Lerikə turist axını səngimir

 

Azərbaycan ecazkar gözəllikləri ilə dünyada tanınır. Cənub bölgəsi bu baxımdan istisna deyil. Addım-addım dağlara çıxan cənnətməkan guşələr sanki ulu Tanrının ən xoş vaxtlarında yaranıb. Talış dağlarının parlaq qaşı sayılan Lerik qədim yaşayış  məskəni olmaqla bərabər, gözəllikləri ilə haqlı olaraq öyünən zümrüd donlu diyardır. Xarici səyyahlar buranı obrazlı bir şəkildəarxeoloji cənnətadlandırıblar.

Bölgənin Bülüdül Zərinqala kimi  təbii istirahət zonaları çox məşhurdur. Əlçatmaz Kömürgöy zirvəsi dəniz səviyyəsindən 2492 metr, Qızyurdu isə 2433 metr yüksəklikdə göyləri dəlir. Meşələrin vələs, dəmirağac, nil, palıd ağacları əsl təbiət abidələridir. Düz 80 il öncə - 1933-cü ildə unudulmaz şairimiz Mikayıl Müşfiq  Lerikin bənzərsiz təbiətini böyük ilhamla vəsf edib:

 

Göylərdə lacivərd,

 

                   əlvan buludlar,                             

 

Yerlərdə meşələr,

 

                   boylu palıdlar.                             

 

Qızılgöz ağaclar,

 

                dəmirağaclar,                             

 

Rəngin bir xalıya

 

               bənzər yamaclar...

 

Düşünürəm ki, yaxşı, Lerikə növbəti  ezamiyyətim bu ölməz misralarınyubiley”inə təsadüf edir. Ötən dövrdə Lerik təbiətinin gözəlliyi daha da artıb, pardaxlanıb. Müşfiq şeiri təravətini itirməyib.

Azərbaycan Prezidenti İlham Əliyev Lerikə səfərləri zamanı  turizm mərkəzlərinə baş çəkərək sahənin inkişafı üçün münbit şəraitin olduğunu vurğulayıb, belə obyektlərin artırılmasını tövsiyə edib: “Lerik rayonunun çox gözəl təbiəti, əlverişli iqlimi burada turizmin genişləndirilməsi üçün hər cür imkanlar olduğunu göstərir. Turizmin inkişafı bölgənin perspektivləri baxımından prioritet sahədir. Lənkəran-Lerik avtomobil yolu boyunca yaradılmış kurort, istirahət zonaları kompleksləri bunu bir daha təsdiq edir”.

Təbiətin dilbər guşəsi Lerikin ətirli havası, məlhəm suları, dağ övladlarının zəhmətsevərliyi, zərərli vərdişlərdən uzaq durması ömürlərə ömür calayıb, bu yerləri uzunömürlülər diyarı kimi tanıdıb. Vaxtilə Ginnesin rekordlar kitabına düşmüş Şirəli Müslümov 168 il yaşayıb. Hazırda rayonda yaşı 90-ı ötən 100-dən çox qıvraq qoca var. Dünyada yeganəUzunömürlülər muzeyi məhz Lerikdədir.

İki il öncəxalq kollektiviadını almış LerikinUzunömürlülərfolklor qrupu yalnız ağsaqqallardan təşkil olunub. Ən qocaman üzvünün yaşı 80-i, ən cavanınınsa yaşı 50-ni ötüb. Elə bu günlərdə milli televiziya kanallarından birində onların çıxışını böyük maraqla izlədik. Şux, çevik hərəkətlərinə, şən zarafatlarına heyran qaldıq.

Lerikin bir özəlliyi odur ki, orada xalça ənənəvi şaquli hanalarda deyil, döşəmə üzərində yerləşən üfiqi dəzgahlarda toxunur. Elə Lerik özü güllü yamacları ilə sanki əlvan bir xalını xatırlatmırmı?

 

Gözəlliklərə turist marağı yerli sahibkarları istirahət mərkəzləri yaratmağa yamanca həvəsləndirib.  Sıx meşəliklər arasında, çay vadiləri boyunca artıq neçə-neçə turizm-əyləncə məkanı pərvəriş tapıb.Cənub”, “Təbəssüm”, “Həyat”, “Meşəbəyi”, “Xəyal”, “Altun”, “Ağgöl”, “Monidiqo”, “Qala sair bu sıradandır.  Bu mərkəzlərdə xidmət standartlarının yaxşılaşdırılması prosesi gedir.  Bu, zamanın tələbidir. Lerikə dincəlməyə gələnlərin sayının da  ilbəil artması fərəh doğurur.

Ölkə başçısının turizmin inkişafına önəm verməsindən ruhlanan Lerik rayon rəhbərliyi belə məkanların çoxalmasına zəruri şəraitlə təmin edilməsinə hərtərəfli dəstək göstərir. İcra hakimiyyətinin başçısı Rövşən Bağırov özü təbiət vurğunu olduğuna görə sahənin inkişafından qürur duyur, sahibkarların bu yöndəki fəaliyyətlə bağlı hər bir təşəbbüsünə tərəfdar çıxır, qol-qanad verir.

Bakıdan 300 kilometr məsafədə, Lənkəran-Lerik avtomobil yolunun 33 kilometrliyində qərarlaşmış “Relax” turizm-əyləncə mərkəzi isə beynəlxalq səviyyəsi ilə seçilən bir məkandır. Yarandığı səkkiz ildəRelaksdünya turizm xəritəsində özünəməxsus yerini tuta bilib, şöhrətini xeyli artırıb. Bu gün turist  təəssüratlarındaRelax”ın yeri bambaşqadır. İlin bütün fəsillərində müsafirlər buraya həvəslə gəlirlər. Həm gəzib-görməli yerləri çoxdur, həm yüksək gözəl şəraiti, nümunəvi xidmətləri ilə könülləri şad edir.

