“Cəbrayıla, Qarabağa dönəydim kaş...”

 

Zaman-zaman torpaqlarımızda məskunlaşan, çörəyimizi yeyib, suyumuzdan içən nankor ermənilər sonda üzüdönüklüklərini bir daha ortaya qoyaraq xalqımıza qənim kəsildilər. Azərbaycana qarşı əsassız ərazi iddiaları ilə çıxış edən erməni qəsbkarları soydaşlarımıza qarşı misli görünməmiş vəhşiliklər törətdilər, şəhər və kəndlərimizi yandırıb talan etdilər.

1993-cü il avqustun 23-də qədim Azərbaycan torpağı olan Cəbrayıl rayonu da işğalçı Ermənistan ordusu tərəfindən zəbt edildi. Havadarlarına arxayınlaşıb təpədən dırnağadək silahlanmış erməni bandit birləşmələri Cəbrayıl şəhəri ilə yanaşı, rayonun 4 qəsəbəsini və 92 kəndini işğal etdilər. Nəticədə rayonun 52 min 604 nəfər sakini doğma yurd-yuvalarından məcburi köçkün düşdü. İşğal nəticəsində rayon üzrə 72 ümumtəhsil və bir peşə məktəbi, 8 xəstəxana, 132 tarixi abidə və 149 mədəniyyət ocağı, 13 min 147 ədəd yaşayış evi və 886 ictimai bina, həmçinin çoxsaylı sənaye və kənd təsərrüfatı obyektləri talan olundu. Bundan əlavə, uzun illər ərzində rayonda yaradılmış bütün infrastruktur tamamilə dağıdılaraq məhv edildi, fərdi və ictimai əmlak erməni quldurlarının əlinə keçdi. Bütövlükdə isə rayonun işğalı zamanı dövlətə və vətəndaşlara indiki qiymətlərlə 7,5 milyard dollar məbləğində ziyan vuruldu.

Cəbrayıl rayonu ölkəmizin ərazi bütövlüyü və müstəqilliyi uğrunda gedən döyüşlərdə 368 nəfər şəhid vermişdir ki, bunların da 231 nəfəri mülki şəxslərdir. Rayonun əsir və itkin düşmüş 91 nəfər sakininin taleyindən isə bu günə qədər heç bir məlumat yoxdur. Erməni vəhşiliklərinin nəticəsi olaraq 8 nəfər uşaq hər iki valideynini, 207 nəfər uşaq isə valideynlərindən birini itirmişdir. Torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə Cəbrayılın 6 nəfər igid övladı “Azərbaycanın Milli  Qəhrəmanı”adına layiq görülmüşdür. Bütün bunlar erməni quldurlarının Cəbrayıl rayonunun işğalı zamanı törətdikləri vəhşiliklərin, vandalizm hərəkətlərinin tam olmayan siyahısıdır.

Üstündən 20 il ötsə də, cəbrayıllılar bu amansız vəhşilikləri heç cür unuda bilmir, düşməndən qisas, intiqam almaq  hissi ilə alışıb yanırlar. Avqustun 23-də Cəbrayıl rayonunun işğalının 20-ci ildönümü ilə bağlı keçirilən anım mərasimi də bunu bir daha təsdiqləyirdi. Bu münasibətlə keçirilən tədbirin iştirakçıları-rayon ictimaiyyəti, dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları və bir sıra qeyri-hökumət təşkilatlarının təmsilçiləri müqəddəs Şəhidlər Xiyabanına gələrək Vətənimizin suverenliyi və torpaqlarımızın bütövlüyü uğrunda canlarını fəda etmiş soydaşlarımızın əziz xatirələrini ehtiramla yad etdilər, məzarları önünə tər gül dəstələri düzdülər.

