İnkişafımızın prioritet istiqaməti

 

6 dekabr rabitə    informasiya texnologiyaları işçilərinin peşə  bayramı  günüdür

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2 dekabr 2006-cı il tarixli sərəncamı ilə hər il 6 dekabr rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı günü kimi qeyd olunur. Bu günü  həmin sahə işçilərinin böyük qürurla bayram etməyə haqları var. Azərbaycanın  bu sahədə qazandığı uğurlar beynəlxalq aləmdə belə təqdim olunur.

Bu uğurların  miqyası olduqca  genişdir.  Ölkəmizdə son 10 il ərzində möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən həyata keçirilən davamlı  iqtisadi siyasət və qeyri-neft sektorunun hərtərəfli inkişafına yönələn dövlət proqramları, həyata keçirilən islahatlar, dövlət dəstəyi və qayğısı qeyri-neft sektorunun aparıcı sahəsi olan informasiya-kommunikasiya texnologiyaları (İKT) sektorunun da ölkə iqtisadiyyatımızın inkişafına öz töhfəsini verməsini təmin etmişdir. Azərbaycanda İKT sektorunun 10 illik inkişaf yolundan danışarkən ilk öncə qeyd etmək lazımdır ki, ölkəmiz Cənubi Qafqazda informasiya cəmiyyətinə keçid strategiyası qəbul etmiş (2003-cü il) birinci və yeganə dövlətdir. Ümumilikdə isə Azərbaycan bu xarakterli strategiyanı qəbul edən azsaylı ölkələrdən biridir. Sektorun davamlı inkişafının bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi və ölkə başçısının sərəncam və fərmanları müəyyən etmişdir.

Ötən 10 il ərzində qeydə alınan inkişaf tempini statistik rəqəmlər daha əyani xarakterizə edir. Qeyd olunan müddətdə sektorda orta illik artım tempi 20-25  faiz  təşkil etmiş, sektor hər 3 ildə 2 dəfə genişlənmış və sektorun həcmi təqribən 6 dəfədən çox artaraq təxminən 2 milyard dolları ötmüşdür. Bundan başqa, sahə üzrə gəlirlərdə özəl sektorun payı 67,4  faizdən 80   faizə yüksəlmişdir. Qeyd edim ki, son 10 il ərzində sektora təqribən 2,5 milyard dollar investisiya yatırılmışdır.

Ötən müddət ərzində həyata keçirilən səmərəli işlərin məntiqi nəticələrindən biri də, 2008-ci ildə MDB regionunda ilk dəfə Azərbaycanda bütün ölkə ərazisinin tam telefonlaşdırılması təmin edilmişdir. Eyni zamanda, 2010-cu ildə MDB-də ilk dəfə olaraq ölkəmizdə telefon şəbəkəsi tam elektronlaşdırılmışdır. Bununla yanaşı, telefon şəbəkəsinin təqribən 40%-i NGN texnologiyası əsasında yenidən qurulmuş,  1 avqust 2011-ci il tarixdən MDB regionunda ilk dəfə ölkə ərazisində vahid nömrələmə sistemininyeni zona kodlarının tətbiqinə başlanılmışdır.     

İKT sektorunun son 10 ilini 2005-ci ildə 3-cü mobil operatorAzerfonMMC-nin fəaliyyətə başlaması, 2009-cu ildən etibarən mobil şəbəkədə 3G texnologiyasının tətbiqi, 2012-ci ildən ölkədə 4G xidmətinin istifadəyə verilməsi kimi hadisələr təşkil edir.

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 26 sentyabr fərmanı ilə Kibertəhlükəsizlik sahəsində informasiya infrastrukturu subyektlərinin fəaliyyətinin koordinasiyası, əhalinin və qurumların kibertəhlükəsizlik sahəsində maarifləndirilməsi məqsədi ilə RİTN-in yanında Elektron Təhlükəsizlik Mərkəzi yaradılmışdır.

2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və “ASAN xidmət” mərkəzləri yaradılmışdır. “ASAN xidmət” mərkəzləri şəffaflığın artırılmasına, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə, vətəndaşların əlavə xərclərinin və vaxt itkisinin azaldılmasına və elektron xidmətlərdən daha geniş istifadə olunmasına xidmət edir.

