyazinin musiqi bəstələdiyi filmlər
nümayiş olundu. Ziyarətçilər
maestorunun şəkilləri
ilə bəzədilmiş
stendlərlə tanış
oldular.
“Açıq qapı”
günü rəsmi hissə ilə davam etdirildi. Tədbirdə
musiqiçilər, musiqişünaslar
və media nümayəndələri
iştirak edirdilər.
İlk olaraq çıxış edən Niyazi mənzil-muzeyinin direktoru Rza Bayramov maestronun
həyat və yaradıcılığından söhbət açdı,
onun ifa etdiyi əsərlərdən
bəhs etdi. Tədbirdə Niyazinin əsərlərini
səsləndirən əməkdar
incəsənət xadimi,
pianoçu Ülviyyə
Hacıbəyova gecəyə
əlavə rəng qatdı. İlk dəfə olaraq
bəstəkarı Niyazi
olan kino musiqisi haqqında danışıldı və
onun müəllifi olduğu əsərlər
qonaqlara nümayış
etdirildi.
Ülviyyə
VAHİDQIZI
Xalq qəzeti.- 2013.- 21 avqust.- S. 6.