Prezident İlham ƏLİYEV: “ASAN xidmət” Azərbaycanda aparılan ciddi islahatların təzahürüdür... Azərbaycan brendidir

 

Ölkə vətəndaşları bu xidmətə görə dövlət başçısına minnətdarlıq edirlər

 

Bu xidmət ölkəmizin ümumi inkişafı ilə də tam uzlaşır. Çünki bu gün doğurdan da Azərbaycanda müasir dövlət qurulur, yeni texnologiyalar tətbiq edilir. Dünyanın ən qabaqcıl, mütərəqqi təcrübəsi Azərbaycanda tətbiq olunur. Bu, ümumiyyətlə, bizim siyasi xəttimizdir. Ancaq “ASAN xidmət”in üstünlüyü ondan ibarətdir ki, artıq Azərbaycan da müasir texnologiyaları tətbiq edir. Başqa ölkələr bizdə olan təcrübəni öyrənəcək və faydalanacaqdır.

 

İlham ƏLİYEV

 

Azərbaycan Respublikasının Prezidenti

 

 

Azərbaycan Prezidenti Yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN xidmət” mərkəzində vətəndaşlara göstərilən xidmətin səviyyəsi ilə bağlı ölkə əhalisinin fikirləri ilə maraqlandıq. Xətai rayonundakı mərkəzdə ilk rastlaşdığımız gənc qız - Lamiyə Hüseynova xarici ölkəyə səfər üçün pasport almaq məqsədilə “ASAN xidmət”ə müraciət etdiyini bidirdi:

“Gələn ay ailə həyatı qururam. Ümümvətəndaş pasportu almağa gəlmişəm. Toydan sonra səyahətə çıxmaq arzusundayıq. İşimlə bağlı növbələrdə çox vaxt itirə bilmirəm. Ona görə də “ASAN xidmət”dən yararlanmaq istədim. Çox sağ olsun dövlət başçımızı ki, belə bir xidmətin Azərbaycanda tətbiqinə şərait yaratdı. Cəmi 40 manat ödədim. Bir aydan sonra pasportumu götürəcəyəm. Görürsünüzmü, buraya müraciət edən hər kəsə vaxt itirmədən lazımi sənədlərini qaydasına salmağa necə imkanrahat şərait yaradılıb”.

Digər müraciət etdiyimiz şəxs isə İlham Kazımov oldu. O, sürücülük vəsiqəsinin müddətinin xeyli vaxtdır ki, bitdiyini, qarşılaşacağı bürokratik əngəllər ucbatından DYP-yə müraciət etmədiyini bildirdi. “Eşidəndə ki, belə bir xidmət növü fəaliyyətə başlayıb, sevindim. Gəldim ki, görüm, deyilənlər doğrudur, ya yox. İndi deyə bilərəm ki, bu, həqiqətən də “ASAN xidmət”dir və bu gün Azərbaycanda misilsiz xidmət növü fəaliyyətə başlayıb. Cəmi-cümlətanı 18 manat ödədim və yeni vəsiqə əldə etdim. Bu, hər bir  ölkə vətəndaşına dövlət başçımız İlham Əliyevin xüsusi diqqət və qayğısının göstəricisidir”.

Orta yaşlı Nətavan Məmmədova isə şəxsiyyət vəsiqəsi almaq məqsədi ilə mərkəzə gəldiyini dedi. “Uşaqlarıma şəxsiyyət vəsiqəsi almalıydım. Birinin 12, digərinin 16 yaşı var. Sağ olsunlar, sənədləri elə buradaca hazırladılar, 10 gündən sonra gəlib alacağıq. 16 yaşa qədər uşaqlara verilən şəxsiyət vəsiqələri pulsuzdur. O birinə isə 1manat pul ödəmişəm. 3 gün müddətinə götürəsi olsaydım, 10 manat rüsum verməli idim”.

Nəsimi rayonundakı “ASAN xidmət”də ilk qarşılaşdığımız Türkmənistan vətəndaşı Rəcəbəliyeva Əzizə Rəcəbəli qızı oldu. O, müvəqqəti yaşamaq üçün icazə ilə bağlı sənəd almağa gəlmişdi. Xidmətdən razı qaldığını belə ifadə etdi: “3 ay qalmaq fikrim vardı. Şəhərinizin gözəlliyi, insanların isti münasibəti, gecədən xeyli keçmişə qədər sakinlərin sərbəst şəkildə gəzintiyə çıxmaları məni bu şəhərə bağladı. Ona görə də 6 ay burada qalmaq istədim. Sənədləşmə işiçox asandır. Növbə yoxdur. 60 manata 6 aylıq icazə çox yaxşıdır. Azərbaycan haqqında, Bakı haqqında çox eşitmişdim. Amma ölkəniz eşitdiyimdən qat-qat gözəldir. Burada yaşamaq da, çalışmaq da ürəkaçandır”.

