Horadizə gedən yollar - inam yolu, qələbə yolu...

 

Füzuli rayonunun işğalından 20 il keçir 

 

... Arazboyu uzanan yollar bizi Horadiz şəhərinə aparır. Bu yolların az qala hər döngəsinə, hər qarışına bələdəm. Ancaq indi elə bil ki, yollar məni yorub, əzablı-ağrılı düşüncələr bayaqdan ürəyimi didib-parçalayır. Bəli, bu yerlərin hər qarışı uğrunda amansız döyüşlər gedib. Aradan 20 il keçməsinə baxmayaraq müharibənin, ağır əməliyyatların izləri hələ də qalmaqdadır: səngər yerləri, ara-sıra görünən yanmış, dağılmış evlər... Bunlar müharibənin görünən izləridir. Ürəklərdə, yaddaşlarda qalan izlər daha dərin, daha ağır, daha dəhşətlidir.

Bununla belə, Horadiz şəhərinə yaxınlaşdıqca elə bil üstümüzdən dağ götürüldü. Əzablı düşüncələr çəkilib getdi, qəlbimizə xoş duyğular,  inamümid səpələndi. Horadiz döngəsinin sağ tərəfində hündür təpənin üstündə salınan Dövlət Bayrağı meydanına, şəhərin giriş qapısına, yeni tikilmiş müxtəlif təyinatlı binalara, müasir işıqlandırma sisteminə, parkxiyabanlara, fəvvarələrə... baxdıqca elə bil ki, alışıb yanan ürəyimizə sərin su çiləndi. Şəhər nə qədər böyümüş, gözəlləşmişdir. Bu, bir tərəfdən insanların doğma torpağa sonsuz sevgisidirsə, digər tərəfdən özünə olan möhkəm inamdan xəbər verir. Axı, inkişaf və yüksəliş həmişə, hər yerdə inama söykənir. İnam isə hər şey deməkdir.

Belə günlərdə müharibə xronikası, məğlubiyyətimizin əsl səbəbləri, itkilərimiz barədə danışmamaq olmur. Ən azı ona görə ki, Qarabağ müharibəsinin acı nəticəsindən ibrət dərsi götürək, olub-keçənləri bir daha təhlil edək, nəticə çıxardaq. Özübu təkcə indiki yox, gələcək nəsillər üçünvacibdir. Bu mənada Füzulinin işğal günü, süquta, məğlubiyyətə aparan yollar, həmin aylar, illər respublikada baş verən hadisələr bir-bir gəlib gözlərimizin önündən keçir...

Yeri gəlmişkən, burada bir həqiqəti yada salmaq lazımdır. Düzdür, Füzuli rayonunun işğalı faktiki olaraq 23 avqust 1993-cü il götürülür. Ancaq əsl həqiqət ondan ibarətdir ki, rayonun işğalı xeyli əvvəllər baş vermişdir. Təkcə bir faktı – Füzulini üzük qaşı kimi dövrəyə almış yüksəkliklərin düşmən əllərə keçməsini və strateji cəhətdən mövqelərin əslində itirildiyini xatırlamaq kifayətdir. Digər tərəfdən nəzərə almaq lazımdır ki, axı, həmin dövrdə vahid Azərbaycan ordusu demək olar ki, yox idi. Ayrı-ayrı siyasi partiyalara tabe olan qanunsuz silahlı dəstələr arasında vahid komandanlıq yox idi. Başıpozuq, əsasən kriminal ünsürlərdən ibarət olan qruplar kimə, hara gəldi hücum edirdilər. Belə vəziyyətdə hansı uğurlu döyüş əməliyyatından söhbət gedə bilərdi?

Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev zəngin həyat yolu keçib. İlk gənclik illərindən rəhbər komsomol, partiya və təsərrüfat vəzifələrində çalışıb. Zəngin təcrübəsi və geniş dünyagörüşü var. Ən əsası isə odur ki, adamlarla dil tapmağı, onları öz ardınca aparmağı, inandırmağı bacarır. Xoş günlərdə də, ağır günlərdə də həmişə öz həmyerlilərinin yanında olub. Baş verən hadisələr, olub-keçənlər gözləri qarşısında cərəyan edib. Ona görə də deməyə sözü çoxdur. Təsadüfü deyildir ki, rayon icra hakimiyyətinin başçısı bu dəfəki söhbətimizə də məhz həmin illlərdən başladı:

-1988-1993-cü illərdə respublikada baş verən hərc-mərclik o dövrdə ölkəyə başçılıq edənlərin bacarıqsızlığının və ciddi səhvlərinin nəticəsi idi. O illərdə Azərbaycanın səriştəli rəhbəri yox idi, düşmən isə hiyləgər və xəyanətkar idi. Yağı başa düşürdü ki, illərlə arzusunda olduğu məqsədə çatmaq üçün Azərbaycana hücum etməyin, Qarabağı işğal etməyin ən münasib vaxtıdır. Beləcə, Qarabağın şəhər və rayonları biri-birinin ardınca işğal edildi. Füzuli də belə qurbanlardan biri idi.

Lakin taleyin ümidinə buraxılmış Azərbaycan xalqı o vaxt hadisələrin inkişafını aydın görürdübaşa düşürdü ki, əgər bir az da belə davam etsə Azərbaycan parçalanacaqtam işğal olunacaq. Xalq anlamışdı ki, Qarabağ hadisələri başlayandan onun azadlığı üçün mübarizə aparanvuruşan ulu öndər  Heydər Əliyev hakimiyyətə dəvət olunmalıdır ki, bu bəlaların qarşısı alınsın. Həmin illərdə Naxçıvanda fəaliyyət göstərən ümummilli lider Heydər Əliyevi hakimiyyətə dəvət etmək üçün xalq təkidlə, hakimiyyətin  nümayəndələri isə əlacsızlıqdan dəfələrlə ona müraciət etdilər. Özünü Azərbaycandan ayrı təsəvvür etməyən ümummilli lider, nəhayət Bakıya gəlməyə razılaşdı və xilaskarlıq missiyasını həyata keçirməyə başladı.

“Azərbaycan — Heydər Əliyev”, “Xalq — Heydər” tandemi Azərbaycanı məhv olmaqdan xilas etdi, yenicə qazanılmış dövlət müstəqilliyini qoruyub dönməz etdi, torpaqlarımızın işğalı dayandırıldı. Cəbhə bölgələrində normal həyat bərpa edildi.

Qarabağ müharibəsində Füzuli bölgəsində döyüşlərdə 18 min nəfər iştirak etmişdir. Həmin döyüşlərdə 6500 nəfər həyatını qurban verib. Onlardan 1000 nəfərə qədəri füzulililər olmuşdur. Füzuli şəhərindən 192 nəfər itkingirov vardır. Döyüşlərdə rayon əhalisindən 1240 nəfər əlil olmuşdur. Onların 450 nəfəri hərbçilərdir. Qarabağ döyüşlərində ən çox müharibə gedən ərazi Füzuli bölgəsi olmuşdur.

Füzuli bölgəsində gedən  döyüşlərdə 8 nəfər Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür. Onların 6-sı füzulilidir. Bu gün Milli Qəhrəmanlarımız Faiq Rəfiyevin, Seymur Məmmədovun, Nazim Quliyevin, Pəhlivan Fərzəliyevin, Elxan Zülfiqarovun adları böyük hörmət və iftixarla çəkilir. Füzulidə şəhid olmuş milli qəhrəmanlar Rasim İbrahimovMehdi Mehdiyev torpaqlarımızın azadlığı uğrunda igid həmyerlilərimizlə birlikdə çiyin-çiyinə döyüşmüş və həyatlarını qurban vermişlər. Həmin şəhid övladlar kimi müstəqilliyimiz yolunda canını fəda etmiş Milli Qəhrəman, Qacar kənd sakini Bəşir Kərimovun  da həyatı  gənclərimiz üçün əsl igidlik məktəbidir.

