Bakıda UNESCO-nun Qeyri-Maddi Mədəni
İrsin Qorunması üzrə Hökumətlərarası
Komitəsinin 8-ci sessiyası işini iclaslarla davam
etdirmişdir
Bakıda UNESCO-nun Qeyri-Maddi Mədəni
İrsin Qorunması üzrə Hökumətlərarası
Komitəsinin 8-ci sessiyası öz işini iclaslarla davam
etdirir.
AzərTAc xəbər verir ki, sessiya çərçivəsində
dekabrın 6-da günün birinci yarısında Azərbaycan
Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs
Qarayevin sədrliyi ilə növbəti iclas
başlamışdır.
Əbülfəs Qarayevin təklifi ilə sessiyanın
iştirakçıları Cənubi Afrika
Respublikasının keçmiş Prezidenti Nelson Mandelanın
vəfatı ilə əlaqədar mərhumun xatirəsini bir
dəqiqəlik sükutla yad etmişlər.
Sonra
sessiya işini davam etdirmişdir. Əvvəlcə 2014-cü il üçün məşvərətçi qurumun
yaradılmasına və
onun texniki şərtlərinə dair
işçi sənəd
müzakirə edilmiş
və qərar layihəsi (“8.COM 9.a”) qəbul
olunmuşdur.
Daha
sonra iclasda əməliyyat direktivlərinə
ilkin düzəlişlər
müzakirə olunmuşdur. Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Konvensiyanın
katibi Sesil Düvel bildirmişdir ki, UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin
2012-ci ilin dekabrında
Parisdə keçirilmiş
sessiyasında mühafizənin,
kommersiyalaşmanın və
davamlı inkişafın
arasında münasibətlər
müzakirə edilmiş,
müxtəlif rəy
və təkliflər
verilmişdir. Bildirilmişdir ki, Konvensiyanın yerinə yetirilməsi üzrə əməliyyat
direktivləri mütəmadi
olaraq yenilənir.
Hazırda “8.COM 13.a” qərar layihəsinin 116 və
117-ci bəndlərinə müəyyən
dəyişikliklər edilmişdir.
Sonra
müvafiq düzəliş
və dəyişikliklər
aparılaraq “8.COM 13.a” sənəd
layihəsi qəbul olunmuşdur.
Sessiyanın
dekabrın 6-da keçirilən
iclasında, həmçinin
Bəşəriyyətin Qeyri-Maddi
İrsinin Reprezentativ Siyahısına salınmalı
olan nominasiyaların nəzərdən keçirilməsi
üçün seçim
məsələlərinə dair işçi sənəd də müzakirə edilmişdir.
Daha
sonra əməliyyat direktivlərinə ilkin düzəlişlər məsələsi
nəzərdən keçirilmişdir. Müvafiq sahə üzrə siyahıya salınmış
elementin genişləndirilməsi
və ya ixtisara salınması proseduru müzakirə edilmiş və sənəd layihəsi
(“8.COM 13.c”) qəbul edilmişdir.
Sonra
sessiyanın iştirakçıları
üçün İçərişəhərə
infotur təşkil edilmişdir.
Əvvəlcə
qonaqlara Qız qalası abidəsinin qeyri-adi memarlıq özəllikləri barədə
məlumat verilmişdir.
Yaxınlıqdakı
Sıratağlı dini-memarlıq
kompleksinin ərazisindəki
ekspozisiya ilə tanışlıq da qonaqlarda böyük maraq doğurmuşdur.
İçərişəhərlə tanışlıq zamanı
qonaqlara UNESCO-nun Dünya
İrsi Siyahısına
daxil edilmiş “İçərişəhər” Dövlət Tarix-Memarlıq
Qoruğu, burada aparılan təmir, abadlaşdırma və bərpa işləri barədə ətraflı
məlumat verilmişdir.
Bildirilmişdir ki, İçərişəhər
ərazisində müxtəlif
əsrlərə aid nadir tarixi
memarlıq abidələri
vardır və bunlar qorunub saxlanılır.
Gəzinti zamanı
qonaqlar orta əsr Şərq memarlığının şah
əsəri, dünya
əhəmiyyətli tarix-memarlıq
abidəsi olan “Şirvanşahlar Sarayı
Kompleksi” ilə tanış olmuşlar. Məlumat verilmişdir ki,
XV əsrin əvvəllərində
inşa olunmuş tarixi abidənin tikililəri İçərişəhərin
təpələrindən birinin
ən hündür nöqtəsində yerləşir.
O, Xəzər dənizindən
və şəhərin
ətrafındakı yüksəkliklərdən
aydın görünür.
Kompleks bu günədək öz tarixi-memarlıq üstünlüyünü saxlamaqdadır.
UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin
8-ci sessiyası işini
günün ikinci yarısında mədəniyyət
və turizm naziri Əbülfəs Qarayevin sədrliyi ilə davam etdirmişdir.
Tədbirdə
nominasiyaların qiymətləndirilməsi,
köməkçi və
məşvərətçi qurumun vəziyyəti barədə geniş fikir mübadiləsi aparılmışdır.
Müvafiq
düzəliş və
dəyişikliklər aparılaraq
“8.COM 13.d” sənəd layihəsi
qəbul olunmuşdur.
Sonra
Qeyri-Maddi Mədəni
İrsin Qorunması üzrə Konvensiyanın
katibi xanım Sesil Düvel qeyri-hökumət təşkilatları
barədə hesabatla çıxış etmişdir.
Bildirilmişdir
ki, sessiyanın ilk günündə Azərbaycan
paytaxtında qeyri-maddi
mədəni irsin qorunması üzrə Beynəlxalq QHT Forumu təşkil olunmuşdur. Forumda 150-dən
artıq Beynəlxalq qeyri-hökumət təşkilatının
təmsilçiləri iştirak
etmişlər.
Vurğulanmışdır ki, UNESCO-nun 2003-cü il Konvensiyasının
iştirakçı dövlətlərinin
ali məclislərində
indiyədək 156 QHT akkreditə
olunmuşdur. Onların bəziləri
qeyri-maddi mədəni
irsin əsas daşıyıcıları ilə
sıx əlaqə saxlayır, digərləri
sadəcə mədəni
vasitəçi kimi fəaliyyət göstərirlər.
Diqqətə
çatdırılmışdır ki, QHT-lər konvensiyanın işində
mühüm rol oynamaq niyyətindədirlər. Buna görə də
QHT-lər üçün
akkreditasiya prosesi dəyişdirilməli və
onların qeydiyyat məsələsinə yenidən
baxılmalıdır.
Hesabat
ətrafında fikir mübadiləsi aparan iştirakçılar vurğulamışlar
ki, qeyri-maddi mədəni irsin qorunmasında iştirakçı
dövlətlərlə yanaşı,
qeyri-hökumət təşkilatlarının
da rolu əvəzsizdir. Bu səbəbdən də QHT-lər üçün meyarlar dəyişdirilməlidir.
Müvafiq
sahə üzrə siyahıya salınmış
elementin genişləndirilməsi
və ya ixtisara salınması proseduru müzakirə edilmiş və sənəd layihələri
(“8.COM 14.a” və “8.COM 14.b ”)
qəbul edilmişdir.
Qərara alınmışdır
ki, UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin
9-cu sessiyası 2014-cü il noyabrın 24-dən
28-dək Parisdə keçirilsin.
Dekabrın
7-də sessiya işini
davam etdirəcəkdir.
Xalq qəzeti.- 2013.- 7 dekabr.- S.2