Növbəti müraciət etdiyim xanım isə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında əldə edilmiş daşınmaz əmlakın qeydiyyatı ilə əlaqədar müraciət etdiyini bildirdi. Kəmalə xanım göstərilən xidmətdən çox razı qaldığını, heç bir maneə ilə üzləşmədiyini, 20 manat ödəməklə 20 gündən sonra sənədini götürəcəyini dedi. “Tələsənlər belə sənədi 40 manat ödəməklə 7 günə, yaxud da 30 manat verməklə 14 günə əldə edə bilərlər”- dedi.

Görüşdüyümüz, söhbətləşdiyimiz insanların hər birinin üzündə yorğunluq əvəzinə sevinc ifadələrini görmək, Azərbaycan Prezidentinə minnətdarlıq dolu sözləri eşitmək bizə də xoş idi. Eşitdiklərimiz və gördüklərimiz onu deməyə əsas verir ki, Azərbaycanda dövlət qurumlarının fəaliyyətində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi istiqamətində son illərdə əhəmiyyətli işlər görülmüş, müvafiq hüquqi baza formalaşdırılmışdır. Bir çox dövlət orqanlarında əhaliyə mümkün korrupsiya hallarını aradan qaldıran və dövlət xidmətlərini vətəndaşlara yaxınlaşdıran elektron xidmətlər göstərilməsi təmin edilmişdir.

2012-ci ilin iyulun 13-də Azərbaycan Prezidenti İlham Əliyevin Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyininonun tabeliyində olan “ASAN xidmət” mərkəzlərinin yaradılması ilə bağlı fərman imzalaması bu sahədə çox mühüm addım oldu. Agentliyin yaradılmasında məqsəd vətəndaşlara birbaşa xidmət göstərəcək “ASAN xidmət” mərkəzlərinin vahid şəkildə idarə edilməsi idi. Buraya xidmət mərkəzlərində fəaliyyət göstərən dövlət orqanlarının əməkdaşlarının işinin əlaqələndirilməsi, nəzarət və qiymətləndirilmənin aparılması, dövlət orqanlarının informasiya bazalarının qarşılıqlı inteqrasiyası, elektron xidmətlərin təşkili prosesinin sürətləndirilməsi, bu sahədə idarəetmə sisteminin təkmilləşdirilməsi daxil edilmişdi.

Haqqında söhbət açdığımız “ASAN xidmət” mərkəzinin fəaliyyətinin məqsədi dövlət orqanlarının hüquqi xidmətlər göstərməsində vətəndaşların razı salınmasının, şəffaflığın təmin edilməsinin, korrupsiya hallarının istisna olunmasının, müasir texnologiyaların, “bir qapı” prinsipinin tətbiqinin, dövlət qulluqçusu—vətəndaş münasibətlərində yeni düşüncə tərzinin—“dövlət qulluqçusunun vəzifəsi vətəndaşın hüququnu təmin etməkdir” yanaşmasının formalaşdırılmasıdır.

Həmin il dekabrın 29-da pilot layihə kimi Bakıda 1 saylı “ASAN xidmət” mərkəzi fəaliyyətə başladı. Mərkəz həftənin butun gunləri saat 10-dan 20-dək, bazar günləri isə saat 17-dək vətəndaslara xidmət göstərir. “ASAN xidmət” yeni fəaliyyətə başlayanda mərkəzdə 9 dövlət orqanı — Ədliyyə, Daxili Işlər, Vergilər nazirlikləri, Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Gömruk Komitəsi, Dövlət Miqrasiya Xidməti, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Sosial Müdafiə FonduMilli Arxiv İdarəsi tərəfindən 23 adda huquqi xidmət həyata kecirilirdi. 2013-cü il martın 18-də Prezident İlham Əliyevin imzaladığı digər fərmana əsasən, əcnəbi və vətəndaşlığı olmayan şəxslərə əmək fəaliyyətini həyata keçirmələri üçün fərdi icazələrin, daşınmaz əmlakla bağlı dövlət reyestrindən arayışların verilməsi də “ASAN xidmət”ə həvalə edildiyindən mərkəzdə dövlət orqanları tərəfindən göstərilən hüquqi xidmətlərin sayı 23-dən 25-ə qaldırıldı.