Dağ çayının həzin nəğmələri, quşların xoş təranələri, ormanlığın xoş havası yay sərinliyi əsrarəngiz təsir bağışlayır. Şərq üslubunda qurulmuş çayüstü, gölüstü bulaqüstü külafirəngilər hər kəsin ruhuna dad verir. Hələ cənub mətbəxinin ləziz təamları, bumbuz bulaq suları...  Məkanın uğurlu seçilməsi, lyuks villa tipli otel otaqlarının, VİP kotteclərin rahatlığıRelax”ın özəl üstünlükləridir. Tarixi köklərə bağlı kulinariya cəlbedicidir. Mərkəzin yaraşıqlı restoranlarında yalnız ekoloji təmiz ərzaqdan istifadə olunur. Şərq Qərb menyularının seçimi zövqə görədir. Yeməklər ki, löyün-löyün: təkcə düyüdən 21 növ xörək hazırlanır. Bakıdan, Sumqayıtdan,..  hətta xaricdən okeanın o tayından gəlib buranı beş-on günlük  məskən seçənlər yeni görüşlər arzusu ilə çıxıb gedirlər. “Relax”da keçirilən hər gün əlvan silinməz naxışlarla ömürlərə yazılır. Hər kəs Lerikdən razılıqla ayrılır.

Lerik şəhərinə, yeni yollar çəkilmiş ucqar dağ kəndlərinə, eləcə qonşu rayonların tarixi yerlərinə səyahətlər unudulmaz təsir bağışlayır. Lənkərandakı qədim Zindan qalası, Astaranın Ərçivan kəndindəki Yanar bulaq, Yardımlının Təkdam şəlaləsi, Buzeyir mağaraları, pirlər,  muzeylər bu qəbildəndir.

İstirahət kompleksində keçən günləri kabel televiziyası, isti-soyuq su, simsiz internet (wi-fi) xidməti, yay qış restoranları, barlar, diskoteka, boulinq, bilyard, tennis kortu, tir, futbol, voleybol meydançaları, velosiped sürmək, suda katamaran qayıqla üzmək, at çapmaq, çayda balıq ovu, digər əyləncələr son dərəcə mənalandırır. Yeni, min nəfərlik akvapark özü ayrı bir aləmdir. Möhtəşəmliyi ilə göz oxşayır.  Mərkəzdə konfrans zalı, kinoklub, tibb məntəqəsi, market, qadın salonu da fəaliyyət göstərir.Relax”da axşamlar maraqlı animasiya şou-proqramları təqdim olunur. Tez-tez dəvət edilən populyar sənətçilər istedadlarını göstərirlər. Kompleksin gözəl hovuzları yayda sərinləmək üçün əvəzsiz yerlərdir. Oynamaqdan doymayan uşaqlar təbiətin qoynunda özlərini möcüzələr aləmində olduğu kimi hiss edirlər. Xidmətlər tam 24 saat üçün nəzərdə tutulub. Burada xüsusi endirimli tur-paketlər təqdim olunur. Lerikin Qosmalian kəndində Astarada kompleksin filialları yaradılıb.

Relax”ın xidmət heyəti peşəkar səviyyəsi ilə diqqət çəkir.  Ətrafın ideal səliqə-sahmanı, nadir bitkilərdən, meyvə ağaclarından ibarət yaşıllıqlar, çəmənliklərin gül-çiçəyi adama gəl-gəl deyir. Şəlalə fəvvarələr, müxtəlif heyvan heykəlcikləri  ərazilərə əlavə gözəllik qatır.

Lerik rayonu rəhbərliyinin gerçəkləşdirdiyi sosial-iqtisadi inkişaf planlarından camaat hədsiz razılıq edir. Rayon infrastrukturunun genişləndirilməsinə xüsusi fikir verilir.  İşıq qaz təchizatına, su kanalizasiya sistemlərinin təkmilləşdirilməsinə nail olunub. Həm əhalinin, həm qonaqların rahatlığı üçün yollar yenidən qurulur, ən ucqar yerlər belə asfaltlanır. Məsələn, sərt qayalıqlardan, sıldırımlardan keçən Lerik-Qosmalian-Kəlvəz yolunun dövlət vəsaiti hesabına çəkilişi reallaşdırılır. Artıq yolun 25 kilometri hazırdır. Səfərimiz zamanı biz bu yolun rahatlığından zövqümüzü ala bildik. Bundan başqa, əvvəllər tez-tez sel sularının yuyub apardığı Piran-Hamarat-Tülüconi yolu Dövlət Neft Şirkətinin ayırdığı vəsaitlə genişləndirilir əsaslı təmir edilir.

Şəhərə doğru yol boyunca küçələrdə milli ornamentli istinad divarları Lerikin gözəlliklərinə əlavə rəng qatır. Bütün bunlar hər kəsə könül rahatlığı bəxş edir. Nəticədə Lerikə turist axını səngimir. Əvvəlki vaxtlardan fərqli olaraq, indi ilin hər fəslində bu gözəl diyarda dincəlməyə gələnlər çox olur.

 

Əli NƏCƏFXANLI

 

Xalq qəzeti.- 2013.- 25 avqust.- S. 7.