Anım mərasimi daha sonra Akademik Milli Dram Teatrında davam etdirildi. Rayon ictimaiyyətinin, dövlət qeyri-hökumət təşkilatlarının, millət vəkillərinin, eləcə ölkəmizdə fəaliyyət göstərən bir sıra  beynəlxalq humanitar təşkilatlarının təmsilçiləri  Cəbrayıl rayonunun müxtəlif dövrlərini əks etdirən foto-stendlərə tamaşa etdilər.  Ölkəmizin ərazi bütövlüyü müstəqilliyi uğrunda canlarından keçmiş bütün vətən şəhidlərinin unudulmaz xatirələri bir dəqiqəlik sükutla yad edildi. SonraErmənilərin işğalında qalan Cəbrayıladlı sənədli film nümayiş etdirildi.

Cəbrayıl rayonunun erməni qəsbkarları tərəfindən işğal edilməsinin 20-ci ildönümünə həsr olunmuş anım  mərasimini giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı Mahmud Quliyev tədbirdə iştirak edən dövlət hökumət nümayəndələrinə, yerli beynəlxalq qeyri-hökumət təşkilatlarının təmsilçilərinə rayon ictimaiyyəti adından təşəkkürünü bildirdi. Qeyd olundu ki, 20 il əvvəl erməni təcavüzünün qurbanı olmuş Cəbrayıl rayonunun 67 min 312 nəfər əhalisi hazırda respublikamızın 54 şəhər kənd rayonunun 2 minə qədər yaşayış məntəqəsində məskunlaşmışdır. Doğma torpaqlarından zorla didərgin salınmış qaçqın məcburi köçkünlərin problemlərini həmişə özünün bir nömrəli problemi hesab etmiş ümummilli liderimiz Heydər Əliyevin 1998-1999-cu illərdə Cəbrayıldan olan məcburi köçkünlərin sıx məskunlaşdıqları Biləsuvar rayonu ərazisində salınmış çadır düşərgələrinə səfərlərini xatırladan M. Quliyev bildirdi ki, ulu öndər həmin görüşlərin məntiqi nəticəsi olaraq 2002-ci il mayın 13-də 20 min ailənin yaşadığı çadır şəhərciklərinin ləğv edilərək əvəzində  yeni qəsəbələrin salınması ilə bağlı fərman imzalamışdır. Ötən müddətdə həmin fərmana uyğun olaraq Biləsuvar rayonu ərazisində cəbrayıllı məcburi köçkünlər üçün 2598 mənzildən ibarət 6 qəsəbə salınmış 12 minə yaxın sakin bu qəsəbələrə köçürülmşdür. Natiq qeyd etdi ki, ulu öndərin qaçqın məcburi köçkünlərə diqqət qayğısını hər an yüksək səviyyədə davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyev ötən 10 ildə bununla bağlı bir Dövlət Proqramı ona iki əlavə qəbul etmiş, Nazirlər Kabineti 158 qərar sərəncam imzalamış, Milli Məclis isə 9 qanun qəbul etmişdir. Bütövlükdə isə son  20 ildə soydaşlarımızın sosial problemlərinin həllinə 4,3 milyard manat vəsait sərf olunmuşdur.  Natiq ölkə Prezidenti İlham Əliyevin ötən 10 ildə cəbrayıllı məcburi köçkünlərin məskunlaşdıqları qəsəbələrə iki dəfə səfər etdiyini məmnunluqla xatırladaraq sakinlərin sosial problemlərinin həllinə göstərdiyi yüksək diqqət qayğıya görə rayon ictimaiyyəti adından dövlət başçısına dərin minnətdarlığını bildirdi. Natiq, həmçinin hər il keçirilən anım mərasimlərinin  ermənilərin xalqımıza qarşı apardıqları işğalçılıq siyasətinin gənc nəslə aşılanmasında mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırdı. Qeyd olundu ki, bu gün dövlət başçısı İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili xarici siyasətini ürəkdən bəyənən cəbrayıllılar torpaqlarımızın işğaldan azad ediləcəyi günü səbisizliklə gözləyir buna inanırlar.