Ötən il  Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu yaradılmışdır. Fondun yaradılmasının əsas məqsədi ölkədə İKT sahəsində sahibkarlığın inkişafı və maliyyə dəstəyi ilə təmin edilməsi, yerlixarici investisiyaların cəlb edilməsi, yeni texnologiyaların yerli iqtisadiyyata inteqrasiyası, elmi-tədqiqat işlərinin və eyni zamanda innovasiyaların tətbiqinin genişləndirilməsi üzrə layihələri dəstəkləməkdən ibarətdir.

Azərbaycan Respublikası Prezidentinin 5 noyabr 2012-ci il tarixli 736 nömrəli fərmanı ilə “Yüksək Texnologiyalar Parkı”nın (YTP) yaradılması qərara alınmışdır. “YTP”nın fəaliyyətinin təşkili və idarə olunması məqsədi ilə RİTN-in tabeliyində “Yüksək Texnologiyalar Parkı - “YT Park” MMC yaradılmışdır.      

Ötən illər ərzində diqqət mərkəzində olan əsas amillərdən biri də, internetin keyfiyyətinin və sürətinin yüksəldilməsi olmuşdur. Bu kontekstdə hər 100 nəfərə düşən internet istifadəçiləri 14 dəfə artmış, beynəlxalq internet kanallarının ümumi tutumu isə dəfələrlə çoxaldılaraq 200 Gb/s-ə çatdırılmışdır. Sevindirici haldır ki, həyata keçirilən tədbirlər fonunda Azərbaycan artıq trafikin ötürülməsi üzrə tranzit funksiyasını yerinə yetirir.

“İKT qiymət səbəti” göstəricisi üzrə Azərbaycan 52-ci yerlə qiymətləndirilmiş və 2008-ci illə müqayisədə öz mövqeyini 47 pillə möhkəmləndirmişdir. Dünya İqtisadi ForumununThe Global Competitiveness Report 2012-2013” hesabatında isə “Qlobal rəqabətqabiliyyətlilik indeksi” üzrə Azərbaycan əvvəlki mövqeyindən 9 pillə irəliləyərək dünyanın 144 ölkəsi arasında 46-cı yeri tutmuş və MDB məkanında öz liderliyini qoruyub saxlaya bilmişdir. Və nəhayət Dünya İqtisadi ForumununThe Global Information Technology Report 2013” hesabatında Azərbaycan “Şəbəkələşmə hazırlığı indeksi”nə görə əvvəlki mövqeyindən 5 pillə irəliləyərək dünyanın 144 ölkəsi arasında 56-cı yerə yüksəlmişdir. Hesabatda internet istifadəçilərinin say göstəricisinə görə Azərbaycan MDB ölkələri arasında liderdir, internetin əlçatanlığı göstəricisinə görə isə dünyada 20-ci yerdədir.

Sektorun inkişafı proqram xarakterli işlərlə bərabər genişmiqyaslı layihələrin reallaşmasına hesablanıb. Bu gün Azərbaycan hökumətinin təşəbbüsü və siyasi dəstəyi ilə həyata keçirilən layihələr var ki, beynəlxalq tribunalarda böyük dəstək alır. “Trans-Avrasiya Super İnformasiya Magistralı” layihəsi (TASİM) beynəlxalq arenaya hesablanan qlobal layihələrimizdən biridir. TASİM layihəsi İKT-nin çox yüksək inkişafına malik olan iki nəhəng regionu - Qərbi Avropanı və Sakit okean hövzəsində olan Şərqi Asiyanı birləşdirərək, magistral üzərində yerləşən təxminən 20 ölkəni əhatə edəcəkdir.

10 il ərzində həyata keçirilən işlərin parlaq nümunəsi kimi Azərbaycanın ümumdünya kosmik məkanına inteqrasiyasını göstərə bilərik. Bu gün artıq ölkəmiz milli telekommunikasiya peykinə malik olan azsaylı dövlətlərdən biridir. Azərbaycanın ilk peyki olan “Azerspace-1” 7 fevral 2013-cü il tarixində Fransız Qvianasında (Cənubi Amerikada, Fransanın inzibati idarəçiliyində olan ada) yerləşən Kuru kosmodromundan, Qviana Kosmik Mərkəzindən yerli vaxtla saat 18.36-da (Bakı vaxtı ilə 8 fevral 2013-cü il saat 01.36) orbitə buraxılmışdır. ”Azerspace-1" peykiOrbital Sciences” korporasiyası tərəfindən işlənib hazırlanan və hazırda 22 fəal peykin üzərində uğurla fəaliyyət göstərdiyi STAR-2 peyk platforması əsasında yığılmışdır.

