Azərbaycanın dəmir yolu nəqliyyat sistemi yüksək standartlara uyğun qurulur

 

Son 10 il ərzində Azərbaycan Prezidenti  İlham Əliyevin rəhbərliyi ilə respublikamızda böyük uğurlar əldə edilmiş, genişmiqyaslı infrastruktursosial layihələr həyata keçirilmişdir. Dövlət başçımızın  yürütdüyü siyasətin kökündə insanların rifahının, güzəranının daha da yaxşılaşdırılması, milli maraqların qorunması dayanmışdır. Bütün bunları konkret faktlar əsasında diqqətə çatdırmaq istərdim. Belə ki, sözügedən dövrdə Azərbaycanda möhtəşəm inkişaf dövrü yaşanmışdır. Bu illər ərzində iqtisadiyyatımız 3 dəfə artmışdır ki, bu da dünya praktikasında nadir hallarda təsadüf olunan artım tempidir.

Cənab İlham Əliyev çıxışlarının birində demişdir: “...Biz işsizliyi azalda bilmişik, hazırda işsizliyin səviyyəsi 5,2 faizdir. On il əvvəl əhalimizin demək olar ki, yarısı yoxsulluq şəraitində yaşayırdı. Hazırda yoxsulluq səviyyəsi 6 faiz təşkil edir. Büdcə xərcləri demək olar ki, 20 dəfə artıb və inflyasiya isə təxminən 1 faiz səviyyəsindədir. Bu, son 10 il ərzində müşahidə olunan inkişafdır...”.

Yeri gəlmişkən, diqqəti mühüm bir fakta da yönəltmək istərdim. Ölkədə ümumi daxili məhsul (ÜDM) sürətlə artmaqdadır. 2003-cü illə müqayisədə adambaşına düşən ÜDM-in həcmi 3 dəfədən çox artmışdır. Bu kəmiyyət artımı keyfiyyət artımı ilə müşayiət olunur.

Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi təkcə 2003-2012-ci illər ərzində respublika dünyada əhalinin sayı və insan inkişafı indeksi göstəriciləri üzrə sürətlə irəli getmişdir. Məsələn, əgər 10 il bundan əvvəl ölkədə təxminən 8,35 milyon nəfər yaşayırdısa, 2008-ci ildə bu göstərici 8,9 milyon nəfərə yaxın olmuş, 1 yanvar 2013-cü il tarixinə isə 9,356 milyon nəfəri keçmişdir. Deməli, 10 il ərzində 1 milyondan çoxyaxud 12,1 faizlik artım baş vermişdir.  Bu, həm də Qarabağ münaqişəsi nəticəsində ölkənin genofondunun üzləşdiyi itkinin artıqlaması ilə kompensasiya edilməsidir. Belə ümidverici dönüş yalnız təminatlı şəraitdə baş verə bilərdi.

Həyata keçirilən uğurlu iqtisadi layihələr nəticəsində nəqliyyat naziri Ziya Məmmədovun,  “Azərbaycan Dəmir Yolları”  QSC-nin sədri Arif Əsgərovun rəhbərliyi ilə ölkəmizin nəqliyyat sistemidinamik inkişaf etmişdir. Beynəlxalq sistemə sürətlə inteqrasiya edən nəqliyyat sistemi, xüsusilə də dəmir yolu nəqliyyatının yüksək standartlara cavab verməsi üçün dövlət başçısı cənab İlham Əliyev  tərəfindən son illər bir sıra mühüm  sərəncamlar imzalanmışdır. “Azərbaycan dəmir yolu  nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı”  bu sahənin hərtərəfli inkişafına yeni təkan vermişdir. Həmin Proqrama əsasən,  dəmir yollarında təhlükəsizliyin gücləndirilməsi və qatarların hərəkət sisteminin beynəlxalq standartlar səviyyəsinə yüksəldilməsi, o cümlədən sərnişinlərin təhlükəsizliyi, elektron idarəetmə sisteminin tətbiqi qarşıda duran əsas prioritetlərdəndir. Hazırda adı çəkilən Dövlət Proqramı çərçivəsində icrası davam etdirilən Bakı-Böyük Kəsik  dəmir yolu xəttinin beynəlxalq standartlar səviyyəsində inşası  bunun real göstəricisidir.

Xatırladım ki, bu gün müvafiq proqram çərçivəsində   dəmir yolunun maddi-texniki təchizatı da  yaxşılaşdırılır və yüksək standartlara cavab verən avadanlıqla təchiz edilir. Yeni polad magistralların  çəkilməsi, köhnə yolların yenidən qurulması, vaqonlokomotiv parkının yenilənməsi, həmçinin yolçəkmədə və yol təmirində  istifadə olunan qurğuların alınması istiqamətində mühüm addımlar atılır.

Dəmiryolçular dövlətimizin  başçısı tərəfindən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində həyata keçirilən siyasidiplomatik səyləri də yüksək qiymətləndirir, Azərbaycanın ərazi bütövlüyü ilə bağlı Prezidentin prinsipial mövqeyini birmənalı şəkildə müdafiə edirlər.

Dəmiryolçular ümummilli lider Heydər Əliyev siyasi kursunun davam etdirilməsinə tərəfdardır və bu baxımdan öz seçimlərində heç bir tərəddüd etmədən qarşıdakı prezident seçkilərində Azərbaycanın davamlı inkişafının, tərəqqisinin, insanların rifahının qarantı olan dövlətimizin başçısı İlham Əliyevə səs verəcəklər.

Aparılan təhlillər, keçirilən  görüşlər göstərir ki, dəmiryolçular bu müsbət dəyişikliyin davamlı olmasını, Azərbaycanın parlaq gələcəyini dövlətimizin başçısı İlham Əliyevin növbəti müddətə də prezident seçilməsində görürlər.

 

Xeyrulla HÜMBƏTOV,

 

 YAP “Azərbaycan Dəmir Yolları”  QSC ərazi ilk partiya

 

təşkilatının sədri

 

Xalq qəzeti.- 2013.- 22 avqust.- S. 5.