1saylı Mərkəz Bakının Nəsimi, Nərimanov və Binəqədi rayonlarında qeydiyatda olan vətəndaşlara xidmət göstərir. “ASAN xidmət” mərkəzinin əsas prinsipləri operativlik, şəffaflıq, nəzakətlilik, etik davranış qaydalarına nəzarət və rahatlıqdır. Burada əlillər üçün hər cür imkan yaradılmış, gözdən əlillərin sərbəst hərəkəti üçün döşəməyə xüsusi örtüklər vurulmuş, lövhələr onların oxuya biləcəkləri müvafiq hərflərlə hazırlanmışdır. Mərkəzdə vətəndaşların gözləyərkən vaxtlarını səmərəli keçirmələri üçün funksional-yardımçı xidmətlər—bank, sığorta, hüquqi yardım və tərcümə mərkəzləri, laboratoriya, tibbi xidmət, internet-kafe, poçt şöbələri, fotostudiya fəaliyyət göstərir. Mərkəzdə yerləşdirilən xüsusi terminallar vasitəsi ilə mobil rabitə, internet, işıq, su, qaz və digər kommunal xidmətlərin haqqının, kredit və sığorta ödənişlərinin həyata keçirilməsi mümkündür. “Çağrı” mərkəzi vasitəsi ilə vətəndaş mərkəzə gəlmədən internetya telefonla bütün xidmət növləri, tələb edilən sənədlər barədə məlumat ala, növbə tuta bilərlər.

Mayın 3-də Sumqayıt şəhərinin, eyni zamanda, Abşeron, Siyəzən, Şabran, Xızı rayonlarının sakinlərinə xidmət göstərən Sumqayt regional “ASAN xidmət” mərkəzi, mayın 24-də isə Xətai, Nizami və Suraxanı rayonlarının sakinlərinin faydalana biləcəyi 2 saylı “ASAN xidmət” mərkəzi istifadəyə verilmişdir. Azərbaycan Prezidenti İlham Əliyev 2 saylı “ASAN xidmət” mərkəzinin açılışında demişdir: “Bu xidmət ölkəmizin ümumi inkişafı ilə də tam uzlaşır. Çünki bu gün doğurdan da Azərbaycanda müasir dövlət qurulur, yeni texnologiyalar tətbiq edilir. Dünyanın ən qabaqcıl, mütərəqqi təcrübəsi Azərbaycanda tətbiq olunur. Bu, ümumiyyətlə, bizim siyasi xəttimizdir. Ancaq “ASAN xidmət”in üstünlüyü ondan ibarətdir ki, artıq Azərbaycan da müasir texnologiyaları tətbiq edir. Başqa ölkələr bizdə olan təcrübəni öyrənəcək və faydalanacaqdır".

Ötən ayın sonunda Böyük Britaniyanın nüfuzluThe Guardian” qəzetində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN xidmət” mərkəzlərinin səmərəliliyindən bəhs edən geniş məqalənin dərc olunması ölkəmizin vətəndaşlarının bu xidmət növünə olan marağını və ondan yetərincə istifadəsini təsdiq edir. Bu həm də Britaniya kimi bir dövlətin Azərbaycanda aparılan çox gərəkli və ciddi islahatların nəticəsinə münasibətinin maraq və təqdir göstəricisidir. Məqalədə deyilir ki, vətəndaşların bu gün öz hüquqlarını yaxşı bilməsi, dövlət xidmətləri ilə bağlı yüksək keyfiyyətli məlumatlara çıxışlarının olması, özəl sektordan yüksək səviyyəli xidmət almağa vərdiş etməsi nəticəsində dövlət xidmətlərinə tələbləri də artmışdır. Buna görə də inkişaf etməkdə olan ölkələr bu ehtiyacları qarşılamaq üçün çoxlu mühümradikal islahatlar həyata keçirmişlər. Qəzet yazır: Bir pəncərə” mərkəzi modeli —vətəndaşların  bir sıra dövlət xidmətlərini əldə edə bildikləri belə mərkəzlər—İngiltərə, KanadaGürcüstan kimi ölkələrdə xidmətlərin göstərilməsində səmərəliyi artırmaq üçün tətbiq edilmişdir. Azərbaycan bir müddət əvvəl həmin modeli tətbiq etmişdir ki, bu da vətəndaşların dövlət xidmətlərini əldə etməsinə güclü təsir göstərmişdir”.