Füzuli ərazisinin 1382 kvadratkilometri əlimizdə, 682 kvadratkilometri işğal altındadır. 115 min nəfərə yaxın əhalinin 66 min nəfəri ərazidəki 1 şəhər, 21 kənd və 17 qəsəbədə məskunlaşmışdır. 1 şəhər və 61 kənd isə işğal altındadır. 49 min nəfər əhali respublikanın 50 şəhər və rayonunda, o cümlədən 39 min nəfəri Bakı və Sumqayıt şəhərlərində məskunlaşıb.

Rayon iqtisadiyyatına, əhaliyə dəyən zərər milyard manatlarla hesablanır. Dövlətimiz dağıdılanları bərpa edir, yenilərini tikir. Ərazidə ötən müddətdə  44 məktəb bərpa olunmuş və yenidən tikilmişdir. Mədəniyyət və tibb müəssisələri, idarəetmə obyektləri yerləşən binalar, yollar, körpülər, elektriksuvarma sistemləri , bir sözlə, yaşayış üçün zəruri olan infrastruktur yenidən qurulmuş və yararlı  hala salınmışdır. 4 mindən artıq ev bərpa olunmuşdur. 3 minə yaxın evin isə bərpasına başlanacaqdır.

Ölkə rəhbəri İlham Əliyevin sərəncamları ilə Dövlət Neft Fondunun hesabına  ərazidə 4211 ailəlik daş evlərdən ibarət 16 qəsəbə salınmışdır. Hazırda Horadiz şəhəri yenidən tikilir. Burada ulu öndərin adını daşıyan yaraşıqlı park salınmış, ümummilli liderin abidəsi ucaldılmış , Heydər Əliyev Mərkəzi tikilmişdir. Son 2 il yarımda Horadiz şəhərində Mədəniyyət sarayı, Şahmat məktəbi, Gənclər Mərkəzi, YAP rayon təşkilatı, Təhsil və Polis şöbələri üçün yeni binalar tikilmişdir.

Heydər Əliyev Fondunun köməyi ilə Horadiz şəhərində 240 yerlik orta məktəb binası müəllim və şagirdlərə ən gözəl hədiyyədir. Gecəgözlü kənd, Üçbulaq kənd, 4 saylı “Qayıdış” qəsəbə tam orta məktəblər də onun kimi.

Son illər ərzində rayon ərazisində İtalya, Amerika və Türkiyədən gətirilmiş 100 minə yaxın ağac, elecə də digər həmişəyaşıl ağaclar əkilmişdir. Küçə və səkilər müasir dizaynla təmir olunmuş, xiyabanlar yaradılmışdır.

Füzulililər qədirbilən adamlardır. Onlar ölkə başçısı İlham Əliyevin bu bölgəyə tarixi səfərlərini, imzaladığı fərman və sərəncamları böyük minnətdarlıq hissilə xatırlayırlar. Respublika Prezidentinin rayona axırıncı səfəri çərçivəsində su elektrik stansiyasının birinci növbəsinin, 5 min tonluq soyuducu anbar kompeksinin, Qarabağ kəndində illik istehsal gücü 3-3,5 min ton quş əti olan broyler-quşçuluq fabrikinin, 240 yerlik orta məktəb binasının və başqa obyektlərin açılışında iştirakı, ictimaiyyət nümayəndələri ilə keçirdiyi görüş və söhbətlər bu gün də füzulililərin yaddaşında əziz və unudulmaz bir xatirə kimi yazılmaqdadır. Prezidentin sərəncamları ilə Horadiz şəhərində müharibə vaxtı yandırılmış və dağıdılmış evlərin bərpa olunması, Əhmədbəyli-Alıxanlı-Zobucuq yaşayış məntəqələrini birləşdirən magistral avtomobil yolunun çəkilməsi və başqa sosial obyektlərin tikintisi Füzulidə həyat şəraitinin, məşğulluğun daha da artırılmasına yönəldilmişdir.