Faydalı yük üzrə 36 aktiv transponderlə təchiz olunan və təqribən 3,2 ton çəkisi olan “Azerspace-1” peyki 46 dərəcə Şərq uzunluq dairəsində, geostasionar orbitdə yerləşəcək və Avropa, Afrika, Mərkəzi Asiya, Qafqaz ölkələri və Yaxın Şərq regionunu əhatə edəcəkdir. Orbitdə istismar müddəti ən az 15 il təşkil edəcək

Müasir dünyanın inkişaf prinsipləri elektronlaşma və yüksək texnologiyalar üzərində qurulub. Bu günElektron hökumət”, “Elektron ölkə” anlayışı heç kimdə təəccüb doğurmur. Azərbaycan da bu tendensiyadan geri qalmır. Müşahidələr göstərir ki, artıq əhali bu xidmətlərə nəinki alışıb, hətta gündəlik həyatlarında onlardan istifadəyə daha çox üstünlük verirlər. Söhbət “Elektron hökumət” layihəsi çərçivəsində təqdim olunan elektron xidmətlərdən gedir. Qeyd edim ki, “E-hökumət” layihəsi “Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər)”ya əsasən işlənib hazırlanmışdır və “Elektron Azərbaycan” Dövlət Proqramı çərçivəsində həyata keçirilir. Layihə informasiya-kommunikasiya texnologiyalarının (İKT) geniş tətbiqi ilə dövlət orqanlarının fəaliyyətinin səmərəliliyinin və operativliyinin yüksəldilməsini, əhali, biznes qurumları, həmçinin öz aralarında əlaqələrin asanlaşdırılması və sərbəstləşdirilməsinə yönəldilmiş fəaliyyəti nəzərdə tutur, vətəndaş-məmur münasibətlərinin yeni müstəvidə qurulmasına, şəffaflığın təmin olunmasına və informasiya tələbatının dolğun ödənilməsinə şərait yaradır.

Bu gün bizim hədəflərimizdən biri də genişzolaqlı internetin inkişafıdır. Bunun üçün reallaşdırılması nəzərdə tutulan “Azərbaycanda milli genişzolaqlı internetin inkişafı” layihəsi 2012-ci ildə ölkə Prezidentinin hər bir kənd və yaşayış məntəqəsinin genişzolaqlı internet xidmətləri ilə təmin edilməsi barədə müəyyən etdiyi hədəfə nail olunması üçün hazırlanmışdır.

Elektron hökumət həllərinin regionlarda tətbiqinin genişləndirilməsi, şəhər və kəndlər arasında rəqəmli fərqin aradan qaldırılması, sektorun sağlamlaşdırılması və İSP-lərin səmərəli fəaliyyəti üçün münbit şəraitin yaradılması layihənin əsas məqsədidir.

Layihə Dövlət Neft Fondu tərəfindən maliyyələşdiriləcək və ümumi dəyəri təqribən 433 milyon manat təşkil edir. Qeyd edim ki, bu layihəyə qədər Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən BMT-nin İnkişaf Proqramının (UNDP) tərəfdaşlığı ilə AzDataCom şəbəkəsinin yaradılması layihəsini həyata keçirən “Milli E-İdarəcilik Təşəbbüsü” uğurla icra edilmişdir.AzDataCom” layihəsi məlumatların ötürülməsi üçün ölkənin bütün regionlarını əhatə edən şəbəkə infrastrukturunun qurulmasını nəzərdə tutur.