1 saylı mərkəzdən fərqli olaraq “ASAN xidmət”in yeni açılan 2 saylı mərkəzində ilk dəfə Biometrik Məlumatların Toplanması Sistemi yaradılmışdır. Avadanlıq İsveçdə istehsal olunmuş, proqram təminatı isə alman kompyuter mütəxəssisləri tərəfindən xüsusi olaraq “ASAN xidmət” üçün yazılmışdır. Sistem biometrik şəkillərin çəkilməsi, barmaq izlərinin alınması, elektron imza və bunları mərkəzləşdirilmiş halda hüquq-mühafizə orqanları sisteminə ötürməsi kimi mühüm xüsusiyyətlərə malikdir. Biometrik texnologiyalar insanların avtomatik tanınmasını, onların davranış və ya fizioloji xüsusiyyətlərindən istifadə etməklə şəxsiyyətlərinin müəyyənləşdirilməsinə imkan verir. Ən əsası odur ki, bu sistem insan orqanizmi üçün təhlükəli deyildir. Həmçinin bu, milli təhlükəsizlik sisteminin təkmilləşdirilməsi, qanunsuz miqrasiya və cinayətkarlıqla mübarizənin gücləndirilməsi baxımından da əhəmiyyətlidir.

 

“ASAN xidmət”in təkcə Bakıda deyil, bölgələrdə də səyyar şəkildə xidməti təşkil edilmişdir. İyun ayından bu vaxta qədər Azərbaycanın 15 rayonunda 32 mindən artıq vətəndaşa səyyar xidmət göstərilmişdir. Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Anar Hüseynov bildirmişdir ki, “artıq bu sahədə müəyyən nəticələr əldə edilmişişin davamı kimi yay aylarında iki istiqamətdə—şimal-qərb və cənub istiqamətində əksər rayonlara səyyar avtobuslar göndərilir. İlin sonuna kimi Azərbaycanın bütün ərazilərində səyyar avtobus xidmətlərimizdən istifadə etmək mümkün olacaq”. A.Hüseynov bir sıra yeniliklər barədə də məlumat vermiş, qeyd etmişdir ki, mərkəzlərdə vətəndaşlarımıza 25 hüquqi xidmətdən başqa 22 yardımçı xidmət də göstərilir. Gələcəkdə “ASAN xidmət”in 2-ci regional mərkəzinin Gəncə şəhərində, 3 saylı mərkəzin isə Yasamal rayonunda fəaliyyətə başlayacağj nəzərdə tutulub.

Qeyd etmək yerinə düşər ki, fəaliyyətə başlayandan indiyədək “ASAN xidmət”dən 346 min ölkə vətəndaşı faydalanmışdır. Bunun üzərinə bölgələrdə yaşayan və xidmətin səyyar növündən istifadə edən 32 min sakini də əlavə etsək, mərkəzin necə fəaliyyət göstərdiyini aydın görərik. Bu təkcə 378 min nəfərin xidmətinin yüngülləşdirilməsi demək deyil. Bu, həm də 378 min nəfər Azərbaycan vətəndaşının ölkə başçısının diqqət və qayğısından yetərincə bəhrələnməsinin bariz göstəricisidir.

Bu xidmətin bir növü olan, özündə əsasən iki—ödəniş və identifikasiya funksiyasını daşıyan və yeni istifadəyə buraxılmış “ASAN kart” vasitəsilə dövlət xidmətləri üzrə sifarişin alınması və ödənilməsini həyata keçirmək mümkündür. Ən əsası isə kart beynəlxalq funksiyalı olduğu üçün istənilən yerdə bütün növ ödənişləri həyata keçirmək mümkündür. Kartdan, həmçinin sərnişin nəqliyyatında və kommunal ödənişlərdə istifadə etmək olar. “ASAN kart”ın daha bir xüsusiyyəti isə elektron imza daşıyıcısı olmasıdır. Belə ki, müqavilələrin və digər rəsmi sənədlərin imzalanmasında bu kartdan istifadə etmək mümkündür.

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı, göstərişi, diqqəti və qayğısı ilə istifadəyə verilən hər yeni obyekt, həyata keçirilən infrastruktur layihələr məhz hər bir ölkə vətəndaşının səviyyəli yaşamasına, güzəranının yaxşılaşmasına hesablanmış reallıqdır. İnsan amilinə xüsusi önəm verən ölkə başçısı dövlətin siyasətinin mərkəzində Azərbaycan vətəndaşının dayandığını dəfələrlə qeyd etmişdir. İnsanlarımızın faydalandığı, ən xırda problemlərini belə qısa vaxtda operativ, ən başlıcası şəffaf şəkildə həll etdikləri, az müddət ərzində geniş əhali kütləsinin rəğbətini qazanmış “ASAN xidmət”ə ən böyük qiyməti də dövlət başçısı vermiş, onu ciddi islahatların təzahürü olaraq yaranmış yeni sistem və Azərbaycan brendi kimi dəyərləndirmişdir.

 

Zərifə BƏŞİRQIZI

 

Xalq qəzeti.- 2013.- 24 avqust.- S. 5.