Bu gün Füzulidə həyatın elə bir sahəsi yoxdur ki, orada inkişaf və yüksəliş əldə edilməsin. Özüinkişaf və yüksəliş təkcə Horadiz şəhərini əhatə  etmir. Cəbhə xəttinin, necə deyərlər ikiaddımlığında olan kəndlərdə də həyatın axarı gurdur, su, qaz, yol, elektrik enerjisi baxımından heç bir problem yoxdur. Kənd adamları, fermerlər bir qarış da olsun boş yer saxlamırlar. Yeri gəlmişkən deyək ki, Füzuli rayonunun kənd əməkçiləri cari ildə taxıl zəmilərindən 110 min tondan çox məhsul götürmüşlər. Bu isə əvvəlki dövrdən qat-qat çoxdur.

Bütün bunlar belə deməyə əsas verir ki, bu gün Füzulidə həyatın axarı gurdur, adamlar sabaha böyük inam və ümidlə baxırlar. Bu möhkəm inamümidi isə onlarda yaradan ölkə başçısı İlham Əliyevin gündəlik diqqət və qayğısı, apardığı qətiyyətli və uzaqgörən daxilixarici siyasət xəttidir. Görüşdüyüm, söhbət etdiyim ağsaqqallar, ziyalılar, gənclər bütün diqqət və qayğı üçün ölkə Prezidentinə sonsuz minnətdarlıqlarını bildirdilər, daim bu müdrik şəxsiyyətin ətrafında olacaqlarını və onu dəstəkləyəcəklərini bəyan etdilər.

İşğal gününün ildönümü Füzulinin demək olar ki, bütün idarə, müəssisə və təşkilatlarında qeyd olunur. Bu dəfə isə bir qədər fərqli təşkil edildi. Belə ki, əvvəlcə rayon icra hakimiyyətində ictimaiyyət nümayəndələrinin, ağsaqqalların, ziyalıların, müharibə iştirakçılarının, şəhid ailələrinin iştirakı ilə “dəyirmi masa” arxasında söhbət keçirildi. Burada şahidlərin dili ilə Füzulini işğala aparan yollar, məğlubiyyətin əsl səbəbləri, 1994-cü ilin yanvar ayında keçirilən əməliyyatın tarixi əhəmiyyəti, azad olunan qəsəbə və kəndlərdə aparılan genişmiqyaslı tikinti-abadlıq və quruculuq işləri, Horadiz şəhərinin bugünki həyatı barədə konkret fatkalarla danışıldı.

Rayon icra hakimiyyətinin başçısı Alı Alıyevin bu sözləri isə sanki bütün füzulililərin dilindən səsləndi: Gün o gün olsun ki, Qarabağımıza uzanan qələbə yolları Horadizdən başlasın. “Dəyirmi masa”nın keçirildiyi bu əzəmətli sarayda Ali Baş Komandanımızın dilindən Qubadlının, Ağdərənin, Laçının, Şuşanın... bütövlüklə, Qarabağımızın azad olunması xəbərini, qələbə xəbərini eşidək. O, günə isə çox az qalıb. SondaHoradiz əməliyyatı” filmi nümayiş etdirildi.

Geri qayıdırıq. Qəribədir, mən Bakıya, ürəyim isə o yerlərə tələsir. Səhərki əzablı düşüncələrdən əsər-əlamət yoxdur. Qəlbim Horadizdə gördüyüm, eşitdiyim, şahidi olduğum xoş, işıqlı duyğularla doludur. Mənə elə gəldi ki, bu geniş asfalt yolla tezliklə Ağdama, Laçına, Şuşaya... gedə biləcəyik. Bayaq Alı müəllimin dediyi kimi, gün o gün olsun ki, “dəyirmi masa”nın keçirildiyi o əzəmətli sarayda  Qarabağımızın azad olunması xəbərini eşidək.

 

Ziyəddin SULTANOV

 

Xalq qəzeti.- 2013.- 23 avqust.- S. 6.