Baş nazirin müavini, Qaçqınların Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov mərasimdə çıxış edərək torpaqlarımızın işğalı ilə bağlı keçirilən anım mərasimlərinin əhəmiyyətini qeyd etməklə yanaşı, bu barədə beynəlxalq ictimaiyyəti dünyanın nüfuzlu təşkilatlarını daha çox məlumatlandırılmasının vacibliyini önə çəkdi,  Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə reallaşdırılanXocalıya ədalətkampaniyasının bu baxımdan müsbət nəticələr verdiyini diqqətə çatdırdı. Qeyd olundu ki, ölkə Prezidenti İlham Əliyevin dediyi kimi,  ötən illərdə baş vermiş təbii artımla əlaqədar olaraq hazırda Azərbaycanın qaçqın məcburi köçkün əhalisinin sayı 1 milyon 200 min nəfər təşkil edir. Natiq Azərbaycan dövlətinin, xüsusən onun rəhbərinin bu təbəqədən olan soydaşlarımızın həyat səviyyəsinin yaxşılaşdırılması, onların üzləşdikləri sosial problemlərinin həlli istiqamətində reallaşdırılan tədbirlərdən bəhs etdi. Erməni qəsbkarlarının torpaqlarımızın işğalı zamanı Azərbaycan dövlətinə, onun vətəndaşlarına külli məbləğdə ziyan vurduqlarını diqqətə çatdıran Baş nazirin müavini bildirdi ki,  Beynəlxalq Qiymətləndiricilər Assosiasiyasının bu yaxınlarda apardıqları araşdırmalar nəticəsində həmin ziyanın 300 milyard dollar həcmində olduğu müəyyən edilmişdir. Bu isə üzdəniraq erməni siyasətçilərinin  öz xalqı dövləti üçün qoyduqları həlli müşkül problemlərdən biridir. Natiq, həmçinin son illər Ermənistanda yaranmış dərin iqtisadi böhran nəticəsində əhalinin bu ölkəni kütləvi şəkildə tərk etməsini diqqətə çatdırdı. Ə. Həsənov bütün bunlara baxmayaraq,  böhran məngənəsində boğulan Ermənistanın  Azərbaycan torpaqlarının hələ işğal altında saxladığını dünyada davam edən ədalətsizliyin ikili standartların məntiqi nəticəsi kimi dəyərləndirdi. Qeyd olundu ki, nəticəsiz sülh danışıqlarının uzanması isə yeni problemlərə yol açmaqla yanaşı, Azərbaycan cəmiyyətində beynəlxalq təşkilatlara nüfuzlu dövlətlərə inamı da getdikcə azaldır.

Baş nazirin müavini bildirdi ki, dünyanın heç bir yerində qaçqın məcburi köçkünlər üçün Azərbaycandakı qədər hərtərəfli şərait yaradılmamışdır. Bu isə soydaşlarımızda belə bir əminlik yaradır ki, torpaqlarımızın işğaldan azad edilməsi yalnız yalnız Azərbaycanın mövcud iqtidarının, xüsusən dövlətimizin başısı İlham Əliyevin səyi nəticəsində mümkün olacaqdır.

Anım mərasimiQarabağ Vətənimizdiradlı musiqili kompozisiya ilə sona çatdı. Tanınmış muğam ifaçılarının səsləndirdikləriQarabağşikəstəsi ritmik muğamı qəlbləri riqqətə gətirdi. Yeri gəlmişkən, kompozisiyada səsləndirilənCəbrayıla, Qarabağa dönəydim kaşkəlməsi  uzun illərdən bəri bütün cəbrayıllılara, qarabağlılara hakim kəsilən ən ülvi, ən müqəddəs arzu idi. O arzunun gerçəkləşəcəyi gün isə uzaqda deyil...

 

Mirbağır YAQUBZADƏ

 

Xalq qəzeti.- 2013.- 24 avqust.- S. 6.