Prezident İlham ƏLİYEV: Azərbaycanda insan amilinə söykənən inkişaf strategiyası uğurla həyata keçirilir

 

Ölkəmizdə reallaşdırılan sosial siyasət hər bir vətəndaşın mənafeyinə xidmət edir

 

Azərbaycan əhalisinin rifah halının yüksəlməsinə xidmət edən sosial siyasət 2003-cü ildən Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən dövrün tələblərinə adekvat şəkildə, həm forma, həm də məzmun etibarilə zənginləşdirilərək yeni keyfiyyət mərhələsinə daxil olmuşdaha da güclənmişdir. Bu gün ölkəmizin ümumi daxili məhsulun artım tempinə görə dünya dövlətlərinin reytinq cədvəlinə başçılıq etməsi, yoxsulluğun azaldılması, regional inkişafın təmin edilməsi istiqamətində qəbul olunan çoxsaylı dövlət proqramları, aparılan iqtisadi islahatlar nəticəsində ötən illərlə müqayisədə son 10 ilə yaxın müddətdə əhalinin maddi rifah halının və yaşayış, eləcə də məşğulluq səviyyəsinin əhəmiyyətli dərəcədə yüksəldilməsi özünü göstərir.

Dövlət başçısı İlham Əliyevin imzaladığı sərəncam və fərmanlarda, təsdiq etdiyi digər sənədlərdə çoxlu sayda yeni yerlərinin açılmasına şərait yaradılması, sahibkarlığın inkişaf etdirilməsi, sosial xidmətlərin həcminin, keyfiyyətinin və ünvanlılığının əhəmiyyətli dərəcədə artırılması, yoxsulluğun azaldılması kimi vəzifələr daim ön planda dayanır. Respublikanın iqtisadi potensialının daha da gücləndirilərək onun kompleks şəkildə səmərəli reallaşdırılması nəticəsində əməkhaqları və pensiyaların, digər sosial müavinətlərin mütəmadi artırılması, yeni yerlərinin yaradılması və bunun daha çox qeyri-neft sektorunu əhatə etməsi vətəndaşların sosial müdafiəsinin daha da güclənməsinə səbəb olmuşdur.

Ölkə rəhbərinin prezidentlik fəaliyyəti dövründə  imzaladığı sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri barədə, həmçinin regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları haqqında sənədlər Azərbaycan  iqtisadiyyatının daha sürətlə inkişafını təmin etməklə yanaşı, ölkə əhalisinin sosial müdafiəsinin getdikcə güclənməsinə imkan yaratmışdır.

Prezident İlham Əliyev  tərəfindən son 10 ildə ölkə vətəndaşlarına dövlət qayğısını artırmaq və onların sosial müdafiəsini gücləndirmək məqsədilə onlarla fərman və sərəncam imzalanmış, nəticədə maaşların, pensiya və müavinətlərin həcmi əhəmiyyətli şəkildə artmışdır.

Dərindən düşünülmüş sosial siyasət nəticəsində bu il də əhalinin rifahının yüksəldilməsinə, vətəndaşların sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən çoxsaylı tədbirlər reallaşdırılmışdır. Dövlət büdcəsindən maliyyələşdirilən müəssisə və təşkilatlarda çalışan işçilərin əməkhaqlarının artırılması da həyata keçirilən sosial siyasətin tərkib hissəsidir. Prezident İlham Əliyevin  sosial-iqtisadi həyatın ayrı-ayrı sahələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında müvafiq sərəncamlar imzalaması bunun bariz ifadəsidir. Xatırladaq ki, həmin sərəncama əsasən, dövlət büdcəsindən maliyyələşdirilən işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq vəzifə (tarif) maaşları bu il sentyabrın 1-dən orta hesabla 10 faiz artırılacaqdır.

Ümumiyyətlə, dövlət başçısı tərəfindən verilmiş çoxsaylı fərman və sərəncamlarda, qəbul olunmuş bir çox dövlət proqramlarında bu məsələ hər zaman diqqət mərkəzində saxlanılmışdır. “Azərbaycan Respublikasının məşğulluq strategiyası (2006-2015-ci illər)”, “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”, “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”, “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” və digər vacib sənədləri buna misal kimi göstərmək olar.

Prezident İlham Əliyev  demişdir: “Azərbaycanda  insan amilinə söykənən inkişaf strategiyası uğurla həyata keçirilir. Ona görə də ölkəmizdə heç kim yoxsulluq şəraitində yaşamamalıdır. Yoxsul insan olmamalıdır”. 2008-ci il sentyabrın 15-də isə Prezident tərəfindən “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı” təsdiq edilmişdir. Proqramda əhalinin gəlir əldə etmək imkanlarının genişləndirilməsi, yoxsul əhalinin sayının əhəmiyyətli dərəcədə azalmasına nail olunması, səmərəli sosial müdafiə sistemini inkişaf etdirməklə yaşlı əhalinin, aztəminatlı ailələrin və sosial cəhətdən xüsusilə həssas qrupların sosial riskinin azaldılması, qaçqınların və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması tədbirlərinin sistemli şəkildə davam etdirilməsi də əksini tapmışdır.

