Azərbaycan dünyanın nüfuzlu beynəlxalq təşkilatları ilə əlaqələrini daim genişləndirir

 

Respublikamız  milli dövlətçilik maraqlarını və  beynəlxalq hüquq prinsiplərini əsas tutaraq praqmatizmə, qarşılıqlı faydalı və bərabərhüquqlu əməkdaşlığa əsaslanan açıq xarici siyasət həyata keçirir, güclü və etibarlı tərəfdaş kimi dünya birliyinin gələcəyi baxımından əhəmiyyətli hesab edilən bütün sahələrdə yeni təşəbbüslərə qoşulmaqla beynəlxalq ictimaiyyətin rəğbətini qazanır. Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi müstəqil və qətiyyətli xarici siyasət ölkəmizin beynəlxalq münasibətlər sistemindəki yerini daha da möhkəmləndirmiş, bu diplomatik reallıqlar fonunda respublikamızın Avropayadünya birliyinə inteqrasiyası xeyli sürətlənmişdir.

Respublikamızın elmi əsaslara söykənən məntiqli xaricidaxili siyasəti, uğurlu diplomatik fəaliyyəti belə deməyə əsas verir ki, Azərbaycan növbəti illərdə də hərtərəfli inkişaf tempini saxlayacaq, həm regional, həm də qlobal səviyyədə mövqelərimiz daha da  möhkəmlənəcəkdir.

Müstəqilliyini yenidən bərpa edən respublikamız qarşıya çıxan bir sıra mühüm problemlərin, ilk növbədə, dövlət müstəqilliyinin qorunub saxlanması və möhkəmləndirilməsi, Dağlıq Qarabağ probleminin sülh yolu ilə həll olunması, bazar iqtisadiyyatı istiqamətində islahatların həyata keçirilməsi və dünya inteqrasiya prosesinə sıx cəlb olunmasında beynəlxalq təşkilatların rolundan istifadə etmək məqsədilə qısa müddət ərzində BMT, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, İslam Konfransı Təşkilatı, Türk Dövlətləri Birliyi, Müstəqil Dövlətlər Birliyi, Beynəlxalq Valyuta Fondu, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, Ümumdünya Bərpa və İnkişaf Bankı və İslam İnkişaf Bankının üzvü oldu, Parlamentlərarası İttifaq, Avropa Birliyi, Avropa Şurası, Avropa Parlamenti, NATO və digər beynəlxalq və regional qurumlarla qarşılıqlı-faydalı əlaqələr yaratdı. Azərbaycan Respublikası müstəqil dövlət quruculuğu prosesində üzləşdiyi problemlərin həll edilməsində bu təşkilatların da siyasiiqtisadi potensialından istifadə etməyə səy göstərir. Hazırda Azərbaycanın dünya birliyinə sıx inteqrasiya olunmasında həmin beynəlxalq təşkilatlar mühüm rol oynayırlar. Bu baxımdan  ölkəmizin dünyanın ən nəhəng beynəlxalq hökumətlərarası təşkilatı olan  Birləşmiş Millətlər Təşkilatı ilə əlaqələrinin inkişafı böyük əhəmiyyət kəsb edir.