Artıq bir neçə ildir ki, uğurla icra olunanXalq kompyuteri” layihəsi Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin təşəbbüsü və dünyanın aparıcı şirkətləri olanMicrosoft” və “HP”-nin iştirakı ilə həyata keçirilirbu layihə ölkədə kompyuterlərin kütləvi yayımının təmin edilməsinə xidmət edir. Layihənin hədəf qrupları kimi ali və ümumtəhsil məktəblərinin müəllim, tələbə və şagirdləri seçilmişlər. Layihə çərçivəsində artıq 20 200 ədəddən çox lisenziyalaşdırılmış proqram təminatı ilə təchiz edilmiş kompyuter əldə edilmişdir. Layihə iştirakçılarının mövcud bazar qiymətlərindən 25-40 faiz aşağı, bir illik faizsiz kreditlə kompyuterlər əldə etməsinə imkan yaradılmışdır. Növbəti mərhələdə digər qrup insanlar da bu layihənin imkanlarından yararlana biləcəklər.

Əvvəldə də qeyd etdiyim kimi, İKT sektorunun inkişafını ənənəvi və qeyri ənənəvi xidmətlər müəyyən edir. Dünyada olduğu kimi ölkəmizdə də ənənəvi kommunikasiya növlərindən biripoçtdur. Sürətli texnoloji inkişaf nəticəsində bu gün poçt operatorları adət etmədiyimiz xidmətlər göstərməyə qadirdir. “Maliyyə xidmətlərinin inkişafı” layihəsi çərçivəsində ölkəmizdə “Azərpoçt” MMC-nin mövcud platformasından istifadə etməklə maliyyə xidmətlərinin inkişafına şərait yaradılmışdır. Artıq kənd yerlərində və kiçik şəhər mərkəzlərində əhalinin bank-maliyyə xidmətlərinə sərbəst çıxışı təmin edilmiş, habelə poçt şöbələri vasitəsilə müştərilərə genişhəcmli xidmətlər təklif edilir. Layihənin həyata keçirilməsinə 2005-ci ilin 14 oktyabr tarixindən başlanmışdır və Dünya Bankı, RİTN və İsveçrənin SECO təşkilatının maliyyə vəsaiti hesabına həyata keçirilmişdir.

Azərbaycan Respublikası ilə Beynəlxalq İnkişaf Assosiasiyası arasında “İnkişaf krediti haqqında” Saziş (Maliyyə Xidmətlərinin İnkişafı Layihəsi (MXİL) 24 may 2005-ci il tarixində imzalanmışdır. Ölkə Prezidentinin 25 avqust 2005-ci il tarixli 973 nömrəli sərəncamı ilə təsdiq edilmiş layihə, ilk növbədə, 16 aprel 2010-cu il tarixində AMB tərəfindən “Azərpoçt” MMC-yə maliyyə xidmətlərinin göstərilməsi üçün lisenziya verilmişdir. Sazişə uyğun olaraq layihənin icrası 30 iyun 2010-cu il tarixində sona çatmış və artıq “Azərpoçt” MMC-nin Avtomatlaşdırılmış Korporativ İnformasiya Sisteminə (AKİS) qoşulmuş poçt şöbələrində yeni bank-maliyyə xidmətlərinin göstərilməsinə başlanmışdır. Son 10 ildə poçt sektoru 4 dəfə böyümüş və 2012-ci ildə sektor üzrə gəlirlərin həcmi 28,9 milyon manat olmuşdur.

2003-2012-ci illər ərzində ölkə ərazisində fəaliyyət göstərən 1095 ədəd PŞ-i, PA-i       Poçtamtların binaları əsaslı təmir edilmişya yeni tikilmiş binalarla təchiz edilmişdir ki, bu da istifadə olunan bina və sahələrin ümumi sayının təqribən 75 faizi deməkdir. UPX göstərilməsi üzrə şəbəkəsinin genişləndirilməsi məqsədilə 246 yeni PŞ-iya PA-i açılaraq istifadəyə verilmiş, əhali sayı 250 nəfərdən yuxarı olan bütün yaşayış məntəqələrində poçt qutularının quraşdırılması təmin edilmişdir.

“Avtomatlaşdırılmış Korporativ İnformasiya Sistemi” yaradılmış və poçt şöbələrinin bu sistemə qoşulması yerlərinin 70 faizinin kompyuterləşməsini təmin etmişdir. Poçt filialı və poçt şöbələri sürətli beynəlxalq elektron pul köçürmələri sistemlərinə (ÜPİ-nin IFS/STEFI, “Western Union”, “Contact”, “Migom”, “Coinstar” və sair) qoşulmuşdur. Bank infrastrukturunun beynəlxalq maliyyə və ödəniş sistemlərinə inteqrasiyası prosesini tamamlamaq üçün “Azərpoçt” MMC-nin Mərkəzi Bankın AZİPS və XÖHKS daxili sistemlərinə, eləcə də SWIFT beynəlxalq sisteminə qoşulması tam başa çatdırılmışdır.