Ölkəmizin sosialyönümlü iqtisadi siyasətinin uğurla reallaşdırılması nəticəsində  ötən 10 ildə 1 milyon 100 mindən çox yeni yeri açılmş,  ciddi sosial bəla kimi özünü göstərən işsizlik problemi əhəmiyyətli dərəcədə aradan qalxmışdır. Yoxsulluq həddi 44 faizdən 5,6 faizə enmişdir. Gənc ailələrin mənzillə təminatı üçün ipoteka sisteminin yaradılması, eləcə də dövlət büdcəsindən maliyyələşən strukturlarda məvaciblərin mütəmadi olaraq artırılması bu istiqamətdə görülən mühüm tədbirlər sırasındadır.

Ölkə əhalisinin sosial müdafiəsi istiqamətində həyata keçirilən tədbirlər silsiləsi də 2003-cü ildən etibarən möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla davaminkişaf etdirilmiş, beləliklə, müstəqil Azərbaycan iqtisadi-sosial inkişafın təminatı, əhalinin sosial müdafiəsi sahəsində böyük tarixi nailiyyətlər əldə etmişdir. Son 10  ildə milli iqtisadiyyatın 3 dəfədən çox artdığı, Cənubi Qafqaz iqtisadiyyatında 80 faizdən çox paya malik olan ölkədə yoxsulluq səviyyəsi kəskin şəkildə azalaraq 5,6  faizə enmişdir.

BMT İnkişaf Proqramının 2013-cü ilə dairİnsan İnkişafı Hesabatı”na əsasən, ölkə insan inkişafı indeksinin orta illik artım tempinə görə MDB məkanında ilk yerə layiq görülmüşdür. Ümumiyyətlə, 2003-2013-cü illərdə İnsan İnkişafı İndeksinin artım sürətinə görə Azərbaycan orta dünya göstəricisini iki dəfə qabaqlayaraq planetin “top-15”liyinə daxil olmuşdur. BMT yanında İnkişaf və Artım Komissiyasının son məruzəsinə görə, 1950-ci ildən sonra yalnız 13 ölkədə belə sürətli inkişaf müşahidə edilmişdir.

Hazırda Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan bütün sahələrdə olduğu kimi, sosial firavanlığın təmin olunması istiqamətində də böyük nailiyyətlərə imza atan bir ölkədir. Əldə olunan  nailiyyətlər xalq-Prezident birliyinin daim möhkəmlənməsi ilə müşahidə olunur ki, bu da respublikanın gələcəkdə həyatın bütün sahələrdə daha möhtəşəm uğurlar qazanması üçün ən mühüm stimuldur.

İndi respublika ictimaiyyətinin bütün təbəqələri keçiriləcək prezident seçkilərində məhz Prezident İlham Əliyevin namizədliyini yekdilliklə dəstəkləyir. Azərbaycan xalqının Prezident İlham Əliyevə inam və etimadı sonsuzdur. Son on il  müddətində müstəqil dövlətimizin möhkəmlənməsinə, dayanıqlı iqtisadi tərəqqinin təmin olunmasına, ölkəmizin dünya birliyində mövqeyinin güclənməsinə və dünyada nüfuzunun xeyli artmasına, xalqımızın sosial rifah halının yüksəlməsinə xidmət edən mühüm tarixi nailiyyətlər qazanılmışdır.

 Eyni zamanda, sözügedən dövrdə respublikanın sosial həyatında böyük irəliləyişlərə nail olunmuş, sosial müdafiə sistemi xeyli gücləndirilmiş, aztəminatlı vətəndaşlara dövlət qayğısı dəfələrlə artırılmış, ölkədə keyfiyyətcə yeni inkişaf mərhələsinə və müasir dövlət quruculuğuna uyğun olaraq aztəminatlı vətəndaşların yoxsulluq vəziyyətindən biryolluq çıxmalarına, onların sosial reabilitasiyasına yönələn aktiv sosial müdafiə tədbirlərinə başlanılmışdır.

Bütün bunlar isə o deməkdir ki, dövlət başçımız növbəti illərdə də Azərbaycan Prezidenti kimi ümummilli lider Heydər Əliyev tərəfindən başlanan, ölkəmizi böyük perspektivlərə doğru aparan uğurlu inkişaf strategiyasını davam etdirəcək və xalqımızın rifah halı daim yüksələcək.

 

V.BAYRAMOV

 

Xalq qəzeti.- 2013.- 28 avqust.- S. 2.