Beynəlxalq miqyasda müxtəlif fəaliyyət sahələri ilə bağlı məsələləri araşdırıb qərar qəbul etmək səlahiyyətinə malik olan BMT bu baxımdan dünyada yeganə təşkilatdır. Qurumun  əsas məramı beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasına, dövlətlər arasında dostluq münasibətlərinin inkişafına yardım etməkdir. BMT, həmçinin dünya siyasətinin aktual məsələlərinin müzakirəsi üçün bir meydandır. Ona görə də dünya birliyinin tamhüquqlu üzvü olmaq və beynəlxalq aləmdə  cərəyan edən proseslərdə fəal iştirak etmək üçün hər bir dövlət BMT-nin üzvülüyünə daxil olmağı və onunla əlaqələrini inkişaf etdirməyi əsas vəzifələrdən biri kimi qarşıya qoyur. Azərbaycan Respublikası da müstəqilliyini bərpa etdiyi gündən dünya dövlətləri ilə hərtərəfli qarşılıqlı əməkdaşlığın qurulması və müstəqilliyin möhkəmləndirilməsi məqsədilə BMT üzvülüyünə daxil olmaq üçün zəruri addımlar atmağa başladı və 1992-ci il martın 2-də təşkilata  tamhüquqlu üzv qəbul olundu. Bundan sonra ölkəmiz nüfuzlu qurumun platformasından beynəlxalq ictimaiyyətin diqqətini Ermənistan — Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə cəlb etməyə çalışdı və həlledici məqamlarda öz məqsədinə nail oldu.  Təsadüfi deyil ki, ölkəmizin təşəbbüsləri nəticəsində BMT-nin Təhlükəsizlik Şurası Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair 7 bəyanat və 4 qətnamə  qəbul etmişdir.  Bu qətnamələr Azərbaycanın ərazi toxunulmazlığını yenidən təsdiq edərək, işğalçı qüvvələrin ölkə ərazisindən dərhal çıxarılması tələblərini irəli sürmüşdür. Təəssüf ki, məlum qətnamələrin müddəaları indiyə kimi yerinə yetirilməmişdir.

Azərbaycanın – BMT əlaqələrinin inkişafı, möhkəmlənməsi və ölkəmizin bu təşkilatda böyük nüfuz qazanmasını göstərən ən əhəmiyyətli hadisə, şübhəsiz ki, 2011-ci  il oktyabrın 24-də Azərbaycan  Respublikasının  BMT Təhlükəsizlik Şurası kimi nüfuzlu bir quruma qeyri-daimi üzv seçilməsi faktıdır.  Bu, həm də 21 illik müstəqillik dövründə diplomatiyamızın qazandığı ən böyük uğurdur. Azərbaycan Prezidenti İlham Əliyev xarici siyasətimizin möhtəşəm qələbəsi münasibəti ilə verdiyi bəyanatda da qeyd etmişdi ki,   BMT Təhlükəsizlik Şurası kimi  dünyanın ən mötəbər təşkilatına üzv olmaq böyük  uğur, möhtəşəm nailiyyətdir.

Keçən ilin may ayında ölkəmizin müstəqillik dövründə və BMT ilə əlaqələr tarixində növbəti mühüm və əlamətdar hadisə baş verdi. Həmin ay Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasına sədrlik etdi. Növbəti belə bir əlamətdar hadisə bu ilin oktyabr ayında baş verəcəkdir. Ölkəmiz yenidən dünyanın ən nüfuzlu qurumuna sədrlik edəcəkdir. Bu, bir daha göstərir ki, Azərbaycan qlobal problemlərin həllində yaxından iştirak etmək, dünya səviyyəsində qəbul olunan qərarlara təsir göstərmək imkanı əldə etmişdirbuna qadirdir.