Azərbaycan Poçt Administrasiyasının həyata keçirdiyi ardıcıl və effektiv tədbirlərin nəticəsi olaraq ölkəmiz ÜPİ-nin keyfiyyətin idarə edilməsi üzrə A (Qızıl) səviyyəli sertifikataÜPİ-nin EMS xidməti üzrə ardıcıl 7 dəfə qızıl səviyyəli keyfiyyət sertifikatına layiq görülmüşdür.

Artıq 18 ildir ki, “BakuTel” sərgi-konfransı davamlı olaraq Azərbaycanda keçirilir və ölkədə İKT-nin inkişafı istiqamətində beynəlxalq əməkdaşlığın genişləndirilməsində mühüm rol oynayır. “Bakutel” sərgi-konfransı həcm və nüfuz dairəsinə görə Qafqaz və Xəzəryanı regionda ən yüksək səviyyəli tədbirdir, qlobal miqyasda respublikamızın geosiyasiiqtisadi maraqlarının təmin olunması üçün platforma kimi formalaşmışdır. Bu  günlərdə   keçirilən  “Bakutel-2013”  sərgisi isə öz miqyasına  görə daha   əhatəli olmuşdur.     

Regionun informasiyakommunikasiya texnologiyaları (İKT) üzrə ən iri tədbiri olan bu sərgi və konfrans əldə olunan nailiyyətlərin nümayiş etdirilməsi, texnikitexnoloji yeniliklərlə tanış olmaq, qabaqcıl təcrübə mübadiləsi və faydalı əməkdaşlıq üçün  əlverişli  platformadır. Builki sərgidə dünyanın bir çox aparıcı İKT şirkətlərinin iştirakı, 20-dən çox ölkənin  milli pavilyonlarının təşkili “Bakutelin nüfuzunun ildən-ilə artmasını göstərir.

Xarici ölkələrin universitetlərində İKT üzrə milli kadrların hazırlanması məqsədilə 2007-ci ildə RİTN-də ölkənin aparıcı İT şirkətlərinin iştirakı ilə “İnformasiya-kommunikasiya texnologiyalarının inkişafı naminə insan resursları Fondu” yaradılmışdır. Fondun “İKT üzrə kadr hazırlığı proqramı” çərçivəsində 200-dən artıq tələbə hazırlanmış, 42 nəfər hazırda təhsilini davam etdirməkdədir.

2012-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə informasiya cəmiyyəti quruculuğu istiqaməti üzrə yüksək hazırlığa malik kadr potensialının formalaşdırılmasını təmin etmək məqsədi ilə İnformasiya Texnologiyaları Universiteti yaradılmışdır. Universitetdə 2013-2014-cü tədris ilindən etibarən təhsil prosesinə başlamışdır.

Ulu öndərin layiqli davamçısı olan Azərbaycan Respublikası Prezidenti İlham Əliyev fəaliyyətinin ilk günlərindən etibarən İKT nailiyyətlərinin ölkəmizdə geniş tətbiqi və bu sahənin daha sürətli tərəqqisinə xüsusi qayğı ilə yanaşır.

Möhtərəm Prezidentimiz İlham Əliyevin vurğuladığı kimi, yeni texnologiyaların, o cümlədən İKT sferasının inkişafı Azərbaycanı fərqləndirən cəhətlərdən biridirbizim gələcəyimizi təmin edəcəkdir. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında bütün sahələr kimi İKT-nin inkişafı istiqamətində görüləcək işlərin parametrlər üzrə müəyyənləşdirilməsi, dövlət başçısının sərəncamı ilə 2013-cü ilin ölkəmizdə “İnformasiya-kommunikasiya texnologiyaları ilielan olunması bu sektora göstərilən yüksək diqqətin bariz nümunəsidir.

 

İltimas MƏMMƏDOV,

 

rabitə və informasiya texnologiyaları

nazirinin müavini

 

Xalq qəzeti.- 2013.- 6 dekabr.- S.4.