Respublikamız iqtisadisiyasi potensialına görə beynəlxalq aləmdə mühüm təsir gücünə malik olan Avropa İttifaqı ilə bərabərhüquqlu qarşılıqlı faydalı əməkdaşlığı genişləndirməkdə maraqlıdır. Öz növbəsində Avropa İttifaqı da mühüm geostrateji mövqedə yerləşən, təbii sərvətlərlə zəngin olan, eyni zamanda Cənubi Qafqaz regionunun Qərbə inteqrasiyasında hərəkətverici dövlət statusunu təsdiqləyən Azərbaycan ilə əlaqələri inkişaf etdirməkdə maraqlı olduğunu dəfələrlə bəyan edib. 1996-cı il aprelin 22-də Lüksemburqda Avropa İttifaqı və Azərbaycan Respublikası arasında imzalanan və ticarət, sərmayə, iqtisadiyyat, qanunvericilik, mədəniyyət, immiqrasiyaqeyri-qanuni ticarətin qarşısının alınması sahəsində əməkdaşlığı nəzərdə tutan “Tərəfdaşlıq və Əməkdaşlıq Sazişinin əsas məqamı da qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığı dərinləşdirməkdir.  Dövlətimiz və xalqımız üçün mühüm tarixi əhəmiyyət kəsb edən bu müqavilə Azərbaycanın xarici siyasətinin uğuru kimi qiymətləndirilir. Çünki bu, Azərbaycanın Avropa strukturları və institutları ilə əlaqələrinin genişlənməsində, xüsusilə inteqrasiya istiqamətində hüquqi baza rolunu oynayır. Müqavilə sənədi imzalamış bütün dövlətlər tərəfindən ratifikasiya edildikdən sonra – 1999-cu il iyunun 22-dən qüvvəyə minən və ümummilli lider Heydər Əliyevin imza atdığı bu saziş tərəflər arasında yüksək səviyyəli əməkdaşlığın təşəkkül tapmasını təsdiqləyir. Bu gün tərəflər qarşılıqlı iqtisadi əlaqələrin genişləndirilməsi, enerji təhlükəsizliyi sahəsində işbirliyinin dərinləşdirilməsi, regional sabitliyin və inkişafın təmin edilməsi, güzəştli ticarət və kredit rejiminin yaradılması, bazar münasibətləri və miqrasiya, narkobiznes və mütəşəkkil cinayətkarlıqla mübarizə, investisiyaların təşviqi və yeni maliyyə mənbələrinin cəlb edilməsi kimi bir sıra mühüm məsələlərdə  vahid mövqedən çıxış edir, bu sahədə işbirliyini dərinləşdirmək üçün konkret addımlar atırlar.

Azərbaycan Avropanın siyasi institutları ilə əlaqələrin inkişafına xüsusi önəm verir. 2001-ci il yanvarın 17-də ölkəmizin Avropa Şurasına tamhüquqlu üzv qəbul edilməsi ulu öndərimiz Heydər Əliyevin uzaqgörən daxilixarici siyasətinin və bu istiqamətdə görülmüş məqsədyönlü fəaliyyətinin nəticəsi idi. Az sonra, yəni yanvarın 25-də Azərbaycan Prezidenti Heydər Əliyevin iştirakı ilə Strasburqda ölkəmizin bu təşkilata üzv qəbul edilməsi münasibətilə rəsmi mərasim keçirilmiş və dövlətimizin üçrəngli bayrağı ucaldılmışdır. Azərbaycanın Avropa Şurasına üzv olması ilə ölkəmiz Avropa ilə əlaqələrinin tarixində yeni mərhələyə qədəm qoymuşdu. Bu qurum müstəqil Azərbaycan üçün yeni, habelə daha yüksək tribuna kimi qiymətləndirilirdi. Ən başlıcası isə, ölkəmiz informasiya blokadasından çıxaraq öz milli maraqlarını, əsl həqiqətləri olduğu kimi beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq istiqamətində qətiyyətli addımlar atdı.  Avropa Şurası Parlament Assambleyasındakı Azərbaycan nümayəndə heyətinə o dövrdə Milli Məclisin deputatı olan cənab İlham Əliyevin rəhbərlik etməsi və daha sonra onun AŞPA-dakı fəaliyyəti ümummilli liderimiz Heydər Əliyevin qarşıya qoyduğu bütün vəzifələri reallaşdırdı. Məhz cənab İlham Əliyevin prinsipial və ardıcıl fəaliyyəti nəticəsində AŞPA-nın 2002-ci ilin sentyabrında keçirilən payız sessiyasında ilk dəfə olaraq bu beynəlxalq qurumun sənədlərində Ermənistan silahlı qüvvələri tərəfindən Dağlıq Qarabağın işğalı faktı rəsmi şəkildə öz əksini tapdı.

Bütün bunların məntiqi davamı kimi, 2003-cü il yanvarın 27-də siyasi qabiliyyəti, diplomatik məharəti və prinsipiallığı ilə xüsusi seçilən Azərbaycan nümayəndə heyətinin rəhbəri cənab İlham Əliyevin AŞPA-nın vitse-prezidentiqurumun Büro üzvü seçilməsi ilə müstəqil Azərbaycan tarixinə yeni səhifə yazılmış oldu.

Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti tərəfindən təqdim olunan sənədlərin yayılması və qaldırılan məsələlərə obyektiv yanaşılmanın nəticəsi olaraq bu nüfuzlu qurum 2005-ci ilin yanvarında Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə əlaqədar 1416 saylı qətnamə qəbul etdi. Qətnamədə qeyd edilir ki, Ermənistan Dağlıq Qarabağ da daxil olmaqla Azərbaycanın 20 faiz ərazisini işğal edib. Sənəddə bildirilir ki, Ermənistan dərhal öz qoşunlarını işğal etdiyi ərazilərdən çıxarmalı, qaçqınlar öz yerlərinə qayıtmalı və münaqişə yalnız sülh yolu ilə həll olunmalıdır. Bununla da  AŞPA Ermənistanı rəsmən işğalçı dövlət kimi tanıdığını bütün dünyaya bəyan etdi.

ATƏT ilə əməkdaşlıq da Azərbaycanın xarici siyasətində mühüm yer tutur. ATƏT-in Helsinki Yekun Aktı və digər sənədlər bu təşkilata üzv olan ölkələr arasında münasibətləri tənzimləyən norma və prinsipləri müəyyən edirkollektiv təhlükəsizliyin saxlanılması üçün əsas yaradır. Onu da xatırladaq ki, məhz ulu öndər Heydər Əliyevin qətiyyətli və gərgin fəaliyyəti nəticəsində 1994-cü il mayın 12-də Ermənistan ilə Azərbaycan arasında  atəşkəs haqqında razılıq əldə edildikdən sonra Dağlıq Qarabağ münaqişəsinin dinc vasitələrlə nizama salınması istiqamətində ATƏT-in Minsk qrupu çərçivəsində müntəzəm olaraq danışıqlar aparılmağa başlandı. 1994-cü il dekabrın 5-6-da ATƏT-in Budapeştdə keçirilən zirvə toplantısında Prezident Heydər Əliyevin çevik diplomatiyasının təsiri ilə “Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar ATƏT-in fəaliyyətinin intensivləşdirilməsi” barədə qərar qəbul olundu. 1996-cı ilin dekabrın 2-3-də ATƏT-in Lissabon zirvə toplantısında qəbul edilən və münaqişənin nizama salınmasının beynəlxalq-hüquqi bazasını təşkil etmiş olan sənəd dünyanın 53 dövləti tərəfindən müdafiə olunduLissabon sammitinin Yekun sənədlərinə əlavə edildi. Bu gün də Azərbaycanın mövqeyini dəstəkləyən ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri - ABŞ, Fransa və Rusiyanın dövlət başçılarının Akvil, Muskok, Los-Kabos, Luks- Ern bəyanatlarında status-kvonun qəbuledilməz olduğu dəfələrlə vurğulanmışdır. Bu, diplomatiyamızın əhəmiyyətli uğurlarından biridir. Çünki status-kvonun qəbuledilməzliyi barədə bəyanat dünya birliyi tərəfindən işğal altındakı torpaqların azad olunması tələbi kimi başa düşülür.

Xarici siyasət və diplomatiya hər bir dövlətin beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsinə, ikitərəfli və çoxtərəfli münasibətlərin gücləndirilməsinə, mövcud problemlərin həllinə yönəlir. Dövlətçiliyin, müstəqilliyin, milli təhlükəsizliyin qorunması xarici siyasətdə mühüm istiqamətlər kimi nəzərdən keçirilir. İnamla deyə bilərik ki, Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi müstəqil xarici siyasət məhz bu əsaslar üzərində qurulmuşdur və ölkəmizin dünya birliyinə daha sıx şəkildə inteqrasiyasına böyük imkanlar açır. Müstəqil Azərbaycanın beynəlxalq təşkilatlarla olan əlaqələrinin bugünkü səviyyəsi də belə deməyə əsas verir.

 

Rauf  KƏNGƏRLİ

 

Xalq qəzeti.- 2013.- 23 avqust.- S